Madam Bricitin gözütoxluğu, Rey və Royun cəriməsi
Maraqlı
Oxunub: 316
15:52, Bu gün
Madam Bricitin gözütoxluğu, Rey və Royun cəriməsi
Bir daha sübut olunur ki, Mirzə Fətəli Axundov (1812-1878) gerçək dahidir. Buna bir misqal şübhə etmək olmaz.
 
Yeri getməmişkən, deyim ki, onun doğulduğu Xamnə kəndindən prezidentlər, baş nazirlər, filosoflar, alimlər çox çıxıb. İranda qalsa, bəlkə də mirzənin imzası Fətəli Xamneyi olacaqdı. Amma bu, başqa söhbətdir, indiki mətləbə dəxli yoxdur.
 
Siz onu təsəvvür edin ki, onun 174 il bundan əvvəl, yəni 1850-ci ildə yazdığı və tam adı “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” olan (biz qısaca “Müsyö Jordan” deyirik – belə daha rahatdır) əsərində Fransa ilə ölkəmizin fərqini necə yazıbsa, tam da möhür vurub. Həmin pyesin əsasında çəkilmiş film də var. Pyesdə Hatəmxan ağa müsyö Jordana deyir ki, bizdə çox arvad almaq adətdir, Firəngistanda çox kişi almaq...
 
Kişi-qadın münasibətlərində, eləcə də kişilərə və qadınlara yanaşmada fərqlər hələ də qalır və hətta daha da şiddətlənib.
 
Məsələn, bizdə hansısa qadını tərifləmək istəyəndə deyirlər, kişi kimi qadındır. Qadın özü də qürur duyur, nəsli-nəcabəti də. Amma Fransada bir qadına “kişi kimi qadındır”, “əsl kişidir” deyəndə elə deyəni məhkəməyə verirlər.
 
Bax, indi xəbər yayılıb ki, Fransada məhkəmə prezident Makronun həyat yoldaşının kişi doğulduğunu iddia edən iki qadını cərimələyib.
 
Amandine Roy və Nataşa Rey adlanan qadınlar Makronun yoldaşı Bricitin kişiyə oxşamasından çıxış edərək onun transseksual, yəni kişidən qadına dönmə olduğunu iddia ediblər, 4 saatlıq video yayıblar, amma dediklərini sübut edə bilməyiblər.
 
Qadınlar hətta Bricitə təzə ad da qoyubmuşlar, deyirmişlər, əslində onun Jan-Mişel Tronyedir.
 
Qadınlar videoda Bricitin ailəsinin fotoşəkillərini göstəriblər, onun plastik əməliyyat etdirdiyindən danışıblar, həmçinin üç uşağının əsl anası olmadığını iddia ediblər.
 
Məhkəmə iclasında Roy görüb ki, hakimlər Bricitə tərəf çıxır, deyib ki, mən bu tədqiqata 3 ilimi sərf eləmişəm və bu məlumatlara papaqdan çıxarmamışam. Amma məhkəmə yenə Fransanın birinci madamının xeyrinə qərar çıxarıb, Roy və Reyi prezidentin həyat yoldaşına 8 min avro (toplamda 16 min), onun qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro ödəməyə məhkum edib.
 
Nə dərəcədə ədalətli olduğunu demək olmaz, amma hardan baxsaq, humanist cəzadır. Burdan-bura bir məktəbdən “uşaqlardan fond pulu yığırlar” deyə yazı yazıb məktəb direktorunun adını çəkəndə bizi məhkəməyə verir, 50 min, bəzən isə 500 min manat məbləğində kompensasiya tələb edirdilər.
 
Bir ara tamam milyonçu olmuşduq, dərisi, gerisi, şərəfi, ləyaqəti 99,99 qəpik olmayan biriləri adi tənqidə görə bizdən 1 milyon manat pul tələb edirdi. Hakimlər də başa düşürdülər ki, iddiaçılar ağ edir, jurnalistlərdə o qədər pul nə gəzir, amma variant olmurdu, 50 minlik cərimələri yükləyirdilər çiynimizə. Sanki 50 mini düzəldib vermək asandır.
 
Amma görürsünüz, o boyda ölkənin prezidentinin ömür-gün yoldaşı necə göztoxdur, ona şər atanları yüngülvari cərimələtdirib – hərəsini 8 min avro. İki-üş aylıq maaşları həcmində.
 
Bu, heç. Əsas odur ki, Fransada bir qadına “kişidən dönmə” demək, kişiyə oxşadığını iddia etmək məhkəməlik iş olur, ancaq bir kişiyə “qadın kimi zərifdir” deyəndə xətrinə dəymir, hətta nazlanaraq, “ah, necə də lütfkarsınız” deyir. Bizdə hansısa kişiyə “sən necə də gözəlsən” desələr, adamı yortar, hələ gedib müğənni Zamiqə deyər ki, o mahnını Yutubdan sildir.
 
İndisini bilmirəm, Fransadakı son seçkilərdən qabaq Makronun kişi nazirləri vardı, çox duyğusal idilər, təzə ailə qurmuş madamlar kimi nazlanırdılar, ərə geddəndən sonra xoşbəxtliklərini tapdıqlarından danışırdılar. Heç kim də onların ailə işinə qarışmırdı, deyirdilər, onların görünüşü kişidir, əslində çoxdan dönüb qadın olublar. Bax, buna görə heç kim Fransada məhkəməyə verilmədi.
 
2022-nin axırlarında Fransanın futbol millisi ilə Argentina yığması ilə mundialda final oynayanda, prezident Makron uduzmuş həmvətənlərinə təsəlli vermək üçün meydançaya endi, Mbappeyə xüsusi olaraq təskinlik verəndə (qucaqlamaq, başını tumarlamaq) futbolçu ona qarşı, yumşaq desək, eşşəklik elədi. O vaxt Fransa qəzetləri bu fotoları manşetdən yaydılar, yazdılar ki, bu hərəkətlər homoseksuallığa meyllilikdən xəbər verir. Amma Makron onları məhkəməyə vermədi.
 
Axundov sağ olsa, Hatəmxan ağanın dilindən yazardı ki, bizdə qadına oxşadılan kişi adamı məhkməyə verir, Fransada isə kişiyə oxşadılan qadın.
 
Gender bərabərliyindən hamıdan çox danışan ölkədə bu niyə qəbahət olsun ki? Transseksual olanda nə olar? Onsuz da hazırda dünyada ikicinsliliyin yerini çoxcinslilik alıb, genlər də qarışıb bir-birinə. (musavat.com)
Oxşar xəbərlər
18:57, Bu gün
Ələt-Astara magistralında qəza: Şəhid xanımı xəsarət alıb
18:44, Bu gün
Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
18:43, Bu gün
ABŞ Rusiyaya görə TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ - Bu bölgəyə qoşun yeritdi...
18:34, Bu gün
İngiltərə millisi və klubları bütün yarışlardan kənarlaşdırıla bilər
18:33, Bu gün
Həyat yoldaşı ilə eyni məktəbdə çalışan Günay müəllimə: "Peşəmiz taleyimizi birləşdirib"
18:11, Bu gün
"ABŞ prezidentliyinə namizədlər həyatın əleyhinədir" - Roma Papası
17:53, Bu gün
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
17:46, Bu gün
"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib
17:38, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
17:28, Bu gün
Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir
17:20, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
17:10, Bu gün
Tramp və Kamala Harrisin ilk debatı - Qarşılıqlı ittihamlar, absurd bəyanatlar və sıfır nəticə
17:01, Bu gün
"Formula 1": Daha bir pilot mübarizəni dayandırıb - YENİLƏNİB
16:52, Bu gün
Paşinyan sabah Gürcüstana gedir - Onun MƏQSƏDİ...
16:44, Bu gün
ƏHALİYƏ MÜHÜM XƏBƏR: Sentyabrın 16-da...
16:33, Bu gün
Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur
16:21, Bu gün
Şəfasından xəbərsiz olduğumuz TAXIL BİTKİLƏRİ - Bu 4 sıyıq qaraciyəri BƏRPA EDİR
16:11, Bu gün
"İran Rusiyaya ballistik raketlərin tədarükünü dərhal dayandırmalıdır" - G7
16:10, Bu gün
Duzlu kələmin faydaları
16:07, Bu gün
"Rusiya 2026-cı ilədək müharibəni bitirmək istəyir" - Budanov
16:02, Bu gün
Ronaldo virusa yoluxdu: Çempionlar Liqasına getməyəcək
15:52, Bu gün
Madam Bricitin gözütoxluğu, Rey və Royun cəriməsi
15:44, Bu gün
"Formula 1": Yaponiyalı sürücü mübarizəni dayandırıb
15:36, Bu gün
SSRİ idman ustası Şahin Hüseynov vəfat edib
15:28, Bu gün
Azərbaycan Qran-prisi: "Formula 1"in əsas yarışında "Ferrari" pilotu liderdir - YENİLƏNİB
15:24, Bu gün
Stefan Sejurnenin İrəvana səfəri Ermənistanı yeni təxribatlara həvəsləndirəcək
15:18, Bu gün
Sakaryada fabrikada partlayış olub, 20 nəfər yaralanıb
15:10, Bu gün
"Formula-1"i izləməyə gələn şəxs: "Qazilər üçün ideal şərait yaradılıb"
15:00, Bu gün
“Əvvəl ürək-dirək verdilər, sonra silah, indi isə...”
14:59, Bu gün
İngiltərə Premyer Liqası: "Tottenhem" "Arsenal"la üz-üzə
14:51, Bu gün
Kəpəklə təbii üsullarla da mübarizə apara bilərsiniz - YOLLARI
14:41, Bu gün
Stend atıcılığı üzrə Azərbaycan Birinciliyinin qalibləri müəyyənləşib
14:33, Bu gün
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub
14:25, Bu gün
"Sərhədçi" heyətini yeni oyunçu ilə gücləndirib
14:13, Bu gün
Hindistanda FACİƏ: bina çökdü, 10 nəfər ölüb
14:05, Bu gün
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
13:57, Bu gün
Bakıda bir sıra orta təhsil müəssisələrinin ətrafında tədbirlər görülür
13:48, Bu gün
Bu tarixlərdə doğulanlar: növbəti 6 ay ərzində görün nə etməlidirlər
13:40, Bu gün
Sentyabr romantika və ehtiras ayı olacaq – ÜÇ BÜRC üçün
13:32, Bu gün
"Mən müharibədə qələbə planını ABŞ prezidentinə təqdim edəcəyəm" - Zelenski
13:28, Bu gün
Azərbaycan MDB-nin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub
13:26, Bu gün
Ermənistan sürətlə silahlanır - Görün hansı RAKETİ ALIR
13:24, Bu gün
Xaçmazda avtomobil səkiyə çırpılıb, 1 nəfər ölüb
13:15, Bu gün
Bakıda qadın antibiotikdən şoka düşərək ÖLDÜ 
13:09, Bu gün
Avropanı təhdid edən çağırış: Ümidlər yenə Azərbaycanadır
13:07, Bu gün
Qadınların gəlinin atdığı buket üstündə davası -VİDEO
13:02, Bu gün
"Formula 2" yarışının qalibi mükafatlandırılıb
12:59, Bu gün
Pezeşkian Rusiyaya gedir
12:53, Bu gün
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib-YENİLƏNİB
12:49, Bu gün
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış və qar yağacaq
12:35, Bu gün
İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib-YENİLƏNİB
12:31, Bu gün
İsrail Livandan atəşə məruz qalıb
12:25, Bu gün
Azərbaycanda həkim faciəvi şəkildə ÖLDÜ
12:18, Bu gün
Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar
12:08, Bu gün
Qiymətə görə internetdən imtina edənlər cərimələnəcək? – RƏSMİ CAVAB
11:57, Bu gün
"Formula 2": Bakıdakı yarışda zəncirvari qəza baş verib
11:53, Bu gün
Ukrayna ordusu Kurskda irəliləyir: Kəndlər ələ keçirildi
11:40, Bu gün
Kirayə evlərin bahalaşma SƏBƏBİ MƏLUM OLDU
11:35, Bu gün
İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi
11:30, Bu gün
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
11:27, Bu gün
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
11:20, Bu gün
Neymar Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək
11:12, Bu gün
İsrail ordusu bu şəhərin təxliyəsinə başlayır
11:04, Bu gün
600 dollara toya dava salıb, gəlini qaçırdır - Maraqlı xidmət 
10:53, Bu gün
Tehranda televiziya qülləsini ildırım vurub
10:47, Bu gün
Uşağı olan anaların DİQQƏTİNƏ - Birlikdə yatmaq olarmı?
10:39, Bu gün
Müdafiə darmadağın ola bilər - Zelenski son çarəyə əl atır
10:31, Bu gün
Yol Polisi tədris ilinin başlanması ilə bağlı müraciət yayıb
10:21, Bu gün
“Biz burada kosmonavt yetişdirmirik, belə tədris yükü olar?” - Təhsil ekspertindən ETİRAZ
10:19, Bu gün
İvanişvilidən SƏRT SÖZLƏR: "Saakaşvili buna görə üzr istəməlidir..."
10:18, Bu gün
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:11, Bu gün
Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI
10:04, Bu gün
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb
10:00, Bu gün
Türk ekspertdən ŞOK XƏBƏDRALIQ: "Ona verilən icazə son dərəcə təhlükəli ola bilər"
09:52, Bu gün
Tərkibindəki dəmir qan hüceyrələri əmələ gətirir
09:44, Bu gün
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
09:32, Bu gün
Ölkədə bu xidmətlərin qiyməti artdı
09:25, Bu gün
Ukrayna Kurskda, Rusiya Donbasda irəliləyir
09:19, Bu gün
Çörəyin üzərinə nə üçün yumurta sarısı çəkilir?
09:11, Bu gün
Planları, yeni tanışlıqları təxirə salın: İlin ən təhlükəli dövrü
08:55, Bu gün
2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
08:44, Bu gün
Vikipediyadan şəhidlərə aid məqalələri sildiyi deyilən şəxs danışdı: "Bərpa edəcəyəm..."
08:32, Bu gün
Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...
08:25, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
08:16, Bu gün
Avtobus qəzası: 40-dan çox turist yaralandı
01:19, Bu gün
Gürcüstan hakimiyyəti osetinlərlə müharibəyə görə üzr istəyəcək
00:37, Bu gün
İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda
00:34, Bu gün
Musiqi məktəbinin direktoru VƏFAT ETDİ
00:21, Bu gün
"Qalatasaray" rəqibini darmadağın etdi
00:19, Bu gün
QHT-lər milli xəyanətkarlara qarşı: "Haram olsun"
00:05, Bu gün
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
14 Sep 2024 | 23:42
Usama ben Ladenin oğlu sağdır və "Əl-Qaidə"ni dirçəltməyə hazırlaşır
14 Sep 2024 | 23:35
"İbarəli kütbeyin anqlosakslar bir şeyi etiraf etmək istəmir ki..."
14 Sep 2024 | 23:32
“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki...”- Əməkdar artist+ÖZƏL
14 Sep 2024 | 23:03
İstirahət mərkəzində əməliyyat: həbs olunan var
14 Sep 2024 | 22:55
Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI
14 Sep 2024 | 22:50
Azərbaycanlı aktyorun səhnədə dizi yaralandı - FOTO
14 Sep 2024 | 22:44
Millimiz Olimpiadada dördüncü qələbəsini qazandı
14 Sep 2024 | 22:36
Balıqçı qayığı ilə birlikdə yoxa çıxdı
14 Sep 2024 | 22:28
Lekler Azərbaycan Qran Prisinin seçmə mərhələsinin qalibi oldu
GÜNLÜK
00:05, Bu gün
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
14 Sep 2024 | 19:22
İnsanda yenidən DİŞ ÇIXARAN preparat hazırlandı
00:37, Bu gün
İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda
14 Sep 2024 | 20:35
"Ukrayna Rusiyada məhv etmək istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib" - "Reuters"
14 Sep 2024 | 20:37
"Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki..."
14 Sep 2024 | 19:43
Ayda beş kiloqramı necə itirmək olar?
14 Sep 2024 | 19:35
Ermənistan Su-30 təyyarələri üçün bu ölkəyə müraciət etdi
14 Sep 2024 | 19:50
Zamiq bahalı hədiyyələrini paylaşdı - VİDEO
14 Sep 2024 | 23:32
“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki...”- Əməkdar artist+ÖZƏL
14 Sep 2024 | 20:45
Səhər acqarına su için - Hər dərdin dərmanıdır...
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
AYLIQ
00:05, Bu gün
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
14 Sep 2024 | 19:22
İnsanda yenidən DİŞ ÇIXARAN preparat hazırlandı
00:37, Bu gün
İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda
14 Sep 2024 | 20:35
"Ukrayna Rusiyada məhv etmək istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib" - "Reuters"
14 Sep 2024 | 20:37
"Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki..."
14 Sep 2024 | 19:43
Ayda beş kiloqramı necə itirmək olar?
14 Sep 2024 | 19:35
Ermənistan Su-30 təyyarələri üçün bu ölkəyə müraciət etdi
14 Sep 2024 | 19:50
Zamiq bahalı hədiyyələrini paylaşdı - VİDEO
14 Sep 2024 | 23:32
“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki...”- Əməkdar artist+ÖZƏL
14 Sep 2024 | 20:45
Səhər acqarına su için - Hər dərdin dərmanıdır...