Əli Hüseynlidən Azərbaycandakı insan haqları barədə qeyri-adi açıqlama
Müsahibə
Oxunub: 3111
12 Dec 2013 | 12:44
Əli Hüseynlidən Azərbaycandakı insan haqları barədə qeyri-adi açıqlama

Moderator.az Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Gün.Az-a müsahibəsini təqdim edir:

- Əli müəllim, bildiyiniz kimi, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür.

Düz 65 il öncə İnsan Hüquqları Bəyannaməsi BMT tərəfindən qəbul olunub və həmin Bəyannamənin qəbul olduğu gün hər il bütün dünya tərəfindən qeyd edilir. Bu baxımdan, ötən illər ərzində bu Bəyannamənin qəbulu dünyaya, insanlara nə verib? Eyni zamanda, bu Bəyannaməyə tərəfdar çıxan Azərbaycan həmin sənəddən irəli gələn məsələlərin həlli istiqamətində hansı addımlar atıb?

- Doğrudan da, İnsan Hüquqları Bəyannaməsinin qəbulundan 65 il artıq keçib. Həmin Bəyannamə qəbul olunan dövrdə bu, təbii ki, çox mühüm bir sənəd idi. Çünki adıçəkilən Bəyannaməyə qədər bütün dünyanı narahat edən bir çox hadisələr baş vermişdi, o cümlədən dünya, Avropa  İkinci Dünya Müharibəsinin acılarını yaşayırdı, ümumiyyətlə, insan hüquqları mövzusu, insan hüquqları bir termin kimi dünya üçün yeni idi.

Bu baxımdan, 1948-ci ildə BMT tərəfindən qəbul olunan məlum sənəd o dövr üçün çox mükəmməl, yeni bir sənəd idi.

İnsan hüquqlarının kataloqu ilk dəfə olaraq verilirdi. Amma o dövrdən 65 il keçib və ötən müddətdə insan hüquqları sahəsində çoxlu beynəlxalq sənədlər, konvensiyalar, sazişlər qəbul olunub.

Bir çox dövlətlər onları qəbul edib. İndi Avropa ölkələr üçün Avropa İnsan Hüquqları Konvensiyası kimi çox mühüm bir sənəd var. Amma tarixilik baxımından insan hüquqlarını qoruyan fundamental bir sənəd kimi məhz bu Bəyannamə qəbul olunur və ona görə bütün dünyada, o cümlədən, Azərbaycanda bu sənədin qəbulunun 65 illiyi qeyd edilir.

Hazırda isə mütərəqqi hal ondan ibarətdir ki, 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyası qəbul olunarkən onun çox böyük bir hissəsi insan hüquqlarına həsr olundu. Sonrakı illərdə də insan hüquqlarının qorunması ilə bağlı bizim Konstitusiyaya bir çox dəyişikliklər edildi. Hazırda bizim həm Konstitusiyamız, həm də bütovlükdə milli qanunvericiliyimiz insan hüquqlarını səmərəli şəkildə qoruyur, kifayət qədər ciddi müddəaları özündə ehtiva edir.

Bundan başqa bilirsiniz ki, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası mövcuddur. Bu konsepsiyanın ana xəttində Azərbaycanın inkişaf etmiş ölkələrə qatılması ideyası durur və insan hüquqlarına indi biz daha geniş kontekstdə baxırıq- qanunun aliliyi kontekstində, demokratiya kontekstində...

Bu inkişaf konsepsiyasının vacib daxili elementlərindən biri də insan hüquqlarının səmərəliliyinin artırılması ilə bağlı cənab Prezidentimiz tərəfindən imzalanmış Proqramdır. O Proqram artıq bir neçə ildir icra olunur və hələ qarşıdakı illərdə də icra olunacaq. Beləliklə, ölkəmiz insan hüquqlarının qorunması sahəsində bu Proqramla yaxın illər üçün konkret  işlər görür.

- Yeri gəlmişkən, Azərbaycana qarşı artıq neçə illərdir beynəlxalq təşkilatlar, o cümlədən, bəzi aparıcı dövlətlər, konkret olaraq, ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqlarının vəziyyəti ilə bağlı ittihamlar səsləndirilir. Sizcə, bu ittihamlar nə dərəcədə əsaslıdır?

- Əvvəla, ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı verdiyi hansısa bir bəyanat tam obyektiv ola bilməz. Çünki onlar yalnız vətəndaş cəmiyyətinin verdikləri məlumatlara, bəzən də siyasiləşmiş vətəndaş cəmiyyətindən əldə etdikləri məlumatlara əsaslanırlar. Biz isə onlara dəfələrlə təklif etmişik ki, hər hansı bir məlumatı dəqiqləşdirməkdən ötrü dövlət orqanlarından da, alternativ mənbələrdən də məlumatlar almaq lazımdır.

Bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarına gəlincə isə, onlar da kütləvi olaraq hansısa məsələləri çox şişirdilmiş formada təqdim edirlər. Amma biz əgər Azərbaycan cəmiyyətinin indi bu beynəlxalq təşkilatlara, bu hadisələrə rəyini öyrənmək istəyiriksə, onda gərək Ramil Səfərovla bağlı Azərbaycan dövlətinin gördüyü tədbirləri, onun Azərbaycana ekstradisiya olunması, Azərbaycan Prezidenti tərəfindən əfv edilməsini və ondan sonra bütün beynəlxalq təşkilatların verdiyi rəyi xatırladaq.

 Bax gərək Azərbaycan ictimaiyyəti həmişə bu hadisəyə qiymət versin, necə ki, Ramil Səfərov məsələsi ilə bağlı onlar qeyri-obyektiv mövqe tutublar, eləcə də digər bütün məsələlərlə bağlı onların mövqeyi bax bu cür olub. Yəni, dəyərləndirməkdən ötrü hər zaman o hadisəni xatırlamaq lazımdır .

- Ümumiyyətlə, Azərbaycanı insan hüquqlarının tam təmin olunduğu ölkə hesab etmək olarmı?

- İnsan hüquqları özü daim inkişafdadır. Çünki indi elə insan hüquqları var ki, misal üçün ekoloji hüquq, o barədə 10 il, 15 il, 20 il bundan əvvəl heç danışılmırdı. Onu birmənalı demək mümkündür ki, Azərbaycanda insan hüquqlarının səmərəli qorunmasından ötrü real işlək mexanizmlər mövcuddur. İnsan hüquqları dövlətin bir hissəsi kimidir, daim bu diqqət mərkəzində saxlanılır və dövlət orqanlarının, hamımızın, cəmiyyətin borcu insan hüquqlarının qorunmasını təmin etməkdir. Yəni, bu əsas mövzudur və daim diqqət mərkəzindədir. Əsas budur.

Amma insan hüquqlarının pozulması halları bütün dövlətlərdə mövcuddur və təəssüf olsun ki, xüsusən son illərin sosial-iqtisadi problemləri həm də onu göstərdi ki, özlərinin insan hüquqlarının qorunma mexanizmi ilə fəxr edən ölkələr, sistemlər, məsələn, Avropa Birliyinin üzvü olan ölkələr belə aciz qalıblar. Biz həmin ölkələrdə çoxlu sosial toqquşmalar gördük. Bu toqquşmalar zamanı çoxlu sayda insan hüquqlarının pozulması hallarını da gördük. Yəni, bu gün birmənalı demək olar ki, əslində Azərbaycan insan hüquqlarının ən az pozulduğu ölkələr siyahısında ola bilər.

Hazırda insan hüquqları daha çox böyük dövlətlərdə, insan hüquqlarını bəyan etmiş dövlətlərdə daha çox pozulmuş olur.

- Əli müəllim, o da var ki, Azərbaycana qarşı insan hüquqlarının vəziyyəti ilə bağlı ittihamlar səsləndirilərkən daha çox məhkəmə qərarlarına istinad olunur və ya “siyasi məhbuslar” məsələsi ortaya atılır, ondan yapışılır...

- Ümumiyyətlə, onu deməliyəm ki, dünyada hazırda insan hüquqlarına daha geniş kontekstdə baxılır. Yəni, insan hüquqlarına demokratiya kontekstində baxılır. Ona görə bir sıra hallarda insan hüquqları, insan haqlarının pozulması mövzusu çox şişirdilir.

Bəzi ölkələrə, məsələn, Azərbaycana hər zaman bir təzyiq vasitəsi kimi istinad olunur ki, əgər insan haqları pozulubsa, deməli, demokratik inkişaf kifayət qədər deyil. Məhz bu cür kontekstdən yanaşırlar ki, ölkəmizin beynəlxalq imicinə hansısa bir formada xələl gətirsinlər. Yəni, məqsəd bundan ibarətdir.

Bu, bir texnologiyadır, əgər belə demək mümkündürsə. Biz dəfələrlə müşahidə edirik ki, insan hüquqları daha geniş şəkildə pozulan ölkələr bəzən insan hüquqlarının müdafiəsindən danışırlar. O ki qaldı məhkəmələrlə bağlı məsələyə, əlbəttə ki, hüquqi dövlətdə insan hüquqlarının qorunmasını təmin edən əsas mexanizm məhkəmə hakimiyyətidir. Bu, belədir. Yəni, inzibati yox, məhkəmə hakimiyyətidir.

Amma, əlbəttə ki, məhkəmə hakimiyyəti ilə bağlı islahatlar, yəni, məhkəmə- hüquq islahatları da davam edir. Bəzən məhkəmə hakimiyyətinin fəaliyyətinin özündən də şikayətlər daxil olur. Bu da təbiidir. Çünki daha çox ölkənin özünün iqtisadi inkişafı özü çoxlu sayda iqtisadi və mülki mübahisələrə də gətirib çıxarır. Bunlar da, təbiidir ki, məhkəmələrdə baxılır və  bəzən görürsünüz ki, az da olsa hansısa hallarda şikayətlər  olur.

Hesab edirəm ki, bu, təbii bir prosesdir və əlbəttə ki, biz də fokusu ona yönəldirik ki, insan hüquqlarının həm səmərəli müdafiə mexanizmi olan məhkəmə hakimiyyətinin müstəqilliyi daha güclü olsun, həm də onların qəbul etdiyi qərarlar qanuni, ədalətli olsun.

Qeyd edim ki, bu sahədə də işlərimizi çox ciddi şəkildə aparırıq, bununla xüsusi orqan Məhkəmə-Hüquq Şurası məşğul olur. Problemləri də müşahidə edirik. Amma onlar daim diqqət mərkəzindədir. Yəni, burada hansısa bir qeyri-adi bir hal yoxdur. Bu, inkişafın bu mərhələsini keçən bütün ölkələrdə var. Əlbəttə, yenə vurğulayıram ki, iqtisadi inkişaf çoxlu sayda, həm də iqtisadi və mülki mübahisələrə gətirib çıxarır...

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər