"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
Müsahibə
Oxunub: 4131
05 Jul 2020 | 14:44
Hörmətli “Moderator.az” saytının oxucuları! Bu günlərdə arxiv materiallarımı araşdırarkən  vaxtilə Moskvada yaşayan Rusiya EA-nın Rəyasət Heyəti yanında aspirantlar şurasının, ABŞ Fəlsəfə Cəmiyyətinin və ABŞ Hüquqşünaslar Cəmiyyətinin üzvü, "Şəhriyar" ədəbi-ictimai məclisinin yaradıcısı və rəhbəri, fəlsəfə elmləri doktoru Rafiq Qurbanovdan 2004-cü ildə götürdüyüm müsahibə diqqətimi çəkdi. Mövzunun aktuallığını nəzərə alaraq həmin yazını bir daha diqqətinizə çatdırıram. 
   
Hörmətlə, Süleyman Əlisa.
         
Azərbaycan, mənim ruhumun da  Vətənidir

Fəlsəfə elmləri doktoru, professor Rafiq Qurbanovu hələ  80-cı illərdən tanıyırdım. O dövrdə Moskvaya  tez-tez gedib gələn gənclik dostum, təbiət aşiqi, "bağbanlar kralı" adını almış  Rauf Rəhimov bu görkəmli filosofla Moskvadakı görüşlərərindən söhbət açar, onun "Krım körpüsü", "Könül yanılmayır, yad torpağıdır" və başqa şeirlərini əzbərdən söyləyərdi. Bu şeirlər məni ovsunlamışdı.Bir jurnalist dostumun "bütün azərbaycanlıların qohumu" adlandırdığı bu gözəl insanla haçansa görüşmək arzusuyla yaşayırdım. Tale elə gətirdi ki, bir müddət sonra Rusiyadakı diasporumuzun nüfuzlu qəzetlərindən biri olan "Azerros" qəzetinin Azərbaycan səhifəsini Rafiq Qurbanovla birlikdə hazırlamağa  başladıq. Beləcə əlaqələrimiz  daha da möhkəmləndi. Hər dəfə Moskvaya gedəndə  onunla görüşər, məsləhətlərini dinləyər, xaricdə yaşayan  soydaşlarımızın problemləri ilə bağlı fikirlərimizi bölüşərdik. Xalqımızın bu böyük oğlundan ömrünün son günlərində aldığım  müsahibəni diqqətinizə çatdırıram. 

- Rafiq müəllim, Rusiyada və Azərbaycanda çoxları sizi milli adət-ənənələrimizə, mentalitetimizə bütün varlığı ilə bağlı bir insan kimi tanıyır. Siz həm də görkəmli alimsiniz, uzun illər Moskvada yaşamısınız.Buna baxmayaraq azərbaycançılıq ruhu heç vaxt sizi tərk etməyib.

- Mənim elmi fəaliyətim fizikanın fəlsəfi məsələləri ilə bağlı olub. Bu kifayət qədər ciddi və çətin sahədir. Ancaq buna baxmayaraq o zaman Moskvada təhsil alan tələbə və aspirantlarla görüşməyə vaxt tapır və hətta buna daxili ehtiyac duyurdum. Bu nədən irəli gəlib?Birincisi mənim həmişə tariximizi öyrənməyə böyük marağım olub.İkincisi, mən dördüncü sinifə qədər kənddə oxumuşam.Kəndimizdə gözəl aşıqlar vardı və bəzən mən səhərə qədər dastanlara qulaq asardım. Qafqazın üç respublikasının -  Azərbaycanın, Gürcüstanın və Ermənistanın qovuşduğu nöqtədə yerləşən doğma Sarıvəlli (İkinci Şıxlı) kəndini mən Zaqafqaziyanın paytaxtı adlandırırdım. Kənd uşaqları ilə tez-tez Xram çayının üstündəki körpüdən Gürcüstandakı Azərbaycan kəndlərinə tut yeməyə gedərdik.İndi də həmin yerlər, həmin bulaqlar və yaylaqlar keçir könlümdən. Kəklikotu, limon əskik olmur evimizdən. 
Kənddən Bakıya  gələndə elə bil yad mühitə düşmüşdüm. Qazax ləhcəsində danışmağım,kənd uşağlarına məxsus hərəkətlərim şagird yoldaşlarıma qəribə gəlirdi. Bəzən hətta  mənə gülürdülər. Elə ki, məktəbdə keçirilən güləş yarışında birinci yeri tutdum,  mənə qarşı münasibət dəyişdi... Universitet həyatı başlayanda, rayondan gələn şagirdlərlə daha çox qaynayıb qarışdım.Daha sonra Fəlsəfə İnstitutunun aspiranturasına qəbul olundum.Burada müxtəlif millətlərin nümayəndəlri təhsil alırdı.Onların arasında türkdilli aspirantlar da vardı.Bir-birimizi yaxşı anlayırdıq.Digər millətlərin nümayəndələri ilə xoş münasibətlərim olsa da, mən daha çox qazaxlar, türkmənlər, özbəklər və digər türkdilli aspirant yoldaşlarımla oturub dururdum. Mənim onlara bu cür məhrəm münasibətim  bəzilərini təccübləndirirdi. Çox təəssüf ki, bizim eyni kökə, oxşar adət-ənənələrə malik olmağımızdan onların bir çoxunun xəbəri yox idi. O vaxtkı sistem hər vəchlə bizə keçmişimizi unutdurmağa  çalışırdı. Mənim qan yaddaşım isə sanki təbii olaraq bu yaxınlığı  mənə diqtə edirdi.

- Rafiq müəllim, siz, xalqımızın milli şüurunun formalaşmasında yüksək xidmətləri olan ziyalılarımızdan birisiniz. Haçansa min bir əziyyətə qatlaşaraq xalqımız üçün gördüyünüz işlərin mahiyyətinə varıbsınızmı?

- Bilirsinizmi, məqsədə nail  olmaq üçün bir yox, bir neçə yol düşünmük lazımdır. Mənim günümün çox hissəsi kitabxanalarda keçirdi. Bir dəfə Moskvada rəhmətlik Xudu Məmmədov Dövlət kitabxanasında mənə yaxınlaşıb ərkyana dedi: - İşini bir saata qurtar, səninlə söhbətim olacaq. Bir saatdan sonra kitabxanadan çıxıb "Bakı" restoranına tərəf irəlilədik.Yol boyu söhbət edirdik. Öz-özümə düşünürdüm ki, Xudu müəllim hara, "Bakı" restoranı  hara. Birdən qayıdıb dedi ki, həmişə çayın axınına qoşulub getmək lazım deyil, bəzən axına qarşı da getmək lazım olur. Sonralar mən tələbə və aspirantlar arasında gördüyüm işləri yada salanda, Xudu müəllimin nə demək istədiyini anladım.Oljas Süleymenovun bir vaxtlar dediyi sözlər də məni həmişə düşündürüb. O deyirdi ki, rus xalqının XIX əsrdə etdiyini bizim xalq XX əsrdə etməyə çalışır. Mən bunu  bizim xalqa da aid edərək deyirəm ki, gecikməyin eybi yoxdur, kaş nəsə edəydilər… Bax bu mənada 60-cı illərdə bizim aspirantlar yataqxanasında keçirdiyimiz görüşlər böyük önəm daşıyırdı.
Mən Akademiyanın  Rəyasət Heyətinin nəzdindəki aspirantlar şurasının 11 üzvündən biri idim. Bundan əlavə Azərbaycan nümayəndəliyninin aspirantlar üzrə Moskva nümayəndəsi vəzifəsi də mənə həvalə olunmuşdu.Səlahiyyətlərimdən istifadə edərək bütün tələbə və aspirantlara kömək göstərirdim.Aspirantlar yataqxanasında 70 nəfər azərbaycanlı aspirant yaşayırdı. Onlar elm və təhsilə yüksək önəm verməklə yanaşı milli-mənəvi dəyərlərimizi  qorumağa çalıırdılar. Burada bir çox maraqlı tədbirlər keçirirdik.Tələbə və aspirantlar təşkilatı işlərdə məni və nəzəri fizika üzrə aspirant Yılmaz Verdiyevi həmişə irəli verərdilər.Bir dəfə Moskvada kafelərin birində Novruz şənliyi keçirmək üçün Yılmazla birlikdə nümayəndəliyə gedib kömək istədik. Orada bizi dinləyib, bu işdən vaz kecməyimizi  məsləhət bildilər. Buna baxmayaraq bayramı aspirantlar yataqxanasında qeyd elədik. O zaman dostlarımız Bakıdan bizə çoxlu səməni göndərmişdilər. Həmin gün tədbirdən sonra  kimyaçıların yaşadığı bir otağa qalxdıq. İçəri daxil olan iki nəfər bir bayrağı bizə öpdürüb getdi.Sonradan başa düşdüm ki, bizim öpdüyümüz bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı imiş.Ömrümdə ilk dəfəydi ki, bu bayrağı görürdüm. O vaxt belə oğullarımız vardı. Yataqxanada Bəxtiyar Vahabzadə, Anar, Elçin və başqa yazıçılarımızla da maraqlı görüşlər keçirirdik. 60-cı illərdə belə görüşlərin birində maraqlı hadisə oldu.Bir sarışın oğlan gəlib bizim tədbirimizdə oturmaq üçün icazə istədi. Bir azdan həmin oğlan ayağa qalxıb az qala ağlaya-ağlaya - mən özümü xalqımın içində hiss edirəm, - dedi. Sən demə o, Moldaviyada yaşayan bir qaqauz imiş. Bəxtiyar müəllimlə görüşdən bir müddət sonra o, mənə hədiyyə göndərdiyi kitabında belə bir avtorqaf yazmışdı: "Əzizim Rafiq Qurban sənə tutduğun bu yolda böyük qüdrət və mətanət arzulayıram". Mən azərbaycanlı tələbə və aspirantlarla  bir yerdə olmaqdan doymurdum. Bu, daxili bir tələbat idi. O zaman burada az-az azərbaycanlıya rast gəlmək olardı. MDU-da dərslərimi qurtardıqdan sonra ürəyimi boşaltmaq üçün yol üstü yataqxanaya dönər, tələbələrlə çay içib, söhbət edib, evə qayıdardım.Universitetin qabağında futbol meydançası vardı.Hər şənbə günü ora yığılıb futbol oynayardıq.Adətən mən qapıda dayanardım.Onu da deyim ki, bazar ertəsi günləri vaxtımın çox hissəsi kitabxanada keçirdi.

- Dövlət kitabxanasının arxivində Azərbaycanın qədim tarixinə, mədəniyyətinə dair saxlanılan hansı sənədlər  diqqətinizi daha çox cəlb edirdi? 

- O zaman Kremlin lap yaxınlığında yerləşən Fəlsəfə İnstitutunu Sovet ideologiyasının mərkəzi qərargahı adlandırardılar. Mən də bu institutun əməkdaşı olduğumdan dövlət kitabxanasının xüsusi şöbəsində sənədlərdən istifadə edə bilirdim.İlk dəfə kartotetkaya baxanda gördüm ki, Azərbaycan haqqında bir çox kitablar var. Bu kitablarda nələr yazılmırdı? Mən çoxlarının tanımadığı bir çox yazıçı və şairlərimizin əsərləri ilə də bu kitabxanada tanış oldum. Elə bil mənim üçün yeni bir dünya açıldı.Kərim Yayıcılı adlı bir şairin kitabının üz qabığında kimyaçı aspirantların otağında öpdüyümüz Azərbaycan bayrağı təsvir edilmişdi.Əslən naxçıvanlı olan Kərim Yayılıcı vaxtıilə ermənilərin bu torpağa basqını nəticəsində yurd-yuvasından didərgin düşmüşdü. Görün o doğma vətəninə sevgisini necə ifadə edirdi: 

Hər anışda bağışlanır sənə can,
Azərbaycan, Azərbaycan.

şeirin mənası bu idi ki, doğma, əziz Azərbaycana bu adı kim qoyubsa, halal olsun ona. Düşmən də bu adı çəkəndə can-can deyir.

Mən bir türkəm dilim, cismim uludur,
Düşünən qəlbim atəşlə doldur.
İnsan olan Vətəninin quludur,
Türk övladı evdə durmaz, gedirəm…

Məmməd Emin Yurdaqul adlı türk şairinin bu misraları da məni düşünməyə vadar etdi:  Bizə deyirlər 6-7 milyonluq xalqıq. Bəs niyə mən bu ədəbiyyatı başa düşürəm?Bu mənim üçün yenilik idi.Düzdü, mən Sovet ideologiyasına qulluq edirdim.Ancaq burjua sovetoloqlarının yazdıqlarını oxuyanda çaş-baş qalırdım.Mənim əmimi, dayılarımı, xalalarımı sürgün etmişdilər.Hətta nənəm iki dəfə sürgün olunmuşdu. Hardasa bunu başa düşmək olar. Ancaq məni dəhşət götürürdü: Necə ola bilər ki, bütün xalq sovet qurluşunun düşməni olsun? Sən demə  Krım tatarları, Şimali Qafqaz xalqları, mexseti türkləri öz doğma torpaqlarından sürgün edilibmiş. Bir dəfə mənim məqaləmi oxuyan bir tatar qızı kövrələ-kövrələ soruşdu: Rafiq müəllim, siz yazıbsınız ki, bizi sürgün ediblər. Bəs nə üçün sürgün edildiyimizin səbəbini yazmamısınız?...Mən türkdilli xalqlara dair burjua sovetoloqlarının yazdıqlarını oxuyub onlara mətbuatda cavab verirdim.Onların düzgün fikirdə olmadıqlarını yazsam da, faktları olduğu kimi saxlayırdım.Bu da diqqətdən yayınmırdı.Bir dəfə Bakıda Fəlsəfə İnstitutunun direktoru Firudin Köçərli və digər alimlərimiz dedilər ki, biz səni oxuyuruq və yaxşı başa düşürük. Düzgün mövqe tutubsan… 
Dilimizi çox gözəl bilən, sovet şərqi və türkdilli xalqlar haqqında bir çox kitabların müəllifi olan Amerikanın ən böyük sovetoloqu Aleksandır Beliksiyə həsr olunmuş kitabda mənim haqqımda belə yazılmışdı: - Bu adamın müsbət cəhəti odur ki, dediklərimizi olduğu kimi yazır, faktları təhrif etmir. Bax, həmin dövrdə o faktları acıqlamaq heç xəyala da gəlməzdi. Xüsusi şöbədə dünya ədəbiyyatı ilə tanış olmaq mənim gözlərimi açdı və düşündüm ki, insanlar əsl həqiqətidən xəbərsizdirlər. O zaman ingilis dilini bilməyimin də mənə çox xeyri dəyib. Mən sonralar da türkdilli xalqların müxtəlif problemlərini analiz edib, beynəlxalq konfranslarda dünya iştimaiyyətinə çatdırırdım. Buna görə də, ayrı-ayrı xarici nəşrlərdə da məni gah azərbaycanlı, gah türkmən, gah tatar, gah da digər türkdilli xalqın nümayəndəsi kimi qələmə verirdilər...

- Rafiq müəllim, sizi tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara dəvət edirlər. Belə səfərlər zamanı ölkəmizi necə təbliğ edirsiniz?

- Müxtəlif xarici ölkələrə səfərlərim zamanı mən həmişə xalqımızı ləyaqətlə təmsil etməyə çalışmışam. Ayrı-ayrı mövzulara həsr olunmuş beynəlxalq konfranslarda adətən Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri də söyləməyə imkan tapırdım.ABŞ-ın Merilend Üniversitetinin sosiologiya fakültəsinin professoru Con Robinsonun xüsusi dəvəti ilə orada "Keçmiş SSRİ-də milli münasibətlər" mövzusunda mühazirələr oxuyarkən Ermənistan-Azərbaycan münaqişəsinə Qərbin bəzi jurnalistlərinin məsuliyyətsiz münasibətini nəzərə çatdırıb əsl həqiqəti söylədim. Elə oradaca Simpson Universitetinin professoru Hedrik Smitin həmin hadisələrdən bəhs edən "The New Russiana"( "Yeni ruslar") kitabının "Ermənistan-Azərbaycan sovet Livanıdır" hissəsinin reallıqdan uzaqlığını sübuta yetirdim. Professor Con Robinsonun rəhbərlik etdiyi fakültə bilavasitə keçmiş SSRİ-dəki problemləri öyrənir.Mən Azərbaycan haqqında tələbələrə dəqiq məlumat verilmədiyinə görə professora iradlar tutdum.Görüşlərin birində təklif elədilər ki, Amerikada böyümüş Vaşinqton Universitetinin erməni əsilli professoru Bədəmyan Qarabağ problemi haqqında çıxış eləsin, mən isə bir azərbaycanlı kimi buna münasibətimi bildirim. Bədəmyan çıxışında tez-tez "Qarabağ bizimdir" , "Naxçıvan da bizimdir" deyirdi. Mən Qarabağ sözünün mənasını və onun harada yerləşdiyini bədnam professordan soruşdum. Bədəmyan cavab verdi ki, mən Amerikada böyümüşəm və bu sözün mənasını bilmirəm. O, ikinci sualdan da yan keçdi. Mən isə üç ölkənin qovuşduğu nöqtədə, "Zaqafqaziyanın paytaxtı"nda doğulduğumu deyəndə və özümlə apardığım xəritədə Qarabağı göstərəndə professor Bədəmyan məclisi vaxtından əvvəl tərk edib getdi.Qarabağ problemi barədə izahatımdan sonra professor Con Robinson məni qucaqlayıb öpdü.Ümumiyyətlə, doqquz dəfə Amerikada olmuşam.Bu səfərlərim zamanı Azərbaycanın Amerikadakı fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayev və Amerikada yaşayan oğlum Ərcan mənə çox kömək göstərirdilər.Birləşmiş Ştatlarda ən maraqlı görüşlərimdən biri də Amerika musiqişünası Cefri Veribokla olub. O, ənənəvi Azərbaycan musiqisi, mədəniyyəti və tarixi üzrə mütəxəssisdir. Həm də tarda yaxşı ifa edir. Biz onunla  Azərbaycan dilində danışırdıq. 
1997-ci il iyunun 22-də Yerevanda "Cənubi Qafqaz respublikalarında vəziyyət" mövzusunda beynəlxalq konfrans keçirilirdi. Amerikadan mənə zəng vurub həmin konfransa dəvət etdilər.Əvvəl tərəddüd etdim.Zəng edən qadın - heç bir azərbaycanlı bu konfransa getmək istəmir, qorxur-deyəndə onun sözləri qüruruma toxundu və razılıq verdim.Təhlükəsizliyimə təminat verildi və mənə bilet göndərdilər.Konfrans başlamazdan bir qədər əvvəl təşkilat komitəsinin amerikalı katibi mənə yaxınlaşıb təklif etdi ki, əvvəlcədən razılaşdığımız mövzuda yox, "azərbaycanlılar kimdir?" mövzusunda çıxış edim. O, öz fikirini belə əsaslandırdı: Konfrans iştirakşılarının əksəriyyəti xarici ölkələrdən gəlmiş nümayəndələrdir. Qoy onlar sizin xalqınızı tanısınlar və bu xalq haqqında əsl həqiqəti bilsinlər.Erməni tərəfi sizi hər yerdə qəddar və zalım, qaniçən millət kimi qələmə verirlər.Mən konfrans iştirakçılarına bu haqda geniş məlumat verdim.Bildirdim ki, bir vaxtlar torpaqlarımız iki yerə bölünüb.Xalqımızın bir hissəsi Arazın bu tayında, digər hissəsi isə o tayında yaşayır.Millətimizin İranda yaşayan hissəsinin ana dilində məktəbi belə yoxdur.Qarabağ münaqişəsi ilə bağlı xalqımızın başına gələn müsibətlərdən danışıb problemin sülh yolu ilə həll olunmasının vacibliyini söylədim.Həmin konfransda Silva Kaputikyan da iştirak edirdi.Onun yaxınlığında dayanan tərəfdarlarından biri mənə yaxınlaşıb yaxşı çıxış etdiyimi bildirdi. Dedi ki, biz Qarabağı qan töküb almışıq. Indi onu sizə necə qaytara bilərik? Sonra bir elm adamı mənə yaxınlaşaraq dedi ki, siz heç kimin xətrinə dəymədən ürəyinizdən keçənlərin hamısını deyə bildiniz. Əslində konfransın keçirilməsində məqsəd Cənubi Qafqazda Qərb ölkələrinin böyük layihələrini reallaşdırmaq üçün bu bölgədə barışıq əldə edilməsi və əminamanlıq yaradılması idi.Məndən sonra Amerikadan gəlmiş bir erməninin çıxışı böyük səs-küyə səbəb oldu. O dedi ki, biz ədalətli, obyektiv olmalıylıq. Vaxtı ilə Yerevan əsasən azərbaycanlıların şəhəri olub.Mən həmin alimin "26-lar" əsərini Dövlət kitabxanasının xüsusi şöbəsində oxumuşdum.Əsərdən belə nəticə çıxırdı ki, 1918-1920-ci illərdəki Bakı hadisələri zamanı inqilabi ruh yox, milli ruh qələbə çalıb.Həmin erməninin xanımı süfrə arxasında mənimlə yanaşı oturmuşdu. Dedi ki, mən dunyada belə ölkə, belə xalq görməmişəm. Burada özlərindən başqa heç kim yaşamir. Müasir dunyada bu mümkün deyil. Xanımın həyat yoldaşı isə bikef halda deyirdi ki, bunlar həqiqəti heç cür  qəbul etmək istəmirlər. Həmin gün televiziya üçün ilk dəfə müsahibə götürdüyünü söyləyən gənc erməni jurnalisti isə mənə bu sualları verdi: "Ölkələrimiz arasında münaqişəyə nə zaman son qoyulacaq? Sizcə xalqlarımız yenə dost ola bilərmi?"...

- Rafiq müəllim, siz həyatda iz qoymusunuz. Bütün türk dünyası sizi kifayət qədər tanıyır və sevir.Moskvada da böyük hörmətiniz var. Ancaq hələ də bəziləri sizi Osman Sarıvəllinin oğlu kimi təqdim edir.Bu cür təqdimatdan incimirsiniz ki?

- Atam elə-obaya, saza-sözə olduqca bağlı bir insan idi. Onun şeirləri həmişə mənə kömək olub.Moskvada "Şəhriyar" ədəbi-ictimai məclisinin rəhbəri olmağım, bu məclisdə xalqımızın dilini və mədəniyyətini təbliğ etməyim heç də təsadüfi deyil."Şəhriyar" məclisində ayrı-ayrı şair və yazıçılarımızın xatirələrinə həsr olunmuş ədəbi gecələr keçirilir, el aşıqları və mədəniyyət xadimləri çıxış edir.Gördüyüm bütün bu işlər yuxarıda dediyim kimi mənim qan yaddaşımdan irəli gəlir.Həyatım qaygilar içində keçsə də, özümü xöşbəxt sayıram. Mən həm də Türkiyənin Uludağ Universitetinin fəlsəfə fakültəsinin professoru kimi iki il bu ölkədə dərs demişəm. 2003-ci ilin avqust ayında İstanbul şəhərində keçirilən XXI ümumdünya fəlsəfə konqresində gözlənilməz, fəqət sevindirici anlar yaşadım.Mənimlə ilk dəfə konqres binasına daxil olan Rusiya filosofları da ilk anda olduqca heyrətləndilər.Demə, mənim keçmiş tələbələrim artıq Türkiyə Universitetlərində fəlsəfə müəllimləri kimi calışırlar.Bir necəsi konqresin bilavasitə təşkilat işlərində şəxsən iştirak edirdilər.Onlar məni görcək "Rəfiq xocam, Rəfiq xocam" deyib qucaqlayıb öpürdülər.
Tatarstanın prezidenti Şəmiyevin adından Tatarların Birinci Dünya Konqresinə dəvət olunmağım da mənim ücün xoş idi... 
Bizim ailədə həmişə ağsaqqala hörmət olub.Ot kökü üstə bitər. Əgər məni atama görə də tanıyırlarsa, buna görə də qürur hissi kecirirəm. Məhz ona görə  Səməd Vurğun mənim üçün Səməd əmi, Mehdi Hüseyn - Mehdi əmi, Mir Cəlal Paşayev - Mir Cəlal əmi idi. Bu gün bizim əsas vəzifəmiz xalqımızın milli mənəvi irsini təbliğ etməyi bacarmaqdır. Son olaraq onu demək istəyirəm ki, Azərbaycan, mənim ruhumun da Vətənidir!
Oxşar xəbərlər
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:53, Bu gün
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”