Sentyabrın 14-də Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyişlərini davam etdiriblər. Ordu Tetkinodan cənubda və Sucanın şimalında irəliləyərək bir neçə kəndi ələ keçirib.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Məlumata görə, Ukrayna hərbçiləri Vesyoloe kəndinə giriblər. Rusiyalı hərbi bloger də bu kəndin ələ keçirildiyini təsdiqləyib:
“Rus mənbələr hətta Ukrayna ordusunun Medvejevo kəndindən qərbə (Qluşkovodan cənub-qərbə) və Tetkinodan cənuba (Qluşkovodan təqribən 25 km cənub-qərbə), Sum vilayəti ilə sərhəddə yerləşən ərazidə irəlilədiyini təsdiq edib. Onlar bildiriblər ki, Ukrayna qüvvələri sentyabrın 13-də və 14-də Medvejevo, Vesyeloe, Obuxovka və Novıy Put yaxınlığında hücum əməliyyatlarını davam etdirib. Ukrayna ordusu Sucadan şimalda yerləşən Çerkasskoe Poreçnoe kəndini ələ keçirib”.(axar.az)