“Azərbaycan üçün Qarabağ cənnətdirsə, Ukrayna üçün Donbas cənnət deyil, amma...”
Müsahibə
Oxunub: 10021
09 Apr 2021 | 18:00
“Azərbaycan üçün Qarabağ cənnətdirsə, Ukrayna üçün Donbas cənnət deyil, amma...”
“Ukrayna vətəndaşı da düşünür ki, Rusiyaya torpaq verdikcə iştahı daha da artacaq...”
 
Azərbaycanlı nazir müşaviri Rusiyanın Ukraynaya genişmiqyaslı hücum ehtimalından danışdı...
 
Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından olan Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi, eyni zamanda Elm və Təhsil nazirinin müşaviri  olan Elxan Nuriyev Moderator.az-a müsahibəsində bu  yaxınlarda səfərdə olduğu  Donbas regionundakı son durum, Rusiya ilə müharibə ehtimalı, ABŞ və NATO ölkələrinin buna münasibətindən, eləcə də Qarabağ və Donbas problemlərindəki bəzi fərqli cəhətlərdən bəhs edib.
-Elxan bəy,  bu günlərdə  Ukraynanın Donbas regionunda - təmas xəttinə yaxın məntəqələrdə olmusuz.  Durum necədir? Hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi  separatçılar arasında gərginlik hansı həddədir?
 
-Bəli, biz bu günlərdə  Ukrayna Zabitlər Birliyinin xətti ilə separatçıların nəzarət etdiyi ərazilərə yaxın məntəqələrdə görüşlər keçirdik, rəhbər şəxslər və adi vətəndaşlarla söhbətlərimiz oldu. Gərginlik daim var. Mütəmadi olaraq hər iki tərəfdən hərbi və ya mülki vətəndaşlar arasında həlak olanlar da olur...  
 
Mövcud vəziyyəti  təhlil etdikdən sonra bizim qorxduğumuz əsas odur ki, Rusiya “KQB”-Putin təcrübəsindən çıxış edərək Ukraynanın nəzarətində olmayan şəhərlərdən birində bir xəstəxana və ya məktəbdə terror aktı, partlayış törədərək dezinformasiya yayarlar ki, bunu Ukrayna diversantları təşkil edib. Və hücum üçün saxta bəhanə əldə edərlər...
 
Bildiyiniz kimi, dünən –aprelin 8-də Ukrayna prezidenti Vladimir Zelenski təmas xəttində yaranan yeni gərginlikdən sonra Donbasa səfər edib. Orada xidmət edən hərbçilərlə görüşüb və onları mükafatlandırıb.  Bu da bir daha göstərir ki, Ukrayna dövləti  hər şeyə hazır durumda olaraq öz ordusunun arxasında da dayanıb....
 
-Sizcə,  Prezident V. Zelenski belə bir gərgin geosiyasi durumda Ukrayna dövləti üçün  kifayət qədər beynəlxalq müdafiə xətti qura bilibmi?
- Hesab edirəm ki, belə bir müdafiə artıq qurulib. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri  Cek Sullivan dəfələrlə Ukrayna ilə əlaqə saxlayıb. Müdafiə naziri Lloyd Ostin  və Dövlət Katibi Entoni Blinken də mütəmadi olaraq ölkədəki vəziyyətlə maraqlanırlar. Yeri gəlmişkən, deyim ki, E.Blinkenin yəhudi əsilli babası  Kiyev vilayətində yaşayıb... 
Ən çox da ABŞ-ın Bütün Qoşun Birləşmələrinin Baş Qərargahlar Komitəsinin rəhbəri Mark Milli  Ukrayna və Rusiyadakı həmkarlarıyla əlaqə saxlayır. Və o,  qəti xəbərdarlıq edir ki, əgər belə  bir müharibə başlayarsa, ABŞ mütləq buna müdaxilə edəcək. Çünki bu, azad dünyaya, azad Avropaya qarşı açılmış savaş kimi anlaşılacaq. Bununla paralel bu yaxınlarda Polşa, Latviya və Litva xarici işlər nazirlikləri səviyyəsində bəyanat yaydılar ki, Ukraynaya olan hücum həmin dövlətlərin milli təhlükəsizliyinə təsir edə bilər.  Və həmin səbəbdən onlar bu məsələyə dövlətlərinin milli təhlükəsizlik məsələsi kimi baxırlar...
 
Bir sözlə, ABŞ və Avropanın əksəriyyəti,  o cümlədən NATO ölkələri, demək olar ki, birmənalı olaraq Ukraynanın yanındadır. Bu günlərdə Prezident Zelenski birbaşa bəyanat verdi ki, bizim məqsədimiz NATO-ya üzv olmaqdır. Təbii ki, həm ölkədəki qanunçuluq, həm də ordu göstəriciləri baxımından NATO-nun standartlarına uyğun olmaq gərəkdir. Amma ilkin məsələ NATO-nun çətiri altına girməkdir. Sorğular da onu göstərir ki,  vətəndaşların 70 faizi  Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır. Yəni rəsmi Kiyev bütün obyektiv və subyektiv əngəllərə baxmayaraq bu quruma üzv olmaq üçün əlindən gələni edəcək. Amma inanmıram ki, Moskva da əlini-qolunu sallayıb öz sərhədlərində NATO qoşunlarının yerləşməsinə biganə qalsın...
 
-“Nyu-York –Tayms”ın bu günlərdə Pentaqon mənbələrinə isttinadla yaydığı məlumata görə, Rusiya Ukrayna sərhəddinə cənubda, şərqdə və şimalda 4 minə yaxın qoşun toplayıb. Aprelin 4-də Krımın işğalında iştirak etniş “Pskov desantçıları” deyilən diviziyanın bəzi hissələri də Simferopola gətirilib. Xarkov yaxınlığına da qoşunlar toplanıb. Və s. Sizcə, genişmiqyaslı Rusiya-Ukrayna savaşının başlanması ehtimalı nə qədərdir? 
 
-Bilirsiz, əvvəllər də Rusiya Donbasdakı hərbi əməliyyatlarda iştirak edirdi. Amma onda bu, gizli, qeyri-leqal edilirdisə, indi artıq Moskva, az qala, birbaşa deyir ki, bu, bizim daxili işimizdir.  Bu günlərdə Putinin mətbuat katibi Dmitri Peskov da bəyan etdi ki, Rusiya öz ərazisində qoşunlarının yerini necə lazım bilirsə, elə də dəyişir və bunun üçün heç kəsdən icazə istəmək fikrində deyil. Və görünən fakt odur ki,  bu günədək Rusiyanın, ən azı, 28 operativ-taktiki batalyonu cənubda Krımdan tutmuş şimalda Çerniqov vilayətinədək aypara şəklində Ukraynanı əhatəyə alıb. Eyni zamanda aprelin 8-də Peskovun müavini də bəyan etdi ki, əgər Ukrayna Donbasda Serebrenitsadakı kimi soyqırım törətməyə cəhd etsə, Rusiya da öz vətəndaş və soydaşlarını müdafiə etməyə məcbur olacaq...
 
-Rusiya bəzi yerlərdə qoşunlarını guya təlimlər keçirmək adıyla da yerləşdirib...
-Təbii ki, Kreml texnoloqları buna müxtəlif adlar qoyacaq, müxtəlif bəhanələr gətirəcəklər. Bu sadəcə, şantaj da ola bilər. Hər halda hesab edirəm ki, yaxın müddətdə genişmiqyaslı  müharibə gözlənilmir. Düzdü, Rusiya  lokal səviyyədə hansısa əraziləri güclü artileriya, yaxud aviasiya zərbələrinə məruz qoya bilər. Amma ordunun dövlət sərhəddini keçəcəyi halda, yəni Rusiya ordusunun genişmiqyaslı hücum edəcəyi təqdirdə Ukrayna quru qoşunları buna çox ciddi müqavimət göstərəcək. Çünki artıq Ukrayna ordusu 2014-cü ildəki ordu deyil, son 7 il ərzində dəfələrlə güclənib. Onu da deyim ki, Rusiya tərəfi Donbasda münaqişə başlanandan hərbi baxımdan Ukraynadan dəfələrlə çox canlı itki verib. Təxmini olaraq 13-15 min rəqəmləri səslənir. Amma Donbasda həlak olmuş mülki Ukrayna vətəndaşlarının sayı daha çoxdur...  
 
Eyni zamanda onu da  vurğulamaq lazımdır ki, Qərbdən Ukraynaya hərbi yardımlar  davam edir. Məsələn, aprelin 5-də NATO-nun  7 ölkəsinin təyyarələri Kiyev yaxınlığındakı hərbi aerodroma endi... 
 
-Sizcə,  genişmiqyaslı savaş başlayacağı təqdirdə ABŞ-dan savayı konkret hansı ölkələr Ukraynanı, dolayı yox,  birmənalı olaraq müdafiə edəcək?
 
-Öncə qeyd etdiyim kimi, ABŞ və Avropa Ukraynaya hücumu azad dünyaya hücum kimi dəyərləndirəcək. Düzdü, Normand dördlüyünün üzvləri olan Almaniya və Fransa adətən, sadəcə, tərəfləri hərbi qarşıdurmadan yayınmağa çağırır. Yəni Ukraynanı birbaşa dəstəkləmir.  Ancaq bildiyiniz kimi, dünən –aprelin 8-də  Almaniya Kansleri Angela Merkelin Putinlə bu mövzudakı danışığı əvvəlkilərdən kifayət qədər sərt olub və demək olar ki, o, Rusiyadan öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyi tələb edib. Putin isə gileylənib ki, guya Ukrayna Donbasda genişmiqyaslı əməliyyat keçirməyə hazırlaşır və s. Belə demək mümkündürsə, Moskva bir az “geri verib”... Amma Amerikaya gəldikdə,  Vaşinqton hələ Krım böhranından bəri rəsmi Kiyevi birmənalı olaraq dəstəkləyir və Rusiyaya qarşı çıxış edir... Real vəziyyət belədir. Və hələlik Rusiya iqtidarı öz əhalisini genişmiqyaslı müharibə nəticəsində baş verəcək olay və itkilərə hazırlayır. Yəni, necə ki, 2020-ci ilin sentyabrınadək Ermənistan-Azərbaycan sərhədində, yaxud Qarabağda ara-sıra artilleriya zərbələri, snayper atəşləri və s. edilirdi, hazırda Rusiya-Ukrayna cəbhəsində də oxşar vəziyyətdir. Əməliyyatlar birbaşa açıq fazaya keçirilməyib...
-Amma bütün bunlara rəğmən Ukraynanın 1-ci Prezidenti  Leonid Kravçuk da bu günlərdə “Qordon”a müsahibəsində dalana dirənmiş Putinin hər şeyə əl atacağını bildirib. Artıq bir sıra mənbələr  ABŞ-ın “HIMARS” taktiki raketlərini bölgəyə gətirdiyini, Rusiyanın isə uzaqmənzilli raketlərini Krım və Donbas bölgələrinə nəql edə biləcəyini iddia edib. Sizcə, bu yaxınlarda Putin genişmiqyaslı hücum əmri verə bilərmi?
 
-Bəli, hər şey gözləmək olar. Çünki Rusiyanın daxili durumu da çox gərgindir. Və Putin də bunu gözəl bilir. Bildiyniz kimi, aprelin 6-da  Moskvada dollar kəskin bahalaşdı. Yəni bu da, təbii ki, əhalinin iqtisadi-sosial durumunun   daha da ağırlaşmasına gətirib çıxaracaq. Qərbin təzyiqləri,  Navalnı məsələsi, sanksiyalar... Məsələn, son aylarda Rusiyanın ümumi daxili məhsulu 400-500 milyard dollar aşağı düşüb. Bir sözlə, ölkə daxilindəki problemləri kölgədə qoymaq, eyni zamanda sentyabrda Dövlət Dumasına seçkiləri nəzərə alaraq hakim partiyanın da müharibə ilə bağlı qərarı ola bilər. Və öncə dediyim kimi, Kreml indidən ölkə əhalisi qarşısında  verilə biləcək qurbanlara haqq qazandırmağa çalışır. Son aylar Rusiya telekanalları Ukraynaya qarşı nifrət təbliği ilə məşğuldur. Əhaliyə təlqin edilir ki, guya Kiyev Donbasdakı ruslara qarşı soyqırım həyata keçirməyə hazırlaşır, Ukraynanın Türkiyə ilə birgə istehsalına başladığı yeni nəsil dronları nümayiş etdirilir və s. Bir sözlə, hələki Putin Zelenskiyə qarşı əzələ nümayiş etdirir. Amma Rusiyada müharibəyə faktiki güclü hazırlıq da gedir...
-Bəs deyilənə görə, Azərbaycanın Qarabağdakı son uğurlu savaşından ruhlanmış Ukrayna rəhbərliyi özü Donbasda antiterror əməliyyatı keçirməyə risk edə bilərmi?
 
-Yox... Ukrayna öz təşəbbüsü ilə müharibəyə başlamaq fikrində deyil. Yəni bilmək lazımdır ki, Ukrayna Azərbaycan deyil.  Ötən ilin yayındakı Tovuz döyüşlərindən sonrakı Azərbaycandan fərqli olaraq Ukraynada yüz minə yaxın vətəndaş torpaqları azad etmək üçün meydanlara çıxıb müharibə çağırışı etmir... Bəzən hətta bunun əksi baş verir. Yəni insanlar müharibə əleyhinə də çağırışlar edirlər... Məsələn, Donbasla yanaşı, Krım da depressiv bölgə hesab edilir.  Yəni bu regionlar dövlət dotasiyası ilə yaşayırlar. Sovet vaxtı, məsələn, Donbas daş kömür mədənləri  ilə zəngin olduğundan gəlirli olub. Ancaq hazırda həm həcm, həm də keyfiyyət baxımından həmin mədənlər öz əhəmiyyətini itirib. Və odur ki, yenə də dövlətdən hardasa, 800 milyon dollara yaxın dotasiya alır. Oxşar  vəziyyət Krımdadır. Krımın 80 faiz ərazisində yovşandan savayı heç nə bitmir... Yarımadanın böyük bir hissəsində dərin infrastruktur böhranı var. Krımda 70 faiz təsərrüfat suyu çatışmazlığı var, əkinlər, bağ-bağat quruyur. Odur ki, bizim üçün Qarabağ cənnətdirsə, ukrayınlar üçün Donbas, Krım cənnət deyil... Amma bütün hallarda Vətənin bir parçasıdır,  dövlətin ərazisidir və sadəcə, ortalıqda “torpaqdan pay olmaz” prinsipi var. Ukrayna vətəndaşı da düşünür ki, Rusiyaya torpaq verdikcə iştahı daha da artacaq... Fəqət, yenə də bütövlükdə Ukrayna cəmiyyətində Donbasa, Krıma qarşı Azərbaycandakı Qarabağ sevgisi qədər bir sevgi, istək yoxdur... Putin özü də anlayır ki, bu gün Krım kimi Donbas da Rusiya üzərində ağır yükdür. Odur ki, nə etmək lazım olduğunu heç Rusiya özü də bilmir...
-Elxan bəy, sizcə, Qarabağ məsələsi ilə Donbas probleminin başqa hansı fərqli cəhətləri var?
 
-Bu günlərdə Donetsk vilayətinin icra strukturlarınım yerləşdiyi Kramotorskda da səfərdə olduq. Biz vaxtaşırı vilayətin rəhbər şəxsləri ilə görüşürük. Məsələn, mən bilirəm ki, Donetsk vilayət mədəniyyət şöbəsinin müdir müavini olan rus xanım hər həftənin 5-ci günü axşam separatçıların blok-postunu keçərək Donbasdakı evinə gedir və şənbə-bazar ailəsinin, övladlarının yanında olur. Bazar ertəsi səhər yenə də qayıdıb gəlir işə. Və deyir ki, mən milliyyətcə rus olsam da, ukrayın dilini bilirəm və 20 ildir ki, bu sahədə işləyirəm, heç kəs heç bir əsasla məni işdən azad edə bilməz. Sözüm ondadır ki,  Ukrayna Donbasda Azərbaycanın Qarabağdakı ermənilərlə olduğu kimi, tamamilə yad və xəstə etnosla üz-üzə deyil... Donbasda yaşayan hər bir kəs özünü Ukrayna vətəndaşı hesab edir. Yaşlı insanlara, əlilliyi olanlara təqaüd verilir. Və s. Sadəcə, həmin insanlar Ukrayna qanunlarıyla yaşamaq istəmirlər... 
 
Bilirsiz, Rusiyanın istədiyi o idi ki, Donbasda öz sülhmətramlılarını yerləşdirsin, orada da 2014-cü ildə Krımda olduğu kimi, avtomat lülələri altında seçkilər keçirsin və separatçıları qanuni olaraq Ukrayna hakimiyyətində təmsil elətdirsin. Bu da alınmadı. Çünki Ukrayna buna getmədi və getməyəcək də... Rusiya isə Kiyevin dediyi şərtləri qəbul etmir...  Amma Ukrayna dövləti və xalqı da bütün hallarda Moskvanın bu və ya digər diqtələrini qəbul etməyərək demokratik, azad quruculuq, inkişaf yoluyla getməyə çalşmaqda davam edəcək...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
11:00, Bu gün
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
10:52, Bu gün
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
10:41, Bu gün
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
10:33, Bu gün
Bakıda şadlıq evində yanğın olub
10:22, Bu gün
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
10:10, Bu gün
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
10:02, Bu gün
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
09:54, Bu gün
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
09:43, Bu gün
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
09:35, Bu gün
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
09:23, Bu gün
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
09:16, Bu gün
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
09:08, Bu gün
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08:58, Bu gün
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08:58, Bu gün
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08:30, Bu gün
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08:15, Bu gün
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08:04, Bu gün
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
07:59, Bu gün
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
07:44, Bu gün
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
07:35, Bu gün
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
07:21, Bu gün
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
07:07, Bu gün
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
07 Sep 2024 | 22:10
"İran Rusiyaya ballistik raketlər tədatük edir, ABŞ narahatdir" - "Reuters"
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
07 Sep 2024 | 21:58
Putini bu cür dayandıracağam - Tramp elan etdi
07 Sep 2024 | 21:50
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi
07 Sep 2024 | 21:43
Paralimpiya Oyunlarının qalibi bu ölkədir
07 Sep 2024 | 21:38
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş
07 Sep 2024 | 21:30
Xərçəng xəstəsi olan kralın vəziyyəti necədir?
07 Sep 2024 | 21:22
Selena Qomez milyarder oldu
07 Sep 2024 | 21:14
Hadisə jurnalistə əsəbiləşdi
07 Sep 2024 | 21:06
Azərbaycandan xaricə uçuşların sayında kəskin artım
07 Sep 2024 | 20:58
Yemək bişirməyə vaxtı olmayanlar bunu oxusun
07 Sep 2024 | 20:50
İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat
07 Sep 2024 | 20:47
"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev
07 Sep 2024 | 20:43
Bu ölkədə meymunlara görə referendum keçirilir
07 Sep 2024 | 20:41
Həftədə iki dəfədən artıq XƏNGƏL YEMƏK OLMAZ- ALİMLƏR AÇIQLADI
07 Sep 2024 | 20:31
İpotekanın verilməməsinin imtina SƏBƏBLƏRİ- KREDİT KARTLARINIZI...
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 20:20
Kimlərə isti havada qəhvə içmək olmaz?
07 Sep 2024 | 20:13
Qadın tabutu içindəki meyitlə birlikdə oğurladı - FOTO
07 Sep 2024 | 20:05
Gəlinin şirinlik istəyən uşağa reaksiyası qınağa səbəb oldu - VİDEO
07 Sep 2024 | 19:58
Alimentdən yayınanların diqqətinə - VİDEO
07 Sep 2024 | 19:56
3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ
07 Sep 2024 | 19:50
Xoşbəxt həyat üçün əsas amillər
07 Sep 2024 | 19:46
Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
07 Sep 2024 | 19:40
Tacikistanda zəlzələ oldu
07 Sep 2024 | 19:32
Semafordan svetofora qədər- KEÇMİŞDƏN GƏLƏCƏYƏ
07 Sep 2024 | 19:31
"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?
07 Sep 2024 | 19:24
Tədqiqatçılardan Ay haqqında yeni kəşf
07 Sep 2024 | 19:16
Dondurulmuş ətlərə möhtac qala bilərik
07 Sep 2024 | 19:08
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07 Sep 2024 | 19:00
Azərbaycanlı aktrisa paylaşımı ilə diqqət çəkdi - VİDEO
07 Sep 2024 | 18:47
Zelenski Pokrovskdakı vəziyyətdən danışdı
07 Sep 2024 | 18:43
Cüdoçularımızdan Avropa çempionatında 8 medal
07 Sep 2024 | 18:37
Dünyada bir ilk: Bu avtomobil tarixə düşdü - FOTO
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 18:25
İrəvandan Ankaraya bu tarixi körpü ilə bağlı məktub
07 Sep 2024 | 18:20
Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
07 Sep 2024 | 18:18
Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:10
Bu kitablar kimdə varsa, varlı olacaq
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:00
"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."
07 Sep 2024 | 17:52
Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazandı
07 Sep 2024 | 17:46
Ucarda 16 yaşlı qız qaçırıldı
07 Sep 2024 | 17:39
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
07 Sep 2024 | 17:37
“Rusiyanın bu addımı Ukraynanın uzaqvuran raketlərlə təchizatına kömək edəcək”
07 Sep 2024 | 17:32
XİN Braziliyanı Milli Günü münasibətilə təbrik etdi
07 Sep 2024 | 17:26
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
07 Sep 2024 | 17:20
Gecələr başsız dolaşan sirli adam: Qarşısına çıxanın ruhunu alır
07 Sep 2024 | 17:13
Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...
07 Sep 2024 | 17:06
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
07 Sep 2024 | 17:00
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
07 Sep 2024 | 16:54
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
07 Sep 2024 | 16:47
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
07 Sep 2024 | 16:41
Britaniyalı akademik: "COP29 Azərbaycan üçün mühüm bir addımdır"
07 Sep 2024 | 16:35
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
07 Sep 2024 | 16:29
Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
07 Sep 2024 | 16:22
Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi... - ŞƏRTLƏR
07 Sep 2024 | 16:16
Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...
07 Sep 2024 | 16:13
İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 16:02
Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
07 Sep 2024 | 15:56
Prezident İlham Əliyev fərman imzaladı
07 Sep 2024 | 15:49
"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN
07 Sep 2024 | 15:42
Keçmiş məhkum və onun qadın şərikində narkotik vasitə aşkarlandı - VİDEO
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 15:30
Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
07 Sep 2024 | 15:24
Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi - FOTO
GÜNLÜK
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 11:21
XƏBƏRDARLIQ: Azərbaycan dondurulmuş ətə möhtac qalacaq - 2018-ci ildən bəri...
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 12:43
Gömrük Komitəsi ləğv olunur? -  SON DƏQİQƏ 
07 Sep 2024 | 11:46
“28 May”dakı təmir nə vaxt yekunlaşacaq? - VİDEO
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 14:44
II Qaregin Qarabağdan DANIŞDI
AYLIQ
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 11:21
XƏBƏRDARLIQ: Azərbaycan dondurulmuş ətə möhtac qalacaq - 2018-ci ildən bəri...
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 12:43
Gömrük Komitəsi ləğv olunur? -  SON DƏQİQƏ 
07 Sep 2024 | 11:46
“28 May”dakı təmir nə vaxt yekunlaşacaq? - VİDEO
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək