“Körpüləri yandırmaq lazım deyil”
Oxunub: 2212
22 Aug 2016 | 17:54
“Körpüləri yandırmaq lazım deyil”
Moderator.az BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəylinin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Elçin bəy, son günlər Türkiyə-Rusiya əlaqələrinin normallaşması fonunda Ankaranın ənənəvi müttəfiqləri, o cümlədən ABŞ-la mübasibətlərində gərginliyin yaşandığı müşahidə olunur. Nə baş verir? Sizcə Türkiyə-ABŞ münasibətlərində yaranmış çat hansı nəticələrə gətirib çıxara bilər?

- Öncə qeyd edim ki, biz Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının tərəfdarıyıq. BAXCP Rusiyaya məxsus hərbi təyyarə vurulanda bunun yanlış bir qərar olduğu barədə açıq şəkildə mövqe sərgiləyən azsaylı siyasi təşkilatlardan biri və bəlkə də birincisi idi. Təyyarə olayından sonra partiyamızın sədri, millət vəkili Qüdrət Həsənquliyevin açıqlamalarına diqqət yetirsəniz, proseslərin necə dəqiq qiymətləndirildiyinin şahidi ola bilərsiniz. Maraqlıdır ki, həmin dövrdə emosional bəyanatlarla çıxış edənlər, hərbi təyyarənin vurulmasını tarixi hadisə kimi qiymətləndirənlər, indi Rusiya-Türkiyə münasibətlərinin inkişaf perspektivləri barədə bəlağətli açıqlamalar verirlər. Biz isə hər zaman olduğu kimi öz yerimizdə və mövqeyimizdəyik. Nə 5 addım irəliyə, nə də 10 addım geriyə atılmırıq. Prosesləri soyuqqanlı şəkildə dəyərləndirib nəticə çıxarırıq və zaman da çıxardığımız nəticələrin doğruluğunu sübuta yetirir. Bu baxımdan, yenə də hesab edirik ki, Rusiyaya məxsus təyyarənin vurulması və hadisədən sonra verilən emosional bəyanatlar nə qədər yanlış idisə, ABŞ-la münasibətləri qırılma nöqtəsinə gətirib çıxara biləcək davranışlar da bir o qədər yanlışdır. Türkiyənin xarici  siyasətində qısa bir zaman kəsiyində nəzərə çarpan kəskin ləngərləmələr qardaş ölkəyə yaxşı heç nə vəd etmir. ABŞ dünyanın super gücüdür və bu reallığın qısa bir zaman ərzində dəyişə biləcəyi də inandırıcı deyil. İndiki məqamda rəsmi Ankaranın nə istədiyi aydın deyil. Qiyam yatırıldı, nəticələrin aradan qaldırılması isriqamətində səylər göstərilir. Amma bu səylərin yeni kataklizmlərə yol aça biləcək davranışlarla müşahidə olunması bizim qənaətimizə görə uğurlu yanaşma deyil. Kimsəyə sirr deyil ki, qiyamı hazırlayanların əsas məqsədi Türkiyəni xaosa sürükləməkdən ibarət idi. Bu mənzərə zaman keçdikcə daha aydın görünür. O zaman yeni kataklizmlərə yol aça biləcək addımların atılmasına nə ehtiyac var? Türkiyəni haldan-hala salmaq, daim gərginlik içərisində saxlamaq kimə və nəyə lazımdır? Nə siyasətdə, nə də şəxsi münasibətlərdə körpüləri yandırmaq lazım deyil. Sonra elə bir situasiya yarana bilər ki, üzərindən keçmək məcburiyyətində qala bilərsən. Necə ki, Rusiya ilə bağlı məsələlərdə bunun şahidi olduq. 
Bu baxımdan Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinin də doğru olmadığını düşünürük. Qiyama uğursuz cəhddən asılıb qalmaq lazım deyil. Belə hadisələrin baş verməməsi üçün yanlışlardan nəticə çıxarmaq, Türkiyənin ənənəvi müttəfiqləri və tərəfdaşları ilə münasibətlərinin normallaşması istiqamətində ölkənin potensialına və imkanlarına uyğun davranışlar sərgiləmək lazımdır.  

- ABŞ-ın vitse prezidentinin Türkiyəyə səfəri münasibətlərin normallaşmasına zəmin yarada bilərmi?

- Co Baydenin səfəri kritik xarakter daşıyır və qənaətimə görə, bu səfərdən sonra Türkiyə-ABŞ münasibətlərində ciddi bir tənzimlənmə mərhələsi başlaya bilər. Ankaranın Türkiyənin ənənəvi siyasətində 180 dərəcəlik dəyişiklik etməsi mümkün deyil. Bunun çox ağır nəticələrə yol aça biləcəyi şübhə doğurmur. İndiki halda Türkiyənin regionda maraqların uzlaşdırıcısı rolunda çıxış etməsi daha məqsədəuyğun olardı. 

- Elçin bəy, BAXCP referdumda iştirak üçün təşəbbüs qurupu yaratmadı. Partiyanın son proseslərdə fəal iştirak etməməsinin səbəbi nədir?

- Partiyamızın ölkəmizin siyasi həyatında fəal iştirak etmədiyini düşünmürəm. Əksinə, BAXCP bu gün ölkənin siyasi həyatında və beynəlxalq aləmdə baş verən bütün proseslərə çevik və dəqiq reaksiya verir, ictimaiyyətin diqqətini milli maraqlarımız üçün əhəmiyyət kəsb edən hadisələrə yönləndirməyi bacarır. Təşəbbüs qrupunun yaradılmaması ilə bağlı BAXCP sədri partiyanın mövqeyini açıqlayıb. Bunu təkrarlamağa ehtiyac duymuram. Onu da qeyd edim ki, referdumla bağlı ilk qiymətləndirmə də partiyamızın lideri tərəfindən dilə gətirilib. İndiki şəraitdə ölkənin təhlükəsizliyi, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin olunması bizim üçün də prioritet məsələlərdir. Dünyada və regionda baş verən çağırışlara cavab vermək üçün atılan bütün addımları müsbət dəyərləndiririk və bu məsələlərlə bağlı mövqeyimizi də açıq şəkildə ifadə edirik.

- Partiyadakı fəaliyyətiniz necədir? Son zamanlar partiya funksioneri kimi fəaliyyətinizin qabarıq şəkildə nəzərə çarpmamasının səbəbi nədir?

- Biz Azərbaycanın siyasi mühitində, xüsusilə də müxalifət düşərgəsində kök salmış ənənəvi partiya funksioneri anlayışından çox uzaqıq. Bu özünütəcridə gətirib çıxarır. Bütün partiyalar, o cümlədən BAXCP cəmiyyətin bir parçasıdır və cəmiyyətlə iç-içə olmalıdır. Əgər BAXCP-də mənim daha geniş miqyasda fəaliyyət göstərməyim üçün imkan yaradılırsa, yaradıcılıq imkanlarımı, potensialımı gerçəkləşdirməyimə hər hansı bir “siyasi partiya marağı” bəhanəsi ilə məhdudiyyətlər qoyulmursa, bunu yanlız alqışlamaq lazımdır. Deməli qarşılıqlı etimad və sayğı var. Mənim partiyamızın liderinə və əqidə yoldaşlarıma etimadım və sayğım sonsuzdur, onların da mənə. Bizi 15 ildir bir arada saxlayan, bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxmağımıza zəmin yaradan, bütün qarayaxma və böhtanlara qarşı sabit bir mövqe sərgiləməyimizə imkan verən də elə bu qarşılıqlı etimad və sayğıdır. Biz bir-birimizin uğurlarına sevinməyi, uğursuzluqlarımıza isə üzülməyi bacaran adamlarıq. İllərdir siyasətdəyik... Çox şey qazanmışıq, çox şey də itirmişik. Amma insanlığımızı itirməmişik. Siyasət gəldigedərdi. İnsanlıq və dostluq isə əbədi anlayışlardır. Siyasət adamları öz davranışları ilə həm də nümunə olmalıdırlar. Bizim partiyanın konsepsiyası da elə bundan ibarətdir. Əslində çox sadədir. Amma kiçik dostluqları qoruya bilməyənlər böyük amallar uğrunda mübarizə apara bilməzlər. Sualımıza görə təşəkkür edirəm. Çünki mənim üçün vacib olan bir sıra məqamlara ilk və son dəfə aydınlıq gətirmək imkanı qazandım.  O ki, qaldı partiya funksioneri kimi fəaliyyətimə, biz hamımız Azərbaycanın müqəddəs İstiqlalına xitmət edirik. BAXCP-nin sədrindən başlamış sıravı üzvlərinədək. Və bu yolda hər addımda siyasi partiya mənsubluğumuzu xatırlatmaq kimi bir əndişəmiz və narahatlığımız yoxdu. Məşhur bir el məsəlində deyildiyi kimi: “Şah da bilir Şirvan türkdü”. Yəni özümüzü millətimizin və dövlətimizin yanında olanlardan, millətimizin və dövlətimizin yanında olanları da özümüzdən bilirik. 
Oxşar xəbərlər
01:33, Bu gün
"Qiyamət günü buzlağı" nə zaman dağılacaq?" - Alimlərdən proqnoz
20 Sep 2024 | 23:39
“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır
20 Sep 2024 | 23:08
Südlü düyü sıyığı enerji bombasıdır
20 Sep 2024 | 23:00
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
20 Sep 2024 | 22:55
“Elə bilirlər ki, mən bunu istəmirəm”- Fədayə Laçına niyə fəxri ad verilmir?-AÇIQLAMA
20 Sep 2024 | 22:55
Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!
20 Sep 2024 | 22:51
MAQATE Konfransı Rusiyaya Zaporojye AES-i dərhal Ukraynanın nəzarətinə qaytarmağa çağırış edib
20 Sep 2024 | 22:50
“Red Bull” onu qovacaq? – Özü də bilir ki…
20 Sep 2024 | 22:45
İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
20 Sep 2024 | 22:40
"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik
20 Sep 2024 | 22:32
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
20 Sep 2024 | 22:27
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı...
20 Sep 2024 | 22:20
Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir
20 Sep 2024 | 22:16
“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL
20 Sep 2024 | 22:08
Polis rəisi hakimi öz otağında qətlə yetirdi
20 Sep 2024 | 22:00
Yuxu problemi nədən qaynaqlanır?
20 Sep 2024 | 21:43
“Onlar monitor arxasında şirə dönən səviyyəsiz adamlardır” - QALMAQAL
20 Sep 2024 | 21:35
"Qarabağ" "Neftçi"ni darmadağın edir - Canlı
20 Sep 2024 | 21:30
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
20 Sep 2024 | 21:25
Sürücülərə XƏBƏRDARLIQ
20 Sep 2024 | 21:21
"Rusiya ordusu cinayətkarlar bandasına çevrilib" - Rusiya Dövlət Dimasında kommunist deputatdan etiraz
20 Sep 2024 | 21:20
“Putin zarafat edib” - Lavrov
20 Sep 2024 | 21:18
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
20 Sep 2024 | 21:17
"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
20 Sep 2024 | 21:13
İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq
20 Sep 2024 | 21:00
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
20 Sep 2024 | 20:50
Yeməyin xarab olmaması üçün soyuducuda belə saxlayın
20 Sep 2024 | 20:43
SOCAR BP ilə memorandum imzaladı
20 Sep 2024 | 20:35
Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR
20 Sep 2024 | 20:27
Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu
20 Sep 2024 | 20:19
Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
20 Sep 2024 | 20:12
Orduda silsilə tədbirlər keçirildi
20 Sep 2024 | 20:09
Kamala Harris Putini Batı xanla müqayisə edib
20 Sep 2024 | 20:05
Zelenski İrana sanksiya tətbiq etdi
20 Sep 2024 | 20:00
Hazal Kayanın toydakı geyimi tənqid olundu - VİDEO
20 Sep 2024 | 19:55
ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV
20 Sep 2024 | 19:48
Ülviyyə çəkiliş meydançasında əsəbiləşdi! - VİDEO
20 Sep 2024 | 19:40
Axşam nə yeyək ki kökəlməyək?
20 Sep 2024 | 19:33
Xoşqədəmə itkin düşən Rasimin müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ
20 Sep 2024 | 19:25
30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - FOTO
20 Sep 2024 | 19:20
Hizbullahdan İsrailə cavab reaksiyası
20 Sep 2024 | 19:15
ABŞ Azərbaycana daha 2 minaaxtaran it göndərdi - FOTO
20 Sep 2024 | 19:08
Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"
20 Sep 2024 | 19:00
İnsultdan qorunmaq üçün ağlagəlməz üsul
20 Sep 2024 | 18:55
Konqresdə ölkəmiz “hədəf”ə alındı
20 Sep 2024 | 18:48
Balın uşaqlar üçün təhlükəsi nədir?
20 Sep 2024 | 18:40
Pensiya alanlara ŞAD XƏBƏR
20 Sep 2024 | 18:33
Bərdədə kişi arı sancması nəticəsində öldü
20 Sep 2024 | 18:25
Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sep 2024 | 18:20
Məhkəmədə öpüş yolu ilə sevgilisinə narkotik vermək istədi
20 Sep 2024 | 18:13
Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirə qatılacaq
20 Sep 2024 | 18:05
Ən sağlam çay növü müəyyən edilib
20 Sep 2024 | 18:00
Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...
20 Sep 2024 | 17:55
İcma: "Bu ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür"
20 Sep 2024 | 17:50
Ədalət təmsilçimizdən YÜKSƏK NƏTİCƏ: Azərbaycanın karate tarixində bir ilk – FOTOLAR
20 Sep 2024 | 17:45
“Ermənistan Zəngəzur dəhlizinə razı olmasa, sabitlik pozulacaq” – Cavanşir Feyziyevlə müsahibə
20 Sep 2024 | 17:43
Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - Fotolar
20 Sep 2024 | 17:39
"Biz tezliklə qaniçən və cinayətkar sionist rejiminin məhvinin şahidəri olacağıq " - SEPAH komandanı
20 Sep 2024 | 17:35
Bilal Qəhrəmanovun qalıqları Gədəbəydə dəfn edildi - FOTO
20 Sep 2024 | 17:32
“Mətbuatımız heç vaxt xalqa 44 günlük Vətən müharibəsindəki qədər yaxın olmayıb”
20 Sep 2024 | 17:30
Bu yolda avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
20 Sep 2024 | 17:26
Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da - FOTO
20 Sep 2024 | 17:21
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…
20 Sep 2024 | 17:17
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO
20 Sep 2024 | 17:12
Nura Suridən Almaxanıma DƏSTƏK: "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
20 Sep 2024 | 17:07
İlham Əliyev onları təltif etdi - SİYAHI
20 Sep 2024 | 17:02
Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20 Sep 2024 | 16:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
20 Sep 2024 | 16:56
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
20 Sep 2024 | 16:50
Pənahəli xanın ocağından görüntülər - VİDEO
20 Sep 2024 | 16:46
"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... "- Almaxanımdan daha bir qalmaqallı AÇIQLAMA
20 Sep 2024 | 16:41
İlkin də bu yoldan şikayətçidir - FOTO
20 Sep 2024 | 16:37
Prezident Qarabağ Universitetində çıxış etdi - VİDEO
20 Sep 2024 | 16:33
"Livandakı partlayışlar terror aktının tamamilə yeni növüdür" - Zaxarova
20 Sep 2024 | 16:28
Köpək balığı qadını parçaladı - DƏHŞƏT!
20 Sep 2024 | 16:24
Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO
20 Sep 2024 | 16:20
Cavanşir Məmmədovun bloger nəvəsi özünə ev aldı
20 Sep 2024 | 16:16
19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə bağlı ŞOK iddia - Katibəsi ilə cinsi...
20 Sep 2024 | 16:10
"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ
20 Sep 2024 | 16:05
Milyonlarla manat pul, mindən çox bank kartı, 110 mobil nömrə - Azərbaycanda ŞOK ƏMƏLİYYAT - VİDEO
20 Sep 2024 | 16:00
Türk aktyor erməni sevgilisindən ayrıldı - FOTO
20 Sep 2024 | 15:55
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO
20 Sep 2024 | 15:50
"Bayden Putini ruhlandırır, Şolts kimi "əsəbi zəif olanları" qorxudur" - "The Economist"
20 Sep 2024 | 15:44
Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - ANBAAN VİDEO
20 Sep 2024 | 15:38
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
20 Sep 2024 | 15:32
Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
20 Sep 2024 | 15:26
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
20 Sep 2024 | 15:20
Bürclərə TÖVSİYƏ: Oktyabrın 5-dək həyatı dəyişdirən qərarlar verməyin
20 Sep 2024 | 15:15
Livanda “peycer terroru”nun sirli tərəfləri - Dünyanı gözləyən YENİ TƏHLÜKƏ - ŞOK FAKTLAR
20 Sep 2024 | 15:11
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?
20 Sep 2024 | 15:06
Eminin xanımı lüks qarderobunu göstərdi - FOTOLAR
20 Sep 2024 | 15:00
Nazir xanım polkovniki buna görə vəzifədən azad etdi
20 Sep 2024 | 14:55
Xuramanın oğlunun səhhəti pisləşdi - FOTO/VİDEO
20 Sep 2024 | 14:50
Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - FOTO/VİDEO
20 Sep 2024 | 14:45
"Ukrayna elə indi NATO-ya qəbul edilməlidir" - Boris Conson
20 Sep 2024 | 14:40
“Prens”in yaradıcısı, azərbaycanlı biznesmenlə MÜSAHİBƏ - FOTOLAR
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 14:35
Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı - VİDEO
20 Sep 2024 | 14:31
Rayonlarda pensiya ödənişi niyə gecikir? - Rəsmi CAVAB
20 Sep 2024 | 14:27
Benzinin qiyməti qalxdı! - 2,03 AZN
GÜNLÜK
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...
HƏFTƏLİK
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
18 Sep 2024 | 23:03
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 08:35
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 17:10
Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR… – DOSYE
AYLIQ
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...