Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam
Mədəniyyət
Oxunub: 1740
09 Jun 2024 | 17:44
Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam
Moderator.az Kulis.az-a istinadən Adıgözəl Məmmədovun "Mədəni sərvət uğrunda mübarizə" yazısını təqdim edir.
 
Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev də Nizami irsinə daim xüsusi diqqət yetirmişdir. Məhz H.Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.
 
2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə "Nizami Gəncəvi İli" elan etmişdir...
 
Parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan dahi Azərbaycan şairi N.Gəncəvinin yubiley tədbirləri ilk dəfə ötən əsrin 40-cı illərində, o dövrdə Sovet Azərbaycanının rəhbəri olmuş Mircəfər Bağırovun təşəbbüsü ilə həyata keçirilməyə başlanmışdı. Həmin dövrdə istər Sovet İttifaqında, istərsə də dünyada N.Gəncəvi fars şairi kimi tədqiq və təbliğ olunurdu.
 
Doğrudur, 1903-cü ildə görkəmli ədəbiyyatşünasımız Firidun bəy Köçərli "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərində Nizamini tatar-türk şairi kimi göstərmiş və onun farsca yazıb-yaratmasını orta əsrlərdə bu çoğrafiyada ədəbiyyat dilinin fars dili olması ilə bağlamışdı. Firidun bəyin arqumenti bununla da bitirdi. Yəni F.Köçərlinin bu fikri heç də Nizami Gəncəvinin Azərbaycan-türk şairi olmasını əsaslı şəkildə sübuta yetirmirdi. Ona görə də 1933-cü ilə qədər (M.Bağırov siyasi hakimiyyətə gələnə qədər) həm Azərbaycanda, həm də SSRİ-də Nizami fars şairi kimi təqdim olunurdu.
 
Yalnız Mircəfər Bağırovun Azərbaycan rəhbərliyinə gəlişindən bir neçə ay sonra, 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı təsis edilən zaman, yaradıcı insanların qarşısında Nizami Gəncəvinin azərbaycanlı olmasını əsaslı şəkildə sübut edərək, yeni tədqiqat əsərlərinin yazılması məsələsini qaldırır. Bu məqsədlə o, dahi şairin əsərlərinin Azərbaycan türkcəsinə tərcümə edilməsi tapşırığını verir. Fəqət, problem ondan ibarət idi ki, sovet şərqşünaslığı bütün ədəbi mənbələrdə Nizamini fars şairi kimi təqdim edirdi. Eyni zamanda, o dövrdə Azərbaycan şərqşünaslıq məktəbi kadr baxımından zəif olduğundan, sovet şərqşünaslığının mərkəzi sayılan Leninqrad məktəbinə qarşı gedə bilmirdi.
 
Bütün bunlara baxmayaraq, Mircəfər Bağırovun tapşırığına əsasən, tanınmış ziyalılarımız: Abdulla Şaiq Nizaminin "İsgəndərnamə" poemasının "Şərəfnamə" hissəsini dilimizə poetik tərcümə edir, İbrahim Tahir Musayev N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasını dilimizə çevirir və filologiya elmləri doktoru, ədəbiyyatşünas Mikayıl Rəfili "Nizami dövrü: həyatı, yaradıcılığı" və "N.Gəncəvi və onun yaradıcılığı" adlı əsərləri qələmə alır. Bununla da Nizami irsi ilə bağlı Azərbaycanda çox ciddi tədqiqatlara start verilir. M.Bağırov, həmçinin, Nizami Gəncəvinin Azərbaycan şairi olmasını əsaslandırmaq üçün Sovet İttifaqının tanınmış şərqşünaslarını bu işə cəlb edir.
 
M.Bağırovun təşəbbüsünə ilk dəstək Leninqrad şərqşünaslıq məktəbinin nüfuzlu nümayəndəsi, görkəmli şərqşünas və iranşünas Yevgeni Bertelsdən (Bertels Yevgeni Eduardoviç: şərqşünas, SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistanın Əməkdar elm xadimi (1946), İran EA (1944) və Ərəb EA-nın (Dəməşq) müxbir üzvü (1955), SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948) gəldi. Onun 1939-cu ildə mərkəzi qəzetlərdə məqalə kimi, 1940-cı ildə Bakıda "AzFan" nəşriyyatında isə "Dahi Azərbaycan şairi Nizami" əsəri kitab halında çap olundu.
 
1939-cu ilin aprelində "Pravda" qəzetində ukraynalı şair Mikolo Bajan (Mikolo Bajan:1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946-1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı, 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb) Nizamidən Azərbaycan şairi kimi bəhs edərək, onu fars qılafından çıxardı. O, məqaləsində Stalinlə görüşünü xatırlayaraq, müzakirə mövzularından birinin də Nizami Gəncəvi ilə bağlı olduğunu qeyd edir. Bajan yzırdı: "Stalin mənə söyləyirdi ki, Nizami poemalarında etiraf edib ki, ona öz xalqının ana dilində yazmağa imkan verilmirdi. Ona görə də o, fars dilində yazırdı". Əslində, Stalinin bu mövqeyi Mircəfər Bağırovdan qaynaqlanırdı. Artıq Stalinin bu yanaşmasından sonra sovet şərqşünaslıq elmi Nizami Gəncəvinin Azərbaycan şairi olması istiqamətində ciddi tədqiqatlar aparmağa və bu faktı ictimailəşdirməyə məcbur oldu.
 
Stalinin bu yanaşmasına minnətdarlıq kimi, Azərbaycan ziyalıları adından mərkəzi qəzetlərdə Səməd Vurğunun, Rəsul Rzanın və Süleyman Rüstəmin şeirləri çap olundu. Bütün bunlardan sonra M.Bağırovun təşəbbüsü ilə Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edildi. Bu qərar çərçivəsində həm də bütün sovet ensiklopediyalarında N.Gəncəvinin Azərbaycan şairi olması haqqında məlumatların verilməsi nəzərdə tutulurdu. Əlbəttə, M.Bağırovun strateji siyasi əhəmiyyətli bu addımları erməni millətçilərinin heç də xoşuna gəlmirdi. N.Gəncəvinin 800 illik yubileyi münasibətilə 1940-cı ildə erməni daşnaklarının ədəbi nümayəndəsi Mariyetta Şaginyan "Nizami Gəncəvi" adlı əsər yazır. Əsər çapa getməzdən öncə Moskvanın "Dövlət Bədii Ədəbiyyatı" nəşriyyatının rəhbərliyi ehtiyat edərək, əlyazmanı M.Bağırova göndərir. M.C.Bağırov bu əlyazmanı araşdırmağı Tarix İnstitutunun direktoru İsmayıl Hüseynova tapşırır. İsmayıl Hüseynov bir müddətdən sonra M.Şaginyanın əsərinin olduqca təhlükəli olduğunu və təxribat xarakteri daşıdığını M.Bağırova məruzə edir.
 
M.Şaginyan əsərində Nizaminin milli kimliyini bir kənara qoyaraq, sadəcə, onun dini görüşlərini önə çıxarır. O, N.Gəncəvi dövründə şiəliyin aparıcı məzhəb olduğunu və onu İran cəmiyyətinin təfəkkür tərzində separatçılığa meylli kimi göstərir. Sual olunur: nəyə görə M.Şaginyan birdən-birə şiəlik xəttini xüsusi vurğulamağa başlamışdı? Əslində, o, adının önündə Mir sözünü daşıyan Mircəfər Bağırova sataşırdı. Bununla, eyni zamanda, Azərbaycan şiələrini sürüşkən, satqın, mərkəzi hakimiyyətə qarşı separatizmə meylli qüvvə kimi göstərməyə çalışırdı. Əlbəttə ki, M.Bağırovun bu kitab barədə rəyi kəskin tənqid üzərində qurulmuşdu (bu rəy bizim Milli Arxiv İdarəsində (keçmiş partiya arxivi) qorunur). M.Bağırovun təşəbbüsü ilə hazırlanan rəyin müəllifi Tarix İnstitutunun direktoru İsmayıl Hüseynov idi (İsmayıl Hüseynov: tarix elmləri doktoru adını alan ilk azərbaycanlı, 1941-1944 və 1958-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, 1960-1966-cı illərdə isə AEA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərman"ı ilə təltif olunmuş və "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür).
 
Həmin rəydən qısa bir iqtibası oxuculara təqdim edirik: "Şaginyan Nizami yaradıcılığında yaxşı nə varsa, hamısını xarici təsirlərin nəticəsi kimi izah edir. Şaginyanın İslamda şiəlik cərəyanına aid fikirləri də həqiqətə uyğun deyil. Nizami Gəncəvi dövründə və ondan əvvəl şiəlik İran separatizmini əks etdirə bilməz. İranda hansısa ciddi azadlıq hərəkatının olduğunu və ya separatizmin şiəlik kontekstində baş verməsinin müəllif tərəfindən söylənilməsi yanlış və yolverilməzdir (burada Şaginyan şiəliyi guya separatizmə meylli xətt kimi Moskva elitasının diqqətinə çatdırmağa çalışırdı - A.M.). Şiə məzhəbinin yaranmasına gəldikdə isə o, xəlifə Əlinin qətlə yetirilməsi ilə əlaqədar deyil, Məhəmmədin vəfatından sonra Əlinin hakimiyyətə gətirilməməsi nəticəsində meydana gəlmişdir. Şaginyan çox nahaqdan şiəliyi iranlılara aid edir".
 
Moskvaya göndərilən bu rəydən sonra (Bağırovun həbsinə qədər) Şaginyanın kitabı işıq üzü görmür. Yalnız 1955-ci ildə M.Şaginyan sözügedən əlyazmasını "Nizami haqqında etüdlər" adı ilə Yerevanda 4000 tirajla çap etdirir. Bununla da M.Şaginyanın Bağırov tərəfindən qadağan edilmiş kitabı işıq üzü görür. M.Bağırovun Şaginyana bu münasibəti və onu Bakıdan qovması sonralar Azərbaycan rəhbərinə qarşı qurulmuş məhkəmədə ona qarşı ittiham kimi səslənirdi.
 
Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin 800 illik yubileyinin 1941-ci ildə keçirilməsi planlaşdırılsa da, müharibənin başlanması ilə bu qəbildən olan yubiley tədbirləri təxirə salındı. Lakin hətta ağır müharibə şəraitində belə Leninqrad Şərqşünaslıq məktəbi kiçik tərkibdə olsa da, "Azərbaycan şairi Nizami Gəncəvi-800" devizi altında tədbir keçirə bildi. Nizami Gəncəvinin yubileyi müharibədən sonra - 1949-cu ildə böyük təmtəraqla qeyd olundu. Beləliklə, M.Bağırovun birbaşa iştirakı, şəxsi təşəbbüsü və fəaliyyəti sayəsində sovet dövlətinin Nizami Gəncəviyə diqqəti artdı və dahi şairin milli kimliyi ilə bağlı o dövrə qədər formalaşmış əsassız fikirlər kökündən dəyişdi.
Oxşar xəbərlər
07:21, Bu gün
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
07:07, Bu gün
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
07 Sep 2024 | 22:10
"İran Rusiyaya ballistik raketlər tədatük edir, ABŞ narahatdir" - "Reuters"
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
07 Sep 2024 | 21:58
Putini bu cür dayandıracağam - Tramp elan etdi
07 Sep 2024 | 21:50
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi
07 Sep 2024 | 21:43
Paralimpiya Oyunlarının qalibi bu ölkədir
07 Sep 2024 | 21:38
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş
07 Sep 2024 | 21:30
Xərçəng xəstəsi olan kralın vəziyyəti necədir?
07 Sep 2024 | 21:22
Selena Qomez milyarder oldu
07 Sep 2024 | 21:14
Hadisə jurnalistə əsəbiləşdi
07 Sep 2024 | 21:06
Azərbaycandan xaricə uçuşların sayında kəskin artım
07 Sep 2024 | 20:58
Yemək bişirməyə vaxtı olmayanlar bunu oxusun
07 Sep 2024 | 20:50
İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat
07 Sep 2024 | 20:47
"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev
07 Sep 2024 | 20:43
Bu ölkədə meymunlara görə referendum keçirilir
07 Sep 2024 | 20:41
Həftədə iki dəfədən artıq XƏNGƏL YEMƏK OLMAZ- ALİMLƏR AÇIQLADI
07 Sep 2024 | 20:31
İpotekanın verilməməsinin imtina SƏBƏBLƏRİ- KREDİT KARTLARINIZI...
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 20:20
Kimlərə isti havada qəhvə içmək olmaz?
07 Sep 2024 | 20:13
Qadın tabutu içindəki meyitlə birlikdə oğurladı - FOTO
07 Sep 2024 | 20:05
Gəlinin şirinlik istəyən uşağa reaksiyası qınağa səbəb oldu - VİDEO
07 Sep 2024 | 19:58
Alimentdən yayınanların diqqətinə - VİDEO
07 Sep 2024 | 19:56
3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ
07 Sep 2024 | 19:50
Xoşbəxt həyat üçün əsas amillər
07 Sep 2024 | 19:46
Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
07 Sep 2024 | 19:40
Tacikistanda zəlzələ oldu
07 Sep 2024 | 19:32
Semafordan svetofora qədər- KEÇMİŞDƏN GƏLƏCƏYƏ
07 Sep 2024 | 19:31
"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?
07 Sep 2024 | 19:24
Tədqiqatçılardan Ay haqqında yeni kəşf
07 Sep 2024 | 19:16
Dondurulmuş ətlərə möhtac qala bilərik
07 Sep 2024 | 19:08
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07 Sep 2024 | 19:00
Azərbaycanlı aktrisa paylaşımı ilə diqqət çəkdi - VİDEO
07 Sep 2024 | 18:47
Zelenski Pokrovskdakı vəziyyətdən danışdı
07 Sep 2024 | 18:43
Cüdoçularımızdan Avropa çempionatında 8 medal
07 Sep 2024 | 18:37
Dünyada bir ilk: Bu avtomobil tarixə düşdü - FOTO
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 18:25
İrəvandan Ankaraya bu tarixi körpü ilə bağlı məktub
07 Sep 2024 | 18:20
Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
07 Sep 2024 | 18:18
Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:10
Bu kitablar kimdə varsa, varlı olacaq
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:00
"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."
07 Sep 2024 | 17:52
Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazandı
07 Sep 2024 | 17:46
Ucarda 16 yaşlı qız qaçırıldı
07 Sep 2024 | 17:39
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
07 Sep 2024 | 17:37
“Rusiyanın bu addımı Ukraynanın uzaqvuran raketlərlə təchizatına kömək edəcək”
07 Sep 2024 | 17:32
XİN Braziliyanı Milli Günü münasibətilə təbrik etdi
07 Sep 2024 | 17:26
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
07 Sep 2024 | 17:20
Gecələr başsız dolaşan sirli adam: Qarşısına çıxanın ruhunu alır
07 Sep 2024 | 17:13
Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...
07 Sep 2024 | 17:06
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
07 Sep 2024 | 17:00
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
07 Sep 2024 | 16:54
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
07 Sep 2024 | 16:47
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
07 Sep 2024 | 16:41
Britaniyalı akademik: "COP29 Azərbaycan üçün mühüm bir addımdır"
07 Sep 2024 | 16:35
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
07 Sep 2024 | 16:29
Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
07 Sep 2024 | 16:22
Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi... - ŞƏRTLƏR
07 Sep 2024 | 16:16
Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...
07 Sep 2024 | 16:13
İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 16:02
Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
07 Sep 2024 | 15:56
Prezident İlham Əliyev fərman imzaladı
07 Sep 2024 | 15:49
"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN
07 Sep 2024 | 15:42
Keçmiş məhkum və onun qadın şərikində narkotik vasitə aşkarlandı - VİDEO
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 15:30
Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
07 Sep 2024 | 15:24
Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi - FOTO
07 Sep 2024 | 15:19
“Hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçının küçələrdə nə işi var?”
07 Sep 2024 | 15:12
Bazarda qiymətlər aşağı düşəcək: Yeni meyarlar müəyyənləşdi
07 Sep 2024 | 15:05
Sizi uğursuz edən 6 VƏRDİŞ
07 Sep 2024 | 14:58
"İsrail strateji təşəbbüsü əldən verib, İran isə hələ döyüşə başlamayıb" - İRNA agentliyi
07 Sep 2024 | 14:52
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
07 Sep 2024 | 14:46
Afət Fərmanqızıdan etiraf: "Həmin verilişə görə biz ayrıldıq" - VİDEO
07 Sep 2024 | 14:40
Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi ŞƏRT qoyurlar
07 Sep 2024 | 14:34
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatdı 
07 Sep 2024 | 14:27
Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
07 Sep 2024 | 14:20
COP29 Azərbaycan Sədrliyinin diplomatik korpusun üzvləri üçün ikinci brifinqi baş tutub - FOTO
07 Sep 2024 | 14:13
Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?
07 Sep 2024 | 14:06
Ağdam və Bakıda maşın qaçıranlar tutuldular
07 Sep 2024 | 14:00
"Manatlıq taksi"lərlə bağlı AÇIQLAMA
07 Sep 2024 | 13:56
Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA
07 Sep 2024 | 13:50
"Biz Rusiyanı sülhə məcbur etməliyik" - Zelenski
07 Sep 2024 | 13:44
Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
07 Sep 2024 | 13:40
Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
07 Sep 2024 | 13:36
İdmançımız finala vəsiqə qazandı
07 Sep 2024 | 13:32
Alma sirkəsi mifi: "Bu cür üsulların reklamı ya öldürür, ya da..."
07 Sep 2024 | 13:27
İlham Zəkiyev bu dəfə medal qazana bilmədi
07 Sep 2024 | 13:23
Vilayət Eyvazov TDT ölkələrinin DİN rəhbərlərinin iclasında İŞTİRAK ETDİ - FOTO
GÜNLÜK
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 08:49
 TƏCİLİ! Rusiyanın kəndləri boşaldılır - BU SƏBƏBDƏN 
07 Sep 2024 | 08:20
Rusiya-Ukrayna ilə müharibəsinin bitməsinin ŞƏRTLƏRİNİ AÇIQLADI -Payızda...
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 08:11
Ukrayna ordusu Rusiyanın bu ərazisini bir aydır ki, nəzarətdə saxlayır...-VİDEO-XÜLASƏ
07 Sep 2024 | 09:12
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
HƏFTƏLİK
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 08:49
 TƏCİLİ! Rusiyanın kəndləri boşaldılır - BU SƏBƏBDƏN 
07 Sep 2024 | 08:20
Rusiya-Ukrayna ilə müharibəsinin bitməsinin ŞƏRTLƏRİNİ AÇIQLADI -Payızda...
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 08:11
Ukrayna ordusu Rusiyanın bu ərazisini bir aydır ki, nəzarətdə saxlayır...-VİDEO-XÜLASƏ
07 Sep 2024 | 09:12
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər