\"Ramiz Rövşən haqqında yazmışdım ki, sən bizim Turşsudakı palıda oxşayırsan...\"
Oxunub: 6024
11 May 2020 | 18:23
\
Moderator.az kulis.az-ın “İşdən kənar” layihəsindən dünya şöhrətli alim, akademik Rafiq Əliyevlə müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.


- Rafiq müəllim, elmin əlindən ədəbiyyata vaxt qalır? Mütaliə edə bilirsiz?

- Gənclərə xitabən bir fikrimi təkrarlamaq istəyirəm: Əgər Allaha yaxın olmaq istəyirsənsə, Mövlanəni oxu, insana yaxın olmaq istəyirsənsə, Dostoyevskini oxu. Mən eyni zamanda, Amerikada da dərs deyirəm, Corciya Dövlət Universitetində. Bir neçə il bundan qabaq – Mövlanənin yubileyi vaxtı universitetə girəndə gördüm, hər yer Mövlanənin “Məsnəvi”sinin ingiliscə tərcümələri ilə bəzədilib. Təəccübləndim. Ofisim universitet binasının 8-ci mərtəbəsində idi. İkinci mərtəbəyə qalxdıqda gördüm, bu mərtəbədə Mövlanənin başqa məsnəviləri var. Üçüncü mərtəbədə də eyni mənzərəni gördüm. Hövsələm çatmadı, 8-ci mərtəbəyə liftlə qalxdım. Gördüm, 8-ci mərtəbədə də eyni vəziyyət. Bir amerikan həmkarımdan soruşdum ki, siz xeyir ola, Mövlanəni bu qədər çox sevirsiniz? Dedi, siz bilmirsinizmi ki, dünyada ictimai fikrə təsir edən 5 şəxsiyyətdən biri Mövlanədir. Nəinki Amerika, bütün dünya Mövlanəni qəbul edir. O baxımdan deyirəm, Tanrıya yaxın olmaq istəyirsənsə, Mövlanəni oxumalısan. Başqalarını da çox oxuyuruq. Dostoyevskini də çox sevirəm. Şəxsiyyətini yox, əsərlərini...

- Dostoyevski demişkən, böyük alim Eynşteyn nisbilik nəzəriyyəsini Dostoyevskidən təsirlənərək kəşf etdiyini deyirdi. Elə bir şair, yazıçı, mətn olubmu ki, sizə elmi işlərdə ipucu verə?

- Uşaqlığım Şuşada keçib. Əsasən yaylaqda. Şuşadan bir az aralı Turşsu adlanan yer var. Yayda orda çadır qurardıq. Çadırımız həmişə bir palıd ağacının altında olardı. Elmi dərəcə alandan sonra da gedirdim ora. Həmişə o palıda fikir verirdim, görürdüm, külək nə qədər şiddətli olsa da, bizim palıdı əyə bilmirdi. Ancaq otları, alaqları o tərəfə, bu tərəfə əyirdi. Sonra mən invariantlıq nəzəriyyəsi üzərində işlədim. İşlərimin köklərindən biri də budur. Akademik dildə invariantlıq deyirik, adi desək, “asılı olmamaq” da demək olar. Məsələn, o palıd küləyə invariant idi. Mənim bir neçə kitabım elə bu invariantlıq nəzəriyyəsi üzərindədir. Fikirləşdim, təyyarəni, kosmik aparatı idarə eləyən sistemi necə qurmaq lazımdı ki, bəzi proqnozları qarşılaya biləsən. Təyyarədə hər 100 metrdən bir hava ölçülür, qarşıdakı vəziyyətlə bağlı proqnozlar verilir və havaya uyğun təsir tətbiq edilir ki, təyyarə yellənməsin, qəzaların qarşısı alınsın.

Siz ipucu deyəndə həmin palıd ağacını xatırladım. Düşündüm ki, palıd elə köklənibsə, demək, süni sistemləri də elə kökləmək olar.

Sonra mən Ramiz Rövşən haqqında bir yazı yazdım, təxminən iki il bundan qabaq. Yazmışdım ki, sən bizim Turşsudakı palıda oxşayırsan, invariantsan, yəni, zamanın heç bir küləyinə əyilməmisən. Amma bunu süni surətdə bizim dostluğumuz yarada bilmədi. Bu Tanrının sənə bəxş etdiyi şəxsiyyətdir ki, özünü elə idarə eləyə bilirsən, yəni bütün təsirlərə invariant qalırsan.

Hüseyn Cavidin sözü var:

Yurdu sarmış qabalıq, yaltaqlıq.
Yüksəliş varsa, səbəb alçaqlıq.

Yəni, invariant adamlarda qətiyyən əyilmək, sınmaq olmur. Biz də o Allahın yaratdığı ideyanı süni sistemlərə köçürməyə çalışdıq.

- Allahın yaratdığı ideyaları süni sistemlərə keçirmək... Qeyri-adi problemləri, göstəriciləri varmı bu prosesin?

- Çox qəribə sual verdiniz... Elmi ömrümün 20-25 ilini optimallaşdırma məsələsinə həsr eləmişəm. Optimallaşma – yəni seçimlərinin və alternativlərinin olduğu zaman onların içindən ən yaxşısını seçə bilmək. Məsələn, internetdə maraqlı bir tipik məsələ qoyublar: həyat yoldaşı seçmək! Orda çoxlu kriteriyalar var. Doğrusu, mənim üçün də maraqlı gəldi. Mən qərarqəbuletmə dərsi deyirəm, bunu bəzən tələbələrimə də oxuyuram, bu misalı gətirirəm. Bu meyarların içində biri dindir. Kobud dildə desəm, əgər 10 qıza gözün düşübsə, birinci növbədə seçim zamanı dini inanca diqqət yetirilir. İkinci, intellektinə, üçüncü gözəllik, dördüncü mətbəx səriştəsi, beşincisi insanlarla yola getmək bacarığı və s.

Biz necə edirdik? Bir riyazi model yazırdıq. Məsələn, bir şeyin maksimal, minimal dəyərini tapmaq üçün törəmə alırdıq, onun ikinci törəməsinə baxırdıq və s. 20-25 ildən sonra başa düşdük ki, ən düzgün üsulu Tanrı yaradır: təbii seçim. Bu gün demək olar ki, dünya o törəmə almaqdan uzaqlaşıb, hamısı keçib genetik üsullara. Yəni bunun valideynlərinin genində nə olub, bu önəmli oldu. Məsələn, geni bir az dəyişdirərsən, mutasiya olar. Yaxud seçimlərinin içində mutasiya olsa, onu qəbul eləyə bilməyəcəksən. Yəni, texniki sistemlərlə təbiətin fərqi budur ki, təbiət daha kamildir, nəinki cəmiyyət və texniki dünya.

- Bəzi paradokslar və şərhlər Kvant nəzəriyyəsinin nəticələrinin ilahi müstəviyə təslim olduğunu deyir. Məsələn, türklər buna “super pozisyon” deyir, səhv eləmirəmsə, “vahid göz” termini də var həmin paradoksda. Bugünkü texniki elmlərin gəldiyi qənaətlər, nailiyyətlər kainatın dərkində nə dərəcədə funksionaldır? Elmin gəlib çıxdığı üfüqlər qənaətbəxşdirmi?


- Kvant nəzəriyyəsinə qayıdacam... Amerikanların “Discovery” kanalı var, orada “Qurani-Kərim”dən elmi fikirlər gətirilir. Məsələn, fizikada məşhur problem olan “qara dəlik”. Qurandakı təfsiri verirlər, sonra bugünkü elmi şərhləri təqdim edirlər, çox üst-üstə düşür. DNT barədə Qurani-Kərimdə aydın yazılıb.

Mənə elə gəlir, bizim bilmədiklərimiz bildiklərimizdən milyon dəfə çoxdur. O qədər anomal hadisələr var ki... Mən “Qurani-Kərim”i ən böyük mənəviyyat sistemi sayıram, ancaq özüm din adamı deyiləm, gərək bunları deyəm. Yəni atributları - namazdı, digər atributlardı, bunları eləmirəm. Demirəm, eləməyin. O, inancdan asılıdır. İnsanın xarakterindən asılıdır. O da çox vacib bir şeydir.

İndi qayıdaq Kvant fizikasına... Üç yol keçmiş riyaziyyat əslində danışıq dilidir. Danışanda sözlərdən istifadə edirik, riyaziyyatda rəqəm və simvollardan. On il qabaq bir məqalə yazmışdım. Orda belə qeyd etmişdim ki, əgər dil çox inkişaf etsəydi, onun üstündə əməliyyatlar, hesablamalar aparıla bilərdi. Belə olduğu halda klassik riyaziyyata ehtiyac qalmazdı. Dilin gücü çatmadı. XXI əsr dil əsri adlanır. Məsələn, rəhmətlik Lüfi Zadənin axırıncı nəzəriyyələrindən biri sözlə hesablamadır. Əgər o vaxtı sözlə hesablama üçün dilin potensialı olsaydı, bu riyazi simvollara, tənliklərə ehtiyac qalmayacaqdı. İndi isə elmin istiqaməti sözlə yazmağa, sözlə hesablamağa doğru gedir.

- Oxucularımız üçün sözlə hesablamaya dair bir nümunə deyə bilərikmi?


- Məsələn, bir müddəa deyim; Yaranmış bütün insanlar öləcək. Düzgün müddəadır, elədirmi?

- Bəli.

- İkinci bir fakt: Sokrat insandır. Siz artıq bu iki müddəadan irəli çıxıb deyə bilərsiniz ki, Sokrat da öləcək. Siz bu zaman bir tənlik hesablamış olursunuz. Burada nə “x” oldu, nə “y”, nə də “z”. Sözlə hesabladıq. Riyaziyyat da dəyişərək sözə uyğunlaşır.

Dediyim kimi, riyaziyyat 3 dövr keçib. Birinci klassik dövr, ikinci ehtimal nəzəriyyəsi dövründə başlandı və Kvant fizikası yarandı. Ola bilsin ki, bu oxucular üçün o qədər maraqlı olmayacaq, amma Kvant fizikasında bir prinsip var: qeyri-müəyyənlik prinsipi. Deyir, bir nöqtədə hissəciyin yerini və sürətini təyin etmək olmur. Bu gün isə o məşhur prinsipi tənqid edirlər. Niyə? Çünki dünyada nöqtə adlı şey yoxdur. Hətta ən kiçik hissəciklərin içində belə nöqtə yoxdur. Bax bu yerdən Lütfi Zadənin qeyri-səlis, qeyri-müəyyənlik prinsipi başlayır.

Elmdə də belədir. Deyəsən, bir dəfə APA TV-də İlqar Rəsulla söhbət eləmişdik. O, bədahətən, əlaqəsi olmayan suallar verir. Kitabxanadan danışdığımız an mənə birdən sual verdi ki, Allah nədir? Fikrimi Kvant fizikasındakı nöqtəyə gətirirəm; elmdə nöqtənin tərifi yoxdur. Dedim, Allahın da tərifi yoxdur, sən məndən tərif istəmə. O yerdə ki sonsuzluq var, demək sonsuz bilmədiyimiz şeylər var. Bildiyimiz damla boydadır. Təkcə mənim 30-40 illik fəaliyyətimdən söhbət getmir, bütün dünya elmi bilmədiklərimizlə müqayisə olunmaz, çox kiçik zərrədir. Baxın, o yerdə ki sonsuzluq var, orda Allah var. Mən texniki elmlərin nümayəndəsi olsam da, insanın özünə alim deməsini qəti sevmirəm. Xudu Məmmədovu tanımırdınız?

- Tanıyıram əlbəttə, sonsuz rəğbətim var. Allah rəhmət eləsin.

- Allah rəhmət eləsin. Biz Xudu Məmmədovla xalaoğluyuq. Onun bir sözü vardı, adam özünə alim deyərmi? Alim Nyutondur, Eynşteyndir. Bir də görürsən, biri hardansa çıxıb deyir, biz alimlər belə etdik, elə dedik... O zaman mən İlqarın sualına cavab verdim ki, nəuzibillah, Allah olmasaydı da, onu uydurmaq lazım idi.

- Bəs ateistlər?

- Ateistlər də var, mən onların əqidəsinə hörmət eləyirəm, amma ateist deyiləm. Din olmasaydı, dünya xaosun içində olardı. Din nizam üçündür. Dini siyasətə, elmə qatmaq lazım deyil. Bilirəm, bu sözlərdən sonra ateistlər məni tənqid eləyəcəklər. Amma dözümlüyəm, invariantam. Qoy tənqid eləsinlər. Bir dəfə Amerikadan bir azərbaycanlı məni tənqid etdi. Onun yazdığını deyirəm: “Rafiq müəllim bu boyda elm adamıdır, Allaha inanır”.

Sən inanmırsan, mən bir şey demirəm, mənim inanmamağımın da sənə aidiyyəti yoxdur. Mən bu söhbətlərin fövqündəyəm. Amma bu fiziklər ki, yığışıblar, bu sahədə baş sındırırlar: “big bang”, (böyük partlayış), “dünya nədən əmələ gəldi”, “hansı partlayışdan yarandı”, “necə oldu”... Mən bunların qəti əleyhinəyəm. O tədqiqatlar pis tədqiqatlar deyil, bəzi fiziki problemləri öyrənirlər. Amma dünya nədən əmələ gəldi məsələsinə mən absurd kimi baxıram. Ola bilsin, mən yanılmışam, onlar düz düşünür.

7-8 il bundan qabaq Oqtay Qorçu məndən bir yazı istəmişdi, qeyri-səlis məntiq və din barədə. Dedim, Oqtay, mən teoloq deyiləm, din bir az başqa, ağır, həm də incə sahədir. Orda qəti qələt eləmək olmaz. Çox xahiş etdilər, yazdım. O yazıya görə Tövratı oxudum, İncili oxudum, Qurani-Kərimi bir də oxudum, axırı yazdım. Sonra gördüm Amerikada bir kitab çıxıb, ”Qeyri-səlis məntiq və Quran”.

Yəni, Quranın təfsirində qeyri-səlis məntiqlə uyuşan çox şey var. O yazını yazanda qarşıma bir şey çıxdı. İngiltərədə iki dost professor söhbət edir, biri astronomdur, digəri təbabət sahəsində çalışır. Biri deyir, biz dünyanın yaranmasını tapacağıq, “big bang”, böyük partlayış... O biri deyir, yaxşı, tutaq ki, dünyanın nədən yarandığını tapdınız, bəs zaman harada yaranıb? Bax, Allah ordadı, zaman məsələsində.

ABŞ-ın 3-cü prezidenti andiçmə mərasimində qəribə bir söz işlədib: “Böyük dünyaları idarə edən, sonsuz səlahiyyət sahibi köməyiniz olsun!” Təxminən, Allaha verilən tərifdir. Qurani-Kərimdə də aləm yox, “aləmlər” yazılıb. Dünyaları idarə edən sonsuz səlahiyyət sahibi kimdir? Bu nə Trampdır, nə Putindir...

- Rafiq müəllim, düşüncələrinizdəki, ideallarınızdakı ilahi məqamlar, dinə, Allaha münasibətiniz, ateizmə daha çox meylli görünən Avropa, Amerika alimləri, tənqidçiləri tərəfindən necə qarşılanır?

- Aha. Bunu mütləq yazın. Lütfi Zadə çox böyük alim idi. Ümumiyyətlə, mən yazılarımda bu 3 şəxsiyyətin adını bir yerdə çəkirəm: Nyuton, Eynşteyn, Lütfi Zadə. Nyuton, təbii ki, fizikada böyük kəşflər etdi. Eynşteyn sərhəd qoydu, dedi, bu sürətə qədər Nyutondur, bu sürətdən sonra Eyşteyndir – yüksək sürətlər fizikası. Zadə isə bütün elmləri dəyişdi - fizikanı, riyaziyyatı, texnikanı, fiziologiyanı... Baxın, bu dəqiqə mənim kitabxanamda qeyri-səlis fizika var, qeyri-səlis kimya var və s. Biz Zadə ilə 40 il bir yerdə işlədik. Bu 40 il ərzində onun leksikonunda statistik analiz aparsaq, görərik ki, ən çox “inşallah” sözünü işlədib. Buna şübhəniz olmasın.

Eynşteyn xəstəxanada ölümündən bir neçə gün əvvəl Nobel mükafatı aldığı məqaləni istəyib. Baxıb, sonra məqaləni yerə atıb. Orada bir ifadə işlədibmiş: “Tanrı kainatla zər oyunu oynamır”. Niyə zər? Kvant nəzəriyyəsi, onun Nobel aldığı dalğa nəzəriyyəsi, bütün bunlar ehtimal nəzəriyyəsinə söykənir. Ehtimal nəzəriyyəsi də qumardan gəlir, zər oyunundan. “Tanrı kainatla zər oyunu oynamır”. Yəni, mənim nəzəriyyəm zərə söykənir. Onun fikrində qeyri-səlis məntiq nəzəriyyəsinin istifadə olunması var idi. Fikrimi ona gətirirəm ki, Nyuton həmişə Tanrıya inanan adam olub, Eynşteyn də eynən. Zadə də onlar kimi... Üzr istəyirəm, hərdən öz yazılarıma istinad eləyirəm. Mənim, “Allahsız alim tanımıram” adlı yazım var. Yazının adı belədir. Mən həqiqətən də Allahsız alim tanımıram. Sualınıza cavab olaraq onu deyim, Qərbdə o qədər alimlər kilsəyə gedir ki! Əsl alimlər Tanrıya inanır. Ramiz Rövşən demişkən, Qərbdə də belə düşünürlər:

Nə var Allahdan yuxarı?
Nə var, qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı,
Bildiyim sirdən aşağı?


Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.

- Az əvvəl Xudu Məmmədovu xatırladınız. Onun belə bir fikri var: “Məhdudiyyət kəşfin anasıdır”. Bu fikrin özünə yer elədiyi bir çox mənzərələrlə qarşılaşıram. Məsələn, İran və İran kinosu. Diqqət eləsək, İran kinosunun bütün problematikasında İran durur: qadağalarıyla, senzurasıyla... Hansı ki, rejissorlar bu qadağaların sərhədlərində təhlükəli rəqs etdikdə, yüngülcə o sərhədlərə toxunduqda tellər rezonans yaradır. Sənətin, ümumilikdə mənəvi məhsulların yaxşı yetişməsinə məhdudiyyətlərin, sərhədlərin kömək olduğunu qəbul edirsinizmi?

- Tamamilə düz deyirsiniz. Ədəbiyyat üzərindən baxaq, 60-cı illər Azərbaycan ədəbiyyatında intibah dövrüdür. Məsələn, Sovet dönəmində “Allah”, “Ölüm” mövzuları qəti qadağan idi. Mən metafizik şairimiz kimi Cavidi tanıyıram. Caviddən sonra 60-cı illərdə Azərbaycan ədəbiyyatına yenidən “Allah” və “Ölüm”ü Ramiz Rövşən, Vaif Səmədoğlu, Vaqif Bayatlı gətirdi.

O yerdə ki, qadağa olur, insan içini açmaq istəyir. Ona görə Xudu Məmmədovun fikri ilə razıyam.

Mən Allahdan başqa heç kəsdən dəstək gözləməmişəm. Bircə demişəm ki, mənə mane olmasınlar. Sərdar, bilmirəm, fotoqrafın necə çəkdi, mənim üzüm gömgöydür. O qədər vurublar, ordan-burdan. Fələyin vurduqları da var, insanların vurduqları da var... Amma o zərbələr mənim üçün hər zaman stimul olub.

Ardı var...
Oxşar xəbərlər
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?