\"Üstündən nə qədər keçdi, baxdım ki, bunu mən necə eləyə bilmişəm...\"
Oxunub: 3450
19 May 2020 | 16:27
\
Moderator.az - ın müsahibi ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Cavanşir Yusiflidir.

- Koronavirus barədə yəqin sizin də öz ehtimallarınız var.

- Dünyada bu qədər ehtimal varsa, başqa birisini uydurmağa ehtiyac varmı? 

- Karantinin onlar üçün istirahət olduğunu söyləyənlərə qoşulursunuzmu? 

- Ola bilər. Min cür insan var, fərqli xarakterlər var. Araz aşığından, Kür topuğundan insanlar var. Bu müddət əsəb və gərginliklə doludur. Ancaq mən elə həmişə o gərginliyin içində olmuşam. Yazan adamın can atdığı şey özünü unutmaqdır. Boğulana, ölənə qədər.

- Sizi daha çox tənqidçi, tərcüməçi kimi tanıyırıq, amma bədii yaradıcılığınızın olub-olmadığından xəbərsizik. 

- Bədii yaradıcılığım yoxdu. Bacarsam, roman yazaram. Amma filoloji.

- Nəsr əsərini tərcümə etmək daha çətindir, yoxsa poeziya nümunələrini? 

- Məncə, sualın qoyuluşu düzgün deyil. Amma cavab verməyə çalışacam. Hər bir bədii mətni dilimizə, yaxud dilimizdən xarici dilə çevirəndə əsas məsələ əsərdə yuvalanmış havanı düzgün tutmaqdır. Bu ən əsas məsələdir. Belə olmadıqda, bütün lüğəti, sözü, mənanı bil, özün də hiss edəcəksən ki, nəsə alınmır. Mətni qələmə almış nasir, yaxud şair haqqında çox bilə bilərsən, bilməyin də vacibdir. Hazırlıq üçün. Amma şair, nasir həmin informasiyadan çox yazdığı mətnin sətirləri, misraları arasındadır, özü də fraqment-fraqment, hissə-hissə, tərcüməçi sadəcə bu qırıntıları uc-uca gətirir, bəzən də alınmır, hər şey baş-ayaq olur, qolun yerinə başqa bədən hissəsini necə qoya bilrəsən? Çeslav Miloş nə deyirdi? O, Heraklitə həsr etdiyi silsilədə deyirdi ki, üç növ gerçəklik mövcuddur: birincisi, bizi yaralayan və ümidlərlə bəsləyən, bizdən canını qurtaran gerçəklik – göz açıb yumunca bitib-tükənir; ikincisi, xatirələrin dünyası, - ancaq cism və bədənsiz ruhların məskəni ola bilər; nəhayət, üçüncüsü, “insan nitqinin və obrazlarının dilində kök salmış, heç zaman tamamlanmayan, qırıntı şəklində, fraqmentar şəkildə mövcud olan və kompozisiya qanunlarına (yəni, formaya) uyğun şəkildə qurulan dünya”. Üçüncü gerçəkliyin demiurqu – yazıçıdır. Sən o demiurqu tapmalısan və ondan ayrılmamalısan, tərcüməçi çevirdiyi müəlliflə bir nəfəs almağı bacarmalıdır.

- Avropa poeziyasından nümunələri çevirmənizdən oxuyuruq. Fransız şairlərinə daha çox müraciət edirsiniz. Elə təsəvvür yaranır ki, sanki ötən əsrlərdən qopub gələn Fransa poeziyası indi də Avropada liderlik edir. 

- Poeziyada liderlik yoxdur, gözəllik var. Məsələn, yüzlərlə şair var, onların içində Anri Mişoya rast gələndə deyirsən, o, gözəl şairdir. Mənim Avropa və digər ölkələrin yazarlarından etdiyim tərcümələrin çoxu təsadüflərə bağlıdır. Hamını tanıyırsan, oxuyubsan, amma onlar hardasa uzaqda, bir çərçivənin içindədirlər. Həyat təsadüfi görüşlərdən ibarətdir. Birdən elə şeyə rast gəlirsən o, səni çox gözəl bir mətnin düz yanına qədər gətirir. Anri Mişonu lap yaxınlarda tərcümə elədim. Çox mürəkkəb üslubu var, elə bir situasiya yarandı ki, bu qəlizliyi hiss eləmədim, hər şey əriyib getdi. Belə də olur. Fərid Hüseynin şeirlərini ingilis dilinə çevirdim, üstündən nə qədər keçdi, baxdım ki, bunu mən necə eləyə bilmişəm. Yəni, tərcümə də yaradıcılıqdır, dərin ruhi hazırlıq tələb edir. Ən dəhşətli şey istəmədiyin, xoşlamadığın mətnləri tərcümə eləməkdir. 

- Axı nəyə görə ədəbiyyatda belə bir Rembo eyforiyası var, Artur Rembo yəni bu qədər böyük şairdir?

- Niyə eyforiya? Bir qayda var: bir ölkənin, xalqın ədəbiyyatını sistemli şəkildə oxuduqda, eyforiyaya ehtiyac qalmır. Amma tərsinə olduqda, bunun içindən kimisə çıxarıb bütün fikirlərini onunla bağlayırsan. Ömrü boyu bircə ciddi nəsr əsəri oxumayan şair, ədəbiyyatçı birdən, məsələn, “Qızılgülün adı”, yaxud “Parfümer”i gördükdə, oxuduqda dəhşətə gəlir. Belə də olur. Amma Rembo xüsusi hadisəydi. O, belə deyək, hansısa sərgidə mükəmməl sənət əsərlərinə yox, çox gülünc, mənasız cızma-qaralara baxmağı xoşlayırdı. Özü də saatlarla.

- Adonis yaradıcılığında sizi cəlb edən nədir?

- Fransada yaşadığı zaman müsahibinin “Şeirlərinizi necə yazırsınız” sualına belə cavab vermişdi: “...Şeiri yazmaq mənasında məndə əvvəlcədən düşünülmüş plan olmur. Bəzən məni yaradıcılıq prosesinə yönləndirən ideyalar doğur, ancaq şeiri tamamladıqda görürəm ki, nəzərdə tutulan niyyətdən çox uazğa getmişəm, bəzən onun əksini yazmışam. Mənim üçün qəsidə xüsusi bir vəziyyətdir, - məhz bu məqamda anlayıram ki, həyatı yaşayıram və onu dərindən başa düşürəm”. Şairin janra münasibətinə diqqət edin. Yəni, şairlə forma arasında münasibət əsas məqamdır. Ancaq Adonis qəsidə yazmır, modern mətnlər ustasıdır. Onun baxış bucağını müəyyənləşdirən bir deyimə baxaq: “Le temps est un oiseau qui prend l’espace. Attrape le! Toute la sagesse tiendra dans ta main”. Zaman bütün fəzanı tutan bir quşdur. Çalış onu tutasan, bütün müdriklik ovcun içində olacaq”. Əl-Məərinin fikridir.
Adonisin belə bir sualı var: “Comment transformer la vie en poésie? Voilà la question?” Yəni həyatı necə poeziyaya çevirməli? Məsələ budur. Adonis ruhunda yerin nəfəsini daşıyan, onu əks etdirən ən böyük müasir şairlərdən biridir. Livan kimi çox darısqal bir dünyada qəlbinin həqiqətini yüksək səslə və cəsarətlə deməkdən çəkinmir. Onun şair adı daşıyıcısı olduğu mədəniyyət kontekstində “ədəbi inqilab” səciyyəsi daşıyır, hər şeydən əvvəl bu mədəni ənənəni var gücüylə ötüb keçdiyinə və yeni poetika yaratdığına görə. Bir fransız müəllifinin onun haqqında dedikləri xarakterikdir: “...Və bəzən ərəb dünyasında senzuraya məruz qalır. Onun Florans Obenanı ölümü hər şeydən çox sevən kəslərin caynaqlarından xilas etmək naminə yazdığı şeirləri və “duvaq təkcə sifəti gizlətmir, həm də beyni nümayiş etdirir” anlamında məşhur ifadəsi axmaq və dəlilərin dərindən nifrət etdikləri şeydir”. 
Adonisin şair obrazında belə bir cəhət çox qabarıqdır: o, narahat olduğu ərəb dünyasının keçmişini təkrar-təkrar vərəqləməkdən usanmır. Keçmişi bəyənir, davam etdirir, indiki halını kəsib atır, tənqid edir. Eynən Gilevikin ona həsr etdiyi şeirdə olduğu kimi:

Bəli, tək
Tək bir adam türkünü qiymətləndirə bilər
Sevincini sükuta tapşıran adam.
Yalnız o adam
Türkünün nə olduğunu bilər...

Yaradıcılığı eyni zamanda plastik sənətləri, rəssamlığı, kalliqrafiyanı və kollajı əhatə edir, o səhifələrin üzərində yazı, rəng və rəsmi eyni zamanda tapa bilərsən. Adonis öz dualarında üzünü yalnız həyata tutur. Poeziya yer üzündə həyatı daha da gözəlləşdirir, müvəqqətilik hissini ötürür, səfalətdən xilas edir insanı. Müharibə, kollektiv mübarizə sürü şüurunu oyadır və bəşəriyyəti barbarizmə sürükləyir ki, bu da insanlığın sonudur. Edmond Jabe bir məqaləsində deyir ki, kitab bir gün səhrada əlinə aldığın qum dənəsi kimidir, bir neçə addımdan sonra nə olacağı bilinmir. 
Adonisin bu sözləri doğrudan möhtəşəm səslənir: Gələcəkdən gəlirəm! O, görünməyəni, yəni, hələ deyilməmiş sözləri eşitmək, onların ifadə etdiyini öz gözləriylə görmək istəyir. İçindəki sorğu-sualın ani hərəkətini yerli-yataqlı təsvir edir, azır ki, şeylərin içindəki sirdən qurtulsun. Addımladıqca addımlayır və onun poeziyasının ritmi təkbaşına addımlayan insanın ayaq səslərini xatırladır, ancaq bu ritm şəhərlərin uzaqdan hiss edilən qarışıq qoxusundan xali deyildir.
Onun poeziya ilə bağlı fikirlərinə qayıdaq: “Mənim şair kimi bütün yaradıcılığım belə bir inamla aşılanıb ki, sənət, poeziya varlığı, yaxud insanı ifadə etmir, onları tamamlayır. Hər hansı nəsnəni ifadə etmək ən yaxşı halda onun hər hansı aspekti haqqında söz deməklə məhdudlaşa bilər. Mən danışdığım an özümü ifadə etmirəm, nümayiş etdirirəm. Sənət və poeziya varlığın davamıdır. Onlardan istifadə etməklə mən gerçəkliyi çoxaldıb artırmıram, onu tutmağa çalışmıram, yalnız elə bir yeni gerçəklik uydururam ki, içindən çıxdığı gerçəkliyi eyni zamanda həm unutdursun, həm də yada salsın”.  

- Orijinal şairdir Anri Mişo, amma onu sakit oxuyub duymaq adama o qədər çətin gəlir ki... Zövq verə-verə gicəlləndirib elə yorur ki, oxucunun düşünməyə halı da qalmır. Mişonu oxumaq sanki fəhləlik əzabıdır.  

- Elə mətnlər var ki, gərginliyin zil pərdəsində yazılır. Anri Mişonun bioqrafiyasını, yaradıcılıq mərhələlərini, rəssam kimi çəkdiyi əzab və bu əzabın əsərlərini bilmək və duymaq lazımdır və bu yaradıcılıqdakı ispan və alman köklərini də. 

- Tərcümələrdə nizam, orijinal üsluba sadiqlik əsas şərtdir, yoxsa mətnin bədii musiqisini yenidən yazmaq?

- Tərcüməçi, qəribə səslənsə də deyim, hər şeydən öncə içində hansı musiqinin çalındığını bilməlidir. Oyandığını, sükutun qanına bələndiyini bilməlidir. Bunu düz tapsa, şübhəsiz ki, siz dediyiniz üslubu da yüz faiz olmasa da əksərən tapacaq, buna müvəffəq olacaq. Şairin ifadə etdiyi və misralar arasında gizlənmiş mənalar toxum kimi cücərəcək.

- İngilis dilinin şeir dili olmadığı fikri ilə razısınız?

- Bütün dillər tanrının dilləridir.

- Hüqonun "Səfillər" kimi möhtəşəm romanının tərcüməsinə böyük əmək sərf etmiş iki tərcüməçini xatırlayaq... Mikayıl Rəfilinin tərcüməsində bədii təsvirlərin, daxili monoloqların fonunda bəzən dialoqlar çox adi, bəlkə də sönük təsir bağışlayır. Beydulla Musayevin çevirməsində isə hiss olunur ki, orijinala, yazı üslubuna sadiqlik var, təbii ki, Hüqo romantizminə xələl gətirmədən. Mənim oxucu yanaşmama görə, birinci və ikinci fəsillərin hər ikisinin tərcüməsi uğurlu alınıb. Bu əsərin tərcümələri haqqında fikirləriniz maraqlı olardı. 

- Hər iki müəllif əsəri rus dilindən çevirib. Böyük zəhmətdir. Vaxt gələr orijinaldan tərcümə olunar. Onda tərcümənin uğurlu, yaxud uğursuz olmasından bəhs etmək olar. Rəfili tərcümə elədiyi əsəri və onun müəllifini çox gözəl bilirdi və üstəlik, Hüqo romantizmini də. Ancaq bütün bu nəsnələr tərcümə prosesində uçub gedir.

- XXI əsrdə dünya poeziyası nəsrə uduzubmu?

- Poeziyada, ümumən ədəbiyyatda udmaq-uduzmaq məsələsi yoxdu. Poeziya yorula bilər. Gizlənə bilər. Amma gözlə qaş arasında. 

- Dahi sözünün tez-tez işləndiyi Azərbaycanda dahilər yetişirmi? Ümidverən cavan qələm adamlarından kimlər var? 

- “Dahi” sözü elə cavanlara yaraşır. Ümidverən, gənc və perspektivli yazarlar var, əlbəttə. Ad çəkmək lazımdırmı? Mən onsuz onlar haqqında ayrıca yazıram. Burda düz çıxmaz. 

- Mətnin yüksək bədii dili süjetə uduza bilərmi, yaxud da maraqlı süjet xəttinin arxasında gizlənən zəif mətn dilində ədəbiyyat yaratmaq mümkündürmü?

- Bədii əsərdə, mətndə bu dedikləriniz əlaqəlidir, ayrı deyildir. O sistemdə yüksək bədii dil, mahircəsinə qurulmuş süjet anlayışı olmur, olursa, demək əsər alınmayıb. Əsərdə, əksinə - dil görünməməlidir, süjet xətti də sənin içindən keçməlidir. Elə deyilmi? 

- Cavanşir müəllim, sizdən böyük ümidlə ayrılıram, bizi də oxuyun, tənqidə çox ehtiyacımız var... 

- Yeməkdən ümid yaxşıdır. İnşallah! Sağ olun. 

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
20 May 2024 | 16:05
Azərbaycanda neçə nəfər aliment ödəyir?
20 May 2024 | 16:04
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
20 May 2024 | 16:00
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
20 May 2024 | 15:55
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
20 May 2024 | 15:49
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:42
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
20 May 2024 | 15:37
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
20 May 2024 | 15:32
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
20 May 2024 | 15:31
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
20 May 2024 | 15:26
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
20 May 2024 | 15:21
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
GÜNLÜK
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”