"Bizim bəyanatımız seçkinin nəticələrini şübhə altına almır" - ABŞ səfiri
Oxunub: 5357
28 Oct 2013 | 16:14

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Turan agentliyinə müsahibə verib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar “Amerikanın səsi”nə müsahibəsində Azərbaycanda prezident seçkilərinə ABŞ-ın münasibəti, Amerika-Azərbaycan münasibətlərinin perspektivləri və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindəki yeniliklərdən danışıb.

Sual: Azərbaycanda prezident seçkiləri başa çatıb. Seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz, beynəlxalq standartlara uyğundurmu?

Cavab: Biz 10 oktyabrda həm seçkiöncəsi, həm də seçki günü qiymətləndirilməsini əks etdirən bəyanat vermişik. Biz həmin bəyanata  sadiq  qalırıq. Əlavə etmək istəyirəm ki, bizim bəyanatımız seçkinin yekunlarını şübhə altına almır. Prezident Əliyev andiçmə mərasimi keçirərək prezident vəzifəsinin icrasına başlayıb.

Bizim həm hökumətlə, həm prezident Əliyevlə bir sıra məsələlərlə bağlı geniş, hər iki ölkənin marağında olan və eyni zamanda bu ölkənin vətəndaş cəmiyyəti üçün vacib olan bir sıra məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz vacibdir. Bunlara demokratiya, Dağlıq Qarabağ, geosiyasi məsələlər daxildir. Həmçinin terrorizmlə mübarizə,  iqtisadi diversifikasiya, enerji məsələləri də buna aiddir. Bütün bu məsələlər, xüsusilə demokratiya məsələsi çox önəmlidir və eyni zamanda bizim hökumətlə bu məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz də vacibdir.

Sual: Azərbaycandakı prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bəyanatında seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, azad və ədalətli olmadığı qeyd edilir. Həmin bəyanatı ABŞ da dəstəklədi. Amma Azərbaycan tərəfi bəyan etdi ki, seçkilər demokratik keçirilib. Hətta Amerikanın seçki praktikasında qüsurlar var, amma Azərbaycanda yoxdur. Amerikanın seçki praktikası, seçki pozisiyası ilə Azərbaycanın seçki pozisiyası arasında oxşar və fərqli cəhətlər nədir?  

Cavab: Mən belə deyərdim ki, biz seçkilərlə bağlı işlərimizi yaxşı yerinə yetiririk. Biz mükəmməl deyilik və heç bir demokratiya mükəmməl deyil. Demokratiya davamlı bir prosesdir. Hətta ABŞ kimi 237 il demokratiya quruculuğu üzərində işləyən bir ölkənin də demokratiyanı təkmilləşdirməyə ehtiyacı var. Biz bu işi davam etdirəcəyik, çünki bundan daha yaxşı sistem tanımırıq.

Azərbaycan öz demokratiyasını təkmilləşdirdiyi müddətdə biz Azərbaycanla əməkdaşlıq etmək istəyirik. Bu işi seçkilər və bir sıra digər məsələlərlə bağlı öz rəy və fikirlərimizi bildirməklə edirik. Biz konstruktiv olmaq istəyirik. Biz istəyirik ki, Azərbaycan öz demokratiyasını, iqtisadiyyatını daha da inkişaf etdirsin və malik olduğu potensialı gerçəkləşdirərək böyük bir ölkəyə çevrilsin.

Sual: Seçki dövründə, seçkiqabağı, müxalifətin seçkiyə hazırlığı dövründə bir çox şəxslər həbs edilib. O cümlədən, jurnalistlər həbsdədir. Bu yaxınlarda müxalifət liderlərindən birinin oğlu həbs edildi. Jurnalist Pərviz Həşimli həbs edildi. Həbslərə münasibətiniz necədir?

Cavab: Biz həm seçkiöncəsi dövrdə, həm seçki dövründə, seçkidən sonra, eyni zamanda bundan sonra da Azərbaycan hökumətini sərbəst toplaşmaq, birləşmək, mətbuat və söz azadlılarına, qanunun aliliyinə hörmət etməyə çağırmışıq və indi də çağırırıq. Sizin istinad etdiyiniz həbslərlə bağlı, biz hökumət rəsmiləri qarşısında davamlı olaraq bu məsələləri qaldırmışıq və bu işlər görməkdə davam edəcəyik. Biz hökuməti şəffaf olmağa, müvafiq hüquqi prosedurlara əməl etməyə çağırırıq. Biz çox şadıq ki, Fərhad Əliyev və onun qardaşı əfv olunub azadlığa buraxılıblar. Ümidvarıq ki, müəyyən məhbusların azad olunması davam edəcək və bununla siyasi mühit daha açıq olacaq, genişləndiriləcək.

Sual: ABŞ-ın Azərbaycanla bağlı siyasətinin prioritetləri əsasən təhlükəsizlik, enerji və demokratiya məsələləridir. Amma nədənsə daim enerji və təhlükəsizlik sahəsində irəliləyişlər əldə edilir, demokratiya  sahəsində münasibətlər həmişə tənqid olunur. Səbəbi nədir?

Cavab: Mən sizin fikrinizlə razıyam ki, bizim ölkələrimiz arasında əsas prioritet sahələr təhlükəsizlik, enerji və demokratiyadır. Biz Azərbaycanla tərəfdaş ölkəyik və əlbəttə, tərəfdaşlar arasında müəyyən fikir ayrılıqları olur. Biz həm razılaşmadığımız, razılığa gəlmədiyimiz sahələrdə, həm də razılaşdığımız sahələrdə əməkdaşlığımızı davam etdirməliyik. Biz demokratiya sahəsi ilə bağlı səylərimizi davam etdirəcəyik. Burada məqsəd hansısa fikir ayrılıqlarının daha da dərinləşməsinə, hansısa qarşı-qarşıya gəlməyə rəvac vermək deyil. Əksinə, biz bunu ona görə etmək istəyirik ki, bu məsələləri həll etməklə Azərbaycan özünün potensialına tam şəkildə nail ola bilər. Biz bütün bu məsələlərlə bağlı işimizi davam etdirəcəyik. Demokratiya və qeyd olunan digər məsələlər arasında əlaqə var.   

Mən hesab edirəm ki, demokratiya sahəsində  irəliləyişin əldə olunması Dağlıq Qarabağ məsələsinin həll olunmasına kömək edə bilər. Bu bütün ölkələrə aiddir. Biz demokratiya və digər məsələlərlə bağlı işimizi bundan sonra da səylə davam etdirəcəyik. Demokratiya məsələləri yalnız ABŞ üçün deyil, Azərbaycan və Azərbaycan vətəndaşları üçün də vacibdir.       

Sual: Sizin də istinad etdiyiniz kimi, Amerikanın dövlət katibləri bildirib ki, Amerikanın ən yaxşı əlaqələri demokratik dövlətlərlə qurulur. Amma seçkidən dərhal sonra siz Amerikanın Azərbaycanla, yeni hökumətlə səbirsizliklə əməkdaşlığını gözlədiyini bildirdiniz? Amerika ilə Azərbaycanın bundan sonra əməkdaşlığının gələcək perspektivləri nədən ibarət olacaq?                

Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, sizin qeyd etdiyiniz bu iki fikirdə bir ziddiyyət görmürəm. Dövlət katibi Hilari Klinton ölkəyə səfər edərkən bildirmişdi ki, bizim ən güclü əlaqələrimiz demokratik ölkələrlədir. Buna görə də biz demokratik dəyərləri və prinsipləri daha da inkişaf etdirmək üçün Azərbaycan hökuməti və Azərbaycanın vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlığımızı səylə davam etdirəcəyik. Eyni zamanda bu məsələlərlə yanaşı sizə əvvəlki cavablarımda qeyd etdiyim sahələrdə də əməkdaşlığımızı davam etdirəcəyik.

Sual: Azərbaycan müxalifəti ilə əməkdaşlığınız necə olacaq? Seçkilərdə Milli Şura əsas müxalifət olduğunu göstərdi. Milli Şura ilə münasibətləriniz necə olacaq?      

Cavab: Bu vaxtadək bizim müxalifətlə, Milli Şura ilə  yaxşı əlaqələrimiz olub və bundan sonra da həm Milli Şura ilə, həmdə digər müxalifət rəhbərləri ilə əlaqələrimizi davam etdirəcəyik. Yeri  gəlmişkən, bizim iqtidar partiyası ilə də çox yaxşı əlaqələrimiz var. Əgər bu ölkədə demokratiyanın inkişafı lazımdırsa, önəmlidirsə bizim bütün siyasi partiyalarla əlaqələrimizin olması vacibdir. Bu onun üçün lazımdır ki, biz onlardan öyrənə bilək. Onların ideyalarını fikirlərini öyrənək. Mən seçki kampaniyası ərzində dəfələrlə bildirdiyim fikri bir daha vurğulamaq istəyirəm ki, biz heç bir namizədi dəstəkləmirik, eyni zamanda da heç bir namizədə qarşı deyilik.

Sual: Müxalifətin prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 14-dən 24-dək Amerikada səfərdə olacaq. Onun rəsmi səviyyədə görüşləri nəzərdə tutulubmu?

Cavab: İlk öncə mənim onun səfərinin qrafikindən xəbərim yoxdur. Güman edirəm ki, o, rəsmilərdən bəziləri ilə görüşəcək. Amma dəqiq kimlərlə görüşəcəyini bilmirəm. Eyni zamanda, onların müzakirələrinin, danışıqlarının mövzusu nədən ibarət olacaq, bunu da bilmirəm. Yəqin ki, cənab Həsənlinin özü bu barədə sizə məlumat verə bilər.

Sual: Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesini bundan sonra necə görürsünüz? Çünki Minsk formatı, həmsədrlik formatı cəmiyyətdə gülüş doğurur. Bəziləri “Üç müşketyor gəldi-getdi” və sairə lətifələr də qoşurlar. Reallıqda da bu format bir nəticə vermədi. Necə baxırsınız, gələcəkdə yeni bir format, yeni bir situasiya yarana bilərmi? Məsələn, 1996-cı ildə Madlen Olbrayt dövlət katibi olanda prezidentlərin birbaşa danışığını təklif etdi, bir qədər də davam etdi, son dövr Rusiya prezidenti Medvedevin təşəbbüsü ilə iki ölkə prezidentinin on görüşünün nəticəsi olmadı. Gələcək situasiyanı necə görürsünüz? Yeniliklər ola bilərmi?

Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, mən bütün azərbaycanlıların bu məsələnin nizamlanması istiqamətində irəliləyişin əldə olunmaması ilə bağlı və artıq 20 il keçməsinə baxmayaraq hansısa bir irəliləyişin, nəticənin əldə olunmaması ilə bağlı məyusluğunu anlayıram. Amma mən sizi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bu münaqişənin həll olunmasına sadiqik. Dövlət katibi Kerri bu məsələ ilə çox yaxından maraqlanır, bu işin həll olunmasını çox istəyir və maraqlıdır. Bizim yeni həmsədrimiz var. Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir, yeni yanaşma sərgiləyir. Mən bunu ona görə deyirəm ki, cənab Uorlikin Bakıda prezident və xarici işlər naziri ilə iki görüşündə iştirak etmişəm. Düşünürəm ki, o da, biz də Ermənistanda və Azərbaycanda seçkilərin başa çatmasından sonra bir fürsətin yaranmasını görürük. Ümidvarıq ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq. Biz əlimizdən gələni edəcəyik, Minsk Qrupu vasitəsi ilə səylərimizi davam etdirəcəyik və səfir Uorlikin səyləri vasitəsi ilə yeni yaradıcı yanaşmalar vasitəsi ilə ümidvarıq ki,  bütün bunların vasitəsi ilə hazırkı ölü nöqtədən, dalandan məsələnin irəli getməsinə, irəliləyişin əldə edilməsinə nail olacağıq.                       

Sual: Amma səfir Uorlikin Azərbaycana səfəri zamanı cəbhə xəttində, xüsusilə də Azərbaycan-Ermənistan sərhədində atışma qeydə alındı, gərginlik oldu. Ermənistanın baş naziri bəyan etdi ki, buna cavab veriləcək. Belə görünür ki, gərginlik artacaq. Gərginliyin qarşını almaq üçün ABŞ hansı addımlar ata bilər?

Cavab: Hesab edirəm ki, bu məsləyə ATƏT-in Minsk Qrupu və həmsədrlər cavab verməlidirlər. Onu da əlavə etmək istəyirəm ki, bu cür çıxışlar, bu cür ritorika prosesə hər hansı köməklik göstərmir. Ümidvarıq ki, bütün tərəflər gərginliyin artmasına gətirib çıxaracaq hər hansı bir addımların atılmasından çəkinəcəklər.     

Oxşar xəbərlər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO