İsa Qəmbər: “Rusiyanın Milli Şura ilə maraqlanmasını inkar etmirəm” - MÜSAHİBƏ
Oxunub: 12383
19 Aug 2013 | 10:15
İsa Qəmbər: “Rusiyanın Milli Şura ilə maraqlanmasını inkar etmirəm” - MÜSAHİBƏ

 

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı yaranan mövcud qeyri-müəyyənlik, demokratik qüvvələrin ən böyük güc mərkəzi hesab edilən Milli Şuraya qarşı ittihamların getdikcə artması, qurum daxilindən verilən bir-birinə zidd açıqlamalar və s. müxalif düşərgədəki gərginliyi artırmaqdadır. Artıq bəzi siyasilər hesab edir ki, vaxt resursundan düzgün istifadə etməyi bacarmayan, Mili Şura daxilində belə səmimi bir birlik nümayiş etdirməyən müxalifət hətta R.İbrahimbəyovun gəlişi və seçkilərdə iştirakı ilə belə müvəffəqiyyət əldə edə bilməyəcək. 

 

Həmçinin, Milli Şuranın Rusiya layihəsi olduğu və bu səbəbdən də milli qüvvələrin bu qurumu tərk etməsinin vacibliyi ilə bağlı səslənən bəyanatlar da ictimai rəydə Milli Şura ilə bağlı formalaşan imicin sürətlə mənfiliyə doğru yön aldığını göstərir. Təsadüfi deyil ki, bu gün bəzi müxalifyönlü  siyasilər də Milli Şuraya Azərbaycanın milli maraqlarını hədələyən, dövlətin mənafeyi üçün təhdid elementi olan bir amil kimi baxır. Odur ki, Müsavat başqanı İsa Qəmbərlə söhbətimizdə bütün bu məsələləri müzakirə etməklə yanaşı, vəziyyətdən çıxış yollarına da aydınlıq gətirməyə çalışdıq. 

 

- İsa bəy, öncə Milli Şura və onun ətrafında yaranan mövcud situasiya ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə, Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyinin sual altında qaldığı, bu quruma qarşı tənqid və hücumların artdığı bir zamanda yenə də ilkin perspektivini qoruyub saxlayırmı?

 

- Müsavat Partiyasının bu məsələdə mövqeyi ardıcıl və prinsipialdır. Mən bu ilin aprel ayında “Yeni Müsavat” qəzetinə bu mövzuda geniş müsahibə vermişdim. “Yeni Müsavat” qəzeti də bu müsahibəni maraqlı bir başlıqla vermişdi ki, “Milli Şuranın kodları açılır”. Həmin müsahibədə aprel ayında nə demişdimsə həmin xətti indi də davam etdiririk. Təbii ki, yeni problemlər, yeni təkliflər ortaya çıxanda onlar dəyərləndirilir. Amma bütün bu təkliflər Müsavatın prinsipial mövqeyinin konteksində dəyərləndirilir. Ancaq bu vəziyyətdə biz öncəliklərimizi, prinsiplərimizi çox aydın şəkildə açıqlamışıq. Biz ilk növbədə Rüstəm İbrahimbəyovun namizədliyi qarşısındakı hüquqi əngəllərin həll edilməsinin tərəfdarıyıq və bu istiqamətdə Milli Şuranın bütün addımlarını dəstəkləyir, bu addımların həyata keçirilməsində iştirak edirik. Əgər bu əngəllər həll olunmasa, bizim ikinci prioritetimiz tanınmış ziyalılardan birinin namizəd kimi müəyyənləşməsi və həmin namizədin iştirakı ilə Milli Şuranın seçkilərə qatılmasıdır. Əgər bu variant da alınmasa; nəzəri cəhətdən alınmaya bilər, çünki Milli Şurada bu məsələlərdə yekdillik yoxdur, bizim prioritetimiz hələ ötən ilin sonlarında, bu ilin əvvəllərində irəli sürdüyümüz əsas namizəd konsepsiyasıdır. Yəni bu halda üçüncü prioritet kimi biz vahid namizəd konsepsiyasından əsas namizəd konsepsiyasına keçidin tərəfdarıyıq. 

 

- Əsas namizəd konsepsiyasının mahiyyətini bir qədər ətraflı izah edə bilərsiniz?

 

- Bu o deməkdir ki, Milli Şura üzvü olan şəxslərdən, Milli Şurada təmsil olunan partiyaların liderlərindən kim istəyirsə, özünə, partiyasına, gücünə inanırsa, namizədliyini versin və bu qüvvələr seçkilərdə iştirak etsinlər, seçki müddətində bir-biri ilə rəqabət aparmasın, bir-birinə dəstək versin, məsləhətləşmələr aparsın, birgə müşahidəni, birgə tədbirləri və s. imkanları nəzərdən keçirsin. Seçki gününə az qalmış isə qanunun imkan verdiyi müddətdə bu namizədlər öz aralarında məsləhətləşib kim daha üstün görünürsə, kim daha yaxşı kampaniya apara bilibsə, kimin qalib gəlmək imkanları daha çoxdursa, həmin şəxs əsas namizəd kimi qəbul edilsin və digər şəxslər, namizədlər də seçkidən çəkilib istədikləri halda əsas namizədin komandasına daxil ola bilsin. Bizim ideyalarımız bundan ibarətdir və hesab edirəm ki, bu ardıcıllıq Milli Şuranın qarşıdakı seçkidə uğur qazanmasına imkan verir və bu variantlardan biri seçilməlidir.

 

- Rüstəm İbrahimbəyovun namizədliyi məsələsinin avqustun 19-na qədər aydınlaşacağı bildirilir. Lakin sizə elə gəlmirmi ki, Milli Şura vaxt baxımından kifayət qədər uduzub və avqustun 19-da veriləcək hər hansı qərar seçkilərin taleyinə həlledici təsir göstərməyəcək?

 

- Mən bu fikirdə deyiləm. Əvvəla ona görə ki, onsuz da Azərbaycan hakimiyyəti ölkədə elə bir vəziyyət yaradıb ki, azad və ədalətli seçkilərin keçirilməsi imkanları çox məhduddur. Yəni siyasi qüvvələrin daimi təzyiq altında saxlanması, siyasi fəallara, gənclərə qarşı repressiyaların davam etməsi, siyasi məhbusların sayının artması, söz azadlığına, mətbuat azadlığına təzyiqlər, sərbəst toplaşmaq azadlığının olmaması və s. seçkilərdə bərabər imkanlara zərbədir. Amma eyni zamanda Milli Şura ideyası özü seçkilərə diqqəti kifayət qədər artırıb, seçkini, o cümlədən  namizədlər mövzusunu aktuallaşdırıb. Elə bir mühit yaranıb ki, Milli Şura bizim dediyimiz variantların birində seçkidə iştirak haqqında qərar qəbul etsə, cəmiyyətin əksəriyyəti həmin ideyanın ətrafında toparlanacaq və Milli Şuranın, onun namizədinin uğur qazanmasına dəstək verəcək. 

 

- Bəzi siyasilər hesab edir ki, Rüstəm İbrahimbəyovla müqayisədə Rafiq Əliyevin namizədliyi daha məqsədəuyğun idi. Ən azından ona görə ki, ictimai rəydə R.Əliyevlə bağlı mövqe daha qəti və birmənalıdır, kimsə onu nə Rusiya, nə də digər xarici ölkə ilə əlaqələndirməyəcəkdi. Bu qənaəti bölüşürsünüzmü?

 

- Həm Rüstəm İbrahimbəyov, həm də Rafiq Əliyev Azərbaycanın çox dəyərli ziyalılarıdır, həddindən artıq önəmli ictimai xadimləridir və hər ikisinə mənim böyük hörmətim var. Milli Şuranın formalaşması prosesində Rüstəm müəllim daha fəal iştirak edirdi, Şuranın yaranması istiqamətində daha çox  səylər göstərirdi. Rafiq müəllim isə, bizim onunla bu barədə məsləhətləşmələrimizə, söhbətlərimizə baxmayaraq Milli Şurada iştirak etməyə həvəs göstərmədi. Ona görə də burda məsələyə bizim kiməsə üstünlük verməyimiz konteksindən yanaşılmamalıdır. Milli Şura ideyasına Rüstəm müəllim daha çox diqqət göstərdiyi və onun səyləri daha çox olduğu üçün Milli Şurada da bu variant qəbul edildi. Və hakimiyyət demokratik düşərgənin toparlanmasından, demokratik düşərgənin seçkilərdə vahid qüvvə kimi iştirak etməsindən o qədər narahatdır ki, Rafiq müəllim də vahid namizəd olsaydı, yəqin onunla da bağlı hakimiyyətin hansısa addımları olacaqdı. Yəni bu məsələdə hakimiyyətin hansısa namizədə sakit yanaşacağı, rahat yanaşacağı ehtimalını mən qəbul etmirəm. 

 

- Rafiq Əliyevin Milli Şurada iştirak etməyə həvəs göstərmədiyini bildirdiniz. Lakin ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, Rafiq Əliyevin vahid namizəd olmamasının başlıca səbəbi müxalif qüvvələrin ona yetərincə və açıq şəkildə dəstək verməməsi oldu.

 

- Bizim ziyalıların hamısına hörmətimiz var, Rafiq müəllimə də xüsusi münasibətimiz var, xüsusilə ona hər zaman diqqət və hörmətlə yanaşmışıq. Bu mövzularda mənim deyəcəyim şey yoxdur. Mən ölkədə vahid namizədi müəyyənləşdirmirəm. Bu, müxtəlif qüvvələrin səylərindən, danışıqlarından və s. asılı olan bir prosesdir. 

 

- Vahid namizəd axtarışının ziyalılar arasında aparılması geniş ictimaiyyətin siyasilərə güvənsizliyinin təsdiqi hesab oluna bilərmi?

 

- Bu, qətiyyən belə deyil. Cəmiyyət vəziyyətdən narazıdır, insanların əksəriyyəti mövcud vəziyyətin, hakimiyyətin dəyişməsini istəyir. Və dəyişiklik istəklərində də cəmiyyət ilk növbədə siyasilərə yönəlir, siyasilərin bu prosesdə iştirakına maraq göstərir. Sadəcə olaraq, bütün qüvvələrin prosesdə birlikdə iştirakı ideyası önə çıxanda bütün qüvvələrin ziyalı namizədi qəbul etməsi daha rahat olur, nəinki siyasilərdən birini. Məhz bu səbəbdən də nüfuzlu, bu prosesdə fədakarlıq göstərməyə hazır olan ziyalılardan birinin vahid namizəd kimi müəyyənləşdirilməsi ideyası gündəmə gəlib. Biz bu məsələləri kifayət qədər araşdırırıq. Ziyalılarımıza dərin hörmətimiz var, onların cəmiyyət üçün nə qədər önəmli olmasını bilirik, amma cəmiyyətdə siyasilərə inam olmadığı, ziyalılara isə bu yöndə inam olduğu fikri gerçəkliyə ziddir. 

 

- Rüstəm İbrahimbəyovun prezident seçkilərinə qatılmasının mümkünsüzlüyü bəlli olarsa, o zaman Milli Şuranın vahid namizədi kimi öz namizədliyinizi irəli sürəcəksinizmi?

 

- Mən vahid namizəd ideyasına o qədər də maraq göstərməmişəm və bütün bu müddət ərzində - bir ildən artıqdır ki, bu proses davam edir - bu müddət ərzində nə ümumilikdə, nə də Milli Şuranın vahid namizədliyinə iddia etməmişəm. Belə bir fikrim də yoxdur. 

 

- KXCP sədri Mirmahmud Mirəlioğlu qəzetimizə açıqlamasında qeyd etdi ki, Milli Şuranın yeganə namizədi yalnız R.İbrahimbəyov və ya R.Əliyev ola bilər. Əgər onlar olmayacaqsa, o zaman İ.Qəmbər də, mən də yalnız öz tərəfdarlarımızın namizədi kimi seçkilərə qatıla bilərik. Doğrudanmı, Milli Şurada R.İbrahimbəyov və R.Əliyev xaricində hər kəsin istisnasız olaraq etimad göstərəcəyi başqa bir şəxs yoxdur?

 

- Mən bundan öncə də izah eləməyə çalışdım ki, Milli Şurada müxtəlif siyasi qüvvələr cəmləşib. Bu qüvvələrin bir siyasətçinin ətrafında toparlanması elə də asan məsələ deyil. Bu qüvvələrin hər hansı bir ziyalının ətrafında cəmləşməsi isə mümkündür. Məhz bu səbəbdən də bu ideyaya üstünlük verilir. Üstəlik, mənim vahid namizədliyə iddiam olmadığı üçün bu barədə əlavə nəsə demək istəmirəm. 

 

- Milli Şuranın Rusiya layihəsi olduğu fikri bu gün də populyardır və hətta bəsi siyasilər hesab edir ki, milli-istiqlalçı qüvvələr bu qurumdan çıxmalıdır. Milli Şuraya yönəlik bu ittihamla bağlı nə deyə bilərsiniz? Həqiqətənmi Milli Şura Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq göstərmək vasitəsidir?

 

- Bu, ciddi bir versiya deyil. Bu, çox yayqın versiyadır. Bilirəm, çox adamlar bu barədə yazır-pozur. Lakin deməliyəm ki, bu özü-özlüyündə ciddi bir versiya deyil. Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün kifayət qədər müxtəlif resursları var. Buna görə də, Rusiyanın Milli Şuradan Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə etməsi fikri inandırıcı deyil. Sadəcə olaraq Azərbaycan cəmiyyəti, Azərbaycan siyasiləri, Azərbaycanın ziyalı elitası vəziyyətdən çıxış yolları ilə bağlı diskussiyalar apararkən Milli Şura ideyası da səslənib. Rüstəm İbrahimbəyov həm Bakı, həm Amerika, həm də Rusiyada yaşadığı üçün, Rusiyada geniş əlaqələrə malik olduğu üçün Milli Şuranın Rusiya layihəsi olduğu fikri əlavə bir psevdo arqument tapıb. Digər tərəfdən, Rusiyada yaşayan Azərbaycan diasporası da Azərbaycanda dəyişikliyin tərəfdarı olduğu üçün, bu yöndə müəyyən aktivlik göstərdikləri üçün daha  bir əlavə psevdo arqument formalaşıb. Bu məsələdə üçüncü bir məqam da var. Aydın məsələdir ki, Rusiya dövləti də qonşu dövlətlərdə hakimiyyətdə kimin olması məsələsinə biganə deyil. Onların da özünün bu məsələyə yanaşma tərzləri və seçimləri var. Rusiya qonşu ölkələrdə avtoritar, korrupsioner rejimlərin hakimiyyətdə olmasında maraqlıdır. Avtoritar və korrupsioner rejimlər öz xalqlarından dəstək almadıqları üçün kənar dəstəyə ehtiyac duyurlar. Belə olan halda isə həmin hakimiyyətlərlə münasibət qurmaq Rusiya hakimiyyəti üçün asan olur. Rusiya bu cür hakimiyyətlərlə münasibət qurub məsələləri Rusiyanın maraqları baxımından həll edirlər. Bu baxımdan Rusiyanın Milli Şura ilə maraqlanmasını inkar etmirəm. Yəqin ki, belə bir maraq var. Amma əvvəldən də dediyim kimi, bizim mövqeyimiz bundan ibarət olub ki, Milli Şura avtoritarizmdən demokratiyaya keçid üçün irəli sürülmüş bir ideyadır. Bu koalisiya bu məqsədlə yaradılıb. Bunu da açıq demişəm ki, Milli Şura ilə müxtəlif qüvvələr maraqlana bilər. Ölkə daxilində də, ölkə xaricində də bu məsələ fərqli qüvvələrin marağında ola bilər. Nə qədər ki, Müsavat kimi milli qüvvələr Milli Şuranın daxilindədir, Mili Şura Azərbaycanın maraqlarına xidmət edir və bundan sonra da edəcək. 

 

- Milli Şura demokratik qüvvələrin koalisiyası elan edilsə də, maraqlıdır ki, bu qurum haqqında səsləndirilən istənilən tənqid Milli Şura rəhbərliyində təmsil olunan əksər şəxslər ”“ istər Rüstəm İbrahimbəyov, istər Eldar Namazov, istərsə də digər yetkililər tərəfindən dözümsüzlüklə qarşılanır və milli-demokratik maraqlara xəyanət kimi qiymətləndirilir. Sizə elə gəlmirmi ki, bu cür münasibətin özü anti-demokratik düşüncə tərzindən xəbər verir?

 

- Heç bir qurum, heç bir şəxs tənqiddən kənarda qala bilməz. Hər kəs, hər bir təşkilat tənqid oluna bilər. Hər bir qurum və şəxs tənqid oluna bildiyi kimi, onların da bu tənqidə cavab vermək hüququ var. Tənqid və ya ona verilən cavabda etik normalara nə dərəcədə əməl olunur, tərəflər buna nə dərəcədə riayət edir, bu tamam başqa məsələdir. Bu baxımdan hesab edirəm ki, fikir azadlığı olmalıdır. Tənqid də olmalıdır, onu cavablandırmaq hüququ da olmalıdır. 

 

- ADP sədri hesab edir ki, hazırda mövcud vəziyyətdə ən doğru çıxış yolu müxalif liderlərin prezident seçkilərində təkbaşına iştirakıdır. Bəs siz necə düşünürsünüz, müxalif təmsilçilərin seçkilərdə təkbaşına iştirakı doğrudanmı ən məqbul variantdır?

 

- Əgər Rüstəm müəllimin qarşısındakı əngəllər həll olunmasa, Milli Şura digər vahid namizədi razılaşdıra bilməsə, o halda dediyim kimi, əsas namizəd konsepsiyasına keçiləcək və o zaman hər bir partiya liderinin, siyasətçinin, ictimai xadimin öz namizədliyini irəli sürməsi məqbul sayılacaq. 

 

- Sizcə belə olarsa, o zaman seçkilərdə pərakəndə şəkildə iştirak edən hər hansı müxalif lider qələbəyə ümid edə bilərmi?

 

- Mən inanıram ki, Müsavat Partiyası seçkilərə qatılacağı təqdirdə qələbə qazanacayıq. Şəxsən mən buna inanıram.

 

- Son vaxtlar İctimai Palatanın da siyasi baxımdan xeyli aktivləşməsi müşahidə olunur və ehtimal edilir ki, bu aktivlik Milli Şuranın iflası ilə bağlıdır. Doğrudanmı, İctimai Palatanın aktivləşməsi Milli Şura layihəsinin taleyinin sual altına düşməsi ilə əlaqədardır?

 

- İctimai Palata ilə Milli Şuranın formatlarında bir eynilik var, onların hədəfləri də faktiki olaraq eynidir. Onların hər ikisi avtoritarizmdən demokratiyaya keçidə nail olmağı hədəfləyir. Buna görə də, ikisinin eyni vaxtda tam güclə fəaliyyət göstərməsi elə də məqsədəuyğun sayılmadı. Bu səbəbdən də İctimai Palatanın fəaliyyətində səngimə yarandı. Lakin bu, o demək deyil ki, İctimai Palata tamamilə fəaliyyətsiz oldu. Zaman-zaman İctimai Palatanın yetkililəri, Koordinasiya Şurasının üzvləri, fəalları məsləhətləşmələr keçiriblər, müzakirələr təşkil ediblər, mövcud situasiya ilə bağlı fikir mübadiləsi aparıblar və bundan sonra da aparacaqlar. 

 

- Milli Şura və İctimai Palatanın formatının da, hədəflərinin də eyni olduğunu iddia edirsiniz. Madam ki, belədir, o zaman İctimai Palatanın fəaliyyət göstərdiyi bir zamanda Milli Şuranın yaradılmasına nə ehtiyac vardı?

 

- Ictimai Palata yaranandan sonra müxtəlif qüvvələr, o cümlədən Ziyalılar Forumu ilə əməkdaşlıq məqsədəuyğun hesab edildi. Zaman-zaman bu əməkdaşlığın imkanları dəyərləndirilib, bu yöndə fikir mübadiləsi aparılıb. Bu zaman bütün bu məsələləri özündə ehtiva edən uyğun format kimi Milli Şuranın yaradılması ideyası meydana gəldi. Beləliklə də Milli Şuranın yaradılmasına qərar verildi. 

 

- Bütövlükdə iqtidarın həm ölkə daxilində, həm də ölkə xaricində böyük narazılıq doğurduğu, bu iqtidarın yerli və beynəlxalq qüvvələrin dəstəyindən məhrum olduğu iddia edilir. Lakin buna rəğmən hələ də bu iqtidarın hakimiyyətinə son qoymaq mümkün olmayıb. Maraqlıdır, madam ki, mövcud iqtidar bu qədər zəif və dəstəkdən məhrumdur, onunla vidalaşmaq niyə uzun illərdir ki, mümkün olmayıb?

 

- Buna səbəb seçki saxtakarlığı, hakimiyyətin öz xalqına qarşı qəddarlığı, zorakılığı və beynəlxalq birliyin ümumdünya demokratikləşmə prosesində ardıcıl, prinsipial mövqe tutmamasıdır. Məhz bütün bunlar nəticəsində ölkədə avtoritarizm davam edir. Bunların xaricində başqa heç bir səbəb yoxdur.

 

- Hesab edirsiniz ki, baş verənlərdə müxalifətin heç bir günahı, heç bir məsuliyyət payı yoxdur?

 

- Təbii ki, müxalifətin həm ümumi, həm də onun ayrı-ayrı qruplarının fəaliyyətini təhlil edib demək olar ki, filan addım səhv idi və ya filan qərar yanlış idi. Amma bu illər ərzində müxalifət dəfələrlə seçkilərdə qalib gəlib. Seçkidə qalib gəlmək nə deməkdir? O deməkdir ki, xalq müxalifətə, onun ayrı-ayrı təmsilçilərinə səs verir, müxalifətin hakimiyyətə gəlməsini istəyir. Hakimiyyətdə olan qüvvə xalqın iradəsinə qarşı zor tətbiq edirsə, qəddarlıq sərgiləyirsə, öz hakimiyyətini bu yolla qoruyub saxlayırsa, baş verənlər müxalifətin günahı deyil. Bu hakimiyyətin xalq qarşısındakı günahı və cinayətidir. 

 

- Rusiya prezidentinin Azərbaycana səfəri və səfər zamanı imzalanan müqavilələrlə bağlı düşüncələriniz nədən ibarətdir?

 

- Təbii ki, bu səfərin həm görünən, həm də görünməyən hissəsi var. Görünən hissəsinə əsasən demək olar ki, tərəflər arasında bir neçə saziş imzalandı və bu sazişlər şübhəsiz ki, dövlətlərarası münasibətlər baxımından önəmli sazişlərdir. Lakin bu sazişləri nazirlər, komitə sədrləri, şirkət rəhbərləri də öz aralarında imzalaya bilərdilər. Eyni zamanda dövlət başçıları bir-birlərinə sayqılarını nümayiş etdirməyə çalışdılar və bu niyyətlərini keçirilən görüşlərdə ifadə etməyə cəhd etdilər. Bütövlükdə əminəm ki, nə Rusiya, nə də Azərbaycan tərəfi bu səfərdən istədiyi nəticələri tam şəkildə ala bilmədi. Hər iki tərəfdən istəklər yarımçıq şəkildə qarşılandı. Sadəcə olaraq tərəflər, xüsusilə də Putin və İlham Əliyev bir-birlərinə düşmən olmadıqlarını ifadə etdilər. Onlar öz xalqlarına və dünyaya nümayiş etdirməyə çalışdılar ki, heç də düşmən deyillər. Eyni zamanda Rusiya tərəfi Azərbaycana hərbi gəmilər gətirməklə Xəzər dənizində və ümumilikdə bölgədə kimin söz sahibi olduğunu nümayiş etdirməyə çalışdı. Bununla həm bölgəyə, həm də dünyaya mesaj verməyə çalışdı. Bu səfəri ayrılıqda bir hadisə kimi götürüb qiymətləndirmək doğru olmaz. Səfərin nəticələrinə dinamikada baxmaq lazımdır. Baxmaq lazımdır ki, səfərdən sonra nə baş verəcək. Baxmaq lazımdır ki, bundan sonra Azərbaycan və Rusiya tərəfi hansı addımlar atacaq. Beynəlxalq birlik bu səfərlə bağlı məsələlərə necə münasibət göstərəcək. Həmçinin, baxmaq lazımdır ki, bu məsələlərə Azərbaycan xalqı nə deyəcək. Həlledici amillər bunlardır. 

 

- Putinin səfəri zamanı Azərbaycan və Rusiya arasında bir çox məsələlərlə yanaşı, silah alqı-satqısı ilə bağlı dəyəri milyardlarla dollarla ölçülən müqavilə də imzalandı ki, bu da rəsmi Bakının Kremlə ciddi güzəşti kimi qiymətləndirilməkdədir. Bu sazişin ən maraqlı tərəfi isə bundan ibarətdir ki, rəsmi Bakının bu güzəştinə görə bəzi siyasilər məhz Milli Şuranı ittiham edir və onlar elan edir ki, Putin məhz Milli Şura amilindən hakimiyyətə təzyiq göstərməklə buna nail olub.

 

- Mən bir qədər öncə oxşar sualınıza cavab verərkən qeyd etdim ki, Rusiyanın Azərbaycana təzyiq göstərmək üçün yetərincə imkanları var. Rusiyanın Milli Şuradan siyasi təzyiq vasitəsi kimi istifadə etməsi müəyyən siyasi qüvvələrin iddiasıdır. İlham Əliyev yanlış xarici siyasət nəticəsində özünü təcrid edib. Bu səfər həm də göstərdi ki, hakimiyyətin xarici dəstəyə böyük ehtiyacı var. Hakimiyyətin seçki ərəfəsində ağır duruma düşməsi, Rusiyadan dəstək istəməsi bu hakimiyyətin öz günahıdır. Biz hakimiyyətə bələdik və bilirik ki, seçkilərdə kənar dəstək almaq üçün çoxlu vədlər verir. Bu vədləri isə yerinə yetirə bilmir. Azərbaycan Avropaya kifayət qədər bağlı bir ölkədir. Bütün bu əlaqələrin üstündən xətt çəkib birmənalı şəkildə hakimiyyətin Rusiya himayəsinə qayıtması real deyil. Sadəcə, hər seçkidə hakimiyyət özünü daha ağır vəziyyətə salır. Xalqa da daha böyük problemlər yaşadır. Mən inanıram ki, bu dəfə xalq öz sözünü deyəcək və vəziyyət müstəqillik və demokratiya prinsiplərinə uyğun şəkildə müsbətə doğru dəyişəcək. 

 

- İsa bəy, bütün hallarda seçkidə iştirak etməkdə israrlısınızmı? Yəni qarşıdakı 1 ay ərzində elə bir situasiya yarana bilərmi ki, seçkidə iştirakdan imtina edəsiniz?

 

- Biz seçkidə iştirak etmək niyyətində və əzmindəyik. Biz ziyalılardan birinin Milli Şuranın vahid namizədi, bu olmayacaqsa əsas namizəd konsepsiyası əsasında seçkidə iştirak etmək niyyətindəyik.

 

- AXCP və Müsavat arasındakı münasibətlər hər zaman olduğu kimi bu gün də ölkə mediasının diqqət yetirdiyi əsas məsələlərdən biridir. Siyasilərin bir çoxu hesab edir ki, əslində müxalif cəbhədəki problemlərin çoxu AXCP və Müsavat arasındakı qeyri-səmimi münasibətlərdən qaynaqlanır. Bu ittihamı qəbul edirsinizmi?

 

- Hakimiyyət öz vahid namizədini müəyyənləşdirə bilmir, bu məsələ qalıb qıraqda, lakin AXCP və Müsavat məsələsi müzakirə mövzusuna çevrilir. Biz AXCP-yə öz müttəfiqimiz kimi baxırıq. Şübhəsiz, ortada bəzi fikir ayrılıqları ola bilər, bəzi cəbhəçilər və ya müsavatçılar emosional davrana bilərlər. Amma bunlar ümumi maraqları, ümumi hədəfləri dəyişə bilməz. 

 

- Lakin bununla belə AXCP və Müsavatın həlledici məqamlarda fərqli addımlar atdığını isbatlayan çoxlu faktlar da mövcuddur. 

 

- Şübhəsiz, bizim fərqli addımlar atdığımız vaxtlar da olub. Eyni addım atdığımız vaxtlar da olub. 2005-ci ilin parlament seçkilərində, 2010-cu ilin parlament seçkilərində biz eyni blokda iştirak etmişik. Bu, siyasi prosesdir və burada vahid resept yoxdur. Belə bir qayda yoxdur ki, hamı mütləq eyni qərar verməlidir. 

 

- Müsavat Partiyası seçkilərə təkbaşına qatılacağı təqdirdə seçki ilə bağlı hansısa blok formalaşdıracaqmı?

 

- Bizim prioritetimiz hələ ki, seçkilərdə Milli Şuranın vahid namizədi ilə iştirak etməkdir. Bu alınmayacağı təqdirdə, Rüstəm müəllimin özünün də məktubunda göstərildiyi kimi, biz əsas namizəd konsepsiyasına keçəcəyik və seçkilərdə iştirak edəcəyik. Aydın məsələdir ki, Müsavat seçkilərdə təkbaşına iştirak etməyəcək. Bu ilin yanvar-fevral aylarından mənim namizədliyimi müdafiə edən partiyalar bir araya gəliblər və biz ən azından həftədə bir dəfə görüşür, məsləhətləşmələr aparırıq. Müxtəlif məsələlərlə bağlı qərarlar qəbul edirik. Aydın məsələdir ki, mən seçkiyə getsəm, onlar mənim ətrafımda olacaqlar. Eyni zamanda mən əminəm ki, Müsavat Partiyası seçkilərə getsə, xalqın əksəriyyəti Müsavat Partiyası ilə bir yerdə olacaq.

 

 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)

 






Oxşar xəbərlər
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi