“Harandan vuruldun deyə sorsaydın, deyərdim Eşqimdən...”
Oxunub: 7305
18 Feb 2016 | 00:50
“Harandan vuruldun deyə sorsaydın, deyərdim Eşqimdən...”
Moderator.az-ın suallarını bu dəfə şairə, publisist, bir sıra sazlı-sözlü verilişlərin müəllif və aparıcısı Çiçək Mahmudqızı cavablandırıb. 

- Sözün başına fırlanan, çiçəkli sözlərdən məftunedici çələnglər hörən Çiçək Mahmudqızının sözlə aşınalığı nə zamandan başladı?

- Öncəliklə Sözün ünvanından boylanan hər kəsə salamımı yetirim. Sözlə aşınalığım dilim söz tutandan, könlüm sözə açılandan...

Hərə bir cür üsul bildi
Hər üsulda qüsur bidi,
Allah dedi, rəsul bildi-
Sözün sözə salamı var...(Akif Səməd)

Hz. Mövlana deyib: “Məni bir mən bilirəm, bir də Yaradan, Mənə bir mən lazımam, bir də anlayan”. Məni anlayan, yaxın otur, dərdləşək...

- Müqəddəs sözdən başlamışkən Dədəmiz Qorqud yadigarı sehirli sazdan söhbət açmasaq yəqin ki, müqəddəslərimizin ruhu günahımızı bağışlamaz. Həm də axı siz də sazın sehrinə düşənlərdənsiniz. Saz sizinçün daha çox nədir, qol qaldırıb xanımyana süzdüyünüz “Ay eyvandakı qız”, yoxsa ki, ruhu dilləndirən, haqq dünyasına yolçuluğumuzda cismimizə eşlik etməsini arzuladığımız “Ruhani”dirmi? 

- Mənim ücün Hz.Söz var, bir də Hz.Saz.Tanrının özündən bir qat aşağı bildiyim ən müqəddəs varlıq, ən halal nemət olanSözün aşıqiyəm, pərvanəsiyəm, acıyam, həsrətiyəm, ehtiyacıyam. Söz mənim ücün Allahın səsidi, nəfəsidi, pıcıltısıdı, ismarıcıdır, bir sözlə Allahımla qovuşduğum və danışdıgım dildir Söz.
Saz ruhumdu, qanımdı, canımdı, hissimdi, duygumdu, göz yaşımdı, eşqimdi, həvəsimdi, ritmimdi, rəqsimdi, bir sözlə əlahəzrat - cezv məqamımdı. Bəli, elə üzü Tanrıya ən eşqli yol yoldaşımdı Saz. Onunla aglaya da bilirəm, gülə də, hələ ruhumun ritmiylə oynaya da bilirəm. Bir də ki, mən saz havalarına oynamıram ki, yaşayıram ən qutsal hisslərim kimi. Yeri gəlmişkən, deyəsən saz havalarına yaxşı oynayıram ki, internet üzrə izləyicilərim tərəfindən ən çox izlənən o məqamlar olur və çox da heyranlıqla danışırlar o kadrlara baxanlar.

- Dədə Ədalətdən sonra sazı danışdırmağı bacaran hansı aşıqların ifası ruhunuza sığal çəkir?

- Dədənin saz sənətində yeri bəllidi, o zirvəyə toxunmayaq.  Amma hər gülün öz ətri, hər aşığın öz şirinliyi var axı. Mənim ruhumun aşıqları Xan Kamandar olub, Aşıq Xanlar Məhərrəmov olub və İncə Dərəsində səsi uzaq kecmişlərdən qaynaqlanan, nəfəsi sofu babalarımızdan süzülüb gələn Aşıq Nazim olub və bir də Oktay Xəliloğlu yolu oxuyan aşıqlar olub. Oktay aşıq olmayıb, amma sazın eşqli dərvişi olub. Onun oxumaları, Ağamalı Sadiqin oxumaları Haqqdan gəlirdi deyə mənim iliyimə işləyirdi.

- Bildiyim qədər yolunuz sazlı-sözlü qızların, xanımların söz-saz meydanı olan “Aşıq Pəri” məclisindən də keçib. O xanımlar yaylası sizi necə qarşılayıb yola saldı?

- Yolum o yayladan da kecdi, bəli. 1984-cü ildə rəhmətlik el şairi Narınc Xatun tərəfindən yaradılan “Aşıq Pəri” məclisinin ən birinci üzvlərindən olmuşam. Mənə Narınc Xatunun da, böyük şairimiz Hüseyn Arifin də (Allah rəhmət eləsin) çox böyük dəstəyi oldu o zamanlarda. Amma institutu bitirəndən sonra bir müddət o məclisdən aralı düşdüm. Çünki təyinatımızla ucqar dağ kəndlərinə yollanmalı olduq. Mənim üçün bir müddət o yol qırıldı. Sonra dəyərli xanım aşığımız, Ustad Azaflı Mikayılın qızı Gülarə xanım məclisə rəhbərlik etdiyi dövrdə ondan yenidən dəvət aldım və məclisə qayıtdım. Uzun illər o məclis Az.tv-dən yayımlandı. Allah rəhmət eləsin Ağlar Mirzəyə, o qızlar ücün çox əziyyət çəkirdi. Beləcə qızlarımız pardaqlandı, tanındı və hər kəs öz sənətiylə karyerasını qurdu. Mənim də yolum televizyalardan gəldi kecdi. 10 ildən cox müəllif-aparıcı kimi saz sənətinə xidmət etdim və bir yolun başlangıcına da beləcə başladım.

- Özünü könül qulu, söz qulu adlandıran Çiçək xanım verilişlərlə yol alıb evlərə, könüllərə qonaq getdi. Həmin verilişlərdən daha çox öz könlünüzü oxşayan, rahatlıq tapdığınız hansı oldu?

- Hə, beləcə könül köhlənimin yalmanına yata-yata yön aldım Mövlanalardan belə, Yunus Əmrələrdən, Həllac Mənsurlardan, Nəsimilərdən belə söz aşıqlərinin başına dolana-dolana özüm də o könüllərin aşiqi və qulu oldum.

Mən gəlmədim dava üçün,
Mənim işim sevda üçün,
Dostun evi könüllərdir,
Könüllər yapmağa gəldim...(Y.Əmrə)

(Dost deyəndə Tanrını nəzərdə tuturlar təsəvvüfçülər) Beləcə, Tanrı taxtı olan könüllərə körpü salmağa başladım. Sözüm hamıyla tutuşmasa da axtardıgım dərviş könülləri və şamanları bəzən tapırdım, tapanda da doymaq bilmirdim. Çünki mən içimin ehtiyacını onlarla ödəyə bilirdim. Elə verləşlərim də oldu, elə qonaqlarım da, ad deyimmi ki?  

- Verilişlərinizdə sənətin aslarıyla yanaşı şəirdlərini də qonaq edirsiniz, onlara könül açıb, meydan verirsiniz. Həmin o şəirdlərin sırasında gələcəyin ası olacağına ümid etdikləriniz olubmu?

- Siz as dediniz, mən elə sazın diliylə ustad - şəyird deyim. Ancaq siz elə yaxşı da eləyib belə deyirsiniz, çünki Ustad sözünü elə dəyərdən saldılar ki. Özündən iki yaş böyüyə hamı indi Ustad deyir, barı o kəslər özləri bu sözün qatında nələr dayanır onu deyənlərə anladaydı ki, belə demək olmaz. 
Nə yazıq ki, Ustadlarımız barmaq sayı qədər qaldı, amma şəyirdlərdən ustad olacaqmı?! Bax onu cavablandırmaq çox çətin olar mənim üçün, çünki o Həzrəti Zamanın işidir. Ələyindən kimlər keçəcək, kimlər qalacaq onu ancaq Zaman özü göstərəcək. O gənclər də o ustadlar qədər dastanlar, havacatlar öyrənəcəkmi, biləcəkmi, buna heç inamım yoxdu... Amma gələcəyinə ümidlə və sevgiylə baxdığım çox istedadlı gənc aşıqlarımız var. Mən də sevə-sevə dinləyirəm onları. Bir-ikisinin adını deyərdim, amma adını çəkmədiklərim inciməsə. Şəhriyar  Qaraxanlı, Elməddin Məmmədli, balaca bir istedadlı balamız var Qoca Ərəbov, İlqar Qələmçəli, barmaqlarının şirinliyinə, xallarına, güllərinə bənd olduğum Firudin Tovuzlu və sair. Bu dəyərliləri xeyli sayda artırmaq olar.

- Bir qədər də Çiçək Mahmudqızını xanım kimi danışdırmaq istərdim. Oradan başlayaq ki, bunca gözəl Çiçək Mahmudqızının bəxti də adından, gözəlliyindən su içməyi bacardımı? Daha çox hansı çiçəyə bənzədi taleyiniz?

- Deyim də, özüm nərgiz gülünü sevirəm, bəxtim bənövşəni... Bu güllər mənə çox doğmadı, hər ikisi baharda açır. Mən də baharda dünyaya gəlmişəm, onlar açanda mən də açmışam. Bənövşə ilə eyni vaxtda dünyaya gəlmişəm. Taleyimiz də oxşardı, çox, lap çox oxşayıram bənövşəyə, o da küsəyəndi, mən də, o da tənhalığı sevir, mən də. Qəribədir, hər an insanlardan uzaq, sakit bir agac kölgəsi, bir kol dibi gəzmişəm ki, öz odamı quram, yaşayam... Bənövşəyə şeirim də var, kitabımın adı da “Bənövşə yaşlar” dır.

Xəlvəti sevgimsən, gizli sözümsən,
Dalğın xəyalımsan, şehli gözümsən,
Baxdım taleyinə, gördüm özümsən,
Eynidi dərdimiz bizim, bənövşə...

Mənim sevgim də, eşqim də, həsrətim də, göz yaşım da elə bənövşəyə bənzəyir, bənövşə qoxur... Amma taleyimdən hec gileyli deyiləm, min şükür Allahımın verdiklərinə, mənə çox şey verib...

- Öz təbirinizcə desəm həm də bir eşqin qulu oldunuz. O eşqdən nə soraq? Əzabı çox oldumu, yoxsa qul olsa da özü o eşqi yandırıb yaxdı cilvəsiylə, nazıyla, ədasıyla?

- Off! Nədən versən də mənə eşqdən sual vermə... Eşq deyəndə başqa adam oluram və bilmirəm məni dayandıra biləcəksənmi. Sevdiyim bir böyük Türk şairi var, deyir ki,
Eşq! ”“ dedin, bağrıma soxdun bıçağı,
Axar qanım göl olmadan tükənməz.
Sevda qoxan bu yaranın çiçəyi,
Pətək- pətək bal olmadan tükənməz...(Ə.Qaraqoç)
Yaxud Yunus babam deyirdi:
Mən ağlaram yanə- yanə,
Aşk boyadı məni kanə
Nə aqiləm, nə divanə-
Gəl gör məni aşk neylədi ?
                 Benzim sarı, gözlərim yaş,
                 Bağrım parə, ciyərim daş,
                Haldan bilən, əhli kardaş,
                Gəl gör məni aşk neylədi...?
Gəl də, gör də aşk məni neylədi, halımdan hal olan xanım. Dürlü-dürlü cəfaların adıdır Eşq. Eşq haqqın sifətidir deyə hər an, hər məqam ona uçunuruq. Eşq dini bütün dinlərdən ucadı. Eşq dili bütün dillərdən ayrıdır. Eşq ətri bütün ətirlərin gözəlidi. Bunu da bəlayi-eşqə giriftar olanlar bilər. Ona görə harandan vuruldun deyə sorsaydın, deyərdim Eşqimdən...

- Ruh adamlarını Anadil quşuna bənzədirsiz. O quş ki, hər yerə qonmaz, hər yerdə oxumaz, qonduqları könülləri pir bilib ziyarət edərlər. Bir şeirinizdə də könül yiyəsini soraqlayırsınız ismarıcınızı çatdırmaq üçün. Pir bilib ziyarət edəcəyiniz, dərdinizi bölüşəcəyiniz o könülləri buldunuzmu? Yoxsa ki, yerin də qulağı var deyib heç kimə etibar etmədiniz? 

- Bəndi, bərəsimi vardı könlümün,
Amanat  yuvaydı, dağıldı getdi.
Neynirsən axtarıb gidi dünyanı,
Bu qız da bir yuxu, nağıldı getdi.
Səhranın ortası kimsiz-kimsəsiz,
Küləklər külümü sovurasıydı.
Bilirdim bu sevda məni nə vaxtsa,
Tapıb diri-diri qovurasıydı.
Mənim də kəbinim dərdnən kəsilib,
Şükür ki,getməyə dərdim-sərim var.
Bağlama üzümə könül qapını,
Mənim o könüldə məzar  yerim var..

İstədim elə bu şeirlə cavabı verim, amma dolayısıyla desəm buldum o könülləri, sevdim də. Öz odamı qurdum da o könüllərdə, ruhumun pərvəriş elədiyi yerlərdi o yerlər. Allahın hər məqamında əlim çatmayan, ünüm yetməyən qutsal könüllərdi oylağım...

Sənə ismarıcım var 
Söylədimi o quşlar,
Camalına səcdələr
Eylədimi o quşlar -

Mənə yazılmış şeirdi. Amma gəlmədi o quş, qanadını qırdılar. Bəzən ismarıcları yetirməyə bu dünyanın adamları qoymur, ruh adamlarının qanadını qırırlar, anlamırlar, öz xırda məişət qayğılarına qurban edirlər onları. Mən ruhən bir anadil quşuyam, hər yerə qona bilmirəm. Qondugum yerdən hürküdüb uçuranda bir də o yerə dönmürəm. Bunu ona görə söyləmişdim ki, ruh adamlarının qonduğu yeri pir bilib qoruyun, eyvallah, onlar Allahın elçiləridir. Perik salarsınız, küsüb Allahlarına qovuşar, bir də geri dönməzlər. Bilmirəm, bir şeirim yerinə düşərmi burda, sən məni tərpətdin axı,qız.

- Buyurun.

- Ana dilli qərib quşdum,
Sinən üstünə qonmuşdum,
Perik saldın, mən də uçdum,
Uçdum üzü sənsizliyə.
Ovun keçdi oyan, səyyad,
Mürgüləyən ruhu oyat,
Yarğan dünya, uçrum həyat,
Puçdum üzü sənsizliyə.
Gül şehincə bir ahıydım,
Gül könlünə pənahıydım,
Mən eşq adlı günahıydım,
Suçdum, üzü sənsizliyə.
Son məkanı yarda qoydum,
Heç bilmədim harda qoydum,
Yeri- göyü darda qoydum,
Köçdüm üzü sənsizliyə.


- Sevgililər günündə yazmışdınız ki, mənə qələmlə mərəkkəbin sevgisini bilənlər yazsın ancaq. Yazan oldumu, tapıldımı eləsi?

- Yazmışdım, əfsus ki, yaxşı cavab ala bilmədim. Amma o sevginin dadını və gözəlliyini bilənlər var idi. Umurdum ki, onlar cavablandıracaq. Bəlkə də heç oxumamışdılar. Ancaq “üç nöqtə” ilə bağlı bir status paylaşmıdım, ona çox bəyəndiyim cavablar vermişdilər. Hətta istədim nöqtənin fəlsəfəsini açan dəyərli fikir adamlarının şərhlərini təkrar paylaşım da.

- Çiçək xanım, bir Məmməd Dəmirçioğlu var bu sənət camiəsində, başdan-başa sənət dolu. Ancaq çox təəssüf ki, çox tez vidalaşdı bu nahaq dünyayla. Və mənim də onunla könüldən dərdləşmək kimi bir arzum, soruşmaq istədiyim sorular gözümdə qaldı. Məqam düşmüşkən sizdən öyrənmək istəyirəm ki, Məmməd Dəmirçioğlu Çiçək üçün kim idi?

- Bu dünyaya, göylərin o üzünün şeirini oxumağa gələn İsaq-Musaq quşu!!! Səsi də, avazı da, yerişi də, duruşu da, danışıgı da, şeiri də qeybdən gələn bir anadil quşuydu mənim üçün Dəmirçioğlu... Mən elə birisinə yaşadığım ömür kəsmində rast gəlmədim. Təpədən dırnağa işıq və nur topasıydı. Onu bu həyatda çox az adamlar duyurdu mənim qədər. Mən onu görürdüm, duyurdum, hiss edirdim və bəzən saz çalıb oxuyanda vardığı yoxluqlara varammırdım, açığını deyim. Özü də bilmirdi hansı qatlara enir, hansı yoxluqlara varır. Özü  özündən xəbərsiz oxuyurdu bu quş. Bəzən də: “Düşüb aranıza,qoşulub sizə, Hələ yaşayıram, Allaha pənah” - deyirdi. Aramıza düşüb, qoşulub bizə- bu fanini yaşayırdı bəzən, amma o göy adamıydı. Onun yazdıqları göyün o üzünün səsiydi. Həm də o, özü yazmırdı ki, Yuxardan gəlirdi hər şey ona...

- Bu günlərdə rəhmətlik Aşıq Xanların yadigarı, atası kimi sazı köksünə sıxıb yana-yana dilləndirən Aşıq Azərin özünü mübtəla olduğu xəstəliyin “yandırdığının” öyrəndik. Azərin durumuna duyarsız qalmayanlardan biri də siz oldunuz. 

- Ona görə biganə qallammıram ki, mənim içimdə  Aşıq Xanlar sevgisi, Aşıq Xanlar yanğısı, Aşıq Xanlar əlçatmazlığı var axı, Azər də onun yadıgarıdı. Gözəl ürəyi, gözəl barmaqları var. Cavandı, yaşamağını istəyirəm. Əlimdə  Tanrıdan fərman olsaydı bəzi gərəksiz qarğaların ömründən kəsib belə gözəl bülbüllərin ömrünə calayardım.

- Çox səmimi cavablar verdiyinizə görə sizə təşəkkür edirəm. Könül dünyanızın zənginliyi heç zaman tükənməsin! 

- Mən də sənə təşəkkür edirəm. Yunus Əmrənin diliylə desək, “Məni məndə demə, məndə deyiləm, Bir mən vardır məndə məndən içəri”. O məndəki vara irənlərdən oldugun üçün...

Könlmün də könlü var
O vara irən olmur.
Mən haraya çıxıram,
Oraya gələn olmur... gələ bilənlərə salam olsun... 

Rumiyyə Miraslan

Oxşar xəbərlər
20:52, Bu gün
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
20:25, Bu gün
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
20:25, Bu gün
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
20:14, Bu gün
Rusiyalı politoloq: Ermənistan və Rusiya münasibətlərindəki böhran aradan qaldırılmayıb
20:11, Bu gün
İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
20:04, Bu gün
Zığ şosesində iki zolaqda sürət həddi endirilib
20:03, Bu gün
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
20:01, Bu gün
Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular
19:57, Bu gün
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
19:42, Bu gün
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
19:38, Bu gün
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTO
19:36, Bu gün
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
19:34, Bu gün
28 yaşlı model xərçəngdən öldü
19:26, Bu gün
Rusiyada yeni hökumətin strukturu məlum olub
19:25, Bu gün
Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO
19:24, Bu gün
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
19:22, Bu gün
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
19:18, Bu gün
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
19:05, Bu gün
Vanda dörd ay qarın altında qalan mikroavtobusun çıxarılmasının görüntüləri - VİDEO
19:02, Bu gün
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
19:00, Bu gün
İranda polislər tərəfindən döyülən tanınmış yazıçı qadın insult keçirdi - FOTO
18:55, Bu gün
Maraqlı bir məxluq qayığa tullanaraq qayıq sürücüsünü təəcübləndirib - VİDEO
18:54, Bu gün
Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW
18:48, Bu gün
“Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun!..”-FOTOLAR
18:34, Bu gün
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
18:03, Bu gün
Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”
17:34, Bu gün
Prezidentin “Şuşa siyasəti” və ya bir şəhərin 4 əsrdə azalmayan strateji əhəmiyyəti...
17:24, Bu gün
Aşıq Zülfiyyənin nəvəsinin toyundan GÖRÜNTÜLƏR - VİDEO
17:23, Bu gün
İlham Əliyev: "Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq"
17:21, Bu gün
Ermənistan polisi daha bir keşişi saxlayıb
17:20, Bu gün
Yurdlarına qovuşan şuşalılar Cıdır düzündə yallı getdi - VİDEO
17:18, Bu gün
Azərbaycanlı məşhur axtarışa verildi
17:12, Bu gün
Rusiyanın Baş nazirinin 10 müavini olacaq
17:10, Bu gün
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır?
17:09, Bu gün
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
16:53, Bu gün
“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”
16:47, Bu gün
“Başqa yollarla irəli gedib heç kimin torbasını tikməmişəm, kişi kimi işləmişəm”-FOTO+ÖZƏL
16:46, Bu gün
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:40, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək
16:33, Bu gün
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİB + FOTO/VİDEO
16:19, Bu gün
Ukrayna Kursk və Belqorodu hədəfə alıb, ölənlər var
16:18, Bu gün
“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı, saxlanıldı - VİDEO
16:11, Bu gün
Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
16:07, Bu gün
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
16:03, Bu gün
Bakıda mənzildə meyit tapılıb
15:52, Bu gün
ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”
15:26, Bu gün
Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü
15:24, Bu gün
Azərbaycan Prezidenti ICESCO-ya təşəkkür etdi
14:38, Bu gün
Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub
14:28, Bu gün
Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək
14:27, Bu gün
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB
14:18, Bu gün
Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO
13:49, Bu gün
Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB
13:41, Bu gün
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
13:38, Bu gün
Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib
13:36, Bu gün
Bakıda kişi gecə saatlarında özünü asdı
13:25, Bu gün
Bayden dostu ilə düşmənini qarışdırdı
13:12, Bu gün
İbrahim Tatlıses Bakıdadır
12:12, Bu gün
Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
12:11, Bu gün
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər
12:03, Bu gün
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11:59, Bu gün
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:57, Bu gün
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
11:57, Bu gün
"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər
11:55, Bu gün
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
11:55, Bu gün
Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb
11:53, Bu gün
İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - FOTO
11:18, Bu gün
“Hizbullah” Kiryat Şmona şəhərinə kütləvi raket zərbələri endirdi - FOTO/VİDEO
11:15, Bu gün
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
11:10, Bu gün
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
11:00, Bu gün
2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər
10:59, Bu gün
Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar
10:57, Bu gün
Universitetlərə qəbul imtahanlarının nəticələrində ciddi dəyişiklik olacaq- AÇIQLAMA
10:56, Bu gün
Bu 7 bitki evinizə bədbəxtlik gətirər! Hətta ölümə belə səbəb ola bilər...
10:55, Bu gün
Daha bir şirkət cərimələnir
10:52, Bu gün
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)
10:52, Bu gün
Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edib
10:44, Bu gün
Paşinyanı devirmək üçün ŞOK PLAN... - VİDEO 
10:43, Bu gün
“Putin İsrail-Qəzza savaşından əlavə impuls alır...”
10:20, Bu gün
Ölüm xəbəri yayılan Murad Muradov həyata qayıtdı - FOTOlar
10:16, Bu gün
Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA
10:13, Bu gün
Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb
10:09, Bu gün
Bu bitkilər stressi azaldır
09:58, Bu gün
Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür! – Həkim XƏBƏRDARLIQ etdi
09:45, Bu gün
Niderlanddan olan müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
09:36, Bu gün
Rusiya hərbçiləri Xarkov üzərinə hücuma getməkdən imtina edirlər...- “Ateş”
09:30, Bu gün
Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər
09:27, Bu gün
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:20, Bu gün
Bu bitki 1 dəqiqəyə uşağı, 15 dəqiqəyə isə böyükləri ÖLDÜRÜR
09:16, Bu gün
"Azərbaycan" adı ilə bağlı daha bir tarixi fakt - FOTO
09:11, Bu gün
Bakıda idman zallarında qiymətlər necədir? - SİYAHI
08:59, Bu gün
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
08:26, Bu gün
Hakim partiya deputatı Paşinyana qarşı mitinq keçirən Baqrata təşəkkür etdi -GÖZLƏNİLMƏZ 
08:10, Bu gün
Ən populyar smartfonun adı açıqlanıb
07:59, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB
07:57, Bu gün
Dünən axşam Paşinyana qarşı İrəvandakı mitinqdə cəmi 11300 hayk olub...-FOTO
07:31, Bu gün
Qan damarlarını təmizləyən  iki səhər yeməyi
07:01, Bu gün
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?.. -II hissə
10 May 2024 | 23:47
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
10 May 2024 | 23:46
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
GÜNLÜK
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
11:10, Bu gün
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
AYLIQ
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
11:10, Bu gün
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib