“Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır”
Oxunub: 3383
12 Nov 2020 | 13:30
“Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır”

“Türkiyə hərbçilərinin prosesdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq”

 

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan ordusunun böyük zəfəri ilə yekunlaşıb.

 

Moderator.az olaraq Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü millət vəkili Siyavuş Novruzovla söhbətimizdə Ermənistanın kapitulyasiyası ilə bağlı məlum bəyanatı müzakirə etdik.

 

“Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli torpaqlarımızdan qovdu”

 

-Siyavuş müəllim, ordumuz 44 günlük Vətən Müharibəsi sonucunda işğalçı Ermənistanı məğlub etdi və düşmən kapitulyasiyaya bərabər bəyanatı imzalamağa, digər rayonları döyüşsüz təslim etməyə məcbur oldu. Sizcə bu zəfəri Azərbaycan ordusunun yenilməzliyi ilə yanaşı, həm də tarixi ədalətin bərpası kimi xarakterizə etmək mümkündürmü?

 

-Təbii ki, bu, Azərbaycanın tarixi qələbəsi, parlaq zəfəridir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.

 

Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti,  ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir.

 

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistan kapitulyasiya aktıdır. Yəni ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır.

 

“Həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək”

 

-Razılaşmaya görə, münaqişə tərəflərinin öhdəliklərinin yerinə yetirilməsinə Rusiya ilə yanaşı, həm də Türkiyə tərəfi nəzarət edəcək. Türkiyənin bu prosesdə iştirakı ölkəmizin maraqlarının etibarlı şəkildə qorunacağına zəmanət verirmi?

 

-Mühüm məsələlərdən biri budur ki, həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək. Yəni hər hansı bir tərəf öz öhdəliyini yerinə yetirməsə, Rusiya kimi, Türkiyənin də müdaxilə etmək imkanı olacaq. Bu isə faktiki olaraq illər sonra yeni Rusiya-Türkiyə formatının formalaşdırılmasıdır.

 

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyətə malikdir. Mərkəzdə təmsil olunan Türkiyə hərbçilərinin prosesdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır.

 

“Bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə edilə bilməz”

 

-Bəyanatla bağlı daha hansı məqamları xüsusi əhəmiyyətə malik nüanslar hesab edirsiniz?

 

-Əlbəttə, bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə oluna bilməz. Vaxtilə ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri var idi. Orada deyilirdi ki, Dağlıq Qarabağa aidiyyatı olmayan 7 rayonun 5-ni qaytarırlar, 2 rayonu isə 5 il ərzində qaytarılır, Laçın koridorunun statusu müzakirə edilir. Dağlıq Qarabağa isə Azərbaycan icması köçəndən sonra referendum keçiriləcək və Dağlıq Qarabağın statusu müzakirə ediləcək. Naxçıvana koridordan isə söhbət belə getmirdi. Hətta bizim üçün belə ağır şərtlərə ermənilər razı olmurdu. Bu gün isə ətraf 7 rayonun məsələsi aydındır. Yəni Dağlıq Qarabağa aidiyyatı olmayan 4 rayon (Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğaldan azad edilib,  3 rayon isə (Kəlbəcər, Ağdam, Laçın) 20 gün ərzində geri qaytarılır. Dağlıq Qarabağa aid olan 5 rayondan 1-i olan Şuşa işğaldan azad edilib. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ərazilərini Ermənistan ordusu tərk edəcək. Bu rayonlarda heç bir xüsusi status olmayacaq.

 

Başqa bir məsələ bəyanatda “təmas xətti” anlayışının izahı ilə bağlıdır. Şübhəsiz ki, burada söhbət Azərbaycan əraziləri daxilində Azərbaycan və Ermənistanın ordusunun təmas xəttindən getmir. Çünki Ermənistan ordusu Azərbaycan bütün ərazisini tərk edəcək. Təmas xətti deyərkən burada söhbət birgə yaşayarkən təhlükəsizliyin maksimum təmin olunması üçün insanlar arasında təmasdan gedir.

 

Daha bir əhəmiyyətli məqam bəyanatda “Artsax” anlayışının olmamasıdır. Yəni qondarma, separatçı, cinayətkar “Artsax” artıq yoxdur. Dağlıq Qarabağ erməniləri üçün heç bir status müzakirə mövzusu deyil. Bu, o deməkdir ki, Dağlıq Qarabağ üçün xüsusi muxtariyyat nəzərdə tutulmayıb. Yəni Xankəndinin statusu da Biləsuvar və ya Şirvandan fərqlənməyəcək.

    

“Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz”

 

-Önəmli məqamlardan biri də Qarabağla bağlı hər hansı statusun mövcud olmaması vurğulanır...

 

-Bəli. Bəyanatda göstərilir ki, Azərbaycan qoşunları haradadırsa, orada da dayanır. Hazırda qoşunlarımız Xankəndi, Xocavənd, o cümlədən Xocalı və Ağdərəyə nəzarət edirlər. Bəyanata əsasən onların öz yerində qalıb bu nəzarəti davam etməsinə əngəl yoxdur. Ermənistan qoşunları isə oraları tərk edir. İlk növbədə, həmin ərazilərdən didərgin salınmış azərbaycanlıllar öz yurdlarına qayıdacaq. Bu prosesdə BMT-nin Qaçınlar üzrə Ali Komissarlığı iştirak edəcəkdir.

Reallıq ondan ibarətdir ki, bu şəhərlərdə ermənilər də yaşayıblar. Xüsusilə də Xankəndidə erməni əhalisi çoxluq təşkil edib və beynəlxalq hüququn və konstitusiyamızın tələblərinə uyğun olaraq biz onları oradan qova bilmərik və onların Azərbaycan qanunlarının verdiyi bütün imkanlardan faydalanmasına şərait yaratmalıyıq. Ümumilikdə, Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz. Orada olan yerli ermənilər pasport qaydasında həmin ərazilərdə yaşaya biləcəklər. Bölgənin abadlaşdırılması və yenidən qurulması təmin olunacaq. Ancaq Azərbaycan vətəndaşı olan ermənilər bu ərazilərdə yaşaya bilər. Digər məqsədlər üçün Qarabağda hansısa bir qrupların yaşaması qeyri-mümkündür.

   

“Rus sülhməramlıları Rusiya ordusu və ya hərbi bazası deyil”

 

-Siyavuş müəllim, bölgəyə rus sülhməramlıların gəlişini regionda rus hərbi bazasının yerləşdirilməsi kimi qiymətləndirənlərə də rast gəlinir. Bu cür yanaşma üçün hansısa əsas varmı?

 

-Müzakirə olunan əsas məsələlərdən biri rus sülhməramlılarının statusu və funksiyasıdır. Təbii ki, bu qüvvələr Rusiya ordusu və ya Rusiya hərbi bazası anlamına gəlmir. Bunların məqsəd və funksiyaları tamamilə fərqlidir. Rusiya daha çox patrul funksiyası yerinə yetirəcək. Sülhməramlılar ancaq nəzərdə tutulan təhlükəsizlik koridoruna nəzarət edəcək. Laçın koridorunun isə heç bir xüsusi statusu olmayacaq. Bu koridor Azərbaycan ərazisidir. Sadəcə, ermənilərin Dağlıq Qarabağdan Ermənistana və əksinə təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

 

“Naxçıvanın blokadadan azad olunması böyük əhəmiyyətə malikdir”

 

-Bəyanatda Azərbaycanla Naxçıvan arasında quru əlaqələrinin bərpası da öz əksini tapıb. Sizcə bu amil Naxçıvanın çoxillik blokadadan azad edilməsi kimi dəyərləndirilə bilərmi?

 

-Bəyanatın mətninə nəzər saldıqda Türkiyə ilə Azərbaycanı, eyni zamanda, Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq Naxçıvanla gediş-gəliş koridorumuzun olması xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu regional, həm də qlobal əhəmiyyətli uğurdur. Bu yoldan bütün region faydalanacaq, çünki Çindən Avropaya qədər kommunikasiya yolu formalaşdırılacaq və bu, böyük iqtisadi perspektiv vəd edir.  Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq ki, bu da regionda əməkdaşlığın dairəsinin genişlənməsinə təkan verəcək. Beləliklə, Naxçıvanın blokadadan azad olunması çox böyük önəm daşıyır.

Bütün bu faktlar və həqiqətlər imzalanmış bəyanatın Azərbaycanın tarixi qələbəsi olduğunu birmənalı şəkildə təsdiqləyir.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır