"Bizdə Radiasiya Problemləri İnstitutu var, amma Qarabağ Problemi İnstitutu yoxdur..."
Oxunub: 5617
01 Apr 2018 | 01:36
Aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən xalqın dəstəyini alan prezident inauqurasiytadan sonra yeni komandasını formalaşdıracaq. Bu zaman heç şübhəsiz bir neçə aydır boş qalmış və cəmiyyətdə çoxsaylı müzakirələrə rəvac vermiş təhsil naziri postuna da təyinatın gerçəkləşəcəyi şübhəsizdir. Maraqlıdır ki, istər təhsil ekspertləri, istərsə də mediadakı bəzi müzakirələrdə Təhsil Nazirliyinin AMEA ilə birləşərək Elm və Təhsil Nazirliyi formasında ortalığa çıxa biləcəyini ehrimal edirlər. 

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərovsa tamam başqa mövzu ətrafında Moderator.az əməkdaşının çoxsaylı suallarını cavablandırıb. Bəri başdan müsahibimizin mükəmməl cavablarından çıxış edərək həcmi böyük olsa da oxucularımızı yormayacaq çox aktual məsələlərə işıq salan söhbət olduğunu diqqətinizə təqdim edirik:         

- Şahlar müəllim, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı fikirləriniz mətbuatda yayılmışdı. AMEA-nın fəaliyyətində Sizi qane etməyən nədir? 

- XXİ əsrdə elm cəmiyyətin hərəkətverici qüvvəsi sayılır. Nizami dövründən üzü bu yana cəmiyyətimizin elmdən və alimdən gözləntiləri  böyükdür. Ulu peyğəmbərimiz də elmə böyük qiymət vermiş və demişdi: bu dünyanı istəyən elmə sarılsın, axirəti istəyən də elmə sarılsın. Dövlət elmə və təhsilə ona görə dəstək verir ki, iqtisadiyyat inkişaf etsin və güzaran yaxşılaşsın. Məlumdur ki, dünyada elmə xərclənən  hər manat 4-5 ildən sonra bir neçə dəfə çox gəlir gətirir, amma bizdə bu baş vermir. Elmə xərclənən pul geri dönmür. Elmin potensialından istifadə edə bilmirik. Bu səbəbdən də həm elm, həm də alim gözümüz qarşısında günbəgün qiymətdən düşür. Alimlər bir biri ilə “hacı, necəsən?” deyərək, hal-əhval tuturlar. Sanki, elm qocalıb əldən düşüb. Ancaq elm həmişəcavan fenomendir. İstəmirəm ki, bizim elm təqaüdə çıxan qocaya bənzəsin. 

- Sizcə başlıca qüsur və ya “yerində olmayan” nədir?  

- Çox şey yerində deyil. Hesab edirəm ki, AMEA-nın bugünki fəaliyyəti yeni dövrün tələblərinə və çağırışlarına cavab vermir. Bu təşkilat keçmişdə öz məqsədinə yaxşı qulluq etmiş  sovetdən qalan bir qurumdur. İndi başqa zamandır. Azərbaycan elminin strukturu, forması, fəlsəfəsi, siyasəti, məzmunu  yeni quruluşun tələbinə, ruhuna uygun formalaşmalıdır.  
Elm sferasının hər sahəsində dəyişikliyə ehtiyac var. SSRİ tərkibindəki və bugünki AMEA forma və məzmuna eyni olmamalıdır. Çünki, keçmiş dövlət  imperialist dövlət idi. Bu gün yaşadığımız dövlət isə liberal - demokratikdir. Totalitar quruluşda Akademiya müstəqil qurum kimi uğurlu fəaliyyət göstərirdi. İndi bu cür fəaliyyət faydasızdır. Yeni quruluşda Akademiyanın struktur yeri düzgün tapmalıdır.  Bu səbəbdən də çox şey dəyişməlidir. Kadr seçiminə və təyinatına baxış kardinal şəkildə  dəyişməlidir. Elm və siyasət tənzimlənməlidir. Elmin prioritet sahələri yenidən müəyyənləşməlidir. Elmin məqsədi, elmi istiqamətlər və onların aktuallığına yenidən baxılmalıdır. Aktuallıq baxımından fundamental elmlər, texniki elmlər, kənd təsərüfatı, tibb elmləri yenidən sıralanmalıdır. Bunların fərqinə varmaq lazımdır. İmperiya üçün elmin hər sahəsi, hər istiqaməti aktual idi, ancaq bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri aktualdır. Biz qlobal yox, lokal aktuallığa diqqət verməliyik. 

- Akademiyanın strukturunu dəyişməklə nəyisə dəyişmək mümkündürmü?  

- Struktur dəyişikliyin əhəmiyyəti çox böyükdür. Dünyanın ən ucuz bərk cismi olan kömür də, ən bahalı daşı olan almaz da eyni karbon atomlarından təşkil olunub. Onlar arasındakı fərq yalnız quruluşdadır, karbon atomunun düzülüşündədir. Demək istəyirəm ki, AMEA-da struktur dəyşikliyi aparmaqla onu almaz kimi qiymətli hala  gətirmək mümkündür. Necə ki, israillilər buna nail oldular. Münbit olmayan torpaqda qurulan və içməli suyu, ətrafda dostları olmayan İsrail dövləti II Dünya müharibəsindən sonra 1948 - ci ildə quruldu. Bizim Elmlər Akademiyamız isə 1943 -cü ildə yaranıb. Ancaq indi biz onlardan intellektual silah alırıq. Səbəbin düşünməyə dəyməzmi?  Geriliyin səbəbi strukturda və idarəetmədə, həm də kadr siyasətindədir. Heab edirəm ki, elmə  münasibət  dəyişməlidir və struktur islahata getmək zəruridir. 
                                                                                                                                                                      - Struktur islahat üçün hansı model seçilməlidir?

- Bu suala cavab vermək üçün həm dünya təcrübəsindən, həm də, postsovet məkanında yaranmış dövlətlərin də təcrübəsindən bəhrələnmək olar. Postsovet məkanında Elmlər Akademiyaları universitetlərlə inteqrasıya olur, başqa sözlə, Təhsil Nazirliyi ilə Elmlər Akademiyası bir çox sahələrdə birləşdirilir və Elm və Təhsil Nazirliyi yaradılır. Bu yaxşı. Ancaq başqa yol da var. İqtisadiyyatı  inkişaf etdirən qüvvələrin hamısı güclərini bir istiqamətə yönəltsələr, elmə xərclənən pul artıqlaması ilə geri qayıdar. Əgər ölkədə “Elm, Texnologiya və Sənaye” nazirliyi  yaradılarsa, elm iqtisadiyyatı inkişaf etdirə bilər. 20 il öncə dediyim bir fikri təkrar edirəm: iqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmim açarı da təhsildədir. Elmi məqalələrdə və monoqrafiyalarda alimlərin aldığı nəticələrin bir qismi texnoloqlar tərəfindən reseptlərə çevrilə bilər, şirkətlər və sənayeçilər isə həmin reseptlərin əsasında elm tutumlu məhsul istehsal edə bilərlər. 
Hesab edirəm ki, bizdə Elm, Texnologiya və Sənaye bir qurumda birləşməsində hikmət vardır.  Misal üçün, neft elmi, neft texnologiyası və sənaye ilə bir yerdə olarsa, keyfiyyətli benzini xaricdən almarıq.    
- Texnologiya sözünü tez –tez eşidirik. Ancaq bu terminin mahiyyətini açmağa ehtiyac var. Texnologiya nədir? 

- Texnologiya elmi termin olduğundan onun aydın mənası, tərifi olmalıdır. Bu termindən törəyən “haytex” və “texnoloji sinqulyarlıq”, “siyasi texnologiya” və s. terminlərin də fərqinə varmaq lazımdır. Texnologiya terminin müxtəlif cür tərifləri var. Mən tələbələrimə bu terminin iki cür tərifini öyrədirəm. Məşhur futuroloq alim Fritof  Kaprnın 2000 –ci ildə verdiyi tərif  belədir:  texnologiya –  elmi biliyi qarşıya qoyulan məsələnin təkrarlanan həllinə çevirmək üçün istifadə edilən vasitə, qayda və prosedurların cəmidir. Mənim tərifim bir qədər fəlsəfidir: təbiət elmlərinin qanunauyğunluqlarını süni obyektlərin hazırlanmasına yönəldilməsinə  texnologiya deyilir. Hər gün içdiimiz çay texnoloji məhsuldur, ancaq bulaq suyu texnoloji məhsul deyil.

- Dediniz ki, elmin tədqiqat siyasəti dəyişməlidir. Məgər Sovet dövründə fizikanın qarşısında düran problemlər, bu gün fizika qarşısında duran problemlərlə eyni deyildimi? 

- Əlbətdə ki, eyni  deyil. Məsələnin incə yeri də buradadır. Sovet dövründə  biz imperiyanın bir parçası idik. İndi isə müstəqil dövlətik. O zaman elmin qarşısında duran istənilən problemlərin həlli imperiyanın məqsədlərinə qulluq edirdi və  qlobal olaraq aktual idi. Bu gün bizim elmin qarşısında  duran problemlərin həlli dövlətimizə qulluq etməlidir və əsasən lokal olaraq aktual olmalıdır. 

- Qlobal və lokal aktuallıq. Bunu necə başa düşək? 

- Bu müxtəlifliyin fəlsəfəsini fizika üzərində izah etməyə çalışım. Ötən əsrin ikinci yarısından başlayaraq ölkəmizdə yarımkeçiricilər fizikası geniş tədqiq edilirdi. Akademiyanın fizika ilə bağlı elmi tədqiqat institutlarında yarmkeçirici materialların xassələri hərtərəfli öyrənilirdi. Silisium və Germanium kimi elementar yarımkeçricilərlə bərabər, ikiqat, üçqat, dördqat və daha mürəkkəb yarımkeçrici maddələrin sayı yüzlərlədir. Struktur müxtəlifliyini də nəzərə alsaq (monokristal, polikristal və amorf) bu say 200-300 (?) çoxdur. Bu çox saylı yarımkeçrici maddələrin tədqiqi Sovet dövlətinin elm siyasətinə uyğun idi. Dövlət, super dövlət olduğundan bu tədqiqatların kosmos, atom energetikası, elektron sənayesi və ya sənayenin digər sahələrində tətbiq tapmaq ehtimalı böyük idi. Hətta zamanında tətbiq tapmayan elmi nəticələr “bu gün olmasa da, sabah işə yarayar” prinsipi ilə təşviq edilirdi, dəstək verilirdi və Moskvada tədqiqatçılara elmi adlar, elmi rütübələr verilirdi.  
Sovet elminin bu siyasəti çox təəssüf ki, bu gün də ölkəmizdə davam edir. Kim nəyi istəyir, onu da tədqiq edir, lokal aktuallığa fikir verilmir.  Bu isə bizim elmimizə və milli inkişafımıza  zərərdir. Biz digər dünya dövlətlər üçün elmi məhsul istehsal edən zavallıya çevrilməməliyik. Dövlətin elmə ayırdığı maliyə ilə ancaq özümüzə lazım elmi məhsul istehsal edilməlidir. Burdan o nəticə çıxır ki, biz 300 yarımkeçrici maddələrdən  o maddələri tədqiq etməliyik ki, onlar bizdə tətbiq tapa bilər. Bizim tədqiqat obyeklərimiz qlobal aktuallıq yox, lokal aktuallığa malik  olmalıdır. Elmin bugünkü siyasəti  təəssüf ki, keçmiş siyasətin davamıdır. Buna “STOP” deyilməlidir. Diqqət yetirin, bizdə Radiasiya Problemləri İnistiutu var, amma Qarabağ Problemi İnstitutu yoxdur. Biz dövlətimiz üçün aktual olan elmi istiqamətlərı, mövzuları maliyyələşdirməliyik ki, problemin düzgün, elmi həllini tapaq.
 
- Elmi tədqiqatın obyektini necə seçilməli? 

- Bu vacib sualdır. Qısa cavab belədir: elmi tədqiqatın obyekti lokal mənada aktual olmaıdır. Bunun üçün  əvvəlcə ölkənin çoğrafiyası, iqlimi, yeraltı sərvətlərin və digər faktorları nəzərə alaraq elmin prioritetləri düzgün müəyyənləşdirilməlidir. Ən çətin iş də budur. Bu suala cavabı məmurlar yox, alimlər verməlidirlər. Bu işi uğurla görə bilən alim elmə rəhbərlik edə bilər və onda elm bar verər. Birinci dünya dövlətlərində də sıradan bir alimi elmin rəhbərliyinə gələrsə, orada da elm ağacı bar verməz. Yəni konkret ölkənin iqtisadi inkişafına töhfə verəcək elmi tədqiqat işləri maliyyələşməlidir. Özümüzdə istifadə edilə bilməyən elmi istiqamətləri niyə maliyyələşdirək?  İstifadə edə bilməyəcəyimiz elmi nəticələrimizdən kimlər bəhrələnəcək? Ola bilsin ki, düşmən dəyirmanına su tökürük...   
Akademiya yenidən elə qurulmalıdır ki, aldığımız elmi nəticələr ilk olaraq özümüzdə tətbiq tapsın. Heç zaman tətbiq tapmayacaq elmi nəticələrin maliyyləşməsi praktikasına son qoyulmalıdır.   

- Belə başa düşdüm ki, elmin siyasəti dövlətin kiçik və böyük olmasından da asılıdır? 

- Şübhəsiz, bu faktorun təsiri güclüdür. Aydındır ki, inkişaf etmiş hansısa kiçik Avropa dövlətində elmi məqsədi ilə Almaniya dövlətində emin məqsədi eyni ola bilməz. Danimarkanın və ya Finlandiyanın  nəyinə lazımdı ki, Marsda şəhər salmağı planlaşdırsın? Bu ABŞ, Çin, Rusiya  kimi böyük dövlətlərə daha çox lazımdı.  
Dünyanın 200 top univeritetlərinin 186 - sı inkişaf etmiş ölkələrdədir. Bu ölkələrdə elm yeni texnologiya, texnologiya isə yeni məhsul yaradır. Bazarı zəbt edən məhsulların 60-80 %  (bugün hər kəsin istifadə etdiyi smatfonlar, İPonlar, sabahkı sükansız və sürücüsüz avtomobillər, robotlar və s.) intellektual məhsuldur. Texnologiyalar əsasən universitetlərdə yaranır. Bu səbəbdən də ABŞ prezidenti  Ruzvelt demişdi:  “Amerika universitetləri qüvvətlidir ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir”. İnkişaf etməkdə olan dövlətlərdə elm haytexnologiya (hərbi sənaye, silahqayırma istisna olmaqla) yarada bilmir. Baxmayaraq ki, texniki kəşfiyyatdan da geniş istifadə edilir. 200 top universitetlərindən cəmi 14 bu ölkələrdədir (RF, Çin, Türkiyə və s.). Bu səbəbdən də yeni texnologiyanın yaradılması zəifdir. Misal üçün, qardaş Türkiyənin ixracatında intellektual məhsulların payı 10% -dən azdır. Və ya Sinqapurun istehsal etdiyi intellektual məhslun həcmi RF-dən çoxdur. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan da praqmatik yolla getməlidir. Qeyd etməliyəm ki, elm çox bahalı sahədir, çünki həm alim əməyi, həm də avadanlıqlar çox bahalıdır. Böyük dövlətlərin özlərinə rəva bildiyi elmi infrastrukturu kiçik dövlətlər yarada bilməzlər. 
  
- O zaman bir aktual sual yaranır, Azərbaycan üçün bu gün bir nömrəli elmi istiqamət hansıdır?

- Həm lokal, həm də qlobal aktual istiqamət enerji problemidir. İqtisadiyyatın inkişafı enerji təminatından asılıdır. "Kamilləşən Bəşəriyyət" kitabında (Bakı, 2018)  bu problem araşdırılıb və göstərilib ki, inkişafın, tərəqqinin təməli bu faktordan asılıdır. Misal üçün, Finlandiyada adambaşına istifadə edilen enerji təqribən 16 000 kvatt saatdır. Qardaş Türkiyədə isə bu göstərici 3000 –dən azdır. Finlndiya adambaşına 35000 US dolları, ancaq Türkiyə 15000 US dollar düşür. 
Azərbaycanda günəş enerjisi boldur. Bu enerjidən istifadə etmək üçün  günün vacib məsələsidir. Bu gün fizikada ən aktual elmi istiqmətlərdən biri günəş batareyalarının öyrənilməsidir. Materialşünaslığın  o istiqamətinin inkişafına üstünlük verməliyik ki, o sahə günəş bateriyalarında tətbiq edilir. Alimlərimizin gücünü yeni texnologiyaların yaradılmasına yönəltməliyik ki, iqtisadiyyatımız inkişaf etsin, xalqın rifah halı daha da yüksəlsin. 
İkinci aktual istiqamət kənd təsərüfatı elimləri və emal texnologiyasıdır. Məlumdur ki, Azərbaycanda xeyli növdə meyvə yetişir. Tutaq ki, yüzlərlə ton xurma ya bazarlarda satılır, ya da bağlarda məhv olur. Niyə biz onun emalı ilə məşğul olmuruq? Azərbaycan meyvə qurutma mərkəzi məncə yoxdu. Halbu ki, bu çox sadə bir işdir, onu cüzi vəsaitlə də yaratmaq olar. Bununla biz həm yeni texnologiyanı istehsala tətbiq edərik, həm də əhalimizi bütün fəsillərdə bol meyvə ilə təmin edərik, iqtisadiyyatımız yüksələr. 

- Akademiyanın forma və məzmununa hansı faktorlar ciddi təsir edir?  

Ardı var...
Oxşar xəbərlər
22:26, Bu gün
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
22:25, Bu gün
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
21:59, Bu gün
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
21:37, Bu gün
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
21:25, Bu gün
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
20:54, Bu gün
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
20:37, Bu gün
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
20:09, Bu gün
Blinken: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb
19:57, Bu gün
BMT-dən Belqorodda yaşayış binasına edilən hücuma reaksiya
19:33, Bu gün
İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı
19:07, Bu gün
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
18:59, Bu gün
İsrail mediasından "Avroviziya" ilə bağlı qalmaqallı yazı
18:51, Bu gün
Mingəçevirdə parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
18:49, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
18:47, Bu gün
Baş nazir müxalifətin iğtişaşlar planlaşdırdığını açıqlayıb
18:41, Bu gün
Bilal Əliyevin ingilis dilindən tərcüməsi gündəm oldu - VİDEO
18:16, Bu gün
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
18:08, Bu gün
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
17:58, Bu gün
Tovuza dolu düşüb
17:37, Bu gün
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
17:30, Bu gün
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
17:26, Bu gün
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
17:20, Bu gün
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
17:13, Bu gün
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
17:09, Bu gün
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
16:54, Bu gün
HƏMAS-ın İsraillə bağlı – Şok planı
16:48, Bu gün
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
16:33, Bu gün
FHN əhaliyə MÜRACİƏT ETDİ 
16:29, Bu gün
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB
16:20, Bu gün
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
16:18, Bu gün
Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub
16:12, Bu gün
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs  ölüb
15:59, Bu gün
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yeniləndi
15:51, Bu gün
Oxumadan imtahandan keçmək istəyənlər bu yola üz tutur: cəmi 60 manata... - VİDEO
15:45, Bu gün
Sürücülərin nəzərinə!
15:42, Bu gün
Günlük villa kirayələrinə maraq artıb - Səbəb nədir?
15:36, Bu gün
"21:15" qatarı yola düşdü
15:30, Bu gün
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq
15:20, Bu gün
Makrondan BƏYANAT- Fransa Ukraynaya qoşun göndərəcəkmi?
15:06, Bu gün
Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir
14:56, Bu gün
Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: gənc qız... - VİDEO
14:44, Bu gün
Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub 
14:31, Bu gün
Rusiyanın səfiri vəfat etdi
14:25, Bu gün
Zəhərlənmə əlamətləri
14:11, Bu gün
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
14:08, Bu gün
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
14:00, Bu gün
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
13:51, Bu gün
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
13:45, Bu gün
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
13:33, Bu gün
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
13:23, Bu gün
Bitkilər görə, eşidə və iyləyə bilirlər
13:12, Bu gün
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
13:00, Bu gün
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12:49, Bu gün
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12:40, Bu gün
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12:17, Bu gün
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12:03, Bu gün
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
11:44, Bu gün
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
11:42, Bu gün
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
11:37, Bu gün
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
11:24, Bu gün
Litvada prezident seçkiləri keçirilir
11:14, Bu gün
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:09, Bu gün
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
10:31, Bu gün
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
10:28, Bu gün
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
10:21, Bu gün
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
10:13, Bu gün
"Real” klubu rekordunu təkrarlayıb
09:57, Bu gün
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
09:55, Bu gün
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
09:55, Bu gün
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
09:50, Bu gün
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
09:47, Bu gün
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
09:43, Bu gün
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
09:36, Bu gün
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
09:27, Bu gün
NATO Ukraynaya qoşun yeridəcək?
09:19, Bu gün
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
09:17, Bu gün
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
09:13, Bu gün
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
09:08, Bu gün
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
08:55, Bu gün
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
08:48, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
08:30, Bu gün
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
08:22, Bu gün
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
08:13, Bu gün
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
08:08, Bu gün
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
07:44, Bu gün
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
GÜNLÜK
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO