“Müharibədə qorxaqlıq etdilər, atəşkəsdən sonra qeyrətdən danışdılar”
Oxunub: 1557
29 Jan 2019 | 11:16
 “Müharibədə qorxaqlıq etdilər, atəşkəsdən sonra qeyrətdən danışdılar”

Üzeyir Cəfərov: “Zakir Həsənovun vaxtında komandirlərə rahatlıq yoxdur”


“Ermənistana jurnalist qismində getdim, bəzi materiallar gətirib Səfər Əbiyevə təqdim etdim”

 

Modern.az saytının  həmsöhbəti hərbi ekspert, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov olub. Moderator.az onunla müsahibəni təqdim edir:

 

- Üzeyir müəllim, həyatınızın Qarabağla bağlı olan hissəsindən kompleks, sistemli məlumat tapmaqda çətinlik çəkdik. İlk olaraq, bu haqda ətraflı danışardınız...
 

- Azərbaycan müstəqillik əldə etdikdən sonra mən Gürcüstanda idim. Zaqafqaziya Hərbi Dairəsinin qəzetinin azərbaycanca müxbir məntəqəsinin hərbi rəisi idim. Məni bura transfer etdilər. O zamanlar “Xalq ordusu” (indiki “Azərbaycan ordusu”) qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başladım. 20 Yanvar hadisələri və digərləri - hamısı mənim gözümün önündə olub. Proseslərin içərisində olmuşam. Qəzetin baş redaktoru olanda təkcə Bakı ilə məhdudlaşmırdım. Qarabağa gedib-gəlirdik. Bütün cəbhə bölgəsini ziyarət edirdik. Çox ağır vaxtlar idi.  Sovetlər dövründə Zaqafqaziya Hərbi Dairəsinin müxbir məntəqəsinin rəhbəri kimi gedib-gəldiyim yerlərə sonradan Qarabağda ağır döyüş əməliyyatları olan vaxtlarda da  yollandım. Bir müddət qəzetin baş redaktoru olandan sonra o zamankı müdafiə naziri Rəhim Qazıyevin əmri ilə vəzifədən çıxarıldım. Füzulidəki 702 saylı hərbi hissənin komandir müavini vəzifəsinə aparıldım.

- Yəni, Rəhim Qazıyev sizi işdən çıxardı?  

- Təxminən 2 il əvvəl mən Rəhim bəydən müsahibə götürürdüm. O özü belə bir etiraf etdi: “Mənə düzgün məlumat verməyiblər, mən sənə qarşı haqsızlıq etdim”.

Rəhim Qazıyev dedi ki, mənimlə bağlı qərarı həyatının ən səhv qərarlarından olub. Mən gedəndən sonra yerimə Adil Hüseynov adlı ehtiyatda olan leytenantı vəzifəyə gətirdilər. O isə gələn kimi özünə general-mayor ştatı hazırladı. Redaksiya və Nəşriyyat kompleksi. Rəhim bəyin özünə də qəribə gəldi ki, müharibə aparan bir ölkənin qəzetinin baş redaktoru özünə gələn kimi vəzifə hazırlayır. 

- Sizinlə bağlı səhv məlumat nə idi? 

- Mən onu hələ də bilmirəm. Çox dərin məsələlər var. Açığını deyim ki, bu gün respublikanın iki tanınmış jurnalisti Milli Məclisin o zamankı rəhbərliyinə məndən məktub yazmışdılar. Adlarını demək istməmirəm, artıq yaşa dolublar.

Bakıya qısa müddətli ezamiyyətə gəlmişdim, kollektivimə baş çəkəndə, şikayəti yazan makinaçı Sveta xanım ağladı, boynumu qucaqladı ki, sizin başınıza bir iş gəlsə, özümü bağışlaya bilmərəm. “Məni məcbur etdilər, o məktubu çap maşını ilə yazdım” dedi. Sveta xanım Yusibova, hazırda Müdafiə Nazirliyində mülki şəxs kimi çalışır. Həmin o iki jurnalistin ikisi də sağdır. Biri bir qədər xəstədir, digəri də yaşa dolub. 



- Briqada komandirininin müavini təyin olunmağınız cəza idi?

Əslində guya mənə pislik etdilər. Amma həyatımın ən şərəfli günlərini məhz orada yaşadım. Şəhərdən gəlmiş bir insan idim, ağır döyüşlərin içərisinə düşmüşdüm. Döyüşlərdə yaşlılar da, müxtəlif təyinatlı şəxslər də var idi. Qısa müddətdə, əsgərlərin və zabitlərin etimadını qazana bildim. Onlar bu gün də məni gördükdə, qucaqlayıb, öpürlər ki, siz bizim üçün ata, qardaş olmusunuz. O mənə hər şeydən üstündür. Mən ən böyük uğurları da məhz Qarabağda yaşadım. Rəhmətlik ulu öndər Heydər Əliyevlə görüşümüz, onunla söhbətimiz, mənim çıxış etməyim, bütün Silahlı Qüvvələrin komanda toplantısında mənim söz alıb, ona bəzi məsələləri çatdırmağım... O vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov idi. Kəlbəcər yenicə işğal olunmuşdu, Məmmədrəfi də general-leytenant rütbəsi almışdı. Mən iclasda bir neçə məsələni qeyd etdim, Məmmədrəfi bəy haqqında da bəzi şeyləri diqqətə çatdırdım. Çünki o faktiki mənə qarşı idi. O, Rəhim bəydən sonra müdafə naziri oldu. Mən isə Heydər Əliyevlə görüşdə nə var idi faktlarla çatdırdım. Sonrakı dövrdə həyatımda qara izlərin getməsi də indiki Ali Məhkəmənin sədri Ramiz Rzayevlə bağlı idi. O zaman Ramiz Rzayev Beyləqanın mülki prokuroru işləyirdi. Mən Heydər Əliyevə dedim: “Cənab Ali Baş Komandan, yaxşı ki, gəldiniz. Biz heç olmasa bildik ki, ətrafda polis rəisi, prokuror kimdir. Çünki onlar görünmürdülər. Siz gəldiniz, onlar peyda oldular”. 

O zaman Füzuli rayonunun icra başçısı Nəbi Muxtarov idi. Biz bilavasitə onunla əlaqədə idik. Prokurorlarla bağlı Heydər Əliyevə giley-güzarım isə sonrakı karyeramda çox böyük problemlərlə müşayiət olundu. Mənə qarşı cinayət işi qaldırdılar, Milli Məclisin üzvləri məni çox müdafiə etdilər. Mən briqada komandirinin müavini idim. Faktiki olaraq, komandirlər o zaman döyüş aparırdı. Amma əsgərlərin mənəvi-psixoloji hazırlığı, təlim-tərbiyə işləri hamısı mənim üzərimdə idi. Demək istəyirəm ki, Qarabağ mənə böyük uğur gətirib. Adi bir jurnalist kimi də. Baxmayaraq ki, mən Azərbaycanın birinci ali təhsilli hərbi jurnalist kadrıyam. Qarabağ məni tanıtdırdı, televiziya kanallarında, tədbirlərdə və s.

Mən əsgərlərimlə heç vaxt rəsmi münasibətdə olmamışam. Döyüş şəraiti elə bir şeydir ki, biz həmişə səmimi olmuşuq.

- İlk praktiki döyüşə nə zaman başladınız?

- Qarabağa gələn kimi bizim briqada komandirimiz öz müavinlərini hər batalyona təhkim etmişdi. Mən isə hazırda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən biri olan polkovnik Elnur Məmmədovun batalyonuna təhkim olunmuşdum. Şükürbəyli istiqamətində xidməti maşınımın sürücüsü maşını saxladı. Yavaş-yavaş irəliləməyə başladıq. Güllələr başımızın üstündən uçurdu. Mən həyatımda ilk dəfə döyüş şəraitində güllə səslərini eşidirdim. O uşaqlar üçün adi idi, mənim üçünsə çox qəribə idi. Mənə dedilər ki, komandir narahat olmayın. Mən belə güllə səsləri eşitmişdim, qəzetin baş redaktoru olanda da Qarabağa getmişdim. Amma biri var ki, sən o səsləri məsafədən eşidəsən, bir də var ki, döyüş zamanı. Mən əsgərləri yığıb söhbət etdiyim yerdə, bir də görürdün əsgərlər qışqırır ki, uzanmaq lazımdır. Əsgər artıq bilirdi ki, düşmən minaatandan atəş açır. O silahdan açılan atəşi müəyyən edə bilmirsən ki, hara düşəcək. Hətta mənim yanımda olub ki, əsgərimi parça-parça edib. Sonra biz onun parçalanmış hissələrini tabuta yığıb, şəhid kimi dəfn etmişik. Briqada komandirinin müavini olmağıma baxmayaraq, ön səngərdə dururdum. Əsgərlərimlə bir yerdə, rabitəçi yanımda, silah çiynimdə. Əsgər yanında öz komandirini görəndə artıq əmindir. Amma briqada komandirinin müavinini, faktiki olaraq, briqadanın cavabdeh şəxslərindən birini görəndə o bir az da özünü güvənli hiss edir. Deyir, öləcəyiksə, hamımız öləcəyik. 

- Dağlıq Qarabağın işğalından sonra Qarabağ ətrafı rayonlar da getdi. Bu işğallara görə kimləri təqsirləndirək? Necə edək ki, bəzi məsələlər gün işığına çıxsın?

- Bu məsələlərdə, hərə öz mövqeyindən çıxış edir. Siyasilər siyasi, hərbçilər hərbçi mövqeyindən danışır. Bu məsələlərdə Azərbaycanın heç bir günahı yox idi. Azərbaycanın başına gələn faciələrin kökündə Moskva dururdu. Mən bunu həmişə demişəm. Rəsmi, dostyana görüşlərimdə həmişə demişəm ki, rəsmi Moskvanın Azərbaycana qeyri-səmimi, xain münasibəti idi ki, hələ də bu faciə davam edir. Əslində ermənilər kim idi ki? Biz bunu həmişə demişik. Sayına görə bizdən az, iqtisadi göstəricilərinə görə qat-qat Azərbaycandan zəif olan formal dövlət. Mən onu öz gözümlə görmüşəm ki, Ermənistan çox bərbad bir durumdadır. Ermənistanın Azərbaycanla baş-başa gəlməsi mümkün deyil.



- Amma belə deyirlər ki, müharibə başlayanda artıq onların peşəkar zabitləri var idi...

- Gəlin, onları çox da şişirtməyək. Xocalı faciəsinin ildönümü yaxınlaşır. 366-cı motoatıcı alay SSRİ-nin deyildi, Rusiyanın idi. Ermənilər bizdən güclü olmayıblar. Sadəcə olaraq, ermənilərin ruslara verdikləri pulun, qadınların hesabına onlar irəli getdilər. Bizdə erməni qadınlarının ruslara verilməsindən az danışırlar.

Rusların içərisində qadın düşkünləri var idi, hansı ki, əyyaşlığı daha çox sevirdilər. Erməni ayağı sürüşkən qadınlarını qabağa verirdi, onların isə erməniyə sevgiləri bir az da artırdı. Erməni konyakı, erməni qadını, erməni lobbisinin göndərdiyi pullar... Əsas bizim başımıza gələn faciələrin kökündə bu dururdu.

Bizdə də zabitlər var idi. Amma o zaman bir az vahid komandanlıq, güclü silah yox idi. İndiki silahın 15-20 faizi o vaxt olaydı, inanın Allaha, Ermənistanda bir nəfər qalmazdı.


- Üzeyir müəllim, SSRİ dağılıb, Azərbaycan yenicə müstəqil olub. Ordu yox, vahid komandanlıq yox. Siz bu şəraitdə döyüşdünüz.


- Bizim hərbi hissədə özbaşınalıq az idi. Qonşu, bizdən sağ tərəfdə olan hərbi hissədə mən bir şeyin şahidi olmuşdum. Biz indi bu haqda az danışırıq, amma Azərbaycan Silahlı Qüvvələrində cəbhəyə tamam başqa məqsədlər üçün gedənlər var idi. Mən açığını deyirəm, hazırda yüksək rütbəli zabitlər, generallar var ki, o zaman cəbhəyə başqa məqsədlər üçün gedirdilər. Vaxtilə onlar müharibədə Azərbaycana layiq olmayan şəkildə özlərini aparıblar. Təkcə Müdafiə Nazirliyi sistemində deyil, Daxili Qoşunlar, digər qoşun birləşmələri sistemində də xidmət edən bu cür şəxslər olub. Hətta bəziləri var ki müharibədə qorxaqlıq göstərib, aradan çıxdılar. Atəşkəsdən sonra isə Azərbaycanda peyda oldular, millətə qeyrətdən-namusdan danışmağa başladılar. Adlarını da çəkə bilərəm, amma o insanlar sadəcə olaraq, özlərində güc tapmalı, etiraf etməlidilər ki, bəli, o vaxt bəzi səbəblərə görə qorxaqlıq edib aradan çıxdılar. Onların bəziləri Moskvaya, bəziləri Ukraynaya, bəziləri isə hətta xaricə getdilər. Amma atəşkəs elan ediləndən sonra hamı üzə çıxdı, qəhrəman oldu. İki onillikdən bir az çox vaxt keçib, özlərinə fəxri adlar, ordenlər axtarırlar. Həyatda ən zəhləm getdiyim məsələ orden, medal söhbətidir. Dəfələrlə olub, mənə deyiblər ki, briqada komandirinin müavini postu öz əlinizdə idi, komandir və digər şəxslər mənim üçün yaza bilərdi. Həyatım boyu belə məsələlərdən qaçmışam. Aldığım medallar yubiley medallarıdır. SSRİ vaxtında təhsil aldığım, xidmətimə görə verilən medallardır. Heç vaxt onları taxmağı xoşlamamışam. Nə zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunar, ordenləri, medalları sinəmə taxaram.  

O vaxt çox mürəkkəb bir dövr idi. Nə SSRİ-nin tam dağılmışdı, nə də Azərbaycan normal, müstəqil dövlət kimi formalaşmışdı. İndi isə hamısı “savadlıdır”, “yol göstərir”. Müharibəyə oyuncaq kimi baxanlar var. Mən həmişə demişəm, indi də deyirəm. Dövlət rəhbərliyində olan şəxslər həmişə maraqlıdırlar ki, ortada uğur olsun və o uğurla tarixə düşsünlər. 

- 2016-cı ildə aprel döyüşləri oldu. Müəyyən strateji yüksəkliklər alındı. Bu gün bəziləri bunu uğur kimi qəbul etmir. Hərbi baxımdan isə o yüksəkliklərin böyük strateji əhəmiyyəti var. Bəs niyə bu, bəziləri tərəfindən uğur kimi qəbul edilmir?


- Mən sizə bir söz deyim. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri müharibə aparmayıb. Biz sadəcə olaraq, düşmənin təxribatının qarşısını alarkən cüzi qüvvə ilə - bunu rəsmilər həmişə deməlidir - əks-hücum etmişik. Bəziləri düşünür ki, Azərbaycan Silahlı Qüvvələri döyüşüb. Amma biz müharibədə iştirak etməmişik. Əgər döyüş raketləri, tanklar, toplar hamısı iştirak etsəydi, ortaya tamam fərqli mənzərə çıxardı. Ermənistan hərbi polisi qoymuşdu ki, əsgərlər qaçmasınlar. Ermənistan ordusu panik əhval-ruhiyyədə idi. Sadəcə olaraq, o vaxt düşmənin təxribatının qarşısı alındı. Azərbaycana rəsmi Moskvanın ermənilərə görə dil tökməsi maneçilik göstərdi. Amma indi biz özümüz də peşmanıq. Görürsən, bəzən Rusiya Azərbaycana qarşı qeyri-səmimilik göstərir. XİN rəhbəri Sergey Lavrov, onun mətbuat katibi Mariya Zaxarova və digərləri. Haqlı olduğumuz halda Azərbaycana elə dil uzadırlar ki, elə bil, biz onların torpaqlarını işğal etmişik.

Mən bu işdə optimistəm. Bəzən yazıram ki, zaman bizim xeyrimizə işləmir. Mətbuatdan da, sosial mediadan da məsələni bir balaca yerindən tərpətmək üçün bəzi variantlardan istifadə edirik ki, yerindən tərpənsin. Onsuz da tərpənəcək. Bunun başqa variantı yoxdur. Kim düşünürsə ki, Qarabağla bağlı məsələ uzun müddətliyə yenə dondurulacaq, səhv edir. Beynəlxalq qurumlar da bunu başa düşürlər, Azərbaycanda da bunu istəyirlər ki, məsələ həll olunsun. Ermənistan hələlik istəyir ki, vaxt udsun. Amma Ermənistanın uzun müddətə hiyləgərliyi davam edə bilməz.


- Üzeyir müəllim, 2001-ci ildə jurnalist qismində Yerevanda olmusunuz. Bu, xüsusi tapşırıq idi?

- 2001-ci ildə rəsmilər tərəfindən dəvət olundum. Zaqafqaziya Hərbi Dairəsində xidmətimi bildikləri üçün məni dəvət etdilər. Mən özəl telekanallardan birinin əməkdaşı qismində Ermənistana getdim. Şuşada, Laçında oldum. İlk dəfə Laçından görüntülər çəkib gətirdim. O vaxtkı müdafiə naziri Səfər Əbiyevə təqdim etdim. Çox vacib məlumatlar idi. Detalları demək istəmirəm. Üstündən 17-18 il keçib. Elə məsələlər var, danışmaq olar.

Səfər yoldaşlarım hər biri bu gün sağdır. Eləsi var, mətbuatda, eləsi var rəsmi, qeyri-rəsmi işdədir. Bilirlər ki, mənim oradan gətirdiyim görüntülərdə çox hərbi strateji xarakterli məlumatlar var idi. 

- Erməni tərəfi bilmirdi ki, siz Müdafiə Nazirliyində çalışırsınız? 

- Yox bilmirdilər. Onlar bilsəydilər ki, mən zabit qismində ora getmişəm... Allah bilir ki, axırım necə olacaqdı...

- Hansı təşkilat dəvət etmişdi? 

- ATƏT. Anjej Kaspşikin rəhbərliyi altında getdik. Nazirlik icazə verdi, mən saqqal saxlayırdım. Sonra elə oldu ki, Heydər Əliyevlə Ter-Petrosyanın görüşü ərəfəsində dedilər ki, səfər ləğv olundu. Saqqalımı qırxdım, formamı geyindim, sabahısı zəng etdilər ki, gedirsiniz. Təsəvvür edin, mən Ermənistana saçqırxılı, üz tərtəmiz, zabit kimi getdim. Orada hətta məclislərin birində jurnalist dostlardan biri erməni arağından içəndən sonra erməniyə qayıtdı dedi ki, bizim burda hərbçi var, ondan soruşa bilərik bəzi məqamları. Ani olaraq, rəng alıb, rəng verdim. Mən dedim ki, əvvəllər hərbidə olmuşam - sözü fırlatdım. Deyə bilməzdim ki, Müdafiə Nazirliyində işləyirəm.

Mən Ermənistana gedənə qədər sənəd düzəltmədilər. O sənəd indi də durur. Onu paylaşmışam.Ermənistan XİN-in mənə verdiyi vəsiqənin kopyası. 

Mən polkovnik-leytenant rübəsində gedirəm düşmən ölkəyə, kamera çiynimdə ölkə üçün məlumatlar toplayıram. Onlar isə çox rahat buna yanaşdırlar. Yenə deyirəm, məni Allah saxladı.

Məni ən çox bir məqamda dəhşət götürdü. 1981-1985-ci illərdə Ukraynada təhsil aldığım tələbə yoldaşım məni Ermənistan Müdafiə Nazirliyində gördü. Amma yatıb, yuxusuna girməzdi ki, mən ora gedə bilərəm. O siyahını bilmirdi. Biz sonuncu gün İcevandan Ermənistan Müdafiə Nazirliyinə gəldik. Həmin vaxt Serj Sarkisyan müdafiə naziri idi. Həmin gün o, Düşənbədə idi. Bizə dedilər ki, görüş olmayacaq, çünki Sarkisyan Düşənbədədir. Sonra dedilər ki, təcili qayıdırsınız İrəvana, Sarkisyan Düşənbədən qayıdıb və Azərbaycan jurnalistləri ilə görüşmək istəyir. Həmin görüşdə hazırda İctimai Televiziyanın baş direktor müavini Murad Hüseynov da var idi. O vaxt “Lider” televiziyasında işləyirdi, Serj Sarkisyana çox çətin suallar verdi.

Sarkisyan əsəbləşdi, rus dilində Murada dedi ki, qulaq as, cavan oğlan, sən bura gəlmisən mənə ağıl öyrətməyə? Çox böyük gərginlik var idi. Hətta qorxduq ki, Bakıya qayıdarkən bizim təyyarəni vura bilərlər. Sözümün canı ondadır ki, mənim Ermənistana səfərim digər jurnalistlərdən fərqli missiya idi. Sırf mənim yolları, hərbçiləri çəkməyim məqsəd idi.

O kadrlar indi də durur. Avtobusda qarşımızda, arxamızda erməni müşayiətçilər idi. Bizə dedilər ki, heç nə çəkmirsiniz, video, foto olmaz. Onlar guya deyirdilər ki, Laçında məskunlaşma var. Guya artıq ermənilər köçüblər, “öz yurdları”ndadırlar. Biz qayıdanda, Qarabağ separatçılarının o zamankı lideri Arkadi Qukasyan orada idi, ondan icazə aldıq, Laçında çəkiliş apardıq. Həmin kadrlar bizim jurnalistlər tərəfindən indi də saxlanılır, istifadə olunur. Məqsəd o idi ki, reallığı sadəcə Azərbaycan jurnalistlərindən gizlətsinlər. Azərbaycan jurnalistləri görməsinlər ki, Laçında heç bir yaşayış yoxdur.

- Dediniz ki, materialları Səfər Əbiyevə təqdim etdiniz. Bunun bir praktiki xeyri oldumu? 

- Ən azından hər bir ölkənin xüsusi xəritəsi olur. İstənilən müharibə aparan ölkənin baş xəritəsi var. O xəritədə hər gün dəqiqləşmələr aparılır. Olur ki, hərbi hissənin yerini dəyişirlər. Hətta tankına, topuna kimi yerdəyişmə, məlumat komandirin döyüşdə uğur qazanması üçün vacibdir. Düşmən haqqında geniş bilgiyə sahib olmaq şərtdir. Mən səfərimlə bağlı Səfər Əbiyevə məruzə etdim. O, isə məni Baş Kəşfiyyat İdarəsinin rəisi Talib Məmmədovla calaşdırdı. Biz onunla oturub, xeyli vacib məqamları müzakirə etdik. Çünki onlar vacib idi. Komandir qərar qəbul etməzdən əvvəl düşmən haqqında ən xırda detalına qədər – yeməyi, içməyi, yolları, texnikası ruh yüksəkliyi və s. bilməlidir.


- Yerevanda və Qarabağda olanda ermənilər sizi ələ almaq üçün hansısa priyoma əl atdılar?

- Çox çalışdılar ki, bizi spirtli içkilərlə içirdib, danışdırsınlar. Amma biz buradan gedəndə təlimat almışdıq, bilirdik hara, nəyə gedirdik. Biz düşmən qarşısında özümüzü o səviyyəyə qoymazdıq ki, düşmən bizdən istifadə etsin.

Ermənilər hər şeyə getdilər. Hətta xüsusi seçilmiş qadınları qarşımıza gətirdilər.

Onlar vaxtı ilə Bakıda yaşamış erməni qızları idi. Bizi yerlilər kimi tanış etdilər. Özü də elə-belə qızlar deyildi, biri hansısa kafedə işləyir, o biri başqa yerdə və s. Doğrudan da çox cəhd etdilər. Amma biz bilirdik ki, harda olur-olsun, erməni erməniliyini saxlayır.

- Sualımız Horadiz əməliyyatı barədədir. Bu uğurlu əməliyyatın baş tutmasında gah Milli Ordunun rolu qabardılır, gah Daxili Qoşunların, gah da xüsusi təyinatlıların. Yəni kimlərsə, bu uğuru da bütün Azərbaycan adına deyil, hansısa qrupun adına çıxarmaq istəyirlər. Bu haqda nə deyəcəksiniz?

- Mən bu əməliyyatlarda iştirak etməmişəm. Horadizdə uğur qazanan Azərbaycan əsgəridir. Sadəcə mən anlaya bilmirəm ki, bu məsələni qabardan adamların məqsədi nədir. Hər bir qoşun növünün konkret vəzifəsi olur. Hərbdən başı çıxan adam necə deyə bilər ki, bu, yalnız bir qrupun işidir?

Ordu torpağı geri alırdı, gedirdi qabağa. Orada müəyyən postlarda sağdan-soldan müdafiə olunmaq lazım idi. Bunu Müdafiə Nazirliyi etməməliydi ki?! Bu yaxınlarda Qərb istiqamətində müəyyən ərazilər Dövlət Sərhəd Xidmətinə verildi. Normaldır. Orada – bilavasitə Azərbaycan-Erm'nistan sərhədində sərhəd qoşunları qalmalıdır. Biz əvvəldən də bunu istəyirdik. Müdafiə Nazirliyi orada müvəqqətidir. Məsələ həll ediləndən sonra çəkiləcək öz dislokasiya yerlərinə. Bütün dünyada belədir. Sərhədə cavabdeh Dövlət Sərhəd Xidmətidir. Heç nə dəyişmir, tank, top, təyyarə Müdafiə Nazirliyinindir. Gəlsinlər, Daxili Qoşunlar, digər qoşun növləri desinlər ki, tank təyyarə bizdə idi və s. Digər qoşunlar onlara ayrılmışdı, sadəcə növbətçi kimi. Əsas güc isə Müdafiə Nazirliyinin əlində idi. Bunu hamı da çox yaxşı bilir. Bunu kiçiltmək lazım deyil. Mən həmişə demişəm, burada Məmmədov, Əliyev, Cəfərov, Ramaldanov və digərləri fərd olaraq iştirak etməyiblər. Atalar sözlərini bilməyən insanlardır: Tək əldən heç vaxt səs çıxmır. Tək müdafiə naziri heç nə edə bilməzdi. Orada hamının əziyyəti, zəhməti var. Bütövlükdə Horadiz əməliyyatı bir nəfərin işi deyil. Bu, müharibədir, müharibəni isə ordu, xalq aparır. Ona görə, belə söhbətlərə əsəbləşirəm, sərt reaksiya verirəm. Mən heç vaxt deməmişəm ki, bu əməliyytlarda digər qoşunların əməyi olmayıb. Bu, sadəcə haqsızlıq olar.

Biz hər il yanvarın 5-i, saat 3-də yığışırıq. Küsmək, incimək nəyə lazımdır? Biz kimdən küsürük? Əksinə, bir araya gəlmək lazımdır ki, həm dostlarımıza, həm düşmənlərimizə nümayiş etdirək ki, o vaxtlar da, indi də birik. Onsuz da biz bu məsələni fərd şəklində, tək Müdafiə Nazirliyi təşəbbüsü ilə deyil, bütövlükdə Azərbaycan dövləti olaraq həll etməliyik.


- Daşaltı əməliyyatının daha bir ildönümü tamam oldu. Bu əməliyyatın uğursuzluğunun səbəbi nə idi? Xəyanətmi, səriştəsizlikmi? 

- Əslində o zamankı müdafiə naziri Tacəddin Mehdiyev əməliyyata getməməli idi.  Düşünmürəm ki, o, orada bilərəkdən uğursuzluğa getdi. Mən onu yaxından tanıyan bir adam kimi  bunu deyirəm. O, general rütbəsini burda alıb, polkovnik rütbəsinə qədər SSRİ dönəmində Səfər Əbiyev və digərləri ilə birgə yüksəlmişdi. Amma generalı və nazir vəzifələrini onlar Azərbaycan müstəqillik əldə edəndən sonra aldılar. Tacəddin Mehdiyev bilsə idi ki, orada belə xəyanət olar, bu əməliyyata getməzdi.

Əslində bu tarixçilərin, tarixi öyrənənlərin işidir, gec-tez ortaya çıxaracaqlar ki, orada böyük xəyanət olub. Daşaltının uğursuzluğu nəticəsində orada elə oğullarımız həlak oldu ki. Mən həmişə demişəm, hər bir komandir, siyasi, hərbi rəhbər ortaya qoyduğu işi incələməli, müsbət və mənfi cəhətlərini bilməlidir ki, bu dəfə bunda uğur qazandım, gələn dəfə bu səhvi etməməliyəm.

Daşaltı əməliyyatı ilə bağlı məsələlər hələ tam çözülməyib, incələnməyib. 

- Bu xəyanəti kimlər etdi? Cavabını bilirsiniz, ancaq demirsiniz? 

- Mən onu bilirəm ki, qanı qarışıq olanlar qanı təmiz olanları pis vəziyyətdə qoydu. Çünki ermənilərlə münasibətləri, qohumluq əlaqələri olanlar əməliyyat ərəfəsi onları məlumatlandırdılar. Oğullarımızın çoxu orada xəyanətin qurbanı oldular. Əslində orada “Rembo” cəsarətində oğullar olub. Sadəcə xəyanət, pusquya düşmək, ehtiyatsızlıq bu faciəyə gətirib çıxardı. 

- İlk işlətdiyiniz cümlə bu oldu. “Tacəddin Mehdiyev əməliyyata getməməli idi”. Niyə? 

- O vaxtı buraxılan səhvlərin bəzilərini sonralar da görürdüm. Müdafiə naziri əgər döyüşə girirsə, bu, onun faktiki olaraq, ordunu və dövləti zərbə qarşısında qoyması   deməkdir.

Tacəddin Mehdiyevin Daşaltıda nə işi var idi? Ümumi rəhbərliyi Bakıdan da idarə edə bilərdi. Tacəddin Mehdiyevin səhvini Rəhim Qazıyev, digər nazirlərin bəziləri də təkrarladılar. 

Daşaltı nazir səviyyəsində əməliyyat yox, uzağı bir batalyon, polk səviyyəsində planlaşdırılmalı idi. Bir az da eyforiya var idi, hazırlıq yaxşı idi. Doğrudan da hazırlıq var idi, silah, geyim sarıdan. Amma nə olsun ki? Xəyanət olandan sonra heç nə edilmir. Oturan yerdə düşmən səni zəhərləyə bilər. 

Biz Daşaltıda da, digər əməliyyatlarda da böyük səhvlərə yol verdik. Onlar bizə baha başa gəldi. 

ATƏT-in Minsk qurpu ilə bağlı çox da optimist olmamalıyıq. Çünki onlar üçün bu çox gözəl bir iş yeridir. Ötən ay Bakıda böyük bir rəsmi tədbirdə politoloq Elxan Şahinoğlu və digərləri ilə birlikdə həmsədrlərin birinə sual verdim. O diplomat hal-hazırda da Bakıda çalışır, ATƏT-Minsk qrupunun həmsədr ölkələrindən birinin nümayəndəsidir. Dedim ki, açıq etiraf edin, siz bivecsiniz? Deyir niyə ki, nə yaxşı ki, Qarabağ problemi var, biz burda iş görürük. Dedim ay sağol, demək etiraf edirsən ki, Qarabağ sizin çoxunuzu kişi edib, milyoner edib, çörəyə çatdırıb. Ona görə, istəmirsiniz Qarabağ məsələsi həll olunsun.

Onlar istəyirlər ki, münaqişə uzansın. Çünki məvacib alırlar. Həmsədrlər dünyanın ən bahalı kurort şəhərlərində görüşürlər, kamera qarşısından “hi-hi, ha-ha” deyə poz verirlər, amma ortada heç nə yoxdur. Beynəlxalq hüquq işləsəydi, onların şalvarlarını boyunlarına keçirərdilər ki, 20 ildir, milyonlarla vəsait dağıtmısınız, ortada heç bir nəticə yoxdur. 

- Leyla Yunus Müdafiə Nazirliyində işlədiyi vaxtlar bəzilərinin dediyi kimi,  həqiqətənmi düşmənə məlumat ötürüb?

- Mənim xidmətim onunla ayrı-ayrı vaxtlara düşüb. Elə olub ki, Müdafiə Nazirliyinin Mərkəzi Aparatından uzaqlaşdırılmışam, ondan sonra Leyla gəlib. Rəhim Qazıyevlə eyni komanda olub. Hər nazir özünə layiq bildiyi şəxsi vəzifəyə gətirir, mətbuatla əlaqəli, ya da digər məsələlərə təyin edir. O vaxt da Leyla Yunusu gətirdilər. Onu heç özü də gizlətmir ki, Leyla Yunusun ailə üzvlərindən biri bizə düşmən münasibətdə olan bədnam qonşularımızdandır. O millətə aid şəxslərdəndir. O, bunu heç vaxt gizlətmir. O zamanlar qarışıq zaman idi. Azərbaycanlıların ermənilərlə, ermənilərin azərbaycanlılarla qarışığı, ailə qurması olurdu. Bu haqda çox danışılmışdı. Mən isə başqa məqama diqqət etdim. Onun Müdafiə Nazirliyində xidmətinə mən pis yanaşmışam. Axı hərbini hərbçi bilər, peşəkar bilər. Azərbaycanın ən böyük bəlalarından, bu gün bəzi məsələlərin yerində sayılmasının səbəblərindən biri peşəkarların yerində olmamasıdır. Ölkə başçısı tərəfindən etimad göstərilmiş şəxslər düşünülməmiş addımlar atırlar. Dövlət və dövlətçilik bir kənara qalır. Düşünür ki, qohumu, əqrəbanı, dostu, tanışı gətirmək olar.

Leyla Yunusun o vaxt işlədiyi insanlardan biri mənə yaxın yoldaşlardan olub. O insanla həmişə əlaqə saxlamışam. Bu gün də… Leyla özünə bir komanda götürmüşdü. Hesab edirəm ki, onun komandası o qədər də uğurlu deyildi. Onlar çalışırdılar, görüntü var idi, ortada məzmun yox idi. 

- Məzmunun olmaması səriştəsizlik idi, yoxsa bilərəkdən, düşünülmüş strategiya idi? 

- Elə qarışıq vaxt idi ki… Mənim Leyla Yunusa heç vaxt müsbət münasibətim olmayıb. Bir az özündən razı, yuxarıdan aşağı baxması, azərbaycanlılara, bizim özümüzə də təkəbbürlü yanaşması və s. Mən bu keyfiyyətlərinə görə onu heç vaxt xoşlamamışam. İndi xaricdədir, öz xətti ilə gedir. İnsanın daxilində nə varsa, istər indi olsun, istər 10 il sonra, özünü büruzə verir. Onun göstərdiyi fəaliyyət bizi qane etmirsə, Azərbaycana qarşıdırsa, fəaliyyəti dönəmində də müəyyən şeyləri təxmin etmək olar. Bəzən də əmin ola bilərsən. Kim zəmanət verə bilər ki, o bəzi məlumatları bölüşmürdü, danışmırdı, ailə üzvləri ilə paylaşmırdı. İndi bu məsələ daha asandır. Çünki onlayn rejimdə, internet əsrində belə şeylər tez aşkarlanır. Məlum hadisələr vaxtı, hüquq-mühafizə orqanlarımız müəyyən etdilər ki, bəziləri xəyanət yolunu tutublar. Bəziləri məhkəmə qaydasında, bəziləri belə cəzalandırıldı. 


Müdafiə Nazirliyindən sonra hərbi sahədən niyə getdiniz?  

- 2004-cü ildə indiki müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev mənim rəisim idi. Davamlı şəkildə təkid etdim ki, ordu sıralarından uzaqlaşım. Bayaq qeyd etdiyim bir neçə məsələ var idi. Ona görə uzaqlaşdım. Amma fəaliyyətimi həmişə davam etdirmişəm, dövlətçilik xəttini tutmuşam. Ailə üzvlərimin də əksəriyyəti dövlət işlərində çalışırlar. Oğlum da, kürəkənlərim də, qızlarım da həmişə Azərbnaycan dövlətinə xidmət ediblər. Baxmayaraq ki, mənim özümə fəqli münasibət olub, haqsızlıqlar görmüşəm... Baxın, QHT sektorunda hərbidə çalışanların heç biri yoxdur. Yaşar Cəfərli, Cəsur Sümərinli, Ələkbər Məmmədov xarici ölkələrdə yaşayırlar, vətəndaşlıq da alıblar. Mənim də xaricə getməyə imkanım olub, amma mən həmişə Azərbaycana bağlı olmuşam. Heç buradan getmək fikrim də yoxdur.  

- Üzeyir müəllim, Zakir Həsənov nazir postuna gələndən sonra istər ordu haqqında düşüncələr, istərsə də ordunun daxilindəki müəyyən problemlər aradan qaldırıldı. Bəs Səfər Əbiyevin özünün yanlışları nə idi? 

- Əslində müharibə aparan ölkənin naziri kabinet nədir, bilməməlidir. Zakir Həsənov onu sübut edib. Helikopterdən istifadə edib, istənilən an istənilən nöqtəyə gedə, otağından tağım komandiri səviyyəsində hər şeyi izləyə bilər. Ən müasir texnologiyalar alınıb, onlayn rejimdə ən ucqar nöqtədəki tağım komandirinin nə işlə məşğul olduğunu bilir. O istənilən an düyməni basıb, deyə bilər ki, məsələn, Murovdağda filan postdakı Məmmədov, vəziyyət necədir? Əsgərin məsuliyyəti də artıb ki, nazir istənilən an çıxa bilər. Açığını deyim ki, Zakir Həsənov Səfər Əbiyevdən daha çox həm mətbuatla, həm ictimaiyyətlə işləməyi bacarır, həm də müasir texnologiyalardan istifadə edir. Onun ən böyük üstünlüyü odur ki, mətbuata qapalı deyil. Mən həmişə demişəm ki, mətbuatla dost olan adam həmişə uduşda olur. Çünki kifayət qədər işlər görülür. Amerika kimi nəhəng, 200 illik dövlətin prezidenti öz səhvlərini etiraf edir. Bunun nəyi pisdir ki? İş olan yerdə səhv də olur. İnsan robort deyil. Səfər Əbiyev isə daha çox Bakıya qapılmışdı. Zakir Həsənov əksinədir. Ola bilər, Səfər Əbiyevin səhvlərinə baxıb, öz işlərini rahat qurub. Amma onu bilirəm ki, Zakir Həsənovun vaxtında komandirlərə rahatlıq yoxdur. İstənilən an nazirin helikopteri  baş qərargah rəisi ilə birlikdə gün ərzində bütün cəbhə bölgəsində peyda ola bilər və olur da.

Mətbuatla işləri yaxşı qurublar. Azərbaycan əsgəri gündəlik su ilə, hazır yeməklə təmin olunur. Əvvəllər belə idi ki, əsgərin yeməyi postlara saatlarla aparılırdı. İndi isə orda da əsgərin yeməyi hazır vəziyyətdə saatı ilə verilir. Əsgərin təminatı, geyimi, yeməyi yüksək səviyyədidirsə, problemləri gözləməyə dəyməz. 

- Səfər Əbiyevi yaxından tanımısınız. Bəs o niyə Zakir Həsənov kimi deyildi?  


- Mən Səfər Əbiyevlə Azərbaycana gələnə qədər bir yerdə Tiflisdə xidmət etmişik. O kadrlaşdırılmış hərbi hissənin komandiri idi. Müharibə elan olunanda bütün hərbi hissəyə şəxsi heyət yığılırdı. Səfər Əbiyev çox qaraqabaq, yeniliklərə ləng reaksiya verən adam idi. O da allahsızlıq olar ki, onun vaxtında iş görülmədiyini deyək. Heydər Əliyevin uzun illər etibar etdiyi adam olub. Savadlı kadr idi. Sovetlərin həm hərbi məktəbini, həm də akademiyasını bitirmişdi. Hər azərbaycanlını gətirib hərbi hissə komandiri qoymazdılar. Onu Müdafiə Nazirliyinə dəvət edəndə də, biliyinə, bacarığına görə dəvət etdilər. Çünki o zamanlar kadrlarımız yox idi.

Səfər Əbiyevin dönəmi başqa dönəm idi. Zakir Həsənovun vaxtı isə daha fərqlidir. Kobud müqayisə etsək, Səfər Əbiyev XX əsrin adamı idi, Zakir XXI əsrin. Fərqi görmək üçün haqqı demək lazımdır.

Bu gün Azərbaycan komandirləri ən keyfiyyətli, müasir, mobil sürətli vasitələrlə təmin olunublar. Bizim ən böyük arzumuz idi ki, sovetin “UAZ”ından komandirlər xilas olsun. Ermənilər bəlkə milyonlar xərcləsələr də, bizim komandirlərin əllərində olan rabitə vasitələrindən əldə edə bilməzlər. Hətta o rabitəyə müdaxilə edə bilməzlər. O vaxt elektron cihazlar vasitəsilə komandirlərin rabitə avadanlıqlarına müdaxilə edirdilər, dalğanı vururdular, əlaqə yaratmaq mümkün deyildi. Bu gün isə ən müasir texnologiyalar var.  Bütün avadanlıqların hamısı yenilənib. 

- Ermənistanın ən çox qorxduğu region Naxçıvan bölgəsidir. Ötən ilin mayında Prezident İlham Əliyev Naxçıvanda olarkən dedi ki, burada yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Naxçıvan niyə ermənilərin qorxulu röyasına çevrildi? 

- Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün bütün göstəricilərinə görə, irəlidədir. Naxçıvandakı qoşun birləşməsi general –leytenant Kərəm Mustafayevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin mobil görünüşüdür. Burada nə varımızdırsa, Naxçıvanda bir qat artığı var. 
Hərdən ermənilər bizə hədə-qorxu gələndə onların ağılsızlıqlarına gülməyim tutur. Deməli, Naxçıvandan İrəvana  “Qasırğa”dan atəş açsaq, onlar bilməyəcəklər ki, raketləri hansı yerdə vuruldu. Amma başlarına  od-alov tökülə bilər.

Nəyə görə 11 min hektar ərazi geri alındı? Ona görə ki, ermənilər o qədər özlərinə arxayın oldular ki, o qədər başıpozuqluq var idi ki, orada döyüş əməliyyatı keçirilmədi. Biz orada Adil Tatarovu itirdik. Bu isə səngər tam hazır olmadığına görə, ermənilərin açdığı atəş nəticəsində oldu.

Naxçıvanda elə bir ordu kontingenti formalaşdırılıb ki, o kontingent ən yüksək səviyyədə hazırlıqlıdır. 

- Gəlin bir mübahisəyə aydınlıq gətirək. 11 min hektar ərazi neytral ərazi idi, yoxsa düşmənin nəzarətində idi? 

- Düşmənin nəzarətində olan ərazilər idi. O vaxt, başıpozuqluq vaxtında – ordu tam formalaşmamışdı, hərbçilər geri çəkilmişdilər. Ermənilərin ilk vaxtlar gücləri var idi. Sonradan dərk etdilər ki, nə qədər saxlaya bilirlər saxlasınlar. Bir müddət beləcə nəzarət etdilər. Sonra isə bizimkilər o strateji yola nəzarət etməkdən ötrü, çox ağıllı iş gördülər. Həm mühəndis- istehkam, həm də digər məsələlər baxımından onu həll etdilər, nəzarətə aldılar. Ermənilər hazırda ora yaxın düşə bilməzlər.

Həm aprel döyüşləri, həm də Günnüt əməliyyatı Ermənistan ordusunun altını üstünə, üstünü altına çevirdi.  


- Ermənilərin bizi ən çox hədələdiyi strateji məntəqəmiz Mingəçevirdir. Amma Azərbaycanın hava hücumundan müdafiə sistemi güclüdür. Ermənilərin Mingəçevirə hər hansı müdaxiləsi realdırmı? 

- Nağıldır. Azərbaycan keçmiş SSRİ vaxtı hava hücumundan müdafiəyə görə ən etibarlı hərbi dairə olub. General-polkovnik Tofiq Ağahüseynov sağdır. Bakı Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olub. Yeganə azərbaycanlı idi ki, general-polkovnik olub. O uzun müddət Heydər Əliyevin də, sonradan İlham Əliyevin də müşaviri oldu. Respublika Silahlı Qüvvələr Veteranları Təşkilatının sədridir. SSRİ vaxtı Azərbaycan hava hücumundan müdafiə olunurdu. Çünki 5 hərbi dairə Azərbaycana baxırdı. Zaqafqaziya, Şimali Qafqaz, Türküstan, Orta Asiya və Xəzər donanması. İndiki Müdafiə Nazirliyinin oturduğu bina Cənub qoşunlarının inzibati binası idi. Hava Hücumundan Müdafiə Qüvvələri həmişə Azərbaycanda güclü olub. O zaman biz Mingəçeviri etibarlı müdafiə edirdik. İndi İsraildən, Türkiyədən, Rusiyadan alınmış o qədər avadanlıq var ki, heç düşmənin raketləri Mingəçevirə 10 kilometrlərlə məsafəyə çata bilməz. Biz o qədər ağılsız deyilik ki, həmin hissəni boş buraxaq. O elə hazırlanıb ki, neçə bal gücündə zəlzələyə davamlıdır. Mingəçevirlə bağlı bir şey olsa, doqquzmərtəbəli binanın hündürlüyündə sel Bakıya kimi gələr. Ora ən yüksək səviyyədə qorunur. 

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Avropa dövlətləri Ermənistana siyasi dəstək verirlər. Amma hərbi məsələdə nədənsə Azərbaycan etibarlı tərəfdaşa çevrilib. Hətta Rusiyanın belə etibarlı tərəfdaşıdır. 

Bu sağ qulağı sol əllə qaşımaqdır. Onlar xaricdə əməliyyatları yerinə yetirmək üçün Ermənistandan uçub gedəcəklər? Azərbaycanı Allah elə bir yerdə yaradıb ki, bütün marşrutlar buradan keçir. Hava məkanına görə məcburdular ki, Azərbaycana ağız açsınlar. Azərbaycan da onlara hava məkanını verib. Allah onlara qeyrət versin ki, başa düşsünlər, Azərbaycan heç vaxt xəyanətkar olmayıb. Niyə buranı seçmişdilər? Cənub istiqamətlərin qoşunları gedib Gürcüstanda, Ermənistanda oturardı da.  Azərbaycanda yerin altında da, üstündə sərvətdir. Qarabağ xaricdə çoxlarını kişi etdiyi kimi, biz onun davamını görürük. Onlar istəmirlər bu məsələ həll olunsun. Həll olunsa, onların ayaqları buradan kəsiləcək. Ona görə bu məsələni uzadırlar. Sərf edir. 

- Sosial şəbəkələrdə izləyirsiniz. Hərbi əməliyyatlarla bağlı, hərbidən başı çıxamayan o yana, heç hərbiyə getməyən şəxslər rezonans doğuran fikirlər ortaya atırlar. Kütlə də onların arxasınca gedir. Bunun qarşısını necə almaq lazımdır?

Ümumiyyətlə, Azərbaycanın ciddi əməliyyatlar apardığı ərəfədə sosial şəbəkələrlə bağlı addımlar atılmalıdır. Çünki adicə təlimlər keçiriləndə, tankları bir yerdən başqa yerə aparanda o qədər düşüncəsiz hərəkət edirlər ki! Az qalırlar hərbi hissənin dislokasiya yerini nömrəsi ilə göstərsinlər... Belə hallara yol vermək olmaz. Tank bütövlükdə dövlətin, xalqın təhlükəsizliyinə cavabdeh döyüş texnikasıdır. Onu göstərməklə nəyə nail oluruq, kimə özümüzü göstəririk? Bir az səbirli olmaq lazımdır. Humanistlik çoxdur. 3-4 nəfər belə şəxs cəzalansa, onlara maliyyə sanksiyası tətbiq edilsə, ağıllanacaqlar. Sosial şəbəkədən sui-istifadə etmək olmaz. Bu, çox ciddi ideoloji silahdır. Adicə ehtiyatsızlıq nə qədər problem yaradar. Məsələn, yaza bilərlər ki, qoşunlar Beyləqandan geri çəkilir. Bu, görün nə qədər panikadır. Yüz minlərlə vətəndaş, hərbçilər orada yaşayır. Valideynlərin, insanların ora getməsi, oradakıların gəlməsi, xaos yaradacaq. Bu, döyüş ruhunu qırmaq üçün ən yaxşı vasitədir. 

- Azərbaycan bəyan etmişdi ki, Xocalı aeroportunda uçuşlar aparılsa, düşmən təyyarəni vuracaq. Sizə elə gəlmirmi ki, ermənilər Azərbaycanın güclü raket sistemindən qorxduqları üçün uçuş həyata keçirə bilmirlər? 

- Serj Sarkisyan deyirdi ki, o aeroporta enəcək ilk sərnişin də özü olacaq. Reallaşdırdı? 

- Hərbi helikopterlə gəlmişdi...

- O demişdi ki, mülki təyyarə ilə ilk gələn sərnişin olacaq. Bütün sualların cavabı budur ki, Ermənistanın hünəri var, bu gün Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısın. Əgər 20 ildən çoxdur, özlərində o cəsarəti tapmayıblarsa, bundan sonra heç tapa da bilməzlər. İkincisi, onlar bilirlər ki, Dağlıq Qarabağ məsələsi onsuz da həll olunacaq. Böyük güclər məcbur olub, bunu həll edəcəklər. Çünki nə olur-olsun Azərbaycan dirəniş göstərir. Əvvəlki kimi deyil. Prezident də, müdafiə naziri də - hər kəs də bilir ki, biz bu məsələni həll etməliyik. Bu, həll olunmasa, onların ağzında şirinlik qalacaq. Hərdən bizə hədə-qorxu gəlirlər – “Yevlaxı kəsəcəyik, Gəncəni tutacağıq” – qələt edirlər. Əvvəlki zaman deyil, indi kifayət qədər güc də, imkanlar da var. İndi azərbaycanlılar da 90-cı illərin azərbaycanlıları deyil. Hərdən Azərbaycanın aldığı silahları nəzərdə tutub yazırlar ki, bu dəmir-dümürü neynirik? Kompüter arxasında bizimkilər şir-pələngdi. Amma reallığı bilsələr...

Dediyim kimi, hamıdan çox Prezident istəyir ki, bu münaqişə həll olunsun. Ən azından tarixə adını qızıl hərflərlə yazdıracaq. Sadəcə, siyasi məsələlər var. Dövləti də risk altında qoymaq olmaz. Hər şeyin vaxtını elə yetişdirmək lazımdır. Əlimizə çiban çıxanda istəyirik, onu tez kəsib ataq. Amma özü-özünə təmizlənir, vaxt keçdikcə. Qarabağ məsələsinin həllini də hamımız istəyirik və həllini tapacaq.

Oxşar xəbərlər
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO