"40 il deputat olub bir dəfə də çıxış etməyənin Milli Məclisdə nə işi var?" -Eks-deputat
Oxunub: 3066
14 Sep 2018 | 10:20

Moderator.az xəbər verir ki. Yeni Azərbaycan Partiyası (YAP) icra katibliyinin müşaviri, Siyasi Şuranın üzvü, məşhur “91-lər”dən olan Kərim Kərimov Modern.az-ın suallarını cavablandırıb.


Həmin msahibəni təqdim edirik:


- Kərim müəllim, necəsiz?


- Şükürlər olsun ki yaxşıyam.

- Maşallah olsun, bu yaşda da işləyirsiz. Yaşın gətirdiyi çətinliklər varmı?

- İşləmək çətin deyil. Çətin odur ki, uzun müddət işlədikdən sonra işsiz qalırsan. Bu zaman vaxtilə keçirdiyin həyat tərzi də dəyişir. Yaş gəlib 80-nə çatanda həyat tərzini məcburən dəyişməli olursan. Amma 80 yaşımın üzərində dayanıb nələrsə danışmaq istəmirəm. Lazım da deyil. 

- Dəyişmək deyəndə nəyi nəzərdə tutursuz?

- İllərlə səhər saat 6-da yuxudan dururam. Bu vərdiş  indi də davam edir. Əslində səhər 6-da yuxudan duran adam 80 yaşında da bu ənənəyə sadiq qalsa, gümrah olacaq. Bu baxımdan özümü gümrah hiss edirəm. Hər gün 2 km gəzirəm. Bu, mənə kömək edir.

- İllərdir ki, tək yaşayırsız.  Xanımınızın yoxluğuna alışa  bilmisizmi?

- Heç alışa bilmirəm. 15 ildir ki, həyat yoldaşım yoxdur və onsuz yaşamaq çox çətindir. Düzdü, qızım mənə çox yaxşı baxır və qeydimə qalır. Buna baxmayaraq,  qadınını vaxtsız itirən kişi yetim qalır. Arada dostlarla oturub söhbət edəndə deyirəm ki, ərlə-arvad eyni vaxtda dünyalarını dəyişsələr lap əla olar. Amma o da doğru deyil. Əgər qadın kişidən öncə dünyasını dəyişəcəksə, Allah birinci kişini bu dünyadan aparsın. Çünki qadınsız yaşamaq çox ağırdır. 

- Məşhur “91-lər”dən də biri sizsiz. Vaxtilə aktiv olan üzvlərinizdən indi heç bir xəbər yoxdur.

- Niyə ki... Vəzifə alanlar da, almayanlar da var. Bir çoxları da dünyasını dəyişib.

- Necə xatırlayırsız o vaxtları?

- O illərdə Azərbaycanda vəziyyət çox qarışıq idi.  Amma o qarışıq illər Azərbaycana və onun xalqına dahi Heydər Əliyevi geri qaytardı. Hamısı yadımdadır. Heydər Əliyevə qarşı qarşı Siyasi Büroda başlanan kampaniya, onun vəzifədən çıxarılması, xəstələnməsi, Kremlin xəstəxanasında yatması və sairə.

- Heydər Əliyevlə məşhur “91-lər” mövcud olana qədər necə tanış olmuşduz?

- Heydər Əliyevlə tanışlığımız onun Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdı. Heydər Əliyev hələ o zamanlarda belə Azərbaycanı çox yaxşı inkişaf etdirdi. 13 il ard-arda Azərbaycan keçici “Qırmızı bayraq” aldı. Hər bir sahədə sürətli inkişaf vardı. Heydər Əliyevin ən böyük işlərindən biri Bakı Kondisionerlər zavodunun tikilməsi idi. Ümumiyyətlə, o vaxt SSRİ-də kondisioner istehsal edən zavod yox idi. Bir dəfə Siyasi Büro Daşkənddə toplaşıb müşavirə keçirirdi. Oranın havası çox isti və nəmişli idi. Brejnev gecəni rahat yata bilməmişdi. Müşavirədə söhbət gedərkən Brejnev bu məsələni qabartmışdı. Kommunist Partiyasının Özbəkistandsakı rəhbəri əlini Heydər Əliyevə uzadaraq “baxın, Heydər Əliyevin Azərbaycanda iri sexi var. O sexdə kondisioner istehsal olunur” demişdi.  O vaxtı Kondisioner zavodunu Ukaynada tikmək istəyirdilər. Amma Heydər Əliyevin qətiyyəti nəticəsində zavod 1975-ci ildə Azərbaycanda tikildi. Zavodun tikintisində Heydər Əliyev şəxsən iştirak edirdi. Tanışlığımıza gəlincə, mən 1985-ci ildə Kondisioner zavoduna gəldim. Kadrlar şöbəsinin rəisi işlədim. Elə tanışlığımız da ordan başladı. Artıq Əliyev həmin vaxt Moskvada idi. Heydər Əliyev SSRİ Nazirlər Kabineti sədrinin I müavini idi. Onun rəhbərliyi altında 20 nazirlik və komitə vardı. O vaxtlar mən də partiyanın burdakı  İdarə Heyətinin üzvü idim. Bir hadisənı danışacam: deməli, 1987-ci ildə Heydər Əliyevin doğum günü idi. SSRİ nazirləri hər ad günündə Heydər Əliyevi təbrik edirdilər. Amma 1987-ci ilin doğum günündə bir nəfər də olsun Əliyevi təbrik etmədi.  Heydər Əliyev hadisəni bizə belə danışmışdı: “Doğum günüm istirahət gününə düşdüyündən fikirləşdim ki, yeni həftədə təbrik teleqramları göndərərlər. Səhər işə gəldim və saat 10-da poçtla maraqlandım. Poçta heç bir teleqram gəlməmişdi”. Heydər Əliyev özünə hörmət edən insan idi. Səbəbi də bəlli idi. O zamankı Siyasi Büroya Qorbaçov və onun köməkçisi Liqaçov  rəhbərlik edirdi. Onlar Heydər Əliyevi təbrik etməməklə bağlı göstəriş vermişdilər. Sonra səhər yeməyinin ardından Heydər Əliyevin vəziyyəti pisləşmişdi. Ürəyi tutmuşdu. İllər keçəndən sonra qızı Sevil xanım deyirdi ki, “atamın xəstəliyinin səbəbini onun yediyi səhər yeməyində axtarmaq lazım idi. Bəlkə də yeməyinə nəsə qatmışdılar”. Heydər Əliyev xəstəliyindən danışarkən deyirdi: “Məni xərəkdə aparmaq istəyəndə etiraz etdim. Özüm gedə biləcəyimi dedim. Amma 5-10 metr gedəndən sonra yerə yıxıldım. İstəmirdim ki, məni xərəkdə görsünlər”. Heydər Əliyevin xəstələnməsi bizi çox narahat edirdi. 3 ay xəstəxanada yatmışdı.

Səhv etmirəmsə sentyabr ayı idi. Heydər Əliyev işə çıxmışdı. Kremldə  parlamentin iclası keçirilirdi. Siyasi Büro ora toplaşmışdı. Heydər Əliyev xatirələri zamanı bizə bunları demişdi: “Qorbaçovla üz-üzə oturmuşdum. Qorbaçov Nazirlər Kabinetinin sədrinə işarə edərək ikisi də çölə çıxdı. Sonra  məni çağırdılar. Mən içəri girəndə Qorbaçov mənə “əyləş” də demədi. Ayaq üstə dayandım. Mənə dedi ki, “məsləhət görürəm ki, işdən çıxıb müalicənlə məşğul olasan. Səni necə formada işdən azad edim? Təqaüd yaşın çatdığına, yoxsa xəstəliyinə görə?!”.
Qorbaçovdan icazə alıb evdə də məsələni müzakirəyə çıxardım. İlham da,  Sevil də evdə idilər. Uşaqlarım bir ağızdan dedilər ki “işdən çıx””. 
O vaxt Heydər Əliyev bütün işlərdən çıxarılmışdı. Bir növ təqaüdçü həyatı keçirirdi. O vaxtlar Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Əbdürrəhman Vəzirov idi. Vəzirov 2 illik rəhbərliyi dövründə Heydər Əliyevə qarşı nə böhtanlar atmadı ki!... Onun əleyhinə nələr yazdırmırdı ki?!  


- Bəs siz “91-lər” nə vaxt bir araya gəldiniz? Partiya yaratmaq ideyasını necə formalaşdırdınız? 

- Elə Vəzirov kimilərin çirkin əməllərini görüb Heydər Əliyevin müdafiəsinə qalxmağa başladıq. Əliyev hələ Mosvada idi. 1990-cilin 18 iyulunda Azərbaycana  gəlsə də, 3 gündən artıq qalmasına icazə vermədilər. Qardaşı Cəlal Əliyevin evində qalmışdı. 3 gündən sonra poçt təyyarəsinə  minib  Naxçıvana uçmuşdu. Poçt təyyarəsində oturacaqlar da yox idi.  O Naxçıvanda olanda partiya yaratmaq məsələsini gündəmə gətirdik. Amma o zaman hələ 91 nəfər deyildik. 

- Daha sonra Ayaz Mütəllibov, ardınca da Əbülfəz Elçibəy hakimiyyətə gəldi. Hər iki rəhbərliyin Heydər Əliyevə münasibəti bəlli idi. Sizin o dövrdə Heydər Əliyevi  müdafiə etmənizə qarşı hər hansı reaksiya olmuşdu?

- Ola da bilməzdi. İndi sizə bir söz deyəcəm. Deməli, 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrindən çıxarılanda onun bir şəklini tapdım. Şəkil çərçivənin içində idi. O şəkli iş otağımda başımın üzərindən asdım. Heydər Əliyevin şəkli mən deputat seçilənə qədər başımın üzərində oldu. 8 il ərzində kimsə bu hərəkətimə görə mənə etiraz etmədi. Əgər kimsə etiraz etsəydi, ona mütləq otağın ortasında  sillə vuracaqdım. Halbuki, Heydər Əliyev 1993-cü ilə qədər Azərbaycanda olmayıb. İndi soruşmaq istəyirəm: “mən Əliyevçiyəm” deyənlər niyə onun rəsmini iş otaqlarından asmamışdılar?! Görünür, vəzifələrini itirməkdən qorxurdular.  1990-cı ildə Heydər Əliyev həm Naxçıvan, həm də Azərbaycanın Ali Sovetinə deputat seçildi. 1991-cilin 7 yanvarı və 8 fevralında Heydər Əliyev Ali Sovetdə çıxış etdi. O zaman adi deputat idi. Hələ sədr seçilməmişdi. Azərbaycanın Ali Sovetində deputatlar ayaqlarını yerə möhkəm vururdular ki, Heydər Əliyev çıxış etməsin. O vaxt Heydər Əliyevin başına nə oyunlar açmadılar ki!. O da artıq Ali Sovetin Bakıdakı iclaslarına gəlmirdi. 

- “91-lər”in hamısı könüllü olaraq bu işə qoşulmuşdu?

- Əlbəttə. 91 nəfərin hamısı könüllü olaraq Heydər Əliyevin gəlişini istəyirdi. O hələ Moskvada olanda Mütəllibov qanuna  bir maddə əlavə etdi. Bu da yaş senzi ilə bağlı idi. Yaşı 65-i keçmiş Azərbaycan vətəndaşları öz namizədliklərini prezidentliyə irəli sürə bilməzdi. Biz Ali Sovetin qarşısında mitinq keçirməyə başladıq. Həmçinin, Hacı Əbdülün də dəstəsi vardı. Onun dəstəsi bizdən daha çox idi. Onlar da mitinq edib Mütəllibovu müdafiə edirdilər. Bir şeyə məəttəl qalmışdıq. İnsanların çoxu Əbdülün tərəfində idi. Bunun səbəbini öyrəndik. Bəlli oldu ki, sadə insanlar həm cəbhəçilərdən, həm də Mütəllibovçulardan qorxurdu. Sonradan insanlar onların yanında olmaqdan imtina etdilər. Həm də o zamanlar biz böyük təşkilat deyildik. Partiya da yaranmamışdı. Belə qərara gəldik ki, böyük mitinqlərin önündə ziyalılar olmalıdır. Düşündük ki, öncə partiyanı yaradaq. Çünki partiyanı yaratmasaydıq, yaş məsələsini ortadan götürə bilməyəcəkdik. Ona görə də Heydər Əliyevin yanına gedib partiya yaradılması barədə icazə aldıq.

- Kimlər idi sizinlə gedən?

- Kimlər ki o zaman hakimiyyətdə idi və vəzifələri vardı, onlar getmədi. Heydər Əliyev özü də deyirdi ki “çox da bura gəlib-getməyin. Sizi vəzifədən çıxaracaqlar”.

- Konkret olaraq kimlərin adını xatırlayırsız?

- Etibar Məmmədovun adı yadımdadır. O  da gedənlər arasında idi. Onun partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası artıq yaranmışdı. Etibar Məmmədovun Naxçıvana getməkdə  məqsədi cəbhəçiləri necə yıxmaqdan ibarət idi. 

- Etibar Məmmədov cəbhəçiləri sevmirdi?

- Heç sevmirdi. Əgər sevsəydi, onları necə yıxmaq barədə niyə düşünərdi ki! Yəni uzun sözün qısası, biz partiyanı bu cür yaratmağa başladıq. Əbülfəz Elçibəy bilmirdi ki, prezident necə olmalı, necə işləməlidir. Prezidentin hansı statuslarının olmağından belə xəbərsiz idi. O birilərinin də heç biri dövlət idarəçiliyində işləməmişdi. Ölkə özbaşına qalmışdı. Artıq camaat anladı ki, ölkəni kimsə idarə etməlidir. O zaman bütün nəzərlər Heydər Əliyevə dikildi. Hətta Elçibəy şəxsi təyyarəsini Naxçıvana Heydər Əliyevin ardınca göndərdi. Əliyevi gətirməyə Rəsul Quliyev getmişdi. Bunlar hamısı tarixdir.

- Hacı Əbdüldən danışdınız. Onun tərəfdarlarının çox olduğunu dediniz. Hacı Əbdül o zamanlar çox nüfuzlu insan olub?

- Hacı Əbdülə nüfuzlu adam demək olmaz. Sadəcə, Hacı Əbdül bakılı idi. Həm də dini şəxs idi. Ali Sovetin  tribunasından da bir neçə dəfə Mütəllibovu müdafiə edən çıxışlar etmişdi.

- Siz iki dəfə deputat seçildiniz. Amma üçüncü dəfə seçilməkdən imtina etdiniz. Halbuki, sizinlə eyni vaxtda deputat seçilənlər var ki, bu gün də deputat mandatları var.

- Özüm istəmədim. Anladım ki, deputat olmaq mənlik deyil. Mən hansı kollektivdə çalışmışamsa, namusumla çalışmışam. Deputat fəaliyyətimin 10 ilinin 8 ilini parlamentdə İntizam Komissiyasının sədri olmuşam. Deputat olduğum müddətdə özüm üçün heç bir nazirdən nəsə xahiş etməmişəm. Hətta bir nəfər məndən dəfələrlə deputatlığa namizədliyimi verməyimi xahiş etdi. Deputat olmağın mənasız olacağını dedim və namizədliyimi vermədim. 


- Siz Milli Məclisdə gənc deputatların təmsil olunmasına həmişə qarşı çıxmısız. Bu nə ilə əlaqədardır? Gənc yaşında deputat olmaq olmaz?

- Cavanın Milli Məclisdə nə işi var? Cavan insanın Milli Məclisdə izi də olmamalıdır. Gənclərin yeri institutlar, müəssisələrdir. Öncə qanunları öyrənmək lazımdır. Eyni zamanda, 40 il deputat olub bir dəfə də olsun  çıxış etməyənin də Milli Məclisdə nə işi var?

- Sizinlə eyni vaxtda deputat seçilib 3-cü dəfə namizədliyini verməkdən imtina edən Asya Manafova  da vardı. O, niyə deputat olmaqdan imtina etdi?

- Təkcə Asya Manafova yox, Sirus Təbrizli də deputat olmaqdan imtina etdi.  Biz Milli Məclisdə birgə dostluq etmişik. Başqa bir-iki nəfər də vardı. Adlarını xatırlamıram. Birgə qərara gəldik ki, növbəti dəfə namizədliyimizi verməyək. Milli Məclis bizim yerimiz deyildi. 

- Asya  Manafova həmişə qapalı insan təsiri bağışlayıb. 

- Asya xanım çox abırlı insan idi. O da deputat olduğu müddətdə kimsələrdən nəsə istəməyib. Sadəcə, onun ailəsində bəzi problemlər vardı. Qardaşının uşağını götürüb saxlayırdı. 

- İndi əlaqəniz varmı?

- Heç bir əlaqəm yoxdu.

- Hacıbala Abutalubov da məşhur “91-lər”in  üzvü olub. Onu necə xatırlayırsız?

- Çox yaxşı. O da vətənpərvər insan olub. Əvvəllər əlaqəmiz olurdu. İldə 2 dəfə görüşürdük. Görüşəndə saat yarım oturub kofe içə-içə söhbət edirdik. Hacıbala müəllimin Ofelya xanım adlı köməkçisi vardı. O elə  kofe dəmləyirdi ki, heç vaxt o cür dadlı kofe içməmişəm.


- Sirus Təbrizli ilə yaxın dost olmusuz. Sağlığında çox maraqlı insan olduğunu deyirlər. Deyəsən bir az da söyüşlə danışan adam olub. 

- Sirusdan yadigar çox xatirələr qalıb mənə. Xasiyyətimizdə oxşar cəhətlər çoxdur. Hələ o vaxtlar YAP-ı yaradanda qonşu idik. Birinci dəfə deputatalığa namizədliyini verəndə Lalə Şövkətlə eyni dairə üzrə mübarizə aparırdı. Deməli, maraqlı əhvalat olmuşdu. Lalə Şövkətin adamları seçki kampaniyası zamanı Suris müəllimin evinə gəliblər. Sirus müəllim də  təəccüblənib ki, “siz bilirsiz, hara gəlmisiz. Bura Sirus Təbrizlinin evidir. Mən də namizədliyimi irəli sürmüşəm”. Həmişə zarafatla belə deyirdi. “Mən mandatı xalqdan alacam. Mənə mandat verməyən xalqın....”.

- "91-lər”in ən məşhur üzvlərindən olan,  hazırda siyasi arenadan kənara çəkilən Lalə Şövkəti necə xatırlayırsız?

- Lalə Şövkət Prezident Aparatında təmiz çalışmışdı. O, orada gedən prosesləri çox yaxşı bilirdi. Fikrimcə, Lalə Şövkət  həyasız insan olmayıb. Amma onun sonrakı fəaliyyəti barədə nəsə danışa bilmərəm.


Oxşar xəbərlər
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?