"Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
Oxunub: 4531
12 Sep 2020 | 21:23
Müsahibimiz tanınmış telejurnalist, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızıdır.

- Vəsilə xanım, sizi daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik. Bildiyimizə görə, jurnalistika fəaliyyətinizə televiziyadan başlamısınız.

- Doğulub böyüdüyüm Laçından 20 yaşımda çıxmışam və təhsil almaq üçün Bakıya gəlmişəm. Necə deyərlər, gəliş o gəliş oldu. 1992-ci ildə rayon işğal olundu və bütün ailəmiz də Bakıya köçdü. Həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirdim və Azərbaycan Dövlət Televiziyasında işə başladım. 10 il sərasər burada çalışdım. Jurnalist kimi iş həyatımın əvvəli AzTV ilə bağlıdı. Burada, xüsusilə "Səhər" proqramında xeyli təcrübə qazandım. Ordakı mühit jurnalistin formalaşması, yoğrulması üçün çox əlverişli idi. "Səhər"də əldə etdiyim təcrübə, o cümlədən, canlı yayımda sərbəstlik bacarığı mənə sonrakı illərdə, xüsusilə İctimai TV-də ciddi kömək oldu.

AzTV-dən çıxandan sonra çox qısa müddətdə "İnternyus-Azərbaycan"da çalışdım və Space TV-də "İnsan mənzərələri" adlı layihə etdim. Mənim marağım daha çox başqalarından fərqliliyin hakim olduğu, fikir balansı sistemi ilə işləyən, xalq üçün yaradılan, mülayim səs tonlu ictimai yayımçının efirində proqram və layihələr etmək idi. Şansım gətirdi ki, İctimai Televiziya açılanda məni ora çağırdılar və 13 il orda işlədim. İctimai TV-də də öyrənməyə, tok-şou aparıcılığı sahəsində bacarığımı formalaşdırmağa, artırmağa çalışdım. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə səfər etdiyim ölkələrdə azərbaycanlılar məni görən kimi İTV-də aparıcısı olduğum "Ortaq məxrəc" verilişinə baxdıqlarını deyirlər. Bununla yanaşı, "Müzakirə vaxtı" tok-şousunun, "Qarabağreal tarix" verilişinin də müəllifi və aparıcısı, onlarla sənədli filmin ssenasi müəllifi oldum. İctimai TV ilə BBC arasındakı uzunmüddətli əməkdaşlıq bizə çox şeyləri öyrətdi.

- Necə oldu ki, məhz televiziyanı seçdiniz, telejurnalist oldunuz?

- Əsl jurnalistika cəmiyyətlə iç-içə olmağın, problemləri işığa çıxarmağın əsas vasitələrindən biridir. Elə bilirdim ki, jurnalistika dünyanı nizama salmağın, ideoloji sistemləri dağıtmağın açarını özündə daşıyır. Jurnalist olmaq istəyirdim, sonra TV daha cəlbedici gəldi. Bu gün parıltısı o qədər olmasa da, TV və jurnalistika bir tutqudur. Və hər yerdə olduğu kimi, burda da uğurun dəyişməz düsturu var. Uğur nəyə bağlıdır? Az-çox qabiliyyət, üstəgəl, bilik, işini sevmək, bir az şans və çox çalışmaq. Özümü jurnalistikada o qədər də böyük uğur qazanmış biri saymıram, amma bu cəhətləri bir araya gətirərək suda batmamağa çalışmışam.

Düşünürəm ki, dünya hələ də maarifçilikdən üstün dəyər kəşf etməyib. Çalışdığım hər yerdə, hazırladığım proqramlarda maarifçilik xəttinin əsas meyar kimi oturuşmasına çalışmışam.

TV-də "ölsəm də, işləyərək ölüm" prinsipi ilə işlədim və özümü işinin "muzdlu qatili" hesab edənlərdənəm. Qırx dərəcə qızdırman olsa belə, heç bir proqramın çəkilişinin ixtisara salınmasına razı olmayan, yaxşı nəticə üçün öz formulunu axtaran biri olmağa çalışdım. Bu həvəs və işgüzarlığımı yeni işimdə də qorumağa çalışıram. Evdə, işdə, təyyarədə, bir sözlə, həyatın hər anında, gecə-gündüz bilmədən işimlə məşğulam. Onu da deyim ki, TV ilə bağları qoparmamışam və "Vətən uzaqda deyil" proqramı və ya başqa bir layihə ilə davam etmək fikrindəyəm.

Jurnalistika elə bir sahədir ki, haqqında danışdığın, bəhs etdiyin hadisələr tez-tez dəyişir deyə, sən də yenilənirsən. Amma bəzən mühit sən deyən olmur. Davamlı olaraq keyfiyyəti yüksəlməyən eyni işi gördükcə, eyni biçimdə düşünməyə məcbur olduqca, çarxın içində fırlanan dələni xatırladırsan. Fürsət düşübsə, getmək və həyatına, fəaliyyətinə yeni çalar qatmaq, yenilənmək ən yaxşısıdır. Zaman keçdikcə insan özünə suallar verir: İçində olduğun TV jurnalistikasından narahatsanmı? TV-də nə qədər peşəkar qalıb? Peşəkar yarış mühiti varmı? Jurnalistikamızda harda yanlışa yol verdiyini soyuqqanlılıqla etiraf edə biləcək nə qədər nəhəng adam var? Təkbaşına cığır açan adamlar varmı və var olanlar indi hardadır? Jurnalistikada əxlaq prinsiplərini pozmamağa çalışan nə qədər insan var? və s.

- Bir çox həmkarlarınız kimi siz də televiziya jurnalistikası ilə paralel dövlət qurumunda da çalışırsınız. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsini bir neçə ildir ki, icra edirsiniz. Jurnalist işləməklə bir dövlət qurumunda mətbuat xidməti vəzifəsində çalışmağın hansı üstünlükləri var?

- Daha doğrusu, dövlət qurumunda işləməklə bərabər, TV proqramı da hazırlayıram. Komitənin nəzdində həm Diaspor TV, həm də Diaspor FM yaradılıb. "Vətən uzaqda deyil" verilişi xaricdə yaşayan azərbaycanlılarla ünsiyyət qurmağı, onlarla əlaqələri möhkəmlətməyi, soydaşlarımızla vahid platforma üzərinə gəlməyi hədəfləyən bir konsepsiyadır. Bu ad, bu ifadə Komitə rəhbərliyinin ideyası kimi ortaya qoyulub və artıq xaricdə yaşayan soydaşlarımız üçün bir şüara çevrilib. Müəllifi və aparıcısı olduğum proqram 3-cü ildir ki, yayımlanır və pandemiya başlayana qədər onlarla ölkədə yaşayan azərbaycanlıların həyatını, fəaliyyətini məhz yaşadıqları ölkələrdə lentə almışıq. Bəzi qurumlar kimi TV fəaliyyətini də mətbuat xidməti işinin bir parçasına çevirə bilmişik.

Məncə, jurnalistliklə mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmağın fərqindən danışanda üstünlük deyil, çətinlik yada düşməlidir. Mətbuat xidməti daha çətin, çərçivəsi, hədsiz məsuliyyət yükü olan bir işdir.

- Sizcə, hər hansı bir qurumun mətbuat xidmətinin rəhbəri seçilmək və uğurlu fəaliyyət göstərmək üçün nələr tələb olunur?

- Doğrusu, heç vaxt belə bir vəzifədə işləmək kimi arzum və ya iddiam olmayıb deyə, tələblər haqqında da heç vaxt düşünməmişəm. Bu, daha çox qurum rəhbərlərinin seçimidir. Mən təklif aldıqdan sonra Komitəyə gəlməklə bağlı qərarı anında vermədim, 2-3 gün fikirləşdim və apardığım proqramlara vaxtaşırı qonaq olan Fuad Muradovla işləməyin faydalı olacağını düşündüm. Fuad müəllimi dəfələrlə müzakirələrə, xüsusilə gənclərlə açıq debatlara dəvət etmişdik və onun geniş düşünməyi bacaran, müzakirəyə açıq insan olması, tənqidi fikirləri qəbul etməsi, bir sözlə, "yeni beyin" olması diqqətimizdən yayınmırdı. Onunla işləmək sürətli, sistemli, hədəflənmiş iş prinsiplərini mənimsəmək deməkdir. Komitə sədrinin Azərbaycanın diaspor siyasətinə yeni çalar qatacağına əmin idim və məncə, bir jurnalist kimi bu işin, həm də çox çətin bir işin içində olmaq faydasız deyil.

O ki qaldı mətbuat katibi kimi uğurlu fəaliyyətə, bu, çətin və zamanla keyfiyyət çalarını artıran bir işdir. Media ilə olan əlaqələri daha da təkmilləşdirmək, medianın dilini bilmək, həm təmsil etdiyi qurumun nümayəndəsi, həm də mətbuatın nümayəndəsi olmağı bacarmaq vacibdir. İki tərəfin ortasında olduğun üçün burda da "ortaq məxrəci" tapmalısan, buranın da öz "ortaq məxrəc"i var. Ümumiyyətlə, mətbuat xidmətini mətbuatın xidmətçisi hesab edirəm və 24 saat media nümayəndələrinin sual və müraciətlərini cavablamalı olan şəxs kimi anlayıram. Yeri gəlmişkən deyim ki, mediamız, jurnalistlər diaspor mövzusuna hər zaman böyük həssaslıqla yanaşır və əməkdaşlığımız uğurla gedir. Əlavə edim ki, istənilən iş komanda işidir, mətbuatla işləyən böyük komandamız olmasa da, müsbət nəticə göstərə bilirik. Sosial media sahəsində ciddi uğurlarımız var, TV proqramlarını sistemli şəkildə davam etdirə bilirik, yazılı media ilə əlaqələrimiz qaneedicidir.

- Vəsilə xanım, aparıcısı olduğunuz "Vətən uzaqda deyil" proqramı izləyicilər tərəfindən maraqla qarşılanır. Bu layihənin həyata keçirilməsində əsas məqsəd nə idi?

- "Vətən uzaqda deyil" proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsidir və Komitənin nəzdindəki Diaspor TV-də, eləcə də İctimai TV-də yayımlanır. İctimai TV 3 ilə yaxındır ki, həm proqramın istehsalında iştirak edir, həm də yayımını təmənnasız olaraq həyata keçirir. Proqram diaspor sahəsində ixtisaslaşmış bir proqramdır və bu qısa vaxtda xaricdə yaşayan onlarla azərbaycanlının tanıdılmasında əvəzsiz rol oynayıb. Cəmiyyətimizə tanış olmayan, xaricdə böyük işlər görən, yüksək mərtəbələrə çatan, dünyaca məşhur universitetlərdə oxuyan, uğurlu biznes yaradan neçə-neçə soydaşımız məhz "Vətən uzaqda deyil" proqramı sayəsində Azərbaycanla bağlarını bir az da möhkəmləndirib.

- Xaricdə yaşayan həmvətənlilərimiz üçün sözügedən veriliş hansı əhəmiyyət daşıyır?

- Sözümə konkret faktla başlamaq istəyirəm. Bu il mayın 28-də müxtəlif ölkələrdə yaşayan Cümhuriyyət varislərinin Azərbaycan xalqını təbrik videolarını yaydıq və bu, cəmiyyətimizdə böyük marağa səbəb oldu. O insanların özləri də bu işdən, xalqımıza səslənməkdən böyük zövq aldılar. Bu və bunun kimi faktlar verilişin əhəmiyyəti barədə az-çox məlumat verir. Verilişi Azərbaycandan çox xaricdə daha yaxşı tanıyırlar. Həm də insanların bu proqramda yer almaq üçün maraqlarını da görürük. "Vətən uzaqda deyil" verilişi daha çox informativ xarakter daşıyır və əsas missiyası qarşılıqlı maariflənmədir. Diasporla bağlı ölkəmizə, ölkəmiz və Komitənin gördüyü işlərlə bağlı diasporumuza gərəkli məlumatları çatdırmaq yolundayıq. TV proqramı müəyyən bir missiyanın daşıyıcısıdır, ciddi informasiya ötürücüsüdür. Həm də bu, təkcə bir TV proqramı deyil, elə bir platforma, Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında qurulan elə bir körpüdür ki, onun üzərindən çox nəsillər keçə, bir-birinə doğru addımlaya bilər bilər.

- Bir az da Diaspor TV-nin fəaliyyətindən, burada yayımlanan verilişlərdən danışardınız.

- Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV dünya azərbaycanlılarını tanımaq və tanıtmaq üçün vacib bir vasitədir. Komitədə studiyamız və çəkiliş üçün lazım olan və necə deyərlər, özümüzə yetəcək qədər digər texniki imkanlarımız var. TV-ni az qüvvə ilə çox iş görməyə çalışan, işləyərək dincələn kiçicik bir komanda ilə ərsəyə gətirmişik. Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramı ilə yanaşı, "Qarabağ saatı", "Qarabağdan danışaq", "Azərbaycanca danışan xaricilər", "Azərbaycan dili", "Dünyada yaşayan azərbaycanlıları tanıyaq, tanıdaq", "Xaricdəki azərbaycanlı jurnalistlər" və s kimi verilişləri var.

Bir dəfə mühafizə xidməti məni çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və dedi ki, mən Afrikada yaşayan azərbaycanlıyam, istəyirəm biləsiniz ki, diasporun sıralarında mən də varam. Onunla maraqlı müsahibəmiz də oldu. Sonra bu cür hallar təkrarlandı da. Sözümün canı odur ki, Diaspor TV-ni zənginləşdirən həm də ona marağı olan Azərbaycan diasporudur. İnternet televiziyamız xaricdə yaşayan soydaşlarımız üçün faydalı informasiyanı əlçatan edir. Mən çox şanslıyam ki, bu platformada yer almışam və ələ düşən imkanı, ideyanı gerçəkləşdirmək fürsəti olanların sırasındayam.

- Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla bağlı daha hansı yeni layihələr həyata keçirəcək?

- Diaspor TV, Diaspor FM, “Vətən uzaqda deyil” verilişi və bir çox layihələr Komitənin media layihələri sırasındadır. Ümumilikdə isə olduqca maraqlı və gələcəyə hesablanan, diaspor hərəkatının dönüş nöqtələrini yaradan çoxlu yeni proyektlər var. “Beyin qazanma”, Liderliyin inkişafı” proqramları, dünyanın müxtəlif ölkələrində açılan “Azərbaycan evləri”, son illər yaradılan Koordinasiya Şuraları, “Diaspor Gənclərinin Yay Düşərgələri” və s kimi layihələr xaricdəki intellektual azərbaycanlılarla möhkəm bağların yaranmasına əvəzsiz töhfələr verir. Bu gün ölkədə və xaricdə yaşayan minlərlə azərbaycanlı gənc, diaspor könüllüsü “Qarabağ Azərbaycandır” platformasında birləşib.

Diaspor işi, diasporla iş gediləsi uzun bir yola bənzəyir. Bu yolda xalqımızın birliyi üçün tutunacaq nöqtələr yaratmaqda az da olsa rolumuz olacaqsa, demək xoşbəxt adamlarıq. (525-ci qəzet)
Oxşar xəbərlər
23:44, Bu gün
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
23:42, Bu gün
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
23:35, Bu gün
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA