“Bakıdakı universitetlərdə çalışan müəllimlər ADAU-da ona görə işləmək istəyir ki...”
Müsahibə
Oxunub: 4708
27 Nov 2021 | 17:30
“Bakıdakı universitetlərdə çalışan müəllimlər ADAU-da ona görə işləmək istəyir ki...”

İbrahim Cəfərov: “Universitetin büdcədənkənar vəsaiti hesabına professor-müəllim heyətinin əmək haqlarına əlavələrin edilməsi ənənəvi hal alıb”

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moderator.az-ın suallarını cavablandırıb.

- İbrahim müəllim, universitetin reytinqindən söhbət düşəndə adətən rektorlar qəbul planının neçə faiz dolması ilə öyünürlər. ADAU-da bu ilki göstərici neçə faiz oldu?

- Təhsildə seçim imkanlarının genişləndiyi, rəqabətin gücləndiyi hazırki dövrdə ali təhsil müəssisəsinə qəbul planının dolması onun reytinq göstəricilərindən biri kimi qəbul edilməlidir. Başqa sözlə, ölkəmizdə ali təhsil müəssisələrinin sayı kifayət qədər olmasını, eləcə də xarici ölkələrdə təhsil almaq imkanlarının artmasını nəzərə alsaq, respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) xüsusilə kənd təsərrüfatı ixtisasları üzrə qəbul planının dolması ilə öyünmək olar. Şübhəsiz ki, bu göstəricini şərtləndirən amillərə dövlətin aqrar təhsilə qayğısı çərçivəsində həyata keçirilən tədbirlər, kənd təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar gənclər arasında aqrar təhsilə marağın xeyli dərəcədə artması daxildir.

2021/2022-ci tədris ilində ADAU-ya tələbə qəbulunda əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş vermiş, xüsusilə kənd təsərrüfatı ixtisaslarına qəbulun və keçid ballarının səviyyəsi artmışdır. Cari tədris ilində bakalavriat səviyyəsində qəbul planı 88,3 faiz,  magistratura səviyyəsində 92,4 faiz dolmuşdur.

Vurğulamaq lazımdır ki, 100 yaşlı bu ali təhsil ocağı aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrini və magistr hazırlığı mərkəzini özündə birləşdirməklə, ölkəmizin müxtəlif bölgələrindən və xarici ölkələrdən 6300-dən çox tələbə gənclərə azərbaycan, rus və ingilis dillərində təhsil verir.

Bu gün universitetdə “aqronomluq”, “torpaqşünaslıq və aqrokimya”, “aqromühəndislik”, “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik”, “meliorasiya mühəndisliyi”, “yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “balıqçılıq”, “meşəçilik”, “şərabçılıq”, “ekologiya”, “baytarlıq təbabəti”, “əczaçılıq”, “su bioehtiyatları və akvakultura”ixtisaslarına tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Cari tədris ilində təhsil müəssisəsinə qəbul olan tələbələrin 72,6 faizi məhz bu ixtisaslarda təhsil alır.

Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilir. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.

Son illərdə Universitetin beynəlxalq əlaqələrinin genişlənməsinin nəticəsidir ki, tələbələr sırasında əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Cari tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrin sayı 171 olmuşdur. Hazırda əcnəbi tələbələrin sayı ilə yanaşı onun coğrafiyası da əsaslı şəkildə dəyişir. Belə ki, bu gün universitetdə Türkiyə, İsrail, Lesoto, Malayziya, Konqo, Qazaxıstan, Somali və digər ölkələrdən olan tələbələr təhsil alırlar.

Türkiyənin, bütövlükdə dünyanın aparıcı ali təhsil müəssisələrindən ona EGE Universiteti ilə 4 ixtisas üzrə ikili diplom proqramların icrası,ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı üzrə əməkdaşlıq Memorandumu imzalanması da bu qəbildən olan amillərdəndir.

ADAU əməkdaşlarının beynəlxalq qrant layihələrində uğurlu iştirakından danışmaq olarmı? Son illər rəqəmlərlə ifadə olunsa, xarici fondlardan nə qədər maliyyə cəlb olunub?

- Qeyd etmək lazımdır ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində son illərdə universitetlə beynəlxalq və yerli donorların, eləcə də aparıcı aqrobiznes şirkətlərinin əməkdaşlığının genişlənməsi universitetin reytinqini xarakterizə edən  ən mühüm göstəricilərdən biridir. Qeyd olunan mənbələr hesabına maliyyə və texniki yardım hesabına yaradılmış mərkəzlərin, laboratoriyaların sayının artması qeyd olunanları bir daha sübut edir. Buna misal olaraq aşağıdakıları göstərmək olar:

1. Yüksək texnologiyalı suvarma sistemi mərkəzi-Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmışdır. İsrailin “Netafem” şirkətinin son texnologiyaları əsasında qurulmuş mərkəz 2019-cu il dekabr ayının 24-də açılmışdır.

//adau.edu.az/elmi_tedqiqat_merkezleri/yuksek-texnologiyali-suvarma-sistemi-merkezi-264/

2. New Holland Təlim Mərkəzi-Grand Motors MMC tərəfindən yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat_merkezleri/new-holland-agriculture-telim-merkezi-165/

3. John Deere Təlim Mərkəzi-Aztexnika Şirkəti tərəfindən yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat_merkezleri/john-deere-telim-merkezi-166/

4. Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi- Birləşmiş Millətlər Təşkilatı strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yaradılmışdır. //kahriz.az/

5. Baytarlıq klinikası-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat/baytarliq-klinikasi-631/

6. Toxumçuluq laboratoriyası-Laboratoriya beynəlxaq əməkdaşlıq çərçivəsində Yaponiya hökümətinin dəstəyi ilə yaradılmışdır. //adau.edu.az/laboratoriyalar/toxumculuq-laboratoriyasi-262/

7. Soyuducu anbar kompleksi- Meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə Tədris-təcrübə təsərrüfatında USAID, Özəl Sektorun İnkişafı layihəsinin dəstəyi ilə yaradılmışdır.

8.  2,5 hektarda intensiv və yarım-intensiv bağlar- USAID, Özəl Sektorun İnkişafı layihəsi, Azərbaycan-Amerika Ticarət Palatası, İsrail Səfirliyi və Coca-Cola şirkəti tərəfindən həyata keçirilir. Layihənin icrasına yaxın vaxtlarda başlanılacaqdır.

Qeyd edək ki, Grand Motors, Aztexnika, USAID, EMA və digər şirkətlər universitedə həyata keçirilən tədbirlərə, o cümlədən  beynəlxalq və respublika səviyyəli yay məktəblərinin təşkilinə də dəstək göstərirlər.

Hazırda Erasmus+ proqramı çərçivəsində “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üçün innovasiyaların inkişafı” layihəsi uğurla icra olunmaqdadır.

- Sirr deyilsə, universitetdə bütün pillələrdən olan maaşlar Bakıdakı universitetlərdəki əmək haqlarından nəzərəçarpacaq qədər fərqlənirmi?

 - Universitetin büdcədənkənar vəsaiti hesabına professor-müəllim heyətinin, texniki işçilərin əmək haqlarına əlavələrin edilməsi ənənəvi hal alıb. Son illərdə digər, xüsusilə Bakıda yerləşən bir sıra ali təhsil müəssisələrindən ADAU-da çalışmaq üçün müraciət edənlərin və işə qəbul edilənlərin sayının artması əmək haqqının səviyyəsinin nəzərəçarpacaq fərqlənməsi ilə bağlıdır. Bununla yanaşı, universitetdə əmək haqlarında differensial yanaşmanın tətbiqi də diqqət mərkəzində saxlanılır.

- Bəşəriyyət qlobal istiləşmənin ağır fəsadları ilə üz-üzədir və quraqlıq aqrar sahədə innovativ metodologiya tətbiqini nəinki zəruri, hətta qaçılmaz edib. ADAU Azərbaycanın kənd təsərrüfatına öz töhfəsini necə verir və hansı yeniliklərin tətbiqi nəzərdə tutulur?

- Bu problem Dayanıqlı İnkişaf Məqsədlərində xüsusilə “Məqsəd 13-İqlim dəyişikliyinə qarşı mübarizə”də geniş əks olunmaqla iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Problemin aktuallığını və bu istiqamətdə aqrar təhsil qarşısında duran vəzifələri nəzərə alaraq 2021-ci ildə  Azərbaycan Dövlət Aqrar Universitetində “17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü”nə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib. Məruzələr qlobal ekoloji problemlərin Azərbaycanda təzahürü, Azərbaycan ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində Azərbaycanın meşə strategiyası, su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərini əhatə edib.

Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün müvafiq  vəzifələrin icrası məqsədilə iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılıq və uyğunlaşma qabiliyyətinin gücləndirilməsi, iqlim dəyişikliyinin mənfi təsirinin azaldılması, erkən xəbərdarlıq kimi məsələlərə tədris və elmi-tədqiqat proseslərində daha geniş yer verilməkdədir. Bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi üçün universitetin müvafiq maddi-texniki bazası və kadr potensialı mövcuddur.

Oxşar xəbərlər
07:20, Bu gün
Banan, pomidor, xiyar...  – Səhərlər bunları yeməyin!
06:45, Bu gün
Gürcüstan: Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...
12 May 2024 | 23:56
Bakıda 15 yaşlı məktəbli bıçaqlandı
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 22:26
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
12 May 2024 | 22:25
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
12 May 2024 | 21:59
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
12 May 2024 | 21:37
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
12 May 2024 | 21:25
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12 May 2024 | 20:54
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
12 May 2024 | 20:37
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12 May 2024 | 20:09
Blinken: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb
12 May 2024 | 19:57
BMT-dən Belqorodda yaşayış binasına edilən hücuma reaksiya
12 May 2024 | 19:33
İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 18:59
İsrail mediasından "Avroviziya" ilə bağlı qalmaqallı yazı
12 May 2024 | 18:51
Mingəçevirdə parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
12 May 2024 | 18:49
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
12 May 2024 | 18:47
Baş nazir müxalifətin iğtişaşlar planlaşdırdığını açıqlayıb
12 May 2024 | 18:41
Bilal Əliyevin ingilis dilindən tərcüməsi gündəm oldu - VİDEO
12 May 2024 | 18:16
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
12 May 2024 | 18:08
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
12 May 2024 | 17:58
Tovuza dolu düşüb
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 17:30
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 17:13
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
12 May 2024 | 17:09
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
12 May 2024 | 16:54
HƏMAS-ın İsraillə bağlı – Şok planı
12 May 2024 | 16:48
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
12 May 2024 | 16:33
FHN əhaliyə MÜRACİƏT ETDİ 
12 May 2024 | 16:29
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB
12 May 2024 | 16:20
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
12 May 2024 | 16:18
Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub
12 May 2024 | 16:12
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs  ölüb
12 May 2024 | 15:59
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yeniləndi
12 May 2024 | 15:51
Oxumadan imtahandan keçmək istəyənlər bu yola üz tutur: cəmi 60 manata... - VİDEO
12 May 2024 | 15:45
Sürücülərin nəzərinə!
12 May 2024 | 15:42
Günlük villa kirayələrinə maraq artıb - Səbəb nədir?
12 May 2024 | 15:36
"21:15" qatarı yola düşdü
12 May 2024 | 15:30
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq
12 May 2024 | 15:20
Makrondan BƏYANAT- Fransa Ukraynaya qoşun göndərəcəkmi?
12 May 2024 | 15:06
Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir
12 May 2024 | 14:56
Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: gənc qız... - VİDEO
12 May 2024 | 14:44
Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub 
12 May 2024 | 14:31
Rusiyanın səfiri vəfat etdi
12 May 2024 | 14:25
Zəhərlənmə əlamətləri
12 May 2024 | 14:11
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
12 May 2024 | 14:08
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
12 May 2024 | 14:00
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
12 May 2024 | 13:51
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
12 May 2024 | 13:45
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
12 May 2024 | 13:42
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
12 May 2024 | 13:33
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
12 May 2024 | 13:23
Bitkilər görə, eşidə və iyləyə bilirlər
12 May 2024 | 13:12
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12 May 2024 | 12:49
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12 May 2024 | 12:40
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12 May 2024 | 12:17
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12 May 2024 | 12:03
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
12 May 2024 | 11:44
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
12 May 2024 | 11:42
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
12 May 2024 | 11:37
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
12 May 2024 | 11:24
Litvada prezident seçkiləri keçirilir
12 May 2024 | 11:14
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
12 May 2024 | 11:09
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
12 May 2024 | 10:31
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
12 May 2024 | 10:28
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
12 May 2024 | 10:21
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
12 May 2024 | 10:13
"Real” klubu rekordunu təkrarlayıb
12 May 2024 | 09:57
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
12 May 2024 | 09:55
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
12 May 2024 | 09:55
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
12 May 2024 | 09:50
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
12 May 2024 | 09:47
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
12 May 2024 | 09:43
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
12 May 2024 | 09:36
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
12 May 2024 | 09:27
NATO Ukraynaya qoşun yeridəcək?
12 May 2024 | 09:19
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
12 May 2024 | 09:17
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
12 May 2024 | 09:13
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
12 May 2024 | 09:08
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
12 May 2024 | 08:55
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
12 May 2024 | 08:48
Səhər yeməyində hansı qidalar zərərlidir?
12 May 2024 | 08:31
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
12 May 2024 | 08:30
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
12 May 2024 | 08:22
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
12 May 2024 | 08:13
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
12 May 2024 | 08:08
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
12 May 2024 | 07:44
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
12 May 2024 | 00:18
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
12 May 2024 | 00:17
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
12 May 2024 | 00:16
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
GÜNLÜK
12 May 2024 | 08:31
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
12 May 2024 | 09:55
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
12 May 2024 | 08:13
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
12 May 2024 | 08:30
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
12 May 2024 | 09:57
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
12 May 2024 | 09:17
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
12 May 2024 | 10:21
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
12 May 2024 | 09:55
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
12 May 2024 | 08:48
Səhər yeməyində hansı qidalar zərərlidir?
12 May 2024 | 08:22
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
12 May 2024 | 08:31
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
12 May 2024 | 09:55
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
12 May 2024 | 08:13
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
12 May 2024 | 08:30
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
12 May 2024 | 09:57
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
12 May 2024 | 09:17
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
12 May 2024 | 10:21
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
12 May 2024 | 09:55
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
12 May 2024 | 08:48
Səhər yeməyində hansı qidalar zərərlidir?
12 May 2024 | 08:22
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR