“Türk məktəblərinin bağlanmasının zərbəsi Azərbaycan təhsilinə dəyəcək”
Müsahibə
Oxunub: 9401
17 Mar 2014 | 08:27
“Türk məktəblərinin bağlanmasının zərbəsi Azərbaycan təhsilinə dəyəcək”

“Alternativli təhsil sistemini qoruyub saxlamaq lazımdır”

 

“Türk məktəblərinə qarşı aqressiv münasibət dəyişilməlidir”

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmanın açıq müstəviyə keçməsindən sonra bu ölkədə nurçulara məxsus xeyli sayda təhsil müəssisəsi, maarifçilik ocaqlarının bağlanması müşahidə edilməkdədir. Məhz Türkiyədəki hadisələr fonunda son vaxtlar Azərbaycanda da nurçu təhlükəsi gündəmə gəlib ki, bu da ölkədəki türk məktəblərinin taleyini sual altında qoyub. 

Azərbaycanda nurçu təhlükəsiz varmı? Bu barədə deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Əgər belə bir təhlükə varsa belə, buna görə hər zaman keyfiyyətli təhsili ilə diqqət çəkən türk məktəblərini bağlamaq yetərincə məntiqlidirmi?

Millət vəkili Fazil Mustafa bütün bu suallarla bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir. 

 

Əvvəli ötən sayımızda

 

- Necə düşünürsünüz, türk məktəblərinə qarşı təzyiq kampaniyası bundan sonra da davam edəcəkmi? Ola bilərmi ki, ictimai rəy və ya digər bir amil bu kampaniyanın dayanmasına səbəb olsun?

 

- Bilirsiniz, təəssüflər olsun ki, Azərbaycan çox zaman bu kimi məsələlərdə öz faydasını zamanında dərk edə bilmir. Lakin mən əminəm ki, ölkənin kifayət qədər mütərəqqi prezidenti var və məsələ tezliklə yoluna qoyulacaq. Ölkə başçısı baş verənlərə savadlı, elmi bir baxış ortaya qoyur. Ölkə başçısı qeyd edib ki, bizim əsas kapitalımız insan kapitalıdır. Bu kapitalı kim yetişdirirsə ”“ bir türk, bir ingilis yetişdirirsə, biz həmin şəxsə minnətdar olmalıyıq. Biz niyə öz övladlarımızı xaricə göndəririk? Axı, orada tamam başqa din və təriqətlər var. Məgər xaricə göndərdiyimiz gənclərə kimlər, hansı təriqət sahibləri dərs dyeir, bununla maraqlanırıqmı? İngiltərə, Amerika universitetlərində azərbaycanlı tələbələrə dərs deyən insanların hansı təriqət sahibi olduqları bizə məlumdurmu? Ümumiyyətlə, bunun bizə bir aidiyyatı varmı? Ölkə başçısı da deyir ki, əsas olan insan kapitalıdır və başlıca diqqət bu kapitalın formalaşdırılmasına yönəldilməlidir. Azərbaycandakı türk məktəbləri SOCAR-ın nəzdində, onun dəstəyi ilə fəaliyyət göstərir. Əgər bu məktəblər keyfiyyətsiz, zərərli olsaydı, o zaman bu məktəblərə belə bir dəstək verilərdimi? Bu gün yalançı məktublar, əsassız informasiyalar meydana çıxır. Mən istəyirəm ki, bu səs-küyün, bu qarışıqlığın içərisində həmin məktəbləri qoruyub saxlayaq. Bu məktəblər sıradan çıxmasın. Gələcəkdə biz özümüz müəyyən alternativlər yaradandan sonra bu məsələ ilə bağlı başqa mövqe sərgiləmək olar. O zaman əgər həqiqətən də hesab edilsə ki, bu məktəblərə ehtiyac yoxdur, o zaman digər addımları da nəzərdən keçirmək olar. Bu baxımdan hesab edirəm ki, bu kampaniya uzun müddət davam edə bilməz. Bu kampaniya daha artıq davam edə bilməz həm də ona görə ki, ən azından vicdanlı insanlar, düşünən insanlar bu kampaniyanın nəticə etibari ilə kimə, nəyə zərər vurduğunu anlayacaqlar. Onlar görəcəklər ki, bu məktəblərin bağlanmasının zərbəsi Azərbaycan təhsilinə dəyir.

 

- Sizcə indiki məqamda Azərbaycandakı türk məktəbləri sıradan çıxacağı təqdirdə baş verənlər ölkənin təhsil sistemi üçün konkret olaraq hansı fəsadlara səbəb ola bilər?

 

- Orta təhsil sistemində bu xəttin qırılması Azərbaycan üçün acınacaqlı nəticələrə gətirib çıxarda bilər. Bu, hər mənada Azərbaycanın ziyanına işləyən faktordur. Ölkədə alternativlər mövcuddur. Avropa, rus profilli məktəblər var. İstəyənlər bu məktəblərdə də təhsil ala bilər. Qoy gənclərimizin bir qismi Avropa profilli məktəblərdə oxusun, digər qismi türk profilli məktəblərdə təhsil alsın. Bunun heç bir ziyanı yoxdur. Türkiyədən hansısa təriqət və ya partiya timsalında Azərbaycana hər hansı ziyan gəldiyi fikrini qəbul etmirəm. Məgər erməni kəşfiyyatı məsələsi bağlandımı? Şimalın, cənubun kəşfiyyatı ölkədə tüğyan edir. Məgər bunlarla mübarizəni yekunlaşdırdıqmı ki, indi türklərə ilişirik? Hesab edirəm ki, bu gün türk məktəbləri ilə bağlı baş verənlərin heç bir məntiqi izahı yoxdur. Mən vicdanımın səsinə qulaq asıb bu prosesi durdurmağı vacib hesab edirəm. Əminəm ki, ən yüksək səviyyədə bu prosesə “dur” deyilməsi baş verəcək. Çünki bizim başqa alternativimiz yoxdur.

 

- Təhsilimizin türk məktəblərindən əhəmiyyətli dərəcədə asılı olması Azərbaycan təhsilinin faciəsi hesab edilə bilərmi?

 

- Xeyr. Mən bunu Azərbaycan təhsil sisteminin faciəsi hesab eləmirəm. Təhsil bütövlükdə alternativlik tələb edən bir sahədir. Bütün müasir dünyada da insanlara bu seçim təqdim olunur. Sovet təhsil sistemi birxətli təhsil sistemi idi. Icbari təhsildə bəzən bunu tərifləyirlər, lakin bunu tərifləməyin də bir adı yoxdur. Bu təhsil sistemində mənasız dərslər də çox tədris edilirdi. Hansı ki, bu dərslərin şagirdlərə bir faydası da yox idi. Lakin təhsilin alternativliyi baxımından ingilisdilli, rusdilli məktəblərin mövcudluğu vacibdir. Bunların hamısına normal yanaşamaq lazımdır. Təhsildə müəllimin kimliyini, hansı təriqət sahibi olduğunu araşdırmaq yox, onun keyfiyyətli dərs verib-vermədiyini araşdırmaq lazımdır. Bütün bu səbəblər nəticəsində Azərbaycan təhsil sistemində özünəməxsus təhsil konsepsiyası formalaşmadı. 20 il ərzində nə yetişdirmək lazımdır ”“ bax bu məsələdə düzgün, qəti bir xətt yoxdur. Təhsil qanunu şəxsiyyət, vətənpərvər yetişdirmir. Təhsil qanunu bilgili insan yetişdirir. Bilgili insan bu mühitin içində mənəvi dəyərlər əxz edir. Təhsil təkcə bilik deyil. Təhsil elə bir sahədir ki, burada şagirdlərin mənəvi baxımdan inkişafı üçün bütün zəruri dəyərlər mövcud olmalıdır. Azərbaycan məktəbində isə bunlar yoxdur. Azərbaycan məktəbində uşaqların hətta normal fiziki hazırlığı üçün də şərait yoxdur. Bunun üçün stadionlar mövcud deyil. Bədən tərbiyəsi fənninin tədrisi üçün lazımi idman zalları yoxdur. Mövcud olan idman zallarının isə vəziyyəti tələbata cavab vermir. Təhsil yalnız gənclərin auditoriyada dərsi dinləməsindən, dərs almasından ibarət deyil. Təhsil həm də fiziki sağlamlıq deməkdir. Təhsil həm də müzakirə mühitidir. Bunlar olmayanda, o zaman bu sahədə bir boşluq əmələ gəlir ki, bu boşluq alternativlərin meydana çıxmasını şərtləndirir.

 

- Söylədiklərinizdən belə bir nəıticə hasil our ki, alternativlik təhsil üçün başlıca şərtdir və bunsuz keyfiyyətli təhsilə nail olmaq mümkün deyil?

 

- Şübhəsiz. Baxın, bu gün Azərbaycan bazarında müxtəlif firma və şirkətlərin istehsalı olan çoxlu sayda məhsullar mövcuddur. Hansı ki, bu firmalar eyni məhsulu istehsal edirlər. Məsələyə bu konteksdən yanaşsaq, o zaman biz bu sahədəki alternativliyi də aradan qaldırmalıyıq. Deməliyik ki, bunca firmanın fəaliyyətinə ehtiyac yoxdur, çünki onlar eyni məhsul istehsal edirlər. Gərək bu sahədə monopoliya yaradaq və başqa firmaları bura buraxmayaq. Lakin bu alternativlilik mövcud olmalıdır ki, firmalar rəqabət şəraitində fəaliyyət göstərsin və keyfiyyətsiz məhsullar istehsal edilməsin. Əgər bu gün Azərbaycandakı türk məktəbləri bütün çətinlikərə baxmayaraq ayaqda qala bilibsə, ən yüksək nəticələrə nail olubsa, onların bu zəhmətini dəyərləndirmək, onları qoruyub saxlamaq lazımdır. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəhbərliyi də bildirir ki, Azərbaycana bütün göstəricələr üzrə birinciliyi türk məktəbləri tutur. Indi bu cür məktəbləri, onların bizim üçün nə dərəcədə faydalı olduğunu bilə-bilə onları necə bağlayaq? Bu məktəblərdə dərs deyənlərin özləri də Azərbaycan övladlarıdır. Onların əksəriyyətini azərbaycanlılar təşkil edir. Indi minlərlə insanı çörəksiz qoymaq, onları pisləmək, həmin şəxsləri cəmiyyətə düşmən obrazında təqdim etmək nəyə lazımdır? Özü də bu insanları elə şəxslər düşmən kimi qələmə verir ki, onların özlərinin nuru yoxdur, onların çoxunun 9-cu sinif səviyyəsində dünyagörüşü, biliyi mövcud deyil. Buna görə də mən bu məktəblərin müdafiə edilməsini, qorunub saxlanılmasını vacib hesab edirəm. Mən təriqətə, filana əhəmiyyət vermirəm. Mən məktəb müdafiə edirəm. Istəyirəm ki, türk məktəblərinə qarşı aqressiv münasibət dəyişsin.

 

 

Seymur Əliyev


Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb