Dünyanın ən qədim xalçası kimə məxsusdur - Türklərə, yoxsa ermənilərə?
Oxunub: 6028
07 Mar 2018 | 16:46
Dünyanın ən qədim xalçası kimə məxsusdur -  Türklərə, yoxsa ermənilərə?
Moderator.az Dövlət Rəssamlıq Akademiyasının Bədii toxuculuq və xalça sənəti kafedrasının dosenti Məmmədhüseyn Hüseynovun  müsahibəsini təqdim edir:

- Dünyanın ən qədim xalçası olduğu üçün Pazırıq xalçasına bu coğrafiyada yaşayan bir çox xalqlar sahiblənmək istəyir. Bu yöndən azərbaycanlı bir sənətkarın bu xalça ilə bağlı fundamental əsər yazması misilsiz xidmətdir. Kitabın yazılma səbəbini sizin dilinizdən eşidək.

- Pazırıq xalçasının yazılması iki amillə bağlıdır. Birincisi, bu xalçanın dünyanın ən qədim xalçası olmasıdır. Çünki bu əsər insanlığın bizə gəlib çatan ən qədim sənət nümunələrindəndir.

İkinci səbəb isə dediyiniz kimi, bu xalçaya iddialı olan digər millətlərin, ölkələrin, insanların ortaya çıxmasıdır.

- Azərbaycanda sizə qədər bu xalça ilə bağlı hansı mənbələrdə məlumat yer alıb?

- Azərbaycanda bununla bağlı Lətif Kərimovun II cild "Azərbaycan xalçası" kitabında məlumatlar var. Lətif Kərimov bu xalçanı Midiya dövlətinə aid olduğunu, daha dəqiq desək, bu dövlətin Xorasan şəhərində toxunduğunu bildirir. Bu fikirləri Lətif müəllim təxminən elə xalçanın aşkarlandığı illərdə qələmə alıb. Çünki Pazırıq xalçası aşkarlandığı zaman Lətif Kərimovu da bir mütəxəssis kimi Sankt-Peterburq şəhərinə, "Ermitaj" muzeyinə dəvət etmişdilər. Ona görə də bu xalça haqqında bizə ilk məlumatı Lətif Kərimov verib. 

Bu mənbədən əlavə, Azərbaycanda bir neçə xalçaçı rəssam Pazırıq xalçası ilə bağlı qısa məlumatlar qeyd ediblər.

Mənim bu xalça barədə kitab yazmağım xalçaçı rəssam olmağımdan irəli gəlir. Mən bu işə eyni zamanda onun bədii təhlilini, kod dilini bilən bir şəxs kimi yanaşdım. Pazırıq xalçası ilə 1987-ci ildə tanış olmuşam. 1987-ci ildən 1990-cı ilədək Sankt-Peterburq şəhərində yaşamışam. Bu müddət ərzində "Ermitaj"da tədqiqatlar aparmışam. Doğrusu, o zamanlar Pazırıq xalçasını tədqiq edəcəyimi, onun haqqında kitab yazacağımı bilmirdim.

Son 20 ildə ermənilərin türk dünyasının mədəni sferasına müdaxilə cəhdlərini görürük. O cümlədən türk dünyasının ən qədim xalçası olan Pazırıq xalçasını da erməni xalçası adlandırmağa başlayıblar.

Guya bu xalça onların təbirilə desək, "Arsax"da toxunub, Hun imperatoruna hədiyyə kimi göndərilib. Onlar hətta bəzi avropalı xalçaşünasları da bu işə cəlb edib, onları öz nağıllarına inandıra bilib. Məsələn, Şurman və digər bir neçə araşdırmaçı öz kitablarında qədim türk xalçasının erməni xalçası olduğunu yazıblar.

Öncə Pazırıq xalçası haqqında bu kitab Azərbaycan Rəssamlıq Akademiyasında bir metodik vəasit kimi düşünülmüşdü. Daha sonra tədiqiqatlar genişləndirildi və daha geniş bir kitab ərsəyə gəldi.


- Kitab Pazırıq xalçası haqqında hansı məqamları özündə ehtiva edir?

- Kitab 4 hissədən ibarətdir. Kitabın birinci hissəsində xalçanın tapıldığı məkan və onun texniki rəng xüsisiyyətləri barədə yazmışam. İkinci isə böyük hissədir: "Pazırıq xalçası tarixin aynasında". Amma mən kitabda bu hissəni böyük ixtisarlarla verdim. Çünki qeyd etdiyim mövzu çox genişdir, bu əlavə bir cild olmalı idi.

Üçüncü hissə isə Pazırıq xalçasının kompozisiya quruluşuna həsr olunub.

Dördüncü hissə nəşr olunan kitabda ən geniş yeri tutub. Bu xalçanın quruluşu və elementlərin rəmzləri barədə olan hissədir.

- Rəmzlər demişkən, düşünürəm ki, bu Pazırıq xalçasının ən diqqət çəkən tərəfi və əslində, bu xalçanın hansı millətə xas olması məsələsindəki mübahisələrə son qoya biləcək məqamdır.

- Bəli. Pazırıq xalçası qədim türk kodlaşma sisteminin ən qədim və izahı mürəkkəb olan müstəvisidir. Bu müstəvi çox maraqlıdır və izahı uzun axtarışlar tələb edir.

Hazırda yaşadığımız coğrafiyadan xeyli uzaqda tapılmasına rəğmən Pazırıq xalısında rast gəlinən rəmzlərin bugünkü xalçalarımızda olması əslində o xalçanın bizə, yəni türklərə aid olmasını başqa dəlillərə ehtiyac duymadan sübut edir.  Bu xalçanın 2500 il əvvəl toxunmasına rəğmən günümüzə gəlib çatması da bildiyiniz kimi bir möcüzədir. Xalça yerləşdiyi kurqana su sızması nəticəsində buz bağlayıb və uzun illər bu buzun sayəsinə çürüməyib.

Alimlər arasında daim mübahisə doğuran məsələ bu xalçanın harada toxunması ilə bağlıdır. Mən isə kitabımda bu məsələyə deyil, xalçanın kimlər tərəfindən toxunmasına önəm vermişəm.

Xalçanın radiokarbon analizləri nəticəsində 2500 yaşı olduğu sübut edilib.


- 2500 yaşlı xalçanı araşdırarkən sizi ən çox təəccübləndirən nə oldu?

- Bildiyimiz kimi, Pazırıq xalçası XX əsrdə aşkarlanıb. Bu gün xalçalarımızın sxematik quruluşlarının Pazırıq xalçası ilə eynillik təşkil etməsi məni təəccübləndirdi. Bugünkü xalçalarla müqayisə edildikdə Pazırıq daha çox Azərbaycan xalçalarına yaxındır. Pazırıq xalçasında elementlərin quruluşu, düzülüşü həm şəcərəvidir, həm kosmoqonikdir, həm metafizikdir, həm də kod və simvollarla zəngin bir kitabədir.

- Bu simvollardan danışaq. Bildiyimiz kimi? xalçada bir neçə mübahisəli simvol var. Bunlardan biri qədim türk totemlərindən olan, sonra xristian dünyasında da müqəddəs sayılan maral, yəni sığın obrazıdır. Bir tədiqatçı kimi bu simvollar haqqında sizdən eşidək.

- Pazırıq xalçasında ara sahələri, ara qurşaqları var. Bu qurşaqlarda bir elementin 24 dəfə iştirakı, yəni enində 4, hündürlüyündə 6 sayda yer alması düşündürücüdür. Bu elementin müxtəlif adları var; Hun gülü, xaç, lotos, zanbaq, Günəş və s.

Mən bu elementi analiz edərkən məsələyə xalçaçı rəssam kimi yanaşmağa çalışdım. Məsələ elementi parçalamaqdan gedir. Element parçalandıqdan sonra onun hissələrinin rəmzi cəhətləri ortaya çıxır. Beləliklə, mən hun xaçı, lotos adlandırılan bu işarənin oğuzların ulu əcdadlarının mistik bir işarəsi olduğunu anladım. İşarə həm materiyanı, həm də sakral aləmi özündə ehtiva edəcək enerjiyə malik olan təsvirdir. Bu təsvirin izahı kitabda çox geniş şəkildə verilib. Mərkəzdəki xaç elementi, kənarlardakı parçalanmış Ay elementləri və xaçın daxilində olan xətlər, o şəkildə təmərküzləşib ki, o həm də kosmosla bağlı xüsusiyyətləri ortaya qoysun. Bu elementdə Ay və Günəş kultunun bir inanc modeli kimi özünü göstərməsi heç də şübhə doğurmur. Eyni zamanda, bu elementin xalçada 24 sayda iştirakı bu gün qəbul etdiyimiz 24 oğuz boyundan xəbər verir.

Bundan başqa, xalçanın ana haşiyə qurşağında 28 atlı təsvir olunub. 28 atlının ana haşiyədə istiqaməti soldan sağa doğrudur, yəni Ayın hərəkəti istiqamətində başlayır. Pazırıq atlıları təsvir etibarı ilə bir-birinə oxşayır. Amma onlardan 14-ü atın üstündədir, 14-ü isə atın yanında. Atlılar bir növ Ayın hərəkətini təqib edir. Eyni zamanda, atların quruluşunda quyruqları düyünlü təsvir edilib.  Türklərdə atın quyruğunu düyünləmə adəti atın əhliləşdirilməsindən bir neçə əsr sonra yaranıb. Döyüşlərə və müxtəlif rituallara gedən türklər atlarının quyruqlarını düyünləyərdilər. At quyruğunun düyünlənməsi mədəniyyəti türklərdə bu günə qədər qalır.

Atların üzərində yəhər əvəzi, keçədən hazırlanmış xalça qoyulub. Həmin xalçaların üzərindəki təsvirlər atlının xüsusiyyətinə uyğundur. İşarələr atlının kodları və xarakterini ifadə edir.

Xalçada ana haşiyədən sonra bir bala haşiyə yer alıb. Bu haşiyədə atların hərəkət istiqamətinin əksinə, Günəşin hərəkət istiqamətində maral rəsmləri təsvir olunub. Bu maralların sayı 24-dür. Ay və Günəşin bir- birinə qarşılıqlı hərəkəti türk inanclarında geniş yer tutur.

Bala haşiyələrdə 69 qrifon da yer alıb. Bu qrifonlar çox geniş müstəvidə izah tələb edir və bu izah da kitabda təqdim olunub.


- Xeyli dərin mövzulara çəkib aparan simvollardır.

- Bəli. Xalçanın mərkəzindən çıxan ox atlıların gözündən keçərək Ayın 28 fazasını yaradan bir sxem ərsəyə gətirir. Qədim türklər Ayın fazalarını həssaslıqla dəyərləndirib. Onlar üçün hər faza həyat üçün önəmli məna kəsb edirdi. Bu üzdən də düşünürəm ki, artıq xalçanın türklərə məxsus olduğuna heç bir şübhə qalmır. 2500 il bundan əvvəl xalçanın toxunmasında simmetrik ilmə, yəni türkbaf ilmədən istifadə olunubsa, bu həm də xalçaçılığın nə qədər qədimə söykənən bir sənət olduğunu göstərir. Xalçaçılıq da yun təsərrüfatının inkişafından sonra meydana gəlib. Arxeoloji qazıntılar nəticəsində bəlli olub ki, qoyunçuluq Anadolu və Azərbaycan arasında yerləşən torpaqlarda yaranıb, inkişaf edib. Demək, xalçaçılığın kökü də bu ərazilərə bağlıdır.

- Maral simvolunun qədim türk totemi olan sığınla bağlılığı varmı?

- Bəli. Maral qədim türklərdə 5 müqəddəs heyvandan biri olub. Hətta bu heyvan atın əhliləşdirilməsindən də əvvəl istifadə olunub. Totem kimi türk mədəniyyətinə daxil olan ilk heyvan obrazıdır. Çox vaxt maralı Avropa xalqlarına aid edirlər. Amma türklərin mədəniyyətində maralın özünəməxsus yeri var. Bu obrazları qoruyan ən qədim sənət nümunələri Altay və Sibir türklərinə məxsusdur. Azərbaycan ərzisində də maral kultuna aid işarəvi sistem qalmaqdadır. Azərbaycan xalçalarında maral buynuzları dekorativ şəkildə təsvir edilib. Amma sırf maral təsviri az gözə dəyir.

- Xalçadakı simvolları gördükdə, ümumiyyətlə qədim dönəmin abidlərində, mətnlərində yer alan kodlar açıldıqda bəzən elə təəssürat yaranır ki, inkişaf dediyimiz bu nəticələr, texniki-tərəqqi əslində bizi irəli yox geriyə aparır.

- Xalçalarda aparılan kodlaşma gələcək üçün bugünkü informatikanın, internet resurslarının, bazalarının daşıdığı informasiyadan dəfələrlə zəngindir, kəşf olunmayıb. Və müasir informasiya sahələri insanlara müəyyən mənfi zərbələr vurursa da, xalçadakı kodların açılması belə deyil. 

- Simvolların araşdırılmasında hansı metoddan istifadə etmisiz? Hansı qanunauyğunluqlarla tədqiqat aparmısız?

- Xalçaçılıqda elementlerin araşdırılması üzrə 7 sistem mövcuddur. Bu sistemlərlə tədqiqat apardıqda ornamental xalçalarda gələcəyə hesablanmış elementləri açmaq mümkün olur. Birinci şərt oxşarlıq şərtləri üzrə axtarışdır. İkinci şərt isə uyğungəlmə şərtidir. Dünya üzrə bugünkü xalçaşünaslıq bu iki sistem üzrə iş görür. Amma bu yanaşma ilə tədqiqat həssaslıqla yerinə yetirilə bilmir, yəni bu üsulla elementlərin tam açılması mümkün deyil.

Üçüncü şərt interval üzrə axtarışdır. Dördüncü şərt isə riyazi şərtdir. Beşinci semantik, alıncı estetik şərtdir. Axırıncı şərt isə ağacşəkilli axtarışdır. Mən Pazırıq xalçasını bu şərt üzrə araşdırmışam. Ağacşəkilli şərt az öncə sadaladığım bütün şərtləri özündə birləşdirəcək gücə malikdir. Bu şərtlə xalçanın toxunma məqsədi, təyinatı tam şəkildə tədqiq edilə bilir.

Quranda xalça haqda ayə var. Ər-Rəhman surəsində "Onlar orada yaşıl balışlara, incə ilməli, gözəl naxışlı, xovlu xalılara söykənmiş olacaqlar" ifadəsi qeyd olunur. Xalçanın göydən gəldiyini, onun cənnət materialı olduğunu Allah Qurani Kərimdə xəbər verir.

- Məmmədhüseyn müəllim, ermənilər bu xalçaya iddia etdikdə hansı dəlilləri önə çəkirlər? Nəyə əsaslanaraq xalçanın özlərinə aid olduğunu deyirlər?

- Onların və bu fikri dəstəkləyən alimlərin fikrincə bu hüzn, ölü mərasiminə göndərilən bir xalçadır. Yəni iddiaya görə, bu xalça ermənilər tərəfindən toxunaraq Altaya, dünyasını dəyişmiş Hun imperatorunun dəfn mərasiminə göndərilib. İndi gəlin bir məqama diqqət çəkək, onların Arsax dedikləri ərazidən Altaya qədər olan məsafəni ölçsək, bunun çox uzun bir məsafə olduğunu görərik. Burdan ora xalçanın aparılması - nəzərə alsaq ki, o dönəmdə ən yaxşı halda bunu atla apara bilərdilər - bu çox uzun zaman tələb edəcəkdi. Eyni zamanda belə bir xalçanın texniki layihəsinin hazırlanması və onun toxunması xeyli vaxt alacaqdı. Toxunma prosesi azından 6 ay vaxt tələb edirdi. Bununla yanaşı ölüm xəbərinin Altay dağlarından bura gəlib çatması da müəyyən vaxt tələb edir. Alimlər isə bunun məhz ölü törəninə hazırlandığını deyir. Düzdür, tarixdə belə bir məlumat var ki, İskitlərin başçısı öləndə onu dərhal basdırmazdılar, mumyalayardılar, onu el-el gəzdirərdilər. Amma yenə də bu ritual az əvvəl qeyd etdiyimiz proseslərin baş verə bilməsi üçün bəs etməz.

Onu da deyim ki, Altayda təkcə Pazırıq kurqanları deyil Başadar, Tuektin və digər kurqanlar da var və bu kurqanlardan da çürümüş xalça hissələri çxır. Onda belə çıxır ki, ermənilər ancaq xalça toxuyub Altayda ölənlərə hədiyyə edib? Alimlərin gəldiyi qənaətlər məntiqli olmalıdır. Bu məsələdə biz məntiq görə bilmirik.

- Simvollarla yanaşı, xalçada yəqin ki, önəmli məqamlardan biri rəng məsələsidir. Pazırıq xalçasında daha çox hansı rənglərdən istifadə olunub?

- Pazırıq xalçasının rəngləri hamısı təbiidir. Yəni yun rəngindən, bitkilərdən və qurd qırmızısından istifadə edilib. Pazırıq xalçasının rəng koloriti əsasən oğuzların Salur, Yıva, Bayandur boylarının istifadə etdikləri rənglərə çox oxşayır. Ordakı rəng ardıcıllığı olduqca proffesional şəkildə düzlülüb. Məsələn, bugünkü rəssamlar həmin ardıcıllığı eskiz çəkmədən reallaşdıra bilməz. Kosmos, göy, göylə yer arasında olanlar və yer rəmzləri öz ahənginə uyğun rənglənib. Buradakı rənglərdə də həm maddi, həm də sakral dünyanın energetik prinsipləri görünür. Bunu mən möcüzəvi xalça sayıram, təsadüfən toxunmadığına və 2500 il təsadüfən qalmadığına əminəm. Bu Tanrının insanlığa bəxş etdiyi tarix nümunəsidir.

- Kitabın nəşr edilməsinə nə zaman qərar verdiniz?

- Kitab üzərində 10-15 il işləmişəm. Düzdür, bu kitab üzərində işlədiyim zamanlarda başqa kitablarım nəşr edilib. Bu kitabın nəşr edilməsi mənə maddi baxımdan çətinlik yaradırdı. Çünki kitabda 1040 dənə təsvir var, bu təsvirləri mən çəkmişəm. Təsvirlərin çox olması və həcmin genişliyi kitabın nəşr məsələsini çətinləşdirirdi.

Nəhayət, 2016-cı ilin sonunda nəşrlə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Hörmətli Mehriban xanım Əliyeva kitabın nəşrinə dəstək verdi və Mədəniyyət və Turizm Nazirliyi nəşri öz üzərinə götürdü. "Şərq-Qərb" nəşriyyatında çapdan çıxdı. Martın 7-də kitabın təqdimat mərasimi keçiriləcək. 

Kitabın yazılması prosesində mən xeyli dəhlizlər qoymuşam, gənc tədqiqatçılar bu yöndə iş apara bilərlər. Mənim tədqiqat aparmağım tədqiqata yekun vurulması demək deyil, əksinə, bu yöndə tədqiqatların davamına təkan verməkdir. Əks halda, boşluğu görən düşmən həmişə orda özünə yer tapır.

Ədəbiyyat qəzeti
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır