Gövhər Baxşəliyeva: «Ordumuzla fəxr edirəm» - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 5937
28 Aug 2013 | 14:13
Gövhər Baxşəliyeva: «Ordumuzla fəxr edirəm» - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır.

- Gövhər xanım, hər şeydən öncə istərdim ki,  söhbətimizə tarixən şərq dünyasında ordu məsələsinə münasibətlə başlayaq. Bir şərqşünas alim kimi bu barədə fikirlərinizi dinləmək, zənnimcə, hərbçilərimiz üçün də maraqlı olardı.

- Şərq aləmində tarixən ordu quruculuğuna böyük diqqət yetirilib. Ümumiyyətlə, bu bütün ölkələrə aiddir. Hansı dövlət özünü qorumaq, müdafiə etmək, yaşamaq istəyirsə, onun güclü ordusu olmalıdır. O cümlədən də Şərq ölkələrində bu məsələ daim aktual olub. Bunun nəticəsidir ki, bu ölkələrin ədəbiyyatında, folklorunda milli qəhrəmanlara çeşid-çeşid dastanlar həsr edilib. Türkiyədə Saltuknamə»dən tutmuş ta Orta Asiyada»Manas», Azərbaycanda»Koroğlu» dastanınadək. Ərəblərdə də bir sıra qəhrəmanlıq dastanları var ki, bunlar xalq rəvayətləri adlanır.

Bu, çox əhatəli və zəngin  mövzudur. Tarixin müəyyən dövrlərində ərəb hökmdarları öz qvardiyalarını məhz türklərdən təşkil edirdilər. Ümumiyyətlə, ərəb ölkələrinin ordularında IX-X əsrlərdən başlayaraq türklər aparıcı rol oynayıblar. Qədim dövrlərdə belə bir qayda var idi ki, hökmdarlar öz qvardiyasını yaradanda digər millətlərə üstünlük verirdilər. Bu mənada ərəblər əsasən türklərə daha çox etibar edirdilər.  Yəni xilafət dövründə türk övladları əvvəlcə Dəməşqə, sonra isə Bağdada gətirilirdilər. Orada onlara xüsusi təlimlər keçirilirdi. Belələri xəlifə qvardiyasının əsas heyətini təşkil edirdilər.

Hətta bir sıra orta əsrlər mənbələrində türk, ərəb və fars xalqları ilə bağlı bir məsəl özünə xüsusi yer tapıb. Onları birmənalı şəkildə belə xarakterizə edirdilər. Ərəbləri aşiq ərəb adlandırırdılar. Təsadüfi deyil ki, bir sıra məhəbbət qəhrəmanları, o cümlədən Məcnun kimi nakam aşiqlər ərəb ədəbiyyatında, ərəb folklorunda geniş yer alıb. Ümumiyyətlə, bu millət çox emosionaldır, aşiqanə şerlərə həvəs göstərən bir millətdir. Farslar haqqında  hiyləgər fars deyirlər. Türklər haqqında isə döyüşkən türk ifadəsi işlədilirdi. Bax bütün bunlar şərq mentalitetində adını çəkdiyim xalqlar haqqında ehkam kimi təsbit olunub. Hətta digər mənbələrdə türklərə barəsində eyni xarakterli digər fikirlər də öz əksini tapıb. Orta əsrlər müəllifləri yazılı  mənbələrdə xüsusilə vurğulayırlar ki, türklərin ən aparıcı xüsusiyyətləri Vətənlə ayrılıqdan intizar, həsrət və əzab çəkmələridir. Bu da, heç şübhəsiz, onların vətənpərvərliyindən irəli gəlir.

- Yeri gəlmişkən, bu tendensiya qardaş Türkiyə dövlətində indi də uğurla davam etdirilir.

- Tamamilə doğrudur. Türkiyədə gənclərin vətənpərvərliyi məni həmişə valeh edib. Burada dövlətə, yurda bağlılıq kimi ali insani hisslər  çox yüksək səviyyədə təbliğ olunur. Ümumiyyətlə, türk əsgərinin qəhrəmanlığı, şücaəti olmasaydı, bəlkə də Türkiyə bu gün vahid bir dövlət kimi yaşaya bilməzdi. Bu dövlət tarix boyu, yəni  1923-cü ildən bu yana daim böyük problemlərlə üzləşib. O cümlədən separatçı qüvvələrin terror aktlarından əziyyət çəkib. Hələ bir-neçə il bundan qabaq deyirdilər ki, Türkiyə indiyədək bu qüvvələrlə döyüşlərdə 30 mindən çox şəhid verib.

Yaxşı yadımdadır, bir dəfə ümummilli liderimiz Heydər Əliyev bu qardaş ölkəyə səfəri zamanı hərbi hospitala baş çəkmişdi. Orada xeyli əlil və yaralı vardı. Belələrinə orada qazi deyirlər. Heydər Əliyev bir-bir palataları gəzib onları qazi olmaları münasibətilə təbrik edirdi. Bu, boğazdan yuxarı deyilən adi söz deyil, əksinə,  ruh yüksəkliyi yaradan vacib bir amil idi. Yəni sən əlil yox, qazi kimi ali bir məqama yüksəlmisən. Təəssüf ki, bizdə hələ də bu kimi tendensiyalar tam formalaşmayıb.

- Gövhər xanım, bununla belə bizim də  qədim tariximizin ayrı-ayrı qatlarında özünə yer alan qəhrəmanlıq salnamələrilə fəxr etməyə haqqımız var.

- Şübhəsiz, qəhrəmanlıq ənənələri bizim xalqda da mövcuddur. Ã–zü də çox yüksək formada. Məsələn, götürək Alban knyazı Cavanşiri, o bütün döyüşlərdə çox böyük şücaətlər göstərib. Hətta müasirləri onun döyüş bacarığına heyran olublar. Yaxud Babəki xatırlayaq. 20 il ərəb xilafətinə qarşı döyüşmək və onu sözün həqiqi mənasında  lərzəyə salmaq hər oğulun işi deyildi, əsl qəhrəmanlıq idi. Yeri gəlmişkən qeyd edim ki, Ərəb mənbələri  kifayət qədər etibarlı mənbələrdir. Tarixçilər hər hansı bir hadisəni bilavasitə görüb qələmə alırdılar. Onlarda çox böyük  ravilik institutu da yaranmışdı. Yəni, tarixi faktı biri o birisinə ta qələmə alınanadək danışar və bu, bir nəsildən digərinə qoruna-qoruna ötürülərdi. Yəni ərəb mənbələrinin obyektivliyinə həmişə etibar etmək olar. Əbu Əli Mühassin Əttanuki adında ərəb müəllifi öz əsərində yazır ki, xəlifə Möhtəsim  Babəki edama məhkum edir. Meydanda edam olunanda Babək öz qanını üzünə sürtür. Xəlifə bunun səbəbini soruşanda isə cavab verir ki, insan qan itirəndə rəngi saralır. Mən ehtiyat edirəm ki, insanlar mənim ölüm qorxusundan saraldığımı zənn etsinlər. Bu, Babəkin edam səhnəsindən real, dəqiq bir tarixi epizoddur.

- Biz  sonrakı tarixi mərhələlərdə də azərbaycanlıların əsl qəhrəmanlıqlarının şahidi olmuşuq.

- Bu qəhrəmanlıq ənənəsi bizim xalqımızın gen yaddaşında yaşayır. Birinci dünya müharibəsi dövründə azərbaycanlı generallar böyük  şücaət göstəriblər. Belələrinə misal olaraq, məsələn, Hüseyn xan Naxçıvanskinin adını çəkmək istərdim. O sonacan Nikolaya verdiyi andı pozmayıb. Hansı ki, Nikolayın ən yaxın ətrafı, ondan üz döndərmişdi. Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov da o dövrün qəhrəmanlarındandır. Yaxud götürək İkinci dünya müharibəsi dövrünü. Bu dövrdə də Azərbaycan xalqının kifayət qədər nüfuzlu Sovet İttifaqı Qəhrəmanları olub. Onlardan Həzi Aslanov hətta iki dəfə bu ada layiq görülüb. Bizim institutun adını daşıdığı akademik Ziya Bünyadovun özü də döyüşlərdə əsl əsgəri rəşadət göstərib. O cərimə taborunda Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən az-az döyüşçülərdəndir.

- Gövhər xanım, Qarabağ döyüşlərində də əsl igidlik nümunələrinə imza atan, öz canını Vətən yolunda qurban verən oğullarımız az olmayıb.

- Tamamilə doğrudur. Belələrinə misal olaraq Şirin Mirzəyevin, Əlif Hacıyevin, Şikar Şikarovun, Mübariz İbrahimovunÂ… adlarını çəkmək olar.  Onların şərəfli döyüş yolu bugünkü gənclərə əsl örnək, əsl nümunədir.

- Siz tez-tez cəbhə bölgəsində olur, cəbhə xəttində əsgər və zabitlərimizə baş çəkirsiniz. Bir qədər də bu səfərlər haqda danışmağınızı xahiş edirəm.

- Əvvəla, ilk növbədə xüsusi vurğulamaq istərdim ki, müasir dövrdə ölkəmizdə çox geniş ordu quruculuğu işləri aparılır. Silahlı Qüvvələrimizin  həm ruh yüksəkliyi, həm də maddi-texniki bazası günbəgün gücləndirilir. Azərbaycanın dövlət büdcəsindən ordu quruculuğu məsələlərinə davamlı şəkildə böyük maliyyə vəsaiti ayrılır. Bu vəsait hətta Ermənistanın dövlət büdcəsindən çoxdur. Nəticə isə göz qabağındadır.  Azərbaycanlı əsgərlər dünyanın bir sıra qaynar nöqtələrində  terrora qarşı mübarizə aparırlar. Biz terrorun nə demək olduğunu çox yaxşı bilirik. Beynəlxalq hərbi əlaqələrimiz gündən-günə genişlənir. Bütün bunları nəzərə alaraq inamla deyə bilərəm ki, ordumuz qısa zaman kəsiyində nəinki regionda, hətta  beynəlxalq aləmdə sayılıb-seçilən ən güclü və nümunəvi silahlı bir quruma çevrilib.

Mən tez-tez cəbhə bölgələrinə gedirəm. Yerlərdə mövcud vəziyyətlə şəxsən tanış oluram. Elə bu yaxınlarda bir qrup deputatla Füzuli bölgəsinə səfər etdik. Səfərin təşkilatçısı Müdafiə Nazirliyi idi və mən buna görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.

Səngərlərə baş çəkdik, əsgərlərlə görüşdük, hərbi texnika, silah-sursatla tanış olduq. Hərbçilərimizlə ünsiyyətimiz məndə çox dolğun təəssüratlar oyatdı. Bir günümüzü şəxsi heyətlə  keçirməyimizdən xüsusi zövq aldıq. Və bir daha əmin olduq ki, Azərbaycanda ordu quruculuğu çox yüksək templə, davamlı şəkildə  həyata keçirilir.

Ən əsası isə, ordumuzun döyüş ruhu məni valeh etdi. Bir daha əmin oldum ki, bizim ordumuz hər dəqiqə, hər saat cənab Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Döyüş əmri verilən kimi Azərbaycan  ordusunun ən qısa müddətdə Xankəndində olacağına heç kim şübhə ilə yanaşmasın. Mən buna tam əminəm. Azərbaycanın çox yüksək səviyyədə təlim görən qəhrəman oğulları var. Hamısı əsl vətənpərvərdir.

- Gövhər xanım, təəssüf ki, bəzi üzdəniraq adamlar hər hansı bir faktı qəsdən şişirdərək ordumuza qara yaxır, görülən möhtəşəm işləri şübhə altına almağa çalışırlar.

- Bu, kütlə psixologiyasından irəli gəlir. Bəzən kütlə görülən işi adekvat qiymətləndirə bilmir. Açığı, bizdə həm də  bəzən ağa qara yaxmaq meylləri də olur. O ki qaldı neqativ hallara, dünyanın bütün ordularında xoşagəlməz hadisələr baş verir. Bunu da faiz baxımından götürəndə bizim ordumuzda o hadisələr heç də digərlərindən  çox deyil. Ümumiyyətlə, belə hallar zamanı subyektiv faktor ehtimalı az qeydə alınır. Hadisələr  əsasən obyektiv amillərdən baş verir. Ayrı-ayrı ailələrdən yüzlərlə gənc bir yerə cəmlənir və onların böyük bir qismi ekstremal şəraitə düşür. Orduda   vəziyyət tamamilə başqa cürdür. Ata-ana nəvazişindən, hər cür diqqət və qayğıdan sonra hərbi xidmətə gələn gənc nizamnamədə və bir sıra direktiv sənədlərdə nəzərdə tutulan məhdudiyyətlərlə üzləşir. Burada daha ata-ana yoxdur. Hər bir kəsin özü gərək dözüm göstərsin, ağıllı hərəkət etsin, sınaqlardan üzüağ çıxsın. Demək istədiyim odur ki, ordu istirahət mərkəzi deyil. Hər gənc orduda qarşılaşacağı sınaqlara hazır olmalıdır. Təəssüf ki, həmişə belə olmur. Bəzən saatlarla davam edən gündəlik təlimlərdə elələri olur ki, dözə bilmir. Bəzən qarşılıqlı münasibətlərdə də problemlər yaranır. Birinin xarakteri güclü, digərininki isə zəif olur. Bütün bunlar hardasa təbiidir. Çoxsaylı insanların bir yerə yığılması nəticəsində istər-istəməz onların arasında müəyyən problemlər yaranır. Bu sırf xarakterlə bağlı olan məsələdir. Belə hallara hətta elmi kollektivlərdə də rast gəlmək olur. On adam bir yerdə işləyir. Aralarından  daha güclüsü çıxır. Görürsən ki, o birilərini təzyiq altında saxlayır. Belə psixoloji təzyiqlər bütün kollektivlərdə özünü göstərir. Hətta qadınların arasında da eyni xarakterli hallara rast gəlmək mümkündür. Məsələn, elə olub ki, biri işə gəlməyib, o biriləri deyiblər ki, biz dincəlirik, onsuz nə yaxşıdı, bizi daim mənəvi terrora məruz qoyur. Əsgərlikdə də belə halların baş verməsi, mənim fikrimcə, müəyyən mənada təbiidir. Hərəsi bir evdən çıxıb, hərəsi bir cür tərbiyə görüb. Biri güclüdür, digəri isə zəifdir, nəinki psixoloji, hətta deyərdim ki, fiziki cəhətdən özünü müdafiə edə bilmir. Bu mənada komandirlərin üzərinə çox ciddi məsuliyyət düşür. Bununla belə hər şeyi yalnız hərbçilərin üzərinə atmaq da olmaz. Burada cəmiyyətin də öz məsuliyyəti var.

İstənilən evdə valideynlər  bilməlidirlər ki, ailədə oğlan uşağı doğulubsa,  onu hərbi xidmətə hazırlamaq lazımdır. Elələri var ki, uşağın oğlan, yaxud qız olmasına fərq qoymur. Hər ikisini eyni nəvazişlə, eyni qayğıyla böyüdürlər. Amma bu, düzgün yanaşma deyil. Oğlan uşağı gərək bütün sınaqlara hazır olsun. Qədim türklərdə yeni doğulan oğlan uşağını öz anasından alıb başqa bir qadına verirdilər ki, böyütsün. Hesab edirdilər ki, öz doğma anası uşağı əsl əsgər kimi böyüdə bilməz. Yəni bu, hərtərəfli problemdir. Lakin ordumuz üçün xarakterik deyil. Hər halda,  bütün məsuliyyəti yalnız ordu rəhbərliyinin üstünə atmaq olmaz.

Bundan əlavə, bəzi adamlar, hətta mən təəssüflə deyərdim ki, onların arasında deputatlar, məmurlar da var, hər şeyi şəxsi plana çevirirlər. Bəzən istədiklərinə nail ola bilməyəndə fürsət düşən kimi Müdafiə Nazirliyinə qarşı qara piar kampaniyası aparırlar. Mən belələrinin bu addımını xəyanət adlandırıram. Çünki biz hər sahədə düşmənlə həm də  informasiya mübarizəsi aparırıq. Bu sahədə şəxsən Prezidentimiz tərəfindən çox böyük işlər görülür. Milli Məclis üzvləri də müvafiq sahəyə strateji əhəmiyyət verir. Məclisin beynəlxalq təşkilatlarda nümayəndə heyətləri var. Mən özüm İslam Əməkdaşlıq Təşkilatında Milli Məclisdən olan nümayəndə heyətinin rəhbəriyəm. Daim biz o təşkilatlara gedir və bizim bir nömrəli vəzifəmiz erməni işğalını ifşa etmək, dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmaq, bu barədə qətnamələr qəbul etdirməkdir. Yəni biz həmişə mübarizə aparırıq. Bütün təşkilatlarda, müxtəlif beynəlxalq kürsülərdə  şəxsən mən öz çıxışlarıma bu məsələdən başlayıram. Lakin bu gün məni bir şey də məyus edir ki, müəyyən təbəqə tərəfindən erməniyə dost kimi yanaşma  cəhdləri hiss olunur. Onlarla əlaqəyə girirlər. Xüsusilə Azərbaycandan kənarda bir yerdə otururlar, yeyib içirlər, hətta öpüşürlər. Mən öz gənclərimizdə ermənilərə qarşı zooloji nifrət aşılamağın qəti əleyhinəyəm. Bu düzgün deyil. Nə vaxtsa biz onlarla dinc şəraitdə yanaşı yaşamalıyıq. Bununla belə, bizim ölkədə istənilən bir azərbaycanlı unutmamalıdır ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Onlar minlərlə dinc əhalini işgəncələrlə öldürüblər. Bu millətlə əlaqələrimiz yalnız torpaqlarımız geri qaytarılandan sonra başlaya bilər.

- Bu missiyanı ordumuz yerinə yetirəcək.

- Buna heç kimin şübhəsi olmasın. Tam səmimi sözümdür. Hərbi hissələrimizdə gördüklərim məni həmişə valeh edib. Cəbhə bölgəsindən hər dəfə  çox böyük ruh yüksəkliyilə Bakıya qayıdıram. Əmin oluram ki, biz öz doğma torpaqlarımızı mütləq geri qaytaracağıq. Çünki ordumuz buna qadirdir.

- Şübhə yoxdur ki, hərbi qulluqçularımız xalqımızın etimadını doğruldacaqlar. Ordumuz haqqında söylədiyiniz xoş sözlərə görə çox sağ olun.

 

Polkovnik-leytenant İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

 

 

Oxşar xəbərlər
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür