"FTX ABŞ-dakı seçkilərə təsir edirsə, deyirsiniz bizdə adamları olmayacaq...?"
Oxunub: 3529
12 Jun 2017 | 20:40
Qarabağa qanunsuz səfərinə görə rəsmi Bakının “qara siyahı”ya saldığı rusiyalı yazıçı Eduard Limonov açıq şəkildə işğalı, separatizmi və faşizmi təbliğ etməkdə davam edir. Azərbaycan torpaqlarının işğalını stimullaşdıran mövqeyi ilə ermənilərin hüsn-rəğbətini qazanan bu türk düşməninin ölkəmizə qarşı başladılan yeni bir planın baş qəhrəmanlarından olduğu şübhə doğurmur. Elə son günlərin ən aktual məsələləri barədə qəzetimizə müsahibə verən təhlükəsizlik məsələləri üzrə ekspert, Qarabağ müharibəsi veteranı İlham İsmayıl da şübhələrin əsassız olmadığı qənaətindədir.

- İlham bəy, Rusiya yazıçısı Eduard Limonovun Qarabağa gəlişi təsadüfi məsələ kimi görünmür. Müşahidələrini yazıb ki, Qarabağda hər yerdə rus yazıçılarının portretləri və Rusiyanın gerbi var. Sizcə, o, bununla nə demək istəyir? Rusiya Qarabağla bağlı yeni layihəmi işə salıb?

- Rusiyadan Qarabağa gələn titullu, hətta sıravi adamların da gəlişində təsadüf yoxdur. Bu səfərlərin siyasi yükü çoxdur, istisnalar olsa da. O cümlədən Eduard Limonovun Qarabağ “səyahəti”. Limonovun qeydləri sadə səfər təəssüratı olsaydı, elə Qarabağın havasından, suyundan yazardı. Yox, Limonov Rusiyanın imperiya siyasətini açıq yazır: “Biz - Rusiya çox mütəvazi ölkəyik. Azərbaycanın üstünə qışqırıb ”Rədd ol, sürük buralardan, biz bu torpağı müstəqil Qarabağa veririk" deməkdənsə ağzımızı əski ilə yummuşuq". Rus yazıçısı, ictimai xadimi, siyasətçisi bizə it münasibətini göstərir. Rusiya rəhbərliyinə üzünü tutub deyir: “Slavyan qardaşımız Çernoqoriya NATO üzvü oldu. Qarabağ erməniləri - hər sinif otağında Rusiya Federasiyasının gerbini, rus yazıçısı Lermontovun portretini asan bu adamlar, bu yerlər bizə Çernoqoriya qarışıq hər şeydən vacibdir, bunlar bizə qardaşdan da yaxındır”. Bu sözlər sadə fikirlər deyil, NATO xatırlanırsa, elə o qədər də ağırlığı var. Və bu siyasi “sifariş” Rusiya siyasətinə yönəlib. Təbii, burda erməni milyonçuların pullarının da rolu var, Limonov cibində qüvvəsini itirmiş rus rublu ilə Qarabağa səfər etməyib, onun pulları dollarla artıqlaması ilə ödənib və “mahnını sifariş verən”, yəni erməni tərəf qol götürüb rəqsini də oynayır.

- Limonov səngərdən vaxtilə sizin də uğrunda döyüşdüyünüz Gülüstan kəndinə baxıb, 19-cu əsrdə burada imzalanan müqaviləni xatırladıb: Azərbaycanın bölüşdürülməsini. 21-ci əsrdə Qarabağın növbəti dəfə Rusiyaya birləşdirilməsi planımı işə salınıb? Bundan əvvəl Lavrov da “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” demişdi...

- Limonovun Gülüstan kəndinə gətirilməsi (!) də təsadüf ola bilməz. Nə oldu, Dağlıq Qarabağın yaşayış olan kəndlərinə deyil, Qarabağ ərazisi olan, amma keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt aidiyyəti olmayan Ağcakəndin yaşayış olmayan Gülüstan kəndinə gətirdilər, “hörmətli qonağı”? Məqsəd 1813-cü il Gülüstan müqaviləsini yada salmaq , Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi faktını təkrarlayıb, demək ki, “bizim buralara iddiamız Kuril adalarına iddiamızdan artıqdır” və əlavə olaraq “Gülüstan kəndi azad olunmağını gözləyir” xatırlatmaqdır.

“Rusiyanın yolunu Yalamada gözləyib yol göstərməyə hazır olanlara elə bu Limonovun yazısını oxutmaq, bu yazını onların gözünə soxmaq lazımdır”

Bir haşiyəyə çıxım: Gülüstan bizim yaylaq yerlərimiz olub, hələ o kənddən yuxarı Arabaduran yaylağı da. Şəfəqdən, Xarxaputdan yuxarıda yerləşir. Uşaq vaxtı qayalara, ağaclara adımızı yazmışıq. Şəfəqin müdafiəsində iştirak etmişəm, bir sutka mühasirədə qalmışam. Bir az da təsəllim var ki, o yerlərdə təkcə istirahət etməmişəm, həm də vuruşmuşam. O ki, qaldı Qarabağla bağlı Rusiyanın yeni planına, bu yeni deyil, az qala Birinci Pyotrun dövrünə gedib çıxır və indi də davam edir. Gülüstan müqaviləsi 1813-cü ilin oktyabrında imzalanıb. Yadınızdadırsa, məhz 2013-cü ilin 13 oktyabrında Zori Balayan da Vladimir Putinə sicilləmə bir məktub yazmışdı. Məktubda deyirdi ki, “...bir müdrik qərar ver, Vladimir Vladimiroviç, gəl Qarabağa, axı o, sizinkidir”. Nəyə işarədir? Qarabağı alıb bizə vermisən, indi gəl rəsmiləşdir! Bax neçə əsrlik siyasətin çağdaş mərhələsi budur. Lavrovun , Zaxarovanın açıq şəkildə Qarabağın Rusiyanın - ATƏT-in Minsk Qrupunun yox - işi olduğu barədə bəyanatları da bu siyasətin lokomotividir.

- Azərbaycanın bölüşdürülməsini xatırlamışkən bir məqamı da qeyd edək: Limonov Qarabağda rus nişanələrindən bəhs etməklə yanaşı, İranın bu bölgədəki fəaliyyətindən də bəhs edir...

- Bəli, Limonov İranı da yaddan çıxarmayıb. Yazır ki, ən çox qarşımıza çıxan İran seriyalı yük maşınları idi. Limonov soruşanda ki, nə var bu maşınlarda, cavab “hər şey” olub. İranın yekə-yekə “İslam həmrəyliyi” dediyi budur. “Beşinci kolon” deyilir ha, biləsiniz ki, az da deyillər, İranın “ətəyindən tutub ona pənah aparmaq” istəyənlərə, Rusiyanın yolunu Yalamada gözləyib yol göstərməyə hazır olanlara elə bu Limonovun yazısını oxutmaq - ifadəmə görə üzr istəyirəm - bu yazını onların gözünə soxmaq lazımdır! Demək lazımdır ki, alın, görün, ağa bildikləriniz düşmən ermənini necə qoynunda bəsləyir! Təəssüf ki, internetdə Limonovun yazısına baxmaq istəyəndə “sizin ölkədən girişi qadağandır” elanı ilə rastlaşırıq. Kimdən, nədən qoruyuruq bu yazını? Bizim camaat oxuyanda nə deyəcək ki? Rusiyanın, İranın siyasətini bilmirikmi? Rusiyanın, İranın Ermənistanın dostu olduğunu bilirik. Amma bilmək istəyirik ki, bəs bizim dostumuz kimdir? Deyirlər ki, Rusiya, İran bizim də dostumuzdur. Elə isə hanı Qarabağ? Bizim sözümüzü kim deyir, hansı dünya gücü bizim təhlükəsizliyimizə qarantdır?

- Bəs, Türkiyə?

- Türkiyə dünya gücü deyil və özü parçalanma təhlükəsi ilə üz-üzə qalıb, tarixinin gərgin günlərini yaşayır. Bizə əli çatası deyil. Müsəlman ölkələri? Allaha şükür, Qətər böhranı gözümüzün qabağında baş verir. Ukrayna, Gürcüstan da bizim kimi Rusiyanın sayəsində torpaq itkisinə məruz qalıb. Bu gün hər iki dövlətin Qərbin, ABŞ-ın simasında böyük müdafiəçisi var. 2008-ci ildə Sarkozi gəlib Medvedevdən Gürcüstanla müharibəni dayandırmağı tələb etdi. Ukraynaya görə Rusiyaya ağır sanksiyalar tətbiq edilib, bizim kimi arayışla kifayətlənməyiblər. Nə etməliyik? Biz də onlarla dost olmalıyıq. Dostluğun şərtləri, tələbi var - biz demokratik islahatlar etməliyik. Etməsək, bu islahatlarla yaranmış mənfi imicimizi dəyişməsək, nə Qarabağ məsələsinə, nə perspektiv təhlükəsizliyimizə qarant yoxdur!

- Azərbaycan digər təzyiqlərlə də üz-üzədir və son vaxtlar bu haqda çox danışılır. 2018-ci il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi təzyiq siyasəti hara qədər davam edə bilər? 2013-cü ildəki olaylar hansısa formada təkrarlana, Rusiyaya bağlı hansısa namizəd ortaya çıxa, şimaldan dəstəklənə, “beşinci kolon” hərəkətə keçə bilərmi?

- Rusiyanın təzyiqi hər zaman var, sadəcə olaraq, bunun azalan və yüksələn dövrləri olur və hər dəfə prezident seçkiləri öncəsi Azərbaycana təzyiq etməsi, tələblər irəli sürməsi də yenilik deyil. Amma, 2018-ci il seçkiləri ərəfəsində Rusiyanın təzyiqi hələ başlamayıb. Görünənlərsə jurnaldır, kino - təzyiq qarşıdadır. Bu müxtəlif formalarda özünü göstərəcək. Konkret namizədin simasında təzyiqə hələ vaxt var. “5-ci kolon” həm cəmiyyətdə, həm də hakimiyyətin içindədir. Təzyiqin bir forması, həm də daha təsirlisi Qarabağ cəbhəsidir. Amma, sizi inandırım ki, bunların mahiyyəti “xox” gəlməkdir, real hərəkət deyil. Azərbaycan indiyədək apardığı daxili və xarici siyasətilə Rusiya mövqeyindən kənara çıxmayıb. Rusiyanı qane etməyən nədir ki, Azərbaycanda hakimiyyət dəyişikliyi etsin? Bəzi istəkləri var, amma onların hamısına da əməl etmək mümkün deyil. Elə məsələlər var ki, nə qədər inert, biganə cəmiyyət olsaq da, bəzi qırmızı xətlərin keçildiyi halda reaksiya gözlənilməz ola bilər. Nədir o qırmızı xət, bu, başqa mövzudur.

- Azərbaycan ətrafında belə gərginliklərin yaşandığı bir dövrdə ölkədəki ictimai-siyasi qüvvələrin susqunluğu, bir az da proseslərə seyrçi münasibəti suallar doğurur. Sizcə, təhlükəsizliyimizə, müstəqilliyimizə təhdidlərin olduğu bir dönəmdə ölkədəki düşərgələrin vahid mövqedən çıxış etməsinə ehtiyac varmı, yoxsa seçkilər öncəsi bu, mümkün görünmür?

- Birincisi, ictimai-siyasi qüvvə dedikləriniz məhz illərdir aparılan siyasət nəticəsində susdurulduğundan bu “susqunluq” da təbii qarşılanmalıdır. İkincisi, sizcə, o qüvvələr etiraz edənlərin aqibətini görmürmü? Üstəgəl, cəmiyyətin özünün etiraz çağırışına seyrçi qalması da bu susqunluğu yaradan səbəbdir. Ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə yarandığı halda xalq kütlə şəklində, xaotik, heç bir siyasi tələb irəli sürmədən ayağa qalxa bilərmi? Bu gün mən onu görmürəm. Sabah isə hər şey baş verə bilər. Tunisdə də göysatanın özünü yandırmasına qədər yüzdən çox adam özünü yandırmışdı və heç bir reaksiya olmamışdı. Amma, birində oldu və “Ərəb baharı” adlanıb Liviya, Tunis, Misir kimi ölkələrdə hakimiyyət dəyişikliyinə, Suriyada müharibəyə səbəb oldu. Qorxu və xofla idarə etməyin bir sonu var. Dediyiniz “düşərgələr”in nə elə bir gücləri var, nə də vahid mövqedən çıxış etmək kimi siyasi iradələri. Olmayan şeyin 20 ildən çoxdur davası gedir.

- Administrasiyadakı son struktur dəyişikliklərinin davamlı olacağı, Nazirlər Kabinetini də əhatə edəcəyi barədə təxminlər söylənilir. Siz qarşıdakı dönəm üçün nə proqnozlaşdırırsınız? Ciddi kadr dəyişiklikləri gözləniləndirmi, yoxsa bu addımlar 2018-ci il seçkilərindən sonra atılacaq?

- Struktur dəyişikliyi hələ kadr dəyişikliyi deyil və yeni fiqur(lar) hələ ki bu dəyişiklikdə yoxdur. Nazirlər Kabineti və onun sədri Artur Rasi-zadə hökümətdə nisbətən işlək qurum və rəhbərdir. Sizə qəribə gəlməsin. Artur Rasi-zadə dilimizi pis bilə bilər, səlahiyyəti az ola bilər, amma o, işini bilən və görən kadrdır. Yəqin orda da yaşla əlaqədar müəyyən dəyişikliklər ediləcək. Amma bu, hələ islahat deyil, heç kadr islahatı da saymaq olmaz. Seçkidən sonra atılan addımın effekti olmayacaq. Uğurlu seçki kampaniyası üçün həm struktur - məsələn, ölkədə 9 vilayət yaradıb, rayon icra hakimiyyətlərinin funksiyasını və aparatın sayını azaltmaqla konkret işlər görmək olar. Mən birini dedim - həm kadr dəyişikliyini paralel aparmaq məqsədəuyğundur. Amma, açığını deyim ki, mən yaxın vaxtlar üçün ciddi kadr dəyişikliyini gözləmirəm.

- İlham bəy, bir sıra hallarda Rusiyaya yaxın olan hərbçilər, həmçinin rəsmi vəzifə tutan şəxslərlə bağlı araşdırılmaların aparılması zəruri sayılır. Belə olan təqdirdə KQB arxivlərinin açılması bəlkə daha normal olardı, yoxsa bu, təhlükəlidir?

- Təxminən sualın hansı sarı simə vurulduğuna, cəbhə xəttində baş verən son xəyanətlərdən sonra cəmiyyətdə kimlərin adlarının hallandığına, “5-ci kolon”un mümkün himayədarlarının kimlər olduğuna işarə edildiyini anlayıram. Amma, bu işlərin KQB arxivlərinə heç bir dəxli yodur. Araşdırılsın, amma dedikləriniz barədə arxivdə heç nə yoxdur, yəni bizim əlimizdəki arxivdə bu kateqoriya insanlar haqqında lazımi sənəd tapmayacaqsınız. Onların barəsindəki məlumatlar Rusiyadadır, bizim arxivdə deyil. Fəaliyyətdə olub iş, tapşırıq yerinə yetirənin sənədləri gündəlik seyflərdə olur, arxivə göndərilmir. Federal Təhlükəsizlik Xidməti ABŞ seçkilərinə təsir edirsə, deyirsiniz bizdə adamları olmayacaq? Biz “bərk qoz” deyilik.

- Son zamanların ənənəvi sualını verim: “MTN” işinin sonucunu necə görürsünüz?

- (Gülərək) Gül kimi söhbət edirdik... Jurnalistlərin mənə ünvanladığı ən çox sual budur, mənim də cavabım məlumdur. Molla Nəsrəddinin sözü olmasın “külək belə əsirsə, heç nə”, sonuc olmayacaq. Bir-ikisi intihar edəcək - edib də - bir-ikisinə də iş verib, sonra əfv edəcəklər. Filmin sonu bu küləkdə olmayacaq. Sonu tarix verəcək...(musavat.com)
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb