"Hamının səbri artıq tükənib" - Müsahibə
Oxunub: 5052
20 Nov 2013 | 10:57

“Yeni müdafiə nazirinin orduda döyüş hazırlığının artırılması ilə bağlı ciddi fəaliyyətə keçməsi və cəbhə bölgəsinə effektli səfəri düşmən tərəfdə ciddi təlaş yaradıb”

Şakir Ağayev - bu ad hərəkatçılara və döyüşçülərə doğma olan bir addır. Şakir Ağayev deyəndə hərakatçıların yadına ilk düşən onun “20 yanvar” hadisələrindəki göz dolduran davranışı düşür. “20 yanvar” soyqırımından sonra komendant saatı olmasına baxmayaraq,  Ş.Ağayev sahibi olduğu mebel müəssisəsində şəhidlər üçün tabutları hazırlatmağa başlayır, sexin rus əsgərləri tərəfindən dağıdılmağına baxmayaraq,  zamanında tabutlar mərasimə çatdırılır. 1988-ci ildə xalq hərəkatına qoşulan bu adam sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, könüllü olaraq döyüşlərə qatılıb. İki Alayın yaranmağında və bütün sahələrdə təminatında müstəsna xidmətləri olub. Xocalı soyqırımından sonra Xocalıdan olan 20 girovu ermənilərdən  azad etdirib. Təvözükarlığından gündəmdə olmasa da, o, bu istiqamətdəki fəaliyyətinə ara verməyib. 1995-ci ilə qədər orduda olan Ş.Ağayev hazırda ehtiyatda olan zabit və Milli Dirçəliş Hərəkatı Partiyasında Qarabağ Departamentinin sədri, partiya sədrinin müavinidir.

Müdafiyə nazirinin dəyişməsi, Ermənistan parlamentində Qarabağın “müstəqilliyin” tanınmasının müzakirəsi və MDHP Qarabağ Departamentinin fəaliyyəti barədə Ş.Ağayevdən müsahibə götürdük.  Avropa.info həmin müsahibəni təqdim edir:

-Şakir bəy, əvvəlcə Ermənistan-Azərbaycan müharibəsinin döyüşçüsü və ehtiyatda olan zabit kimi Müdafiə Nazirliyindəki dəyişikliklər və kadr islahatlarına münasibətiniz necədi?

-Mənim münasibətdə olduğum keçmiş Qarabağ döyüşçüləri, məcburi köçkünlər yeni müdafiə naziri general-palkovnik Zakir Həsənova həm dəyərli bir insan kimi, bacarıqlı hərbiçi kimi, həm də bir general kimi həmişə dəyər vermişik. Prezident, Ali Baş Komandanın onu müdafiə naziri təyin etməsi, bizdə əminlik yaradıb ki, cənab Zakir Həsənov hərb naziri olandan sonra həm orduda döyüş hazırlığı yüksəldiləcək, həm də Qarabağ veteranlarına münasibət dəyişəcək. Onun müdafiə naziri təyin olunması Qarabağ döyüşçülərinə ruh verib. Biz hər an döyüşdə olan  cavan əsgərlərimizə, ordumuza kömək etməyə və döyüşə atılmağa hazırıq.

-Bu arada Ermənistan parlamentində Qarabağın “müstəqilliyini” tanımaq məsələsi müzakirə olundu. Sizcə bu nəyə hesablanmış addımdır ki, müzakirə olundu, amma qəbul olunmadı?

- Qarabağın Azərbaycanın əzəli torpağı olmasını ermənilər bilirlər və ortada işğal faktının olmasını gizlətməyin qeyri-mümkün olduğunu anlayırlar. Bilirlər ki, dünya bu “müstəqilliyi” qəbul etməyəcək. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün BMT-nin 4 qətnaməsi var. Sadəcə, bu təxribat xarakterli addımlar Azərbaycana təsir məqsədi güdür. Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bütün zirvə görüşləri ərəfəsində buna bənzər təxribatlar Ermənistan tərəfdən tətbiq olunur. Həm də yeni müdafiə nazirinin orduda döyüş hazırlığının artırılması ilə bağlı ciddi fəaliyyətə keçməsi və cəbhə bölgəsinə effektli səfəri düşmən tərəfdə ciddi təlaş yaradıb. Bu da səbəblərdən biridir. Lakin, Ermənistan bir müstəmləkə dövlətdir və Rusiyanın icazəsi olmadan heç bir ciddi addım ata bilməz. Ona görə bu məsələnin müzakirəyə çıxarılması da, nəticəsiz qalacağı da gözlənilən idi.

-Bəs Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı ümumiyyətlə Milli Dirçəliş Hərəkatı Partiyasının platformasının əsas istiqamətləri necə qurulub?

-MDHP-nin Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı mövqeyi partiya tərəfindən daim ictimaiyyətə çatdırılıb,   partiyamızın sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisdə, Avropa ölkələri parlamentlərində keçirilən “Qarabağ dinləmələrində” ,”Avronest” iclaslarında da səsləndirib. Bundan əlavə, ötən prezident seçkilərində də biz seçkiyə qatılan bir partiya olaraq müharibə ilə bağlı platformamızı geniş ictimaiyyətə təqdim etdik. Biz təklif edirik ki, Azərbaycan BMT-yə öz tərəfindən bu müharibə ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə əlaqədar müraciət etməlidir. BMT isə öz növbəsində qətnamələrinin icrası ilə bağlı BMT nizamnaməsinin  7-ci bəndi, 41 və 42-ci paraqrafına uyğun ya qeyri-hərbi, ya da hərbi sanksiyalar tətbiq etməlidir. Limitli danışıqlar prosesində isə Avropa Birliyinin roluna üstünlük verilməsini daha əhəmiyyətli hesab edirik. ATƏT-in Minsk Qrupu informativ yardımçı rolda olması şərti ilə, AB-nin əsas rolda olması imkanlarının araşdırılmasını və münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinə cəlb olunmasını təklif edirik. Bu danışıqlar mərhələsindəki mövqeyimizdir. Lakin, biz danışıqların bu qədər uzanmasının tam əleyhinəyik. 20 ilə yaxındır ki, Azərbaycan xalqı dünyanıın hər yerində car çəkir ki, biz sülh tərəfdarıyıq. Ermənistan və onun havadarları sülhə imkan vermir. Ermənistanın danışıqlar prosesini uzatmaması üçün zaman limiti tətbiq etmək, bu limit dolduqdan sonra hərbi yolla işğal olunmuş torpaqlar azad olunmalıdır. Azərbaycan hökuməti və müxalifəti bir araya gəlməlidir və işğal olunmuş torpaqlar ancaq hərb yolu ilə azad olunmalıdır. Bizə görə bunun başqa yolu, alternativi yoxdur. Müharibə ilə bağlı MDHP sədri Prezident seçkilərindəki debatlardakı axırıncı çıxışında bir fikir də sələndirdi ki, partizan hərəkatı önəmsənilməlidir. Bu fikir partiyanın Qarabağ Departamenti tərəfindən rəğbətlə qarşılandı. Hər bir qarabağlı döyüşçü parizan hərəkatının bizim üçün nə qədər vacib və əhəmiyyətli nəticələr verə biləcəyinin fərqindədir. Yəqin ki, nə demək istədiyimi bütün qarabağlılar başa düşdü, daha geniş izaha gərək yoxdur.

-Qarabağlılar demiş, partiyanızın Qarabağ departamenti qarabağlılarla əlaqələri necə qurub? Demək olar bütün ölkəyə səpələnib qarabağlılar.

-Davamlı olaraq qaçqın rayonları ilə, bütün Qarabağın əksər rayonları ilə, insanlarla əlaqələrimiz var və onlarla müntəzəm olaraq əlaqə saxlayırıq. Bəli çətindir, amma biz daha çox əlaqəli olduğumuz üçün və partiyanın demək olar bütün rayonları əhatə etməsi, bu məslədə bizim işimizə kömək olur. Mütəmadi olaraq partiyanın Qarabağ Departamentinin tədbirlərini təşkil edirik ki, bu tədbirlər əlaqələrin qurulmasında müstəsna rol oynayır.

-Nə kimi tədbirlər?

-Qarabağ departamenti Qarabağ probleminin həlli yollarını daim axtarmaq, problemi gündəmdə saxlamağı vacib sayır. Həmişə Qarabağ döyüşçülərinə, şəhid ailələrinə mənəvi dəstək olmağa çalışır.Cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək olması üçün tədbirlər həyata keçirir.

Bu yaxınlarda Qarabağ Departamenti “Sultan bəy” Tədbirini keçirdi. Siz bilirsiniz, Sultan bəy 20-ci əsrin əvvəllərində erməni ordusunu darmadağın etmişdir. Bu kimi tədbirlərimiz tez tez olur. Həm ümumi, həm də regionlar üzrə tədbirlər təşkil edirik.

Biz Qarabağdan məcburi köçmüş insanların, Qarabağ veteranlarının partiya ətrafında birləşməsi, təkcə Qarabag məsələsi ilə bağlı deyil, bütün ümummilli məsələlərdə faydalı olmasına çalışırıq.

Biz indiki dönəmdə bütün imkanlarımızı ortaya qoya bilmirik. Qarabağ Departamenti adından müraciət edirik bəzi yerlərə ki, heç olmasa bizə bir şərait yaratsınlar. Qarabağın erməni icması Ermənistan tərəfindən şişirdilib, amma Qarabağın gerçək sahibləri olan bizlər lazımi  tribuna ilə təmin olunmamışıq. Heç kim bizə kömək etmir. Amma, Qarabağ Departamenti olaraq həmişə hər rayonda, hər bölgədə insanlarımızla əlaqə saxlayırıq. Birliyimizi həmişə çalışırıq ki, qoruyaq, saxlayaq.

-Onların problemlərinin həlli istiqamətində nə kimi işlər görə bilirsiniz?

- Ümumiyyətlə, Qarabağ veteranlarına qarşı biraz biganəlik var. Buna son qoymaq lazımdır. Ona görə ki, hər bir döyüşçü vətən uğrunda əlinə silah alıb könüllü olaraq döyüşə getmişdir. Ancaq, biz müstəqillik uğrunda mübarizə aparanda, ərazi bütövlümüz uğrunda döyüşəndə bayraqlarımızı ayaq altına atan insanların bəziləri indi yuxarı postlarda oturub və yeri gələndə Qarabağ döyüşçülərinə deyir ki, “mən göndərmişdim sizi döyüşməyə?!” Bunlara son qoyulmalıdı. Qarabağ döyüşçülərinə, şəhid ailələrinə diqqət artırılmalıdır.

Döyüşçülərin çoxuna qarşı haqsızlıq var. Bir misal deyim: müharibədə hərbi hissələrdən birinin komandiri olmuş Şakir Sadıqov indiyə kimi Qarabağ veteranı vəsiqəsini ala bilməyib.

Bu kimi problemlərlə tez-tez müraciətlər olur. Biz də partiyada onun hüquqi əsaslarını araşdırıb müvafiq orqanlara müraciət edirik. Bundan əlavə, bizim partiyanın sədri Fərəc Quliyev millət vəkilidir. Biz daha ciddi və ictimai problemləri ona çatdırırıq, o da bu məsələləri müntəzəm olaraq parlametdə qaldırır və dövlət səviyyəsində həllinə çalışır.

Bilirsiz, hamının səbri artıq tükənib. Qarabağ azad olunmalıdı. Ali Baş  Komandanın əmr verəcəyi günü hamı səbirsizliklə gözləyir.

Oxşar xəbərlər
23:23, Bu gün
“Real Madrid” İspaniya çempionu olub
23:05, Bu gün
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:01, Bu gün
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO