“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
Oxunub: 4129
24 Jun 2019 | 16:52
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı verdiyi sərəncam, respublikamızda həyata keçirilən nəhəng iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və s. vətəndaşların maddi-sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşacağı ilə bağlı gözləntilərə yol açmaqdadır. 

Moderator.az olaraq ölkənin və xüsusilə də onun ən böyük şəhərlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişiliyə müraciət etdik.


-Tahir müəllim, öncə ölkə başçısının maaş artımı ilə bağlı sərəncamı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə bu sərəncam insanların maddi durumuna, sosial rifahına nə dərəcədə mühüm təsir göstərəcək?

-Bu artım istənilən halda insanların sosial durumuna müsbət təsir göstərəcək. Bu artımın miqyası və əhatə dairəsi çox böyükdür. Son artım 2 milyondan çox insanı əhatə edəcək. Bu artım həm minimum əmək haqlarına, həm dövlət və özəl sektorda çalışan insanların əmək haqqına toxunacaq. Bu il ikinci dəfədir ki, minimum əmək haqlarında artım baş verir. 2019-cu ilin fevral ayında da belə bir sərəncam oldu və nəhayətdə hər iki sərəncam əsasında ölkəmizdə minimum əmək haqqı təxminən iki dəfə artdı. 130 manatlıq minimum əmək haqqı 250 manata çatdırıldı. 
Maaş artımlarına nəzər salsaq hesab edirəm ki, bu artımlar orta aylıq əmək haqlarının da 15%-ə qədər artmasına təsir edəcək. Təcrübə göstərir ki, minimum əmək haqqının artırılması orta və daha yuxarı əmək haqlarının artmasına təsir göstərir.


Ilkin heablamalara görə son sərəncamların maliyyə yükü 1 milyard manatdır. Yəni il ərzində dövlət büdcəsindən 1 milyard manat bu sərəncamların reallaşmasına sərf olunacaq. Daha əvvəl imzalanan sərəncamların isə maliyyə yükü 2,5 milyard manat idi. Yəni bu sərəncamlar büdcə üçün 3,5 milyard manat əlavə xərc yaradacaq. 
Büdcənin əlavə gəlirlərinə fikir versək görərik ki, bu ilin I rübündə hər ay büdcə gəlirləri əlavə gəlirlər hesabına 15-20% artır. Bu isə aparılan islahatlar nəticəsində mümkün olub. Nəzərə alsaq ki, Azərbaycan büdcəsinin gəlirləri 20 milyard manatdan çoxdur və yaranan əlavə gəlirlər  1 milyard manatı keçir. 2019-cu ilin dövlət büdcəsində də sosial-iqtisadi islahatlar paketi üçün 1.4 mlrd manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, büdcənin əlavə gəlirləri cənab prezidentin verdiyi sərəncamların icrasını təmin etmək üçün yetərlidir. 

-Sizcə maaş artımı ölkədə infilyasiyaya səbəb ola, bu prosesi az və ya çox dərəcədə tətikləyə bilərmi?

-Bunun iqtisadi baxımdan anlamı ondan ibarətdir ki, verilən sərəncamlar ölkədə infilyasiyaya səbəb olmayacaq. Infilyasiyanın həcmi çox kiçikdir. Hazırda bu göstərici 2,3%-dir. Infilyasiyanın həcminin kiçik olması maaş artımının real təsirini daha da artırır. Çünki infilyasiya yuxarı olanda maaş artımının insanlar üçün böyük bir əhəmiyyəti olmur. Infilyasiyanın həcminin aşağı səviyyədə saxlanılması hökumətin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Hesab edirəm ki, gələcəkdə də infilyasiyaya qarşı uğurlu mübarizənin aparılmasına nail olacayıq. Çünki bir tərəfdən istehsal artır, büdcənin gəlirləri yüksəlir, digər tərəfdən pul xərclərini maliyyələşdirmək üçün əlavə gəlir mənbələrinə ehtiyac qalmayıb. Odur ki, hesab edirəm ki, infilyasiya aşağı səviyyədə qalacaq və maaş artımı insnaların maddi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. 



-Qarşıdan Sumqyaıtın 70 iliyi gəlir. Bilmək istərdik ki, son illər Sumqayıtda inşa edilən müəssisələr, yeni istehsalat obyektlərinin tikintisi şəhərin iqtisadi simasına necə təsir göstərəcək? Ümumiyyətlə, Suqmayıtın iqtisadi gücü, iqtisadi potensialı hansı səviyyədədir?

-Dövlət başçısının tapşırığı ilə Sumqayıtda son illər həqiqətən də xeyli işlər görülüb. Həm şəhərin iqtisadiyyatı, həm də estetikası baxımdan görülən işlər sayəsində şəhər sözün həqiqi mənasında göz oxşayır. Hesab edirəm ki, Sumqayıt Xəzər sahilindəki ən gözəl şəhərlərdən biridir. 
Sumqayıtın iqtisadi potensialı hər zaman yüksək olub. Sumqayıt bir iqtisadi şəhər kimi salınıb. Sumqayıt daha çox kimya sənayesinin inkişaf etdiyi bir şəhər olub. Hazırda Sumqayıtda kimya sənaye parkı inşa edilir. Bu sənaye parkında xeyli sayda müəssisə fəaliyyət göstərir. Sumqayıtın kimya potensialı Cənubi Qafqazda Bakıdan sonra ikinci yerdədir. Qeyri-neft sənayesinin ölkəmizdəki paytaxtı məhz Sumqayıtdır. Istər yeni dəyər yaratmaq baxımından, istər də kadr və gələcək perspektivlər baxımından, istərsə də şəhərin yerləşdiyi coğrafi mövqe baxımından yanaşsaq görərik ki, bu şəhərin iqtisadi potensialı həqiqətən böyükdür. 

Картинки


Ötən il Sumqayıt kimya sənaye parkında 370 milyon manat məhsul istehsal olunub. Hal-hazırda orada 5 min nəfərə qədər insan çalışır. Sumqayıt kimya sənaye parkı yeni salınıb və elə birinci ildə qoyulan investisiyanın 15%- həcmində istehsal həcminə sahib olub ki, bu da kifayət qədər yaxşı göstəricidir. Nəzərə almaq lazımdır ki, bu istehsalın həcmi durmadan artır. Sumqayıtda yeni yardılan karbamid, polimer zavodu artıq öz məhsullarını ixrac edirlər. 
Kimya sənayesi neft sənayesinin ən müasir ikinci mərhələsidir. Kimya sənayesinin əsas xammalı neft və qazdır. Azərbaycan isə neft və qazı xammal formasında deyil, emal edilmiş formada ixrac etmək niyyətindədir. Neft və qzı emal edəndə onun dəyəri 16-17 dəfə artır. Buna nail olmaq bizim iqtisadiyaytımızın qarşısında duran ən mühüm məqsədlərdən biridir. Bu məqsədlərə Sumqayıtda tədricən nail olunmaqdadır. Ona görə düşünürəm ki, yaranan yeni zavodlar, yeni müəssisələr şəhərin iqtisadi potensialını inkişaf etdirməyə imkan verəcək.

Картинки

-Sumqayıtın təhsil potensialını necə qiymətləndirirsiniz? Sumqayıtın təhsil uğurları şəhərin iqtisadi uğurlarını şərtləndirən əsas amillərədn biri hesab oluna bilərmi?

-Sevindirici hallardan biri də şəhər gənclərinin təhsilə böyük maraq göstərməsi ilə bağlıdır. Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni məhz Sumqayıt məktəbliləri göstərir. 
Müasir dövrün müasir çağırışları var. Onlardan biri yaxşı təhsil almaq, bacarıqlı və zəhmətkeş olmaqdır. Bütün bu göstəriclərin hamısı sumqayıtlılarda var. Bu isə onun iqtisadi potensialının inkişafı üçün ciddi stimul deməkdir. 
70 il az deyil. Bu 70 ildə Sumqayıt kifayət qədər böyük bir yol keçib. Azərbaycanın müstəqillik illərində də Sumqayıt çox mühüm rol oynayıb. “Heydər-Xalq, Xalq-Heydər” şüarı Sumqayıtda qaldırılıb. Sumqayıt sakinləri ulu öndərin dəstəklənməsi üçün kifayət qədər aktivlik və kütləvilik nümayiş etdriblər.Bu gün də Sumqayıtlılar ölkə prezidentinin siyasi və iqtisadi kursunu aktiv şəkildə dəstəkləyirlər. Qeyri-neft sektorunun inkişafında Sumaqayıtın rolu böyükdür. Bu baxımdan hesab edirəm ki, Sumqayıtın ölkəmiz üçün iqtisadi əhəmiyyəti zamanla daha da artacaqdır.
Sumqayıtın mədəni sahədə də böyük potensialı var. Sumqayıtda musiqi məktəblərinin sayı artır. Sumqayıt Dövlət Dram teatrının çox maraqlı tamaşaları oynanılır. Şəhərdə müasir kinoteatr tikilir. Hesab edirəm ki, bütün sahələrdə sumqayıtlılar öz sözlərini deyir,öz potensiallarını yüksək səviyyədə göstərirlər. 


Картинки

-Ölkə başçısı dəfələrlə şəhər və rayonların xərclərinin onların öz daxili potensialı hesabına qarşılanmasının vacibliyini dilə gətirib. Bu baxımdan Sumqayıtın mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Sumqayıt öz xərclərini özü qarşılaya bilirmi?

-Sumqayıt çoxdan özü-öz xərclərini qarşılayır. 34 şəhər və rayon dövlət büdcəsindən maliyyələşmir. Bu proses başlayanda ilk sıralarda Sumqayıt yer alıb. O zaman 6 şəhər ilk dəfə olaraq dövlət büdcəsindən maliyyələşmədi ki, bunlardan biri də Sumqayıt idi. Sumqayıt öz xərcindən də artıq vəsait əldə edir və bunu büdcəyə ötürür. Biz Milli Məclisdə yeni bir məsələ qaldırdıq. Məsələ qaldırdıq ki, Sumqayıtın xərclərindən artıq toplanan vəsaitin bir hissəsi yenidən geriyə - Sumqayıtın büdcəsinə qaytarılsın. Düşünürəm ki, bu məsələ həll olmaq mərhələsindədir. Yəqin ki, yaxın zamanlarda bu baş verəcək və bu addım şəhəri daha inkişaf etdirəcəkdir. 

-Sumqayıt büdcəsinə qayıdacaq vəsaitdən hansı məqsədlər üçün istifadə ediləcək?

- Bu vəsait Sumqayıtın inkişafına, insanların sosial-müdafiəsinin daha da günləndirilməsinə xərf ediləcək. Sumqayıtı mədəni, iqtisadi və təhsil baxımından daha da inkişaf etdirmək üçün bu vəsait vacibdir. Düşünürəm ki, belə bir qərarın qəbulu Sumqayıtda daha çox işlərin görülməsinə imkan verəcək. Çünki Sumqayıtın potensialı böyükdür. Burada çalışan sahibkarların da sayı kifayət qədər çoxdur. Vergi toplanması baxımından da şəhərimizdə böyük irəliləyişlər var. Düşünürəm ki, biz bu vəsaitdən istifadə etməklə daha çox iş görə bilərik. 
Sumqayıtda görülən işlərin hamısı cənab Prezidentin diqqəti və qayğısı sayəsində həyata keçirilib. Cənab prezident 23 dəfədən çox Sumqayıtda olub. Bu gün Sumqyaıtda görülən işlər məhz onun tapşırıq və qayğısı sayəsində reallaşıb. Mən millət vəkili seçilən zaman, yəni 2015-ci ildə ən ciddi problemlərdən biri dam örtükləri ilə bağlı idi.  Bu, uzun illər Sumqayıtda yaranan, sakinləri narahat edən bir problem idi. Şəhər sakinlərinin ən çox şikayəti bununla bağlı idi. Məhz cənab prezidentin göstərişi və ayırdığı vəsait hesabına Sumqayıtda demək olar ki, dam örtüyü vurulmayan çox az bina qalıb. Bunlar da bitmək üzrədir. 
Digər problemlrədən biri çoxmənzilli binalardakı liftlrələ bağlı idi. Cənab prezidentin qayğısı sayəsində bu problem də öz həllini tapdı. Şəhər infrastrukturu ilə bağlı da böyük işlər görüldü. Lakin elə məsələlər var ki, bunlar gündəlik rastlaşdığımız məsələlərdir. Istilik, astfaltlaşdırma və s. kimi məsələr bununla bağlıdır. Düşünürük ki, toplanan pulun bir hissəsinin Sumqayıt büdcəsinə geri qaytarılması bu işlərin daha sürətli həllinə rəvac verəcək. 

Картинки

-Son illər Sumqayıtda nəhəng bulvar kompleksi ilə yanaşı, daha bir sıra mühüm layihələr həyata keçirildi. Sizcə bütün bu işlər Sumqayıta turizm axınına  təsir göstərə, turizm iqtisadiyyatının inkişafına təkan vrəcəkmi?

-Turistlərin hər hansı bir məkana cəlb edilməsi üçün bir neçə şərt lazımdır. Bunlar şəhərin infrastrukturu, oradakı mədəni-tarixi abidələr, özəlliklər, fərqliliklər və s-dir. Sumqayıt bulvarı Xəzər dənizində ən gözəl bulvarlardan biridir. Sumqayıt bulvarının salınması Sumqayıt turizminə çox böyük dəstək oldu. Sumqayıt bulvarına yalnız sumqayıtlılar deyil, Bakı və respublikanın digər şəhərlərindən də kifayət qədər çox insan gəlir. Sumqayıt bulvarının özünəməxsus xoş aurası mövcuddur. Dəniz sahilində olduqca böyük bir ərazini əhatə etməsi bu faktorlardan biridr. 
Biz zaman-zaman Sumqayıt bulvarında əcnəbiləri də görürük. Bakıya gələn əcnəbi turistlərin bir çoxu paytaxtdan kənara, yaxın şəhərlərdən birinə getmək, fərqli bir şəhər görmək istəyirlər. Sumqayıt isə Bakıya ən yaxın şəhərdir. Infrastruktur baxımından da inkişaf etmiş bir şəhərdir. Odur ki, bizim Suqmayıtda turizmin inkşafı üçün böyük potensialımız mövcuddur. 
Bakı Azərbaycanda ən çox turist cəlb edən şəhərdir və onun yüksək infrastrukturu var. Bakıya gələn tursitlərin bir hissəsinin Sumqayıta cəlb olunması potensialı var. Bu potensialdan istifadə edilməyə çalışılır. Nəticələr tam qane edici deyil. Çünki Sumqayıta daha çox turist cəlb etmək mümkündür. Lakin bu sahədə bütün gərəkli işlər görülür və inanıram ki, yaxın gələcəkdə bu sahədə də böyük uğurlara imza atmağa nail olunacaq.

Seymur ƏLİYEV
Günel ƏLƏSGƏROVA

Oxşar xəbərlər
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO