“Deputatlar icra başçılarının özbaşınalığına, xalqı narazı salan əməllərinə göz yummamalıdır...”
Oxunub: 8794
14 Jul 2018 | 17:15
“Deputatlar icra başçılarının özbaşınalığına, xalqı narazı salan əməllərinə göz yummamalıdır...”
İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri  Hacı Əbdül Gəncədə baş vermiş son qanlı olaylarla bağlı maraqlı fikirlər səsləndirib. 

Tanınmış din adamı və ictimai xadimin Moderator.az əməkdaşına müsahibəsini nəzərinizə çatdırırıq: 

(Müsahibənin əvvəli bu linkdə: moderator.az/news/232735.html )

- Hacı, bəs baş vermiş olaylarda Qafqaz Müsəlmanları İdarəsini və onun  regional təmsilçilərinin, eləcə də digər müvafiq qurumların dini duruma nəzarətdə yol verdikləri boşluqların da rolu ola bilərmi? Onlar Gəncədə və yaxud ətraf bölgələrdə terror törədə biləcək belə radikal qruplaşmaların yetişməsindən vaxtında agah ola bilməzdilərmi? 

- Əvvəla, Şeyx həzrətləri çox çalışır ki, hər bölgənin dini rəhbəri məhz həmin bölgədən olsun. Yəni siyasi rəhbər kimi dini rəhbərin də yerli camaatı yaxşı tanıması, həmin regionun adət-ənənələrinə yaxından bələd olması, eyni zamanda camaatın da həmin din xadimini yaxşı tanıması, onun nüfuz  sahibi olması vacibdir. Məsələn, Gəncənin axundu Gəncə sakini olsun, Gəncənin yetişdirməsi olsun. Bərdənin axundu bərdəli olsun, Yevlağın ki, yevlaxlı  olsun və s. Odur ki, Şeyxülislam Bakıdakı dini təhsil ocaqlarında hər bir regiondan gənclərin təhsil almasına da diqqət yetirir ki, onlar təhsillərini bitirdikdən sonra öz rayonlarına axund, naib təyin olunsunlar. Yalnız məcburiyyət qarşısında qalanda, yəni lazımi savad və səviyyədə olan yerli dini kadrlar olmayanda hər hansı bölgəyə digər bölgə sakini olan din xadimləri rəhbər olaraq göndərilir. Bu deyilənlər yaxşı cəhətdir. Həm də o baxımdan yaxşıdır ki, bölgələrə təyin olunan o din xadimləri bir mərkəzə -Qafqaz Müsəlmanları İdarəsinə tabe olurlar. Belə olmayanda, axundlar  kənardan, məsələn, icra başçısının qanunsuz göstərişi ilə təyin olunanda pərakəndəlik yaranır, bilmirsən ki, belələri kimə xidmət edir, kim tərəfindən maliyyələşdirilir. İstər Şeyx həzrətləri, istərsə də, ümumiyyətlə, QMİ rəhbərliyi heç vaxt hansısa rayonda, şəhərdə dini zəmində qarşıdurma, iğtişas yaranmasını istəməz...

- Hacı, biz demirik  ki, Şeyximiz və yaxud QMİ rəhbərliyi iğtişaş yaranmasını istəyər. Yerlərdəki dini duruma nəzarətdə boşluq yaranmasından söhbət gedir...

- Bilirsiz, boşluq bəzən elə səviyyədə yaradılır ki, buna Şeyxin, QMİ-nin də gücü çatmır. Yerlərdəki dini rəhbərlər bəzi məsələlərin qarşısını almaq iqtidarında deyil. Heç Şeyxin Gəncədəki nümayəndəsi də belə bir iğtişaş yaranmasını istəməzdi. Amma bəzən elə səviyyələrdə elə işlər qurulur ki, axundlar buna susmağa məcbur olur. Onlar buna müqavimət göstərməyi bacarmır və kənara çəkilməyə vadar edilir...

- Axundlar kimlər tərəfindən məcbur edilir?

- Məsələ ondadır ki, əksər icra başçıları təhsil, səhiyyə  və s. sahələrə müdaxilə etdikləri kimi, dini idarələrin, məscidlərin işinə də qanunsuz şəkildə müdaxilə edirlər. Bir sıra icra başçıları, digər yerli hökumət qurumları kimi, axundları da öz bildikləri kimi işləməyə məcbur etməyə çalışırlar. Mən özüm də bir məscid rəhbəri kimi belə halların şahidi oluram. Şeyx də belə məsələlərin qarşısını almaqda acizdir, təbii ki, onun yerlərdəki nümayəndələri də...
İcra başçısı axundu çağırır ki, bura gəl, filan iş belə olmalıdır; filankəsin qarşısını almaq lazımdır, bəhmənkəsə isə yol açmaq və s. Bir sözlə, balıq başından iylənir... 
Xülasə, əgər buna gücü çatsaydı, Şeyx həzrətləri heç vaxt yol verməzdi ki, Gəncədə dindarların adı hallandırılan qanlı olay baş versin... Axı belə olaylar Şeyxə, ruhani idarəyə başucalığı gətirmir. Əksinə, onu nüfuzdan salır. Heç bir rəhbər istəməz ki, nüfuzdan düşsün...
Onu da dəqiq bilirəm ki, icra başçıları kimlərin əli ilə təyin olunursa, məsuliyyət onlarındır... Necə ki, televiziyada telekanallardakı mənəviyyatsızlığın, əxlaqsızlığın təbliğinə görə həmin kanalların rəhbərlərini təyin edənlər məsuliyyət daşıyır, bölgələrdəki özbaşınalığa, korrupsiyaya görə də ilk növbədə həmin bölgələrin başçılarının təyinatına Prezident qarşısında zamin duran məsul şəxslər məsuliyyət daşıyır. Qardaş, əgər bir başçı “verib”  gəlirsə, onun işi-gücü “qoyduğu xərcini çıxartmaq” olacaq da... Belə başçı deyəcək ki, mən buranın ağasıyam, necə bilirəm, elə də edirəm. Və bu, təbii haldır.... Bölgələrdəki bütün problemlərin kökü də buradan başlanır... Xatırladım ki, prezident İlham Əliyev özü də dəfələrlə rəsmi tədbirlərdəki çıxışlarında bəzi məmurların və ayrıca icra başçılarının nəinki özlərinin, övladlarının, qohum-əqrəbalarının da özbaşınalığından şikayətlənir...

- Hacı, bəs bu mənfi tendensiyanın qarşısını necə almaq olar?

- Çıxış yolu ondan ibarətdir ki, hər bir vətəndaş, o cümlədən və xüsusən nüfuzlu şəxslər hər hansı məmurun, o cümlədən icra başçılarının nözsanlarına, haqsız əməllərinə göz yummamalı, hər kəs öz haqqını, hüququnu tələb etməlidir. Burada bölgələrdən seçilən deputatların da çox böyük rolu var. Milli Məclis üzvləri vəkili seçildikləri rayonun rəhbərliyinin özbaşınalığını, rüşvətxorluğunu, ədalətsizliyini və s. ört-basdır etməməlidir. Bu haqda lazımi qurumları məlumatlandırmalı, eyni zamanda parlamentdəki çıxışlarında belə icra başçılarını ifşa etməlidir. Öz təcrübəmdən bir misal çəkim. Köhnə deputatların, siyasi liderlərin yaxşı yadında olar. 1990-cı illərdə mən deputat olanda bir dəfə Xızı rayonunun bir qrup sakini yanıma gəldi ki, bəs icra başçısı bizi incidir.  Dərhal rayon mərkəzinə yollandım. Elə küçədəcə icra başçısıyla rastlaşdım və ona sakinlərin şikayətini çatdırdım. Başçı cavab verdi ki, mən rayon rəhbəri kimi necə bilirəm, elə də edəcəm, heç kəsdən də qorxmuram. Əgər istəsəydim, ona qarşı başqa cür hərəkət edərdim. Ancaq mən həmin başçının da deputat kimi əyləşdiyi Ali Sovetin növbəti iclasında söz alıb trubunadan onu öz qulağı eşidə-eşidə sərt tənqid etdim... Axı bu gün icra başçılarını rəsmən tənqid etməyə cəsarət edənlər yoxdu, varsa da azdır... A kişilər, ay deputatlar, sözünüzü, həqiqəti deyin. Axı bu xalq yazıqdır...
Millətin vəkili hesab olunan şəxslər də icra başçısının özbaşınalıqlarına göz yumub, əksinə, onun tərifini göylərə qaldıranda haqsızlığa məruz qalan sakinlər də ümuidlərini bağlayır dövlət başçısına və 1-ci xanıma. Amma mexanizm, sistem elə qurulub ki, onların yazdıqları şikayətlərin mində biri İlham Əliyevə, yaxud Mehriban Əliyevaya  çatmır, fırlanıb yenə də başçıların özünə qayıdır... Prezident və xanımı bölgələrə səfər edəndə də şikayətçilərin, icra başçılarından narazı olanların onlara yaxınlaşıb sözlərini demələrinə imkan verilmir... 

- Belə çıxır ki, Azərbaycan dövlətçiliyinin düşməni olan daxili və xarici güclər məhz yerlərdə xalqın narazı qaldığı amillərdən yararlanaraq ölkədə qarşıdurma, xaos yaratmağa  çalışır....             

- Bəli, əlbəttə, bunlardan yararlanırlar. Bir daha təkrar edirəm ki, əgər düzgün ədalətli idarəetmədən danışırıqsa,  hər  şəhərin, rayonun icra başçısı həmin şəhərin, rayonun sakini, nümayəndəsi olmalıdır. Dünyanın o başından birini gətirib başçı qoyursan, 3 gün-5 gün ağlına gələn qaydada işləyib camaatı narazı salıb çıxıb gedir. Heç  bir daha həmin yerə qayıtmır. Amma yerlini qoyanda o, öz camaatının, oradakı hər bir tayfanın xasiyyətini də yaxşı bilir, ağsaqqallarını da gözəl tanıyır və onlarla dil tapmağı bacarır. Və onun valideynlərinin, əzizlərinin də məzarı ordadır. Bu iş başında olanda bunun da məsuliyyətini daşıyır.  Onu da düşünür ki, öz qohum-əqrəbam da buradadır, camaata zülm etsəm, bir tərəfi də onları tutacaq. Və bilir ki, buradan heç hara çıxıb gedən deyil, əvvəl-axır onun da yeri buradır, bu rayonun məzarlığıdır. Odur ki, başçı işləyərkən camaatın qınağından da ehtiyat edir......
Amma təəssüf ki, əksər rayonlarda rəhbər eyni tayfanın nümayəndələridir. Bunun özü çox şeydən xəbər verir və bir çox problemlərə, o cümlədən Gəncədəki kimi hadisələrə şərait yaradır...Mənə bir neçə qaçqın rayonu çıxmaq şərti ilə bir rayon göstərə bilərlərmi ki, o yerin bir nüfuzlu, savadlı, ağsaqqal nümayəndəsi həmin rayonun başçısı olsun?.. Eləcə də polis rəisi, prokuror, məhkəmə və s. - hamısı kənardan, məlum tayfaların nümayəndələridir...
İmam Əli əleyhissəlamdan soruşurlar ki, ya Əli, ədalət nədir. Cavab verir ki, hər kəsin öz yerində olması ədalətdir... Soruşurlar ki, bəs zülm nədir. Həzrət Əli əleyhissəlam  buyurur ki, artıq dedim də... Yəni heç kəsin öz yerində olmadığı məmləkətdə haqq-ədalət prinsipləri pozulur, zülm baş qaldırır. Əgər biz İmam Əlinin(ə.s.) bu ədalət prinsipini tətbiq etsək, yəni hər kəsə bacarığına layiq, yerinə-yurduna uyğun vəzifə versək, ölkədə ədaləti bərqərar etmiş olarıq. Amma indi bu xalq zülm içindədir... 
Dövlət başçısı Mehriban Əliyevanı 1-ci Vitse-prezident qoyanda bəziləri hay-küy qaldırırdı ki, niyə İlham Əliyev məhz  öz xanımını özünə müavin qoydu, məgər başqa layiqli kadr yox idi. Amma heç kəs demir ki, bəs bütün Azərbaycan boyu bu rayonlara, şəhərlərə niyə yalnız eyni tayfanın, klanın nümayəndələri başçı, rəis, prokuror və s. qoyulur... Bunu görmürlər, ancaq  Mehriban xanımın 1-ci Vitse-prezident təyin olunmasını görürlər. Halbuki, Mehriban Əliyeva öz daxili və beynəlxalq nüfuzu, bacarığı ilə həmin vəzifəyə daha çox layiqdir və bunu özünün parlaq fəaliyyəıti ilə bir daha isbatladı...

- Hacı, artıq 3 aydan çoxdur ki, Bakıya icra başçısı – mer qoyulmur. Bundan ağlın nə kəsir?

(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
Oxşar xəbərlər
22:49, Bu gün
Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a uduzub - VİDEO
22:46, Bu gün
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
22:00, Bu gün
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
21:55, Bu gün
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
21:51, Bu gün
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
21:48, Bu gün
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi