![Türk Tarix Qurumu ilə Azərbaycan-Türkiyə, ortaq tariximizə dair layihələr müzakirə olunub](https://moderator.az/cphoto/670x420/2024/07/18/1721294745_1.jpg)
Moderator.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN araslnda görüş keçirilib. Türk Tarix Qurumunda baş tutan görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev də iştirak edib.
Türk Tarix Qurumunun rəhbəri professor dr. Yüksel Özgen Azərbaycanla münasibətlərə xüsusi önəm verdiklərini, Azərbaycana səfərləri, Azərbaycan tarixi ilə bağlı rəhbərlik etdiyi təşkilatın layihələri, nəşrləri haqqında danışıb. Təşkilatın fəaliyyətinin əsas məqsədinin Türk tarixi və Türkiyə tarixinə bağlı mövzular, türklərin sivilizasiyaya verdiyi töhfələrə əsaslanaraq elmi cəhətdən araşdırmaq, tanıtmaq, yaymaq və elmi dəyəri olan əsərlər nəşr etmək olduğunu söyləyərək, qardaş ölkələr olan Azərbaycan-Türkiyə arasında bu mövzuda əməkdaşlıq edildiyini vurğulayıb. O, yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın önəmli olacağını qeyd edib.
Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə dövlətləri arasında yüksək səviyyəli əlaqələr, imzalanmış strateji əhəmiyyətli sənədlərin icrasını təmin etmək üçün təşkilatlarımız arasında əməkdaşlığa dair mühüm imkanlar açıldığını söyləyib. O, böyük potensiala malik, nüfuzlu təşkilat olan Türk Tarix Qurumunun tariximizin müxtəlif dövrlərinə aid tədqiqatlar aparmaq, mühüm əsərlər yaratmaq və dünyaya tanıtmaq kimi imkanlarının olduğunu və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Samir Abbasov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində 30 ilə yaxın iyirmi faizə yaxın ərazilərimizin işğal altında saxlanıldığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə infrastrukturla yanaşı, tarixi abidələrimiz dağıdıldığını, məhv edildiyini və digərlərinin saxtalaşdırıldığını qeyd edib. Diplomat Türkiyəli alimlərin, tarixçilərin ortaq tariximizin birgə tədqiqi, Qərbi Azərbaycandan soydaşlarımızın – Azərbaycan türklərinin öz yurtlarından dəfələrlə deportasiyası, Azərbaycanlıların bu torpaqlarda yaratdığı böyük mədəni irs və abidələr mövzusunda elmi tədqiqatların aparılması və əsərlər yaradılmasını təklif edib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev Türk Tarix Qurumunun Azərbaycan tarixinə dair layihələri, yayınlamış əsərlər haqqında danışaraq, gələcəkdə Azərbaycan alimləri ilə də birgə tədqiqatların əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycan Səfirliyinin və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihələrə daim dəstək olmağa hazır olduğunu vurğulayıb.
Görüşdə qeyd edilmiş təkliflərə dair birgə əməkdaşlıq və ortaq layihələrə dair razılıq əldə olunub.
Sonda Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN milli mədəniyyətimizə dair hədiyyələr təqdim olunub.
![](https://moderator.az/photo/213x120/2024/07/18/1721304952_48.jpg)
![Palma yağından hazırlanan qidalar zərərlidir? - AÇIQLAMA](https://moderator.az/photo/213x120/2024/07/18/1721304473_47.jpeg)
![Sərnişinlə mübahisə edən sürücü cəzalandırıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/18/1721304089_46.png)
![İlham Əliyev Oksfordda](https://moderator.az/photo/213x120/2024/07/18/1721303697_45.jpg)
![İlham Əliyevin iştirak etdiyi zirvə toplantısından - Maraqlı fotolar](https://moderator.az/photo/213x120/2024/07/18/1721303347_44.jpg)
![Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb](https://moderator.az/photo/213x120/2024/07/18/1721301895_dim3.jpg)
![ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manata yaxınlaşır](https://moderator.az/photo/213x120/2024/07/18/1721301655_6698f598c0f466698f598c0f4717213003766698f598c0f446698f598c0f45.jpg)
![Meşədə meyitləri tapılan sevgililərin şok məktubu üzə çıxdı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/18/1721302892_43.jpg)
![İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirilib](https://moderator.az/photo/213x120/2024/07/18/1721301394_6698f54b676a66698f54b676a717213002996698f54b676a46698f54b676a5.jpg)
![Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı](https://moderator.az/photo/213x120/2024/07/18/1721302743_42.jpg)
![İlham Əliyev](https://moderator.az/photo/213x120/2024/07/18/1721299621_37.jpg)
![Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT](https://moderator.az/photo/213x120/2024/07/18/1721302258_41.jpg)
![Çörçill və Ruzveltin məxfi Hamburq əməliyyatı – müharibə tarixinin ən dəhşətli hadisələrindən biri](https://moderator.az/photo/213x120/2024/07/18/1721301433_40.jpg)
![Moskva ilə İrəvan arasında yaxınlaşma olmayacaq - Paşinyan qalmaqal istəyir - MÜSAHİBƏ](https://moderator.az/photo/213x120/2024/07/18/1721301085_39.jpg)
![Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilir - FOTO](https://moderator.az/photo/213x120/2024/07/18/1721300640_38.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/18/1721299942_38.jpeg)
![Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı](https://moderator.az/photo/213x120/2024/07/18/1721299155_36.jpg)
![Bakıda dəhşətli cinayət:](https://moderator.az/photo/213x120/2024/07/18/1721298891_35.jpg)
![İlham Əliyev Viktor Orban ilə söhbət etdi](https://moderator.az/photo/213x120/2024/07/18/1721298479_34.jpg)
![İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət etdi](https://moderator.az/photo/213x120/2024/07/18/1721298154_33.jpg)
![“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL](https://moderator.az/photo/213x120/2024/07/18/1721296828_img-20240717-wa0060.jpg)
![Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina etdi - Hikmət Hacıyev AÇIQLADI](https://moderator.az/photo/213x120/2024/07/18/1721297620_32.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/18/1721297355_31.jpg)
![“YAP-ın ciddi müdafiə etdiyi namizədləri udmaq çətin məsələdir” - Qüdrət Həsənquliyev](https://moderator.az/photo/213x120/2024/07/18/1721296806_30.jpg)
![“Bəlkə kinonu kişilər çəkir, ona görədir bu?”-qadın aktrisalarımız baş rollar istəyir-ARAŞDIRMA+ÖZƏL](https://moderator.az/photo/213x120/2024/07/18/1721295272_img-20240718-wa0023.jpg)
![İlham Əliyev Lüksemburqun Baş naziri ilə görüşdü - YENİLƏNİB + FOTO](https://moderator.az/photo/213x120/2024/07/18/1721294793_25.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/18/1721296401_29.jpg)
![Leyla Quliyeva oğlu ilə... - FOTO](https://moderator.az/photo/213x120/2024/07/18/1721295954_28.jpg)
![Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib](https://moderator.az/photo/213x120/2024/07/18/1721295658_27.jpg)
![Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri](https://moderator.az/photo/213x120/2024/07/18/1721295347_26.jpg)