“Aprel döyüşlərində şəhid olanlara Milli Qəhrəman adı verilsin” -Şəhid anasının son istəyi
Oxunub: 12855
21 Jul 2016 | 22:59
“Aprel döyüşlərində şəhid olanlara Milli Qəhrəman adı verilsin”  -Şəhid anasının son istəyi
O qəhrəman (oğullarımız vətən yolunda şəhid olur, anaları isə qəhrəman) anayla uzun müddət idi ki, görüşmək istəyirdim, ancaq özümdə cəsarət tapa bilmirdim. “Onunla necə danışa bilərəm ki, ürəyinin bala yarasına toxunmayım, incitməyim”- deyə tərəddüd edirdim onunla görüşməyə. Ancaq hər dəfə profil rəsmindəki şəhid balasının gözləriylə qarşılaşanda içimdən bir hiss məni təkid edirdi ki, mütləq danışmalıyam o anayla. Ən azı ona çatdırmalıyam ki, biz də sizin balanızıq, siz bir övladınızı Vətənə qurban verib, bizim kimi milyonlarla övlad qazandınız. Əbdülməcid tək sizin yox, bütün Azərbaycanın oğlu, qardaşı oldu. Nəhayət ki, cəsarətlənib Sumqayıta, aprel döyüşlərində canını vətən yolunda qurban etmiş şəhid Əbdülməcid Axundovun anası Ceyran xanımla görüşə yollandım. Ceyran xanımla görüşümüzü evlərində, Əbdülməcidin böyüdüyü evdə planlaşdırdıq. Evin hər divarı, hər hissəsi şəhidimizin xatirələriylə bəzədilmişdi sanki, hətta onun adına bir guşə də yaradılmışdı evdə. 
Ceyran anayla söhbətimizə Əbdülməcid Axundovun Məcidin (Ceyran xanım oğluna həmişə belə xitab edir) uşaqlıq illərindən danışmaqla başladıq.


- Məcid anadan olanda qeyri adi uşaq idi, onda qız gözəlliyi vardı. Toppuş,  qırmızı yanaqlıydı, o qədər şirin idi ki, həyətə düşəndə qucaqdan- qucağa gəzirdi. Harasa gedəndə, qonşu qadının yanına qoyurdum Məcidi. O qadın indi xəstədir, Məcidin şəhid olduğunu eşidib zəng vurmuşdu, mənimlə o qədər ağladı ki, çox pis olmuşdu.  Deyir yadındadı necə şirin uçaq idi, necə çox istəyirdim, uşaqlar onun üstünə təpinən kimi acıqlanırdım, deyirdim Məcidə dəyməyin. Bağçaya gedəndə müəllimlər Məcid onların qrupuna düşsün deyə dava eləmişdi. Hər yerdə Məcidimi çox istəyirdilər. Uşaqlarımı çox təmiz, səliqəli saxlayırdım deyə istəyirdilər ki, onların qruplarına düşsün. Məcidlə qardaşı yola getmirdilər, dalaşa-dalaşa böyüdülər, amma mehribançılıqları da var idi. Bir də görürdün ki, həyətdən qol-qola gəlirdilər. Elə vəziyyətdə çəkilmiş şəkilləri də çox olub. Həmişə oyuncaq üstündə dalaşardılar, amma özlərini müdafiə etməyi də bacarırdılar . 

- Məcidin məktəbə getdiyi günü necə xatırlayırsınız? Ağlamışdımı o gün? 

- Bağçaya qoyanda da ağlamışdı. Yaxşı yadımdadır qardaşını da, Məcidi də yaş yarım olanda bağçaya qoymuşdum. Hələ də yadımdadı necə ağlamaqları,  məktəbdə də həmçinin ağlamışdı. Məcidi bir il tez qoydum məktəbə, hərdən deyirəm ki, kaş elə etməyəydim... Bu kaşlar da məni məhv edir... Məcidi elə evimizin yanındakı 16 nömrəli məktəbə qoydum. 11 il bu yolu getdi, gəldi, elə son mənzilə də bu yoldan getdi... 
Məcid hər yerdə seçilən uşaq olub, öz şıltaqlığı ilə də seçilirdi. Bir dəfə  müəlliməsi baxır ki, sinifdə nəsə vızıldayır, ancaq uşaqlar başların salıb dərs yazır. Müəlliməni maraq bürüyür ki, bu vızıltı nədir belə.Bir də görür ki, Məcid əlində nəsə tutub maşın surur. Uşaq var ki, yaşı dolsa da gec böyüyür, uşaq da var ki, yaşı azdır, ama tez böyüyür. Müəllimləri həmişə mənə deyirdi ki, sanki Məcid gec böyüdü. Elə hiss edirdim ki, Məcid hələ böyüməyib, gözümdə həmişə uşaq kimi qalmışdı. Əsgərliyə getməyindən də qorxurdum. 



Məcid xoruz ilindən idi deyə özünü həmişə xoruz kimi ortalığa atardı. Məktəbdə oxuduğu vaxt dərslərini öyrənməsi və çalışqanlığı yüksək olsa da, nadincliyinə görə həmişə məni məktəbə çağırardılar. Amma sonralar məlum olurdu ki, məktəbə çağrılmağıma səbəb olan nadinclikləri Məcid etməyibmiş. Sadəcə həmişə özünü önə verib deyərmiş ki, mən eləmişəm. Bir dəfə məndən məktəb üçün 10 manat istədi ki, bəs pəncərənin şüşəsini sındırmışam, onu təmir etdirməliyəm. Şəhid olandan sonra müəllimələri yas yerində dedilər ki, həmin vaxt pəncərəni Məcid sındırmayıbmış. Başqa uşaq sındırmasına baxmayaraq bu özünü qabağa veribmiş. İstəmirmiş ki, kimsə danlansın və kiməsə söz gəlsin.


Qardaşı böyük uşaqlarla dalaşanda həmişə qardaşının yanında olurdu, çox hünərli, qururlu oğlan idi. Müharibədən belə qorxmurdu, amma qorxsaydı belə qüruru onu qabağa atacaqdı. Dostları həmişə mənə deyirdi ki, Ceyran xala, onu qoyma əsgər getməyə. İndinin özündə də mənə deyirlər ki, bəs biz sənə deyirdik axı qoyma. Məcidin qururu olmasaydı, bəlkə də bir addım geridə qalardı. Bilirəm ki, orda şəhid olanları çoxsunu Məcid manga komandiri kimi qabağa aparıb. Deyib ki, nədən qorxursuz, durun döyüşə gedirik. Əsgər yoldaşları bizə gələndə Məcidin döyüşdəki şücatətindən danışırlar, deyirlər ki, dəhşət döyüşürmüş.  


- Bu danışılanları eşidəndə bir ana kimi hansı hissləri keçirisiniz?

- Mən balamla fəxr edirəm...  Mənim sakit bildiyim oğlum sən demə nələrə qadir imiş, nə boyda vətən sevgisi var imiş içində...Məcid xeyli erməni əsgəri öldürdüyünə görə, düşmən ölkənin KİV-lərində Məcidin şəhadətinə sevinərək manşet xəbərlərdə vermişdilər. Komandiri bizə gələndə elə hey Məcidin qorxmazlığından danışdı. Döyüş gedəndə də çox sevinirmiş, uşaqlara deyirmiş ki, şən mahnılar qoşun, sevinin, qorxmayın. Komandiri bizə döyüşdən şəkillərini görsətdi. Komandiri həmin şəkilləri bizə vermədi, amma axtarıb başqa yerdən tapdıq Məcidin doyüşdəki səkillərini. Şəkillərdə sevincdən gözləri gülür, bəlkə də düşünürmüş ki, qayıdandan sonra necə döyüşdüyümü hamıya danışaram. 

Məcid şəhid olmamışdan öncə ayağından yaralanıbmış. Ayağını rezinlə bağlayaraq digər şəhid yoldaşı Elvin Mirzəyevi ərazidən çıxarmaq istəyirmiş. Sonra hər ikisi bir yerdə şəhid olublar. Komandiri özü dedi ki, Əbdülməcid bir neçə əsgər yoldaşını yaralı vəziyyətdə xilas edərək ərazidən çıxarıb. Həmin əsgərlər hazırda müalicə alırlar və valideynləri yas mərasiminə gələrək Əbdülməcidin dayıları ilə görüşmüşdülər. Təəssüf ki, həmin vaxt mənim halım yaxşı olmadığına görə, onları görə bilməmişdim. Lakin çox istərdim ki, Əbdülməcidin əsgər yoldaşlarını görüm.

- Həmin günü, Məcidin şəhid olduğu günü necə xatırlayırsınız? Son dəfə kiminlə əlaqə saxlamışdı, nə demişdi? 

- Mart ayının 21-i xəbərlərdə eşitdim ki, Tərtərdə atışma olub. Sonra Əbdülməcidlə yazışdıq. Güllələrdən ibarət ürək şəkili var idi, onu mənə göndərib bayramımı təbrik etdi. Atışmanın baş verib-vermədiyini soruşdum, bildirdi ki, sakitcilikdir hər şey qaydasındadır. Aprel 1-i də qardaşının ad günü idi, zəng edib təbrik elədi, sonra mənlə də danışdı. Tələsirdi, vaxtının az olduğunu deyirdi. 
Məcidin şəhid olma xəbərini isə hamıdan əvvəl qardaşı Elçin almışdı. Gecə Məcidin əsgər yoldaşlarından birinin whatsapı ilə çətin də olsa əlaqə yarada bilmişdilər. Əsgər yazmışdı ki, hazırda neytral zonadayıq və döyüş gedir. Məcidi soruşanda isə bildirmişdi ki, Məcid əvvəl mənimlə idi, indi nə qədər axtarırıqsa, tapa bilmirik. 


Ondan sonra gecəylə Tər-Tərə yollandılar. Orada demişdilər ki, əsgərlər bombardman edilən neytral zonada qalıblar, kiminsə orada sağ qalması inandırıcı deyil. Elə orada da biliblər ki, Məcidşəhid olub. Əsgər yoldaşları deyirdilər ki, ayağından yaralanmışdı, yerdə sürünürdü. Ondan sonra Əbdülməcidi görməyiblər. Əbdülməcidin döyüşə getdiyi tabor böyük qəhrəmanlıq göstərib. Əbdülməcidin özü də özünü ən qaynar yerlərə ataraq döyüşüb. O qədər özünə güvənən uşaq idi ki, gücü çatdı-çatmadı sinəsini qabağa verərdi, qəhrəmanlığı çox xoşlayırdı. Mübariz İbrahimov, Ramil Səfərov sanki balamın idealına çevrilmişdi. Şəhid Mübarizin dəfn mərasiminə o qədər həvəslə baxırdı ki, bəzən mən “az bax belə şeylərə” deyə acıqlandırdım. 2-3 il bundan öncə qeyri-döyüş itkiləri və əsgər ölümləri ilə bağlı Bakıda keçirilən aksiyada da məndən xəbərsiz iştirak etmişdi. Heç vaxt bu cür haqsızlıqlarla barışmazdı və deyərdi ki, nəyə görə camaatın balaları heç nədən hərbiyə aparılıb öldürülməlidir. Bir dəfə yadımda idi, hər ikimiz hərbidə heç bir səbəb bilinmədən ard-arda öldürülən əsgərlərin xəbərini oxuyub bir yerdə nə qədər ağladıq. Gecə gündüz işğal altında olan torpaqlarımıza görə müharibə arzu edirdi. Bəzən deyirdim ki, müharibə olsa səni qoymayacam getməyə. Cavabında deyirdi ki, müharibə başlasa sən mənim qarşımı ala bilməzsən. Birdə görəcəksən ki, getmişəm. Əsgərlikdə olanda da gecə-gündüz çalışırdı ki, arxa hissədən önə getsin. 


- Sinif yoldaşları Məciddən sonra sizi yada salırmı? Məcidin şəhdətini onlar necə qəbul edirlər?

- Sinif yoldaşları, dotları da çox pis olmuşdular. Sağ olsunlar, gəlib baş çəkirlər mənə. Hətta məktəb kollektivi, Məcidin müəllimmləri də gəlib Məcidi yad edirlər, bütün müəlimləri Məcidi şox istəyirdilər. İndinin özündə də Məcidin oturduğu partada onun şəkli qoyulub, hər gün gülləri dəyişdirilir.  

- Məcid tələbə də olmuşdu. Tələbə Məcidin hansı xatirələri yadınızda qalıb? Gələcəyiylə bağlı nələri xəyal edirdi, nə arzulayırıdı tələbə olanda?

- Məcidi muqiqiyə, idman qoydum, amma özünü heç yerdə tapa bilmədi. Sonra birinci qrupa yönləndirdim, qəbul olundu ali məktəbə. Amma Məcidin ürəyindən həmişə hərbiçi olmaq keçirdi. Mənsə onu öz çərçivəmdə böyütdüm, həmişə mənim istədiklərimə tabe olurdu, sonda isə mən ona tabe oldum... Onu saxlaya bilmədim, getdi balam... Həmişə  deyirdi ki,  “Görərsən, mən əsgərliyə gedən kimi müharibə başlayacaq, oğlun vuruşacaq, bir də gördün məni bayrağa büküb gətiriblər. Sənə deyəcəklər ki, şəhid anasısan, başını dik tut. Başın uca gəzəcəksən həmişə”. 


Məcid bunu deyəndə özümdən aslı olmayaraq hönkürtü ilə ağladım. Dedim ki, qoymayacam səni əsgər gedəsən. Əsəbləşib dedi ki, görərsən, şəhid olacağam. Mübariz İbrahimovun dəfn mərasiminə baxanda da deyirdi ki, ana, bax gör necə xoşbəxtdir, dəfninə prezident də gəlib, mən də şəhid olacağam...

- Bir qədər də əsgər Məciddən danışaq. Əsgərlik dönəmində sizə dediyi unuda bilməyəcəyiniz hansısa sözü olubmu?

- Məcid əsgərikdə olanda həmişə qısa danısırdı bizimlə. Mən istəmirdim ki, o Tərtərə düşsun, Gəncədə qalmasını istəyirdim. Qoymadı, dedi ki, Gəncədən xosu gəlmir, elə Tərtərdə qalacaq. Məcid əsgərlikdə də yaxşı hörmət qazanmışdı. Onu silah anbarına nəzarətçi qoymuşdular, deyirdi ki, bu əsl kişi işidir. Mənsə həmişə qorxurdum, narahat qalırdım ki, birdən yuxuya gedər, nəsə olar. Məzuniyyətə gələndə balamı tanımadım, çox dəyişmişdi, böyümüşdü, kürəyi enlənmişdi. Qapıdan girəndə dedim ki, Məcid, bu sənsənmi? İki qat əyilib məni sinəsinə basdı. Bilirsiz, indi hərdən düşünürəm ki, bəlkə öz gözüm dəydi balama belə oldu...



Məzuniyyətə gələndə üzünü çox az görürdüm, mən işdə olurdum, o isə dostlarıyla birlikdə olurdu. Bayramda da yanına getməyə qoymadı, dedi gəlməyin, burda hər şey əladır, yeməyə hər şey verirlər. Biz də bayramdan qabaq gedib görüşdük, bayramn axşamı da mənim bayramımı təbrik etdi. 

- Deyirlər ki, balalara nəsə olanda analar yuxularını qarışdırır. Ceyran ananın ürəyinə dammışdımı ki, vaxtsız əcəl balasının başı üzərində fırlanır?  

- Yox, qızım, mənə heç nə agah olmamışdı. Bəlkə də olub, ancaq bilmirəm, artıq yaddaşım da itib, tez unuduram hər şeyi. Amma bibisi, dostları, hətta özü də yuxuda görübmüş ki, rəhmətə gedib. Bunları mənə indi danışırlar, hamısına deyirəm ki, niyə mənə bunu indi deyirsiz, bəlkə də onda bilsəydim nəsə edərdim. Balam şəhid olandan sonra da yuxuma girməyib. Elə istəyirəm ki, gəllə yuxuma, amma gəlmir... Gedirəm məzarının başına, ağlayıram, yalvarıram ki, nə olar yuxuma gəl, danışaq. Dotlarının, tanımadığım insanların yuxusuna girir, həmin insanlar mənə yazırlar ki, ana, oğlunuzu yuxuda gördüm. Yazıram, soruşuram ki, necə gördünüz, nə dedi sizə. Ən yaxın dostunun yuxusuna girmişdi, deyib ki, siz heç bilirsiniz biz hardayıq, biz Kəbədəyik, cənnətdəyik, dostum Elvin də burdadır....


- Dörd ay deyil ki, Məcid cismən olaraq aramızda yoxdur. Bu müddətdə sanki 30 il qocalmısınız. 
Əbdülməcid adında nəvəniz olarsa, səhid balanızın yerini qismən də olsa doldura bilərmi? 

- Məcid məni çox qocaltdı, dərdi çəkilməz dərddi... Qızım, bu evdə mütləq yeni bir Məcid doğulacaq... Sizə bir söz də deyim, Əbdülməcid babasının adını daşıyırdı, əmisi vermişdi bu adı ona. Məcid isə əvvəllər adını bəyənmirdi, həmişə deyirdi ki, böyüyəndə adını dəyişəcək.  GÜnlərin bir günü Məcid həyətdə oynayanda bir terk kişi ondan adını soruşub, bu da deyib ki, Əbdülməcid. Kişi buna deyib ki, sənin adın çox gözəldir və əsl kişi adıdır. O gündən sonra balam fikrini dəyişdi, adını sevdi, həmişə dedi ki, mənim adım əsl kişi adıdır. 


- Ceyran xanım, bir şəhid anası kimi hansısa istəyiniz, arzunuz varmı?  

- Məcid şəhid olandan sonra mən çox üsyan qopardım, onun ölümüylə razılaşa bilmirdim, onu itirmək çox çətin gəlirdi mənə. Amma sonda özümü ələ almağa başladım, oğlumla fəxr edirəm. Aprel döyüşlərində şəhid olanlar  24 ildən sonra bütün dünyaya sübut etdilər ki, bizim qisas hissimiz soyumayıb, biz mütləq torpaqalrımızı geri alacağıq. Mən bir şəhid anası kimi, dovlətimizdən xahiş və tələb edirəm ki, aprel döyüşlərində şəhid olan oğullarımıza Milli Qəhrəman adı verilsin. Çünki onlar buna layiqdirlər, çünki onlar öz qanları, canları ilə 24 ildən sonra ölmüş inamları, hissləri yenidən oyatdılar. Gənclərimizi vətənə daha da möhkəm bağladılar, üç kəndimizi düşmən tapdağından azad etdilər. 


Onlar qorxmadan qabağa getdilər, son nəfəslərinə kimi vuruşdular, Vətən üçün canlarından keçməklə Milli Qəhrəman adına kimi ucaldılar. 
Bir də oğul böyüdən analara məsləhət görərdim ki, qeyrətli oğullar böyütsünlər, övladlarına Vətəni sevdirsinlər
Oxşar xəbərlər
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli