“Xanımıma gül almağa cibimdə bir manatım olmadı...”
Oxunub: 5276
29 Jul 2016 | 19:37
“Xanımıma gül almağa cibimdə bir manatım olmadı...”

Moderator.az dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Şeyx Əbdül Mahmudbəyovla söhbətin ikinci hissəsini təqdim edir.


Söhbətimizin birinci hissəsini bu linkdən (//www.moderator.az/news/145967.html) oxuya bilərsiniz.

 

II hissə


Hacıbalaya tərəfkeşlik edənlər də mənimlə düşmənçilik aparır...


“Şeyx Əbdül heç kimin düşməni deyil və heç kiminlə də düşmənçiliyi yoxdur. Kim də mənim adımdan danışırsa, ünvanıma nə deyirsə, Allah onun bəlasın verəcək. Mənimlə işiniz olmasın, gəlin iş görək. Mən də sizin kimi məddahlıqla, yaltaqlıqla özümə gün ağalaya bilərdim. Bu günlərdə mənim xanımımın, nəvəmin doğum günü idi. Onlara bir dənə gül almağa belə cibimdə bir manatım yox idi.

İndiyəcən qazandığım bircə evim var idi. Onu da Qış Parkında yeraltı qaraj tikiləndə Hacıbala adlı kimliyi, mənsubiyyəti, əxlaqı, gördüyü işlər heç kimə bəlli olmayan birisi uçurtdu. Gecənin bir aləmində zəlzələ təkanı ilə evimizdən bayıra qaçdıq. Məlum oldu ki, yerin altında aparılan qazıntı işlərini düzgün qurmadıqlarından evimiz dağılıb. Tikintini aparan şirkətin iş icraçısı gəlib üzr istədi, dedi dərhal aidiyyati quruma xəbər verəcəyik və probleminizi həll edəcəyik. Ancaq üstündən bir həftə keçdi səs-soraq çıxmadı, sonra ANS çəkib efirə verdi. Sujet gedən kimi Baksovetdən, icra hakimiyyətindən, MİS-dən nümayəndələr gəldi və dedilər ki, 10-15 gündən sonra sizi buradan köçürəcəyik. Həmin gün axşam mənə Hacıbala özü zəng vurdu. Dedi ki, narahat olma, hər şeydən xəbərim var, iki balamın ölmüşünə beş-on günə hər şey həll olunacaq. Üstündən bir ay keçdi, gördüm ki, məni məhkəməyə verib. Məhkəmə oldu, 25 faiz mənim xeyrimə qərar çıxartdılar. Daha sonra Apelyasiya Məhkəməsinə etiraz verdilər və bu dəfə də 35 faiz mənim xeyrimə qərar verildi. Sonra da Ali Məkhəməyə verdilər və Ali Məhkəmə də mənim xeyrimə çıxarılan qərarı 50 faiz elədi. Bir ilə yaxındır ki, əlimdə 3 məhkəmə qərarı, həmçinin mövcud olan bütün sənədlərlə ortada qalmışam. İcra strukturları da Hacıbaladan qorxur, qaçır. Hacıbalaya tərəfkeşlik edənlər də mənimlə amansız düşmənçilik aparırlar, hara gedirəmsə, qapıları üzümə bağlayırlar.

İstəyirlər ki, mən bezdirsinlər və mən də Avropaya üz tutum. Amma bilsinlər ki, ölsələr də mən əxlaqsız, mənəviyyatsız  Avropa qapılarına düşüb Azərbaycanın dövlətçiliyini, imicini biabır etməyəcəm. Mən bu millətin elminə, tarixinə, mədəniyyətinə, kinosuna xidmət edirəm, hansısa Hacıbalaya görə Avropada bizə düşmən olan təşkilatların qapısında yatmayacam”.

 

Hacıbalayla aramızda heç kimin bilmədiyi bir məsələ var...


“Hacıbalayla aramızda heç kimin bilmədiyi bir məsələ var və o elə bilir ki, mən həmin məlumatı mətbuata çıxaracam. Ona görə məni gözdən salmağa çalışır, ancaq bilmir ki, mən onun kimi adam deyiləm. O bizim aramızda olan kişi söhbətidir və heç vaxt onu mətbuata çıxartmaram. Ancaq söz vermişəm ki, inşaallah onun məhkəməsində hər şeyə tüpürüb onun üzünə duracağam. Çünki onun xalqa etdikləri mənim gözümün qabağında olub, ələlxüsus da Bakıya, Bakı camaatına.  Bu insan o qədər mənəviyyatsız, yarasız, qeyri səmimi adamdır ki, hamıya mən ona hər şey təklif edirəm, amma razı olmur deyir”.


Mədət Quliyevə müraciət edəcəm...


“İndiyəcən 3 dəfə prezidentə müraciət etmişəm, ancaq it-bat olub, prezidentə çıxmayıb. Bu günlərdə Ali Məhkəmənin sədrinə də müraciət hazırlamışam. Prezidentlə aramızda Çin səddi qurulduğuna görə, Mədət Quliyevə müraciət hazırlayıram. Mədət müəllimlə görüşüb ondan xahiş edəcəm ki, mənim dediklərimi prezidentə çatdırsın. Buna mənim haqqım var, çünki prezident mənə Əməkdar incəsənət xadimi adını verib, Dövlət Mükafatı laureatıyam. Bu gün Dövlət Mükafatı laureatı dövlət televiziyasına buraxılmır. Bunun da səbəbini Mədət müəllimdən soruşacağam. Əgər düşmənəmsə, xəyanətkaramsa, məni niyə həbs etmirlər. Yox əgər kimlərinsə şəxsi marağına qurban edilirəmsə, şəxsi-qərəzliyin güdazına gedirəmsə, kimsə vəzifəsindən sui-istifadə edərək məni əzməyə çalışırsa, o zaman xahiş edirəm məni müdafiə etsinlər. Elə etməsinlər ki, mən özüm fərdi şəkildə ailəmin, halal zəhmətlə qazandığım mülkümün müdafisəsinə qalxım. Mədət müəllimi qeyrətli, milli ruhlu biri kimi tanıyıram, ona görə ümid edirəm ki, o, nəsə edəcək”.


Ziya Səmədzadənin səsi niyə çıxmır...


“Daha sonra deputatımız Ziya Səmədzadəyə müraciət etmək istəyirəm. Axı mən ona səs vermişəm, o mənim qanuni vəkilimdir. Nəyə görə indi onun səsi çıxmır, niyə susur? Axı mənim səs vermədiyim millət vəkilləri mənə dəstək çıxırlar, münasibət bildirilər. Qorxur ki, qızı Aygün Səmədzadənin bir mahnısını efirə buraxmazlar? Burada söhbət ağsaqqal bir sənətkarın, təpədən dırnağa milli ruhda olan bir insanın ailə faciəsindən gedir.

 

Bu gün mənə irad tuturlar ki...


“Bu gün mənə irad tuturlar ki, sən nə çox milli-mənəvi dəyələrdən danışırsan. Əvvəla qeyd edim ki, hər şeyin bir düsturu, açılışı var. Söhbət əgər mənəvi-dəyərdən gedirsə, millət yoxdursa, onun hansı mənəvi dəyəri ola bilər? Deməli, birinci növbədə millət olmalıdır, millət formalaşmalıdır, təkamüllə inkişaf etməlidir və nəhayət zamanla, ictimai-siyasi mühit dəyişdikcə millətlər də artıq oturuşmuş olur. Millətlər də milli-mənəvi dəyərlərini, idarəçilik sistemlərini formalaşdırırlar. Bizim mənsub olduğumuz xalq dünyanın ilk yaradılışında mövcud  olan xalqdır. Azərbaycan ərazisi günəş sistemindədir və burada hər şey müqəddəsdir. Bütün elm, mədəniyyət burdan başlayıb. Adəm peyğəmbər də, İbrahim peyğəmbər də burda olub, təkallahlılıq da buradan başlayıb. Bununla bağlı əlimizdə faktlar var. Türklər zaman-zaman bütün dünyaya bəs edəcək, dərs olacaq qədər dünyanın sivilizasiyalarını formalaşdırıblar. İstəsələr də, istəməsələr də bu faktdır. Peyğəmbərimiz də buyurub ki, türkün dilini öyrənin, gələcək türkündür. Peyğəmbər buyurudu ki, mən Allahın dərgahına gedəndə türk oğlu at belində savaşa gedən kimi gedirdim. Deyirdi ki, türk yatmış bir nəhəng öküzdür, onu oyatmayın, sonra qarşısında dayana bilməyəcəksiz. Mən inanıram ki, dünyanın ilk milləti olan və ilk mədəniyyətləri formalaşdıran, ilk mənəvi dəyərləri, idarəçilik sistemini yaradan türklər inşaalah yenə də mütləq hakim olacaq. Buna qəti şübhəniz olmasın, sadəcə bu zaman kəsiyində bizim boynumuza düşən vəzifə ondan ibarətdir ki, özümüzü tanıdaq. Kimliyimizi bilək və onu ağılla, şüurla, erməni kimi yalan uydurmadan, konkret faktlara söykənərək bütün dünyada təbliğ edək. Bu yerdə dövlətin çox ciddi nəzarəti olmalıdır. Bura xidmət edənlər şəxsi, qohum əqrəba, tayfa münasibətlərini, şəxsi qərəzliyi kənara qoymalıdır”.

 

Mən bunların da davasını döyürəm”¦


“Dünya səsdən, muğamatdan yaranıb və onun da beşiyi başında biz dururuq. O səslər, 7 səs, 7 ritm, 7 avaz bizə məxsusdur, o cümlədən də rəssamlıq sənətində 7 rəng də bizə məxsusdur, ona miniatur janrı deyirlər. Onun da başında Seyid Əli, Seyid Məhəmməd, Behzad kimi böyük sənətkarlar dayanırlar. Bu gün bütün dünyada ad-san qazanmış Betxovenlər, Ştrauslar, Şultslar, Baxlar hamısı bizim icad etdiyimiz 7 səslə, 7 notla işləyir. 7 notu bizim babamız 1300-cü ildə kəşf edib. Əbdül Qədir Marağayiyə məxsusdur, əlimdə sənədlər var. Ondan əvvəl Seyid Yəhya Bakuvinin səs elmiylə bağlı bir neçə tədqiqat işləri var. Səsi aparıb Allaha bağlayırlar, çünki muğamat yaganə səsdir ki, əvvəli var, axırı yoxdur. Məhz bizim dilimizdə olan sait və samit səslərin üzərində qurulub. Hər dəfə instituta gedəndə deyirəm ki, sizdən xahiş edirəm “ğ”, “g”, “h” hərflərini qoruyun, öldürməyin, “qonaq”, “otaq” deməyin. Otaq deyə-deyə metallaşırıq, cazlaşırıq, repləşirik, klassik səsimiz yavaş-yavaş ahəngini itirir. Mən bunların da davasını döyürəm”.


Ən dəhşətlisi də odur ki”¦


“Bu gün ailə institutumuz məhv edilir, boşanmaların sayı durmadan artır, cavanlarımız azad münasibətə üstünlük verirlər. Və mən bunları bir ağsaqqal olaraq şəxsi faciəm qədər yaşayıram. Bunların qarşısını almaq üçün nələr etdiyimi bir allah bilir. Televiziyalarda, radiolarda, institutlarda görüşlərim olur və buna qarşı təbliğat aparıram.

Bir xəstəliyi müalicə etmək üçün ilk növbədə düzgün diaqnozu qoyulmalıdır. Bugünkü cəmiyyətimizin planlı şəkildə məhv edilməsinin birinci səbəbi də, yəni diaqnozu təhsilin çox pis vəziyyətdə olmasıdır. Hələ də başa düşmürəm ki, özəl universitet nə deməkdir və kənddə dana, inək satmaqla orada uşaq oxudanların məqsədi nədir? Bu cür təhsil sistemi, bu cür ideologiya nəyə lazımdır axı? Bu təbliğat bizi hara aparır və arxasında kimlər dayanır, məqsədləri nədir?

Biz əl-ələ verib yaxşı dəyərlərimizi saxlamalıyıq axı, əgər ondan yaxşısı varsa, gəlin onu qəbul edək. Yoxsa uzun tarixə söykənən dəyərlərimizi silib, dağıdırıq və əvəzində də heç bir şey yoxdur, onurğasız vəziyyət yaranıb, hərə ağzına gələni danışır. Ən dəhşətlisi də odur ki, heç kim o şəxsi mənindən, dəyərlərindən, intellektual səviyyəsindən çıxış edərək danışmır. Hamı vəzifənin altından danışır. Mən beş-üç il vəzifədəyəmsə, dediklərim də Quran ayəsidir, icra olunmalıdır. Səhər də xəyanətkar kimi vəzifədən atılır. Bu millətin də 10-15 ili həmin filankəsin mənəm-mənəmmliyinin, hegemonluğunun qurbanı olur. Bəs biz o vaxtı necə bərpa edək, dəymiş ziyanları hansı yolla özümüzə qaytaraq?”

 

Bu barədə prezident sərəncam verməlidir ”¦


“Milli ideologiyamız mütləq qorunmalıdır və bu iş mütləq namuslu, qeyrətli, içində milli ruhu olan adamlara tapşırılmalıdır. Ölkənin sayılıb-seçilən   ağsaqqalları, ağbirçəkləri, elm, sənət, mədəniyyət fədailəri bu işdə iştirak etməlidir. Vəzifəsi, biznesi, maddi maraqları olan adamlar yox. Və bütün bunların hamısı vahid bir mərkəzdən nəzarətə götürülüb, idarə olunmalıdır. Bu bir məsləhət şurası xarakteri daşımalıdır və bu məsləhət şurası təxribatla yox, sırf xalqa məşğul olmalıdır. Bu zaman da qərəzə, tamaha, yerlibazlığa, qohumbazlığa, ögey-doğmalığa yol verilə bilməz. Çünki kollektiv müzakirə olunmalıdır və kollektiv müzakirənin də nəticəsi əsaslı şəkildə, konkret dəlil və sübutlara istinadən ölkə başçısına təqdim edilməlidir. Və prezident də bu barədə sərəncam verməlidir, çünki bu xalqın qarantı prezidentdir”.

 

Rumiyyə MİRASLAN

 

Oxşar xəbərlər
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər