“O, Rasim Ocaqova yalvarırdı ki, Təhminəyə “fahişə” deməsin...” - FOTOLAR
Mədəniyyət
Oxunub: 3176
26 Apr 2014 | 17:15
“O, Rasim Ocaqova yalvarırdı ki, Təhminəyə “fahişə” deməsin...”  - FOTOLAR
Bu dəfə hər kəsin marağına səbəb olan, böyük sevgi üzərində qurulan bir filmin kadrarxasına nəzər salacağıq.

Modern.az-ın “Kadrarxası” layihəsində bu dəfə “Təhminə” filminin çəkilişlərindən söz açılır. Filmdə Zaurun anası  Zivər obrazını canlandırmış Azərbaycanın xalq artsiti Zərnigar Ağakişiyeva o günləri xatırlayacaq.

Arayış: Quba rayonun Rustov kəndində doğulub, boya-başa çatan Zərnigar Fəti qızı Ağakişiyeva 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Özünü bütövlükdə sənətə həsr edən akrtrisa ailə həyatı qurmayıb.

“Təhminə” filmi 1993-cü ildə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb. Quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, Bəstəkar Emin Sabitoğlu, filmin direktoru Nadir Əliyev olub. Filmdə “Küçələrə su səpmişəm” xalq mahnısından, həmçinin Fredirik Şopenin musiqisindən istifadə edilib, Rafiq Babayevin insturimental ansamblının ifası yer alıb. “Əlvida” mahnısını Rafiq Babayev ifa edir. Rollarda Fəxrəddin Manafov, Meral Konrat, Zərnigar Ağakişiyeva, Həsən Məmmədov, Həsənağa Turabov və başqaları çəkiliblər.

Film iki gəncin alovlu məhəbbbətinin uğursuz sonluğundan bəhs edir. Fəxrəddin Manafov və Meral Konrat filmdə o qədər canlı oynayırlar ki, hətta insanlar onaların gerçək həyatda da sevgili olduğunu düşünürdü. Lakin sonralar açıqlama verən cütlük bunun sadəcə şayiə olduğunu bildirdilər... Film boyu Rasim Ocaqov emosiyaları çox gözəl duyur və onları ötürə bilirdi. Aktrisa qeyd edir ki, elə anlar olurdu ki, rejissor hər şeyin necə çəkiləcəyini açıq-aydın təsvir edirdi. Hətta Təhminə və Zaurun üzlərinin rakurslarını belə, “görə bilirdi.

“Rolumu başqası oynasa idi, qısqanardım...”

Zərnigar Ağakişiyeva: “Təhminə” tamaşa olaraq Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynanılmışdı. Orada mənim də payıma ana rolu düşmüşdü. Mən də, tamaşaçı da həmin rolu sevirdik. Hər dəfə səhnəyə çıxanda tamaşaçı rəğbətini hiss edirdim. Tamaşanı çox həvəslə oynayırdım. Filmə çəkilməyimi Rasim Ocaqov təklif etdi. Saçım ağarmışdı. O zaman saç boyası da az tapılırdı. Başıma çalma bağlamışdım. Bir gün Rasim müəllim dedi “səni filmə çəkmək istəyirəm”. Başımdakı çalmanı açmağımı istədi. Mən də istəmirdim ki, ağarmış saçlarımı görsünlər. (gülür). Rasim müəllim dedi “mənə elə belə lazımsan”. Rasim Ocaqov rolu mənə təklif edəndə böyük məmuniyyətlə razılıq verdim. Əksi ola bilməzdi, çünki, rolumu başqası oynasa idi qısqanardım. Çəkilişlər başladı və biz Rasim müəllimlə çalışmalı olduq”.

Aktrisa deyir ki, filmdən fərqli olaraq tamaşada ehtiras, coşqu, gərginlik daha çox əks olunurdu. Film tamaşaya nisbətən daha sakitdir. Deyiləcək sözlər baxışlarda əks olunur, bəzən susqunluq olan səhnə sözün ifadə edə bilmədiyini ekrandan deyir. “Belə ifa daha çox Fəxrəddin Manafovun rolunda özünü göstərirdi. Film boyunca bunu aydın görmək olur. Baş verən hadisələr onun hisslərində yaşayırdı”.

“Çəkiliş vaxtı Meral Konratı görmürdüm”

Dövlət xəttilə çəkilən filmin çəkilişləri təxminən bir ildən çox vaxt aparır. Arada yaranan maliyyə problemləri çəkiliş vaxtının  uzanmasına səbəb olur. Hər filmdə olduğu kimi çəkilən, lakin efirə getməyən kadrlar çox olur.

Zərnigar Ağakişiyeva: “Türkiyəli aktrisa Meral Konratla mənim çəkilişlərim eyni gündə olmurdu. Bizim heç təmasımız da yox idi. Onun çəkilişləri əsasən Fəxrəddinlə olurdu. Mənim onunla telefon səhnələrim olub. Film boyu qarşılaşmırdıq da. Yalnız studiyada 2 dəfə qarşılaşmışdıq. Onda da “salam”dan başqa bir söhbıtimiz olmayıb. Son dəfə Bakıya gəldiyi zaman Xətai rayonu ərazisində bir tədbir vardı, orada görüşdük. Heç Fəxrəddin Manafovla da əlaqələrim yoxdur. Çox az hallarda görürəm. Hərə öz işindədir. Yalnız çəkiliş müddətində əlaqələrimiz olurdu. Dostluq yaranmamışdı deyə, əlaqələr indi də yoxdur”. 

Aktrisa qeyd edir ki, çəkildiyi vaxt alınmayan, çətinlik çəkdiyi səhnə olmayıb. “Buna görə də, rejissor hər zaman məndən razılıq edirdi. Rasim müəllim çəkiliş vaxtı əsəbi, gərgin olurdu. Elə mən də. Bir gün daha çox gərginlik hiss olunurdu. Mən çox emosional idim, mənə bildirdi ki, bir az sakit ol, bura teatr deyil, hisslərini cilovla”.

“Rasim müəllimə çox yalvardıq...” 

Filmdə Zaurun valideynlərinin Təhminənin ünvanına söyüş işlətdikləri epizod var. Ata rolunu oynayan Həsən Turabov bu söyüşü işlətməmək üçün rejissordan çox xahiş edir.. Amma Rasim Ocaqov razı olmur..

Zərnigar Ağakişiyeva: “Biz Həsən Turabov birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Həsən müəllim dedi ki, “mən deməyəcəyəm o sözü... Mənə yaraşmır axı, pis sözləri dilimə alım”. Rasim müəllim yek kəlmə dedi ki, “yox! Deməlisiz. Vəssalam!”. Biz də məcburən rolumuz gərəyi söyməli olduq. Əslində həmin sözlərin olması təbiidir. İstər-istəməz hər hansı bir insan əsəbi halda yaxşı söz danışmır. Bu təbii hal filmdə də öz əksini tapır. Amma bu o demək deyil ki, Təhminə həmin sözlərə layiqdir. Sadəcə Zivər öz oğlunu qorumaq istəyirdi. Onlar tanınmış ailə idilər, oğlunun bəsit qadınla ailə qurmasını istəmirdi. Azad həyat tərzi keçirən Təhminəyə söz tez yapışırdı. Təhminə boşanmış qadın idi. Əslində oradakı ana özlüyündə haqlıdır”.

Təhminənin mübarizədən əl çəkməsinin başlıca səbəbi övladının olmamasıdır. Təhminə hər şeyi adlayıb keçərdi, təkcə Zaurun xoşbəxtliyindən başqa. O başa düşürdü ki, qadın kimi Zaura bəlkə də dünyaları bəxş edə bilər, ancaq heç vaxt ona övlad verə bilməyəcək...

Cavan, gözəl, uğurlu, hamı üçün əlçatmaz və öz dövrünə görə proqressiv olan qadın televiziyada işləyir və dedi-qoduların müzakirə mövzusudur. Amma o, ancaq Zauru sevirdi və bu sevgi ilə də öldü. Bu problem bu gün də var: qadın uğurlu, müstəqil və məşhurdursa, onu sevmirlər və tez-tez onun haqqında yalan söhbətlər danışırlar. Ancaq buna baxmayaraq, Təhminə Zaurla görüşməklə səhv etdi, o, ərdə idi və bu o zaman ona qarşı əsas arqument oldu.

“Bəzən öz etdiklərimə görə xəcalət çəkirəm”

Zərnigar Ağakişiyeva: “Çəkiliş müddətində narazılıq mütləq olur. Hələ cavan vaxtı daha çox olur. Peşəyə, sənətə olan maraq, sevgi biraz da özünü paxıllıqla biruzə verir. Rolları, səhnəni qısqanmaq olur. Öz adıma deyirəm ki, hərdən elə şeylər yadıma düşəndə xəcalət də çəkirəm. Bu sənətdən asılı olmayaraq hər bir gənc insanda baş verən hallardı. Zaman keçdikcə insan böyüyür. İnciklik olmuşdu, oldu, keçdi”.

“Pavilyon çəkilişləri daha çox xoşuma gəlirdi”

Zərnigar Ağakişiyeva: “Çəkilişlər əsasən Bakıda pavilyonda aparılıb. Fəxrəddinin nişanlı dövrü, səyahətə getmələri, atasının onun üçün maşın alması Türkiyədə çəkilib. Filmdə Zivərgilin evi pavilyonda qurulmuş ev idi. Yəni ev tikilir, sırf çəkiliş üçün. Bu zaman divarlar tikilir, yuxarıdan işıqlar qoyulurdu. Mənim üçün studiya çəkilişləri daha xoş idi”.

Filmdə əvvəlcə Zaur rolunu başqa aktyor oynayır. Həmin aktyor artıq filmin yarısınadək çəkilməsinə baxmayaraq, Meral Konrat tərəf müqabilindən narazı qalır. Aktyor M.Konratda heç bir emosiya oyatmadığından çox narahat olur. Bir həftə sonu aktrisa İstanbula qayıdır, o zaman rejissor ona zəng edir və bildirir ki, filmi başdan çəkməyə başlayacağıq və Zaur rolunu da Fəxrəddin Manafov oynayacaq. Fəxrəddin Manafovun yaradıcılığına yaxından bələd olan aktrisa çox sevinir.

“Sevgi səhnələrinin çılpaqlıqla əksi Azərbaycan efiri üçün deyildi”

Zərnigar Ağakişiyeva: ““Təhminə”dəki intim səhnəsi o dövr üçün yenilik idi. “Olmaz” dediyimiz şeylərə yer verilirdi. Bu artıq yenilik idi. Şəxsən mən bu yeniliyin əleyhinəyəm. Hər şeyi çılpaqlığı ilə göstərmək doğru deyil deyə, düşünürəm. Bu fikrimə görə məni qınayanlar da ola bilər. Kimsə mənə geridəqalmış da deyə bilər. Düşünürəm ki, ekran onun yeri deyil. O hissləri çılpaqlığı ilə açmaq mənə bir tamaşaçı kimi xoş deyil”.

“Çəkiliş yüksək əhval-ruhiyyədə keçirdi”

Zərnigar Ağakişiyeva: “Çəkiliş heyəti tərəfindən Rasim Ocaqova, Anar müəlimə çox böyük hörmət vardı. Hər şey mədəni, konfliktsiz davam ediridi. Filmdə rejissor nə tələb edirdisə, onu oynayırdıq, improvizələr olmadı. Bütün rolları özününküləşdirilmiş şəkildə oynayırdıq. Teatrda tamaşa oynanıldığı müddətdə onsuz da sevilirdi, amma film çəkiləndən sonra həmin sevgi birə beş artdı. Hətta tamaşaçılar küçədə görəndə də filmə olan rəğbətlərindən danışırdılar. “Təhminə”dən əvvəl bir neçə filmdə epizodda oynamışdım. Bu rol filmdəki ilk böyük rolum idi”.

Mərhum Rafiq Babayev bu filmə gözəl “Əlvida” mahnısını yazıb: “Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan”. Bu ürəkdən gələn sözlərdir və bu sözlərdə Zaurun fikirləri, onun daxili aləmi hiss olunur. Təhminəni qazanmaq ona necə çətin olmuşdu və necə asanlıqla o, Təhminədən ayrıldı. O evləndi və rahat şəkildə yaşamağa davam etdi...
Oxşar xəbərlər
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq