Vyanada Şuşa günləri - Avropanın cənnətindən reportaj...
Maraqlı
Oxunub: 4970
04 Jul 2016 | 12:29
Vyanada Şuşa günləri  - Avropanın cənnətindən reportaj...





Vyanada Şuşa günləri


Fotolu, xatirəli reportaj

Ondan başlayım ki, Vyana bizim kimi günyarımlıq gəlinəsi şəhər deyil, bura ən azından dörd-beş günlüyə gəlmək lazımdı. Yüz illərcə tarixin cürbəcür memarlıq üslublarında donub qaldığı sarayları, gəzdikcə gəziləsi küçə və xiyabanları, baxdıqca baxılası muzeyləri var. Dinləməyə konsertlərini, operalarını demirəm heç.

Əslində bu yayın səyahət proqramında yalnız Polşanın şəhərlərinə səfəri nəzərdə tutmuşduq. Gəmi-bərəylə Baltik dənizini keçib, uşaqları Qdanskda “Solidarnost” hərəkatının tarixiylə, Varşava, Krakov, Vroslav kimi şəhərlərdə tarixi yerlər və muzeylərlə tanış etmək, Osvensimdə faşistlərin “konslager”ini, Torunda Kopernikin evini göstərmək idi qəsdim. Araya salıb, yolüstü tamam fərqli bir yerə ”“ Vyanaya da dəymək qərarını son anda verdik. Odu ki, bu şəhərə cəmi iki gün ayıra bildik.

Sizə bir məsləhət verim, Vyanaya səfər edəndə bizim kimi etməyin, yəni Habsburqların özlərindən sonra qoyduqları mədəniyyəti görüb tam anlamaq üçün Praqa-Budapeşt-Vyana marşrutunu seçin!

uzumluk

”¦Avstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən. Uzaq Alp dağları fonunda yaxın yamaclar, üzümlüklər, laləzar çəmənliklər xoş uşaqlıq xatirələrimi göz önünə kino lenti kimi gətirir. Eniş-yoxuşlar boyu dolama yolları uşaqlara göstərib Qarabağa bənzədirəm, Ağdamdan Şuşaya gedən yoldu elə bil, deyirəm. Maraqlı gəlir, boylanıb baxırlar.

Vyanada qaldığımız müddətcə Qarabağa, Şuşaya köklənən ovqat məni tərk eləmədi. Bir-bir yazacam, qaynağını biləcəksiniz.

Çoxunuza bəlkə də qəribə gələr bu bənzətmə ”“  cəmi əlli-altmış il ömür sürən balaca bir xanlığın paytaxtı Şuşa hara, əsrlərcə neçə imperiyanın baş şəhəri olmuş Vyana hara, deyərsiniz.

Tarixlərinin əzəmətindən yox, bu şəhərlərin musiqili taleyindən danışıram ”“ Şuşa Azərbaycanın musiqi beşiyi sayıldığı kimi Vyana da dünyanın musiqi mərkəzi hesab edilir. Altı yüzillik Habsburqlar sülaləsinin idarə etdiyi dövlət və imperiyaların siyasi paytaxtı olduğu kimi, Vyana, həm də Avropanın mədəniyyət mərkəzi olub. Şəhərin adı Haydn, Mosart, Bethoven, Şubert, atalı-balalı Ştrauslar kimi klassik bəstəkatların adı ilə bağlıdır. Sevgi novellalarının bənzərsiz ustadı Stefan Sveyqin adını, qoy, ayrıca çəkim!

Stefan kilsesi usaqlarla

Vyana haqda hər cür məlimatı internetdən əldə etmək olar, odu ki, uzun tarix açmayacam, eləcə çəkdiyim fotoları (əksər muzeylərdə şəkil çəkməyə icazə verilmədiyindən bir neçə fotonu o muzeylərin saytından yüklədim, bir də, bəzi yerlərdə çəkdiklərimin keyfiyyəti yaxşı olmadığından bənzərini internetdən götürdüm) və təəssüratımı bölüşəcəm.

vyanadan menzere

Az bir vaxtda nə qədər yerə getmək olardısa, o qədər yerə baş vurduq, çaparaq gəzdik. Siz gələndə arxayın dolanıb bu yerlərə öz gözünüzlə baxarsınız, hələlik, mənim nəzərlərimlə seyr edin.

Dunay sahilində Hacıbəyov heykəli

Maşını birinci Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürdüm. Park Dunayın ortasındakı adada yerləşir. Şəhərin bu yerində çay ikiyə bölünür, qoşa kanalla axır.

Hacibeyovun heykeli

Bu yer bir suyu Şuşanın “dom otdix” dediyimiz istirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimi deyirəm. Anardan tutmuş Qədir Rüstəmovacan xatırlayıram. Elə bilirlər, qədim zamanlardan, uzaq ölkələrdən nağıl danışıram.

Yeri gəldi, qoy elə birini də sizə söyləyim! Demək, bir yay həmin istirahət evində dincəlirdik. Səhər yeməklərinin birində yeməkxana divarına vurulan afişada oxuduq ki, Cıdır düzündə konsert olacaq. Axşamı böyüklərimizlə yığışıb getdik. Konsert uşaq marağımıza tuş gəlmədi ”“ simfonik orkestr nəsə qəliz musiqi çaldı. Sonralar dünyanı dərk edəndə o konsertin dəyərini anlayacaq, göyüm-göyüm göynərtiylə xatırlayacağam. Xatırlayacam ki, o isti yay axşamı Cıdır düzündə simfonik orkestr maestro Niyazinin dirijorluğuyla “Koroğlu” üverturasını çalırmış.

Bilmirəm, uşaqlara bunun nə demək olduğunu tam duydura bildim, ya yox! Amma bir qədər yaşlı adamlar, xüsusilə də Şuşanı görənlər “Cıdır düzü”, “maestro Niyazi”, “Koroğlu” üvertürası” sözlərindən gözəl bir xəyal qurar, onların yaratdığı harmoniyanı hiss edərlər, belə düşünürəm.

Bethovenin ev muzeyində

Hoteldə otaqlarımızı tutandan sonra əvvəlcədən hazırladığımız proqram üzrə Mölker Bastei 8 ünvanına piyada yol aldıq.

bethoven giris

Bethovenin “Ay işığı” sonatasını Bethovenin evində dinləmək də varmış! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, başqa qızların çaldığı musiqilərlə oyandım.

bethoven muzeyinde 1

İndi burda, Bethovenin evində həmin musiqini dinləyəndə xəyalım artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getdi. Zaman maşınına minmişdim elə bil. Heç nə eşitmirdim, Bethovenin özü kimi kar idim. Eşitmirdim, amma onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görür, yağış isladan torpağın ətri kimi qoxulaya bilirdim”¦

bethoven portret

Bu fotoda divardan asılan Bethovenin “Ay işığı” sonatasını həsr etdiyi Cülyetta Qviççardinin portretidi. Çoxsaylı sevgi yaşayan Bethoven heç vaxt evlənməyib. Ölümündən sonra tapılan son məktubunda mirasını naməlum qadına vəsiyyət edib. Rejissor Bernard Rouzun çəkdiyi “Ölümsüz sevgili” adlı film elə o məktubdan bəhs edir. Düzdü, filmdə məktubun kimə yazıldığı sonda bəlli olur, amma bəstəkarın bioqrafları məktubun ünvanlandığı qadının kimliyini dəqiqləşdirə bilməyiblər.

Muzeyin pilləkənləriylə düşdükcə Bülbülün Şuşadakı ev-muzeyini xatırlayırdım. Yamyaşıl baxçanın içində kürsülü, sürahılı bir ev idi. O muzeydə ən çox yadımda qalan eksponat ona İtaliyada verilən bir orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda hamıdan qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki Bülbüllə”¦

Mosartgilə qonaq getmək

Bethovenin mənzilindən Mosartın Domgasse küçəsi, 5 saylı binada yerləşən evinə Siebensterngasse küçəsindən keçib getdik. On beş dəqiqəlik yol bir an kimi gəldi.

vyanadan menzere 2

Orta əsr barokko memarlıq üslubu ilə müasir dizaynlı binaların bir-birini əvəz elədiyi binalara baxa-baxa keçəndə elə bilirsən, zaman sənsiz ötür, xəbərin olmur. Buralara yolunuz düşsə, brend dükanlara baş çəkib vaxt itirməyin, elə çölə açılan vitrinlərdə qiymətləri görüb heyrət etməyiniz yetər.

Mosartin evi qarsisinda

Mosartın muzeyinə baxış litflə çıxdığımız axırıncı mərtəbədən başladı. Audio-bələdçini dinlədikcə gözümün önündə Miloş Formanın “Amadeus” filmi canlanırdı. Məni o filmə baxmağa bayaq haqqında danışdığım evimizin kirayəçi qızları həvəsləndirmişdi. Bir qış gecəsi “Retro” proqramında baxmışdıq o filmə. Uşaqlığımın son çağları idi. Elə o vaxtdan milyonlarla insan kimi mən də Mosartın ecazkar musiqisinin sehrinə düşdüm.

Sonralar “Çöl Qala” povestində Mosartın “Rekviyem”i haqda bunları yazacaqdım: “Rekviyem” bəşəriyyətin musiqili tarixidi. Burada insanın yaranışı, yaşamaq uğrunda mübarizəsi, hiss və duyğuları, sevgisi və nifrəti, arzu və umudu, yerdəki tufan, zəlzələ və vulkanlar, sərin səba yelləri, bu dünyanın cənnət və cəhənnəmi, bir sözlə, Yer kürəsinin genetik kodu cəmlənib. Mosartın “Rekviyem”i İnsanın Kainata mesajıdı”.

mosartın evi

Dahi bəstəkar muzeyin yerləşdiyi binanın son mərtəbəsində yaşayıb, şəhər hakimiyyəti sonralar o biri mərtəbələri də alıb muzeyə verib. Audio-gid deyir ki, bəstəkar Vyanada on üç ev dəyişib, əksər dahilər kimi onun da özünəməxsus əhlikefliyi varmış. Burda yaşadığı iki il maddi cəhətdən imkanlı vaxtına təsadüf edir. Deyilənə görə Vyanaya təzə gələndə üzbəüz binanın zirzəmisində yaşayan Mosart tez-tez həsrətli baxışlarla bura baxıb deyərmiş: “Bir gün gələcək o binada yaşayacam”. Və yaşayıb”¦

mosartin evi ic 1

Muzeydə sərgilənən eksponatların heç biri bəstəkarın deyil. Qulaqcıqlardan dinlədiyim audio-gid söyləyir ki, muzeydə Mosartı xatırladacaq tək şahid mənzilin divarlarıdı. Hətta hansının yataq, hansının qonaq otağı olması belə ehtimal edilir. Ev-muzeyləri ona görə xoşlayıram ki, heç bir eksponat olmasa belə sahibini duya, həyatını fantaziyanla təsəvvür edə bilirsən. Sizi bilmirəm, hərdən məndə alınır belə şey. Bax, bu pəncərə qırağında Mosartı şıltaqlığı ilə tez-tez küsdürdüyü Konstansiyanın könlünü alan gördüm. Düz sözümdü!

Həmişə komfort arzulayan bəstəkarın həyat yolu acılarla doludu. Dəbdəbəli əyləncə gecələrini sevən Mosartın pulla amansız rəftarı tez-tez onu varlı himayədarlardan borc istəməyə vadar edərmiş. Sonra maddi sıxıntılarına onu ölümə aparan xəstəlik də əlavə olunur.

Bu, “Amadeus” filmindən bir kadrdı ”“  Mosart ölüm yatağında.

amadeus

Qəribədi, dünyanı heyran qoyan həmişəyaşar əsərlər xoşbəxt həyatda yox, kədər və iztirablarla sürülən ömürlərdə yaranır. Kamil əsər sevincdən yox, qüssədən doğulur.

Söz açdığım filmə baxsanız, xüsusən də onun sonuna diqqət etsəniz, ağır xəstəlikdən ölən, dəfninə pul olmadığından ümumi məzarda basdırılan bəstəkarın həyat dramını tam acılığı ilə duymuş olarsınız.

Muzeydə şəkil çəkməyə icazə vermirdilər. “Oğurluq” yalnız bunu çəkə bildim. Belə “oğurluq” jurnalist adətimdən qalmadı, qüsura baxmayın!

Mosart muzeyinden foto

Vyananın simvolu

Müqəddəs Stefan kilsəsi Vyananın Innere Stadt adlanan mərkəzi hissəsində yerləşir, bizim dillə desək, İçərişəhərində, ən qədim yerində. Köhnə Vyana Dunayın cənub sahilində yerləşir. Çayın şimalı əsasən son dövrlərin tikililəridi.

kafedral kilse col

Bir neşə yüz ilə inşa edilən kilsə 1511-ci ildə indiki görkəmini alıb. Tək Vyananın yox, elə Avstriyanın da milli simvolu sayılır.

Vyananın demək olar, hər muzey və tarixi abidəsində Osmanlı imperiyası ilə müharibələr xatırlanır. Məsələn, bu katolik kilsəsinin tarixində xüsusi yazılır ki, ona arxiyepiskopluq statusu yalnız osmanlı ordusu geri çəkiləndən sonra verilib.

kilse ic 1

Şönbrunn ”“ kralların yay sarayı

Türklər Habsburqlar sülaləsinin uzun əsərlər boyu yay sarayı olmuş Şönbrunnun (Schönbrunn Palace) tarixində də yad edilir. İndi muzey olan sarayın audio-gidi söyləyir ki, 1683-cü ildə türklərin başlatdığı II Vyana Savaşında saray dağılıb, sonra onu fransız krallarının Versal sarayı nümunəsində bərpa etməyə başlayıblar. Saray, onun füsunkar bağı kraliça Mariya Terezanın zamanında indiki görkəmini alıb.

schonbrunn

1441 otağı olan sarayın aldığımız biletin imkan verdiyi qədər odasını gördük. Otaqdan otağa, zaldan zala keçdikcə, audio-gidin söylədiklərini dinlədikcə elə bilirsən hər addımın tarixin bir dövrüdü, ayağının ucunda keçirsən.

saray daxili 1

Bu, Napoleonun Avstriyanı işğal edəndə yaşadığı otaqdı! Bu salonda kral üçün piano çalanda Mosartın 6 yaşı varmış! Xruşşovla Kennedi yüksək səviyyədə ABŞ-SSRİ görüşünü bu zalda keçiriblər. Hansı birindən yazasan!

saraydaxili 2

Sarayın içində foto çəkməyə icazə verməsələr də bir-iki “oğurluq” şəkil çəkdim. Onlar da yaxşı çıxmadı. Bu fotolar internetdən götürdüyümdü, burda verirəm ki, saray gözəlliyini uzun uzadı yazmaqdansa şəkillərlə daha rahat çatdıra bilim.

Məşhur Şönbrunn bağçası

qizil gul 2

Saraydan çıxıb bağa keçəndə nə görsəm yaxşıdı?! Sevimli gülüm ”“ sarmaşan qızıl gül! Uzun bir talvara dırmaşdırıblar.

qizil gul 1

Bizim Ağdamda bir ara dəb idi bu gül. Gül həvəskarları hasarboyu əkirdi, uzanıb barıdan küçəyə aşırdı. Yazda qızılgüllü məhlələrdən keçəndə adamı cənnət iyi vururdu. Peşman oldum bunu uşaqlara deməyə. Yalan olmasın bəlkə yüz cür şəkil çəkdirdilər.

labirint 3

Şönbrunn parkın “Labirint bağı”nda hündür yerə çıxdım ki, uşaqlar azanda yol göstərə bilim. Bir vaxtlar kral uşaqlarının sevimli oyun yerində indi böyüklü-kiçikli hamı dolana-dolana qalır.

Labirintdən çıxışı göstərmədim, dedim, həyat yolu da belədi, çalışın özünüz tapın. Onlar yolu tapıb çıxanacan hövsələmi basıb gözlədim!

labirintde

Mariya Terezanın heykəli

Müqəddəs Roma İmperiyasının kralıçası Mariya Terezanın təkcə heykəli əzəmətli deyil, elə özü də möhtəşəm xanım olub. İki Avstriya imperatorunun, Fransa və Siciliya kraliçalarının anasıdı.

mariya tereza

Bu hökmdar qadın elmdə, təhsildə, maliyyə və idarəetmədə o qədər köklü islahatlar aparmaqla yanaşı, Yeddiilik müharibədə də iştiraka necə vaxt tapıb?! Dünyaya on altı uşaq gətirdiyini də düşünəndə, məəttəl qalırsan. Heykəldə onu dövrələyənlər ona dövləti idarə etməyə kömək eləmiş yaxın əyanlarıdı.

Maria_Theresia

Avropa tarixində əzəmətli xanımlar olub, fransızlarda Katerina Mediçi, ruslarda II Yekaterina, ingilislərdə Viktoriya belə qadın hökmdarlardandı.

Hökmranlığı əlindən alınsa da xanımlığı ilə könülləri fəht eləyən Natəvan da bizim Qarabağın xanzadəsiydi. Bənzətməmi uğursuz sayacaq oxucuya onu deyim ki, qəriblikdə vətən tarixi də adama əzəmətli gəlir, o tarixi yazan adamlar da! Yoxsa bu heykələ baxanda Natəvanın Bakıdakı o balaca abidəsi hardan yadıma düşərdi ki”¦

Belveder sarayı

Belveder adını ilk dəfə “İnam” Plüralizm Mərkəzində işləyəndə eşitmişəm. Beynəlxalq konfranslar təşkil edərdik. Bəzən xarici dostlar mənə suvenirlər, içkilər hədiyyə gətirərdilər. Bir dəfə biri “Belveder” adında araq gətirmişdi. Sonra öyrəndim ki, xeyli bahalı imiş.

Botanika esas

Belveder italyanca “gözəl mənzərə” deməkdi. Saraya elə Vyana botanika bağından keçib getdik.

Kompleksə barokka stilində tikilmiş iki nəhəng saray, möhtəşəm bağ, böyük hovuz daxildi. Türklərlə müharibədə ad çıxarmış, dövrünün qüdrətli sərkərdələrindən olan Savoy şahzadəsi Yevgeni tikdirib. Ölümündən sonra sarayı Mariya Tereza alıb.

belveder ic1

Məşhur Avstriya Qalereyası burda yerləşir. Elə saraylardakı rəsmlərə baxmağa bir gün vaxt lazımdı.

belveder col 2

Aşağı Belveder sarayını dolaşıb, hektarlarla sahəni əhatə edən bağı gəzəndən sonra Yuxarı Belveder sarayına keçməyə tələsməyin, sarayın sağ böyründəki kafedə dondurma yeyin, ya da kofedən, çaydan için.

belveder col

Dincinizi alandan sonra 1955-ci ildə Avstriyanın Müstəqillik Bəyannaməsi imzalanan bu möhtəşəm saraya baxmaq olar.

Hofburq ”“ kralların qış sarayı

hofburq sarayının onunde

Avstriya krallarının qış sarayı. 1654-cü ildə tikilib, zaman-zaman müxtəlif təyinatlı başqa tikililər də əlavə olunub.

Məsələn, bu, kral VI Karlın vaxtında tikilmiş at tövləsinin tavanıdı.

hofburq sarayınin at tovlesi

Arxadakı bu əzəmətli bina isə sarayın başqa bir hissəsidi, indi burada Avstriya Milli Kitabxanası yerləşir. Onu da VI Karl tikdirib, 1754-cü ildə ”“ Şuşa Qarabağ xanlığının mərkəzi elan edilən il.

Abuzerle 1

7 milyon nüxsədən çox kitab saxlanılır, aralarında qədim papiruslar, əlyazmalar da var. Qarşısındakı atlı heykəl həmin o Savoy şahzadəsi Yevgeninindi. Sarayın içərisinə girməyə vaxt olmadı, çünki bir cavan bir maestro ilə görüşümüz vardı”¦

Vyanada bala Niyaziylə görüşmək

Bayaq maestro Niyazidən söz saldım, elə Vyana Musiqi Akademiyasında dirijorluq təhsili alan Abuzər Manafovla görüşəndə də ağlıma Niyazi gəldi. Elə bildim gələcəyin Niyazisiylə görüşürəm.

Abuzerle 2

Abuzərgilin ailəsində hamı musiqiçidi, İstanbulda yaşayırlar, atası tanınmış pianoçu İslam Manafovla da, bacısı Turanla da elə feysbukda dostlaşmışıq. Gənc dostumuzla görüşümüz maraqlı oldu, gördük ki, o, tək istedadlı musiqiçi deyil, həm də sadəqəlbli vətənsevərmiş.

Alp çeşməsi

Vyananın küçələrindəki bulaqların suyu Alp dağlarından gəlir. Dodağını dirəyib iç, içə bildikcə. Uşaqlara Ağdamda çay daşlarından düzəldilmiş bulaqlardan danışıram, Qaraqaya kəhrizindən axardı. Şuşa küçələrindəki belə bulaqların suyu isə Turşsudan gəlirdi. Turşsuyu həm içirdik, həm də gözümüzə tuturduq. Deyirdilər, gözə xeyirdi.

driking water

Alp dağlarının da suyunu elə Qarabağ bulaqlarının suyu kimidi, buz kimi, şipşirin.

Vaxta sığmayan məkanlar

Adam vaxtın qədrini yaşa dolduqca bilir. O qədər boşuna vaxt öldürmüşük ki, elə bilmişik, bitib tükənən deyil. Sonralar, gərdişi-dövrandan az-çox baş çıxaranda vaxtın dəyərini bilirsən. Onu qızılla ölçənlər də var hələ, onları demirəm heç. Sizi bilmirəm, məndə son vaxtlar yaranıb bu hiss ”“ elə bilirəm, baxmaq istədiyim yerləri, görmək istədiyim işləri vaxt azlığından çatdırıb görə bilməyəcəm. Tələsirəm!

Straussun ev muzeyi

Vyana kimi şəhərdə günyarımlıq zamanın hər dəqiqəsini qənimət bilsək də görüləsi yerlərin çoxuna çatdırıb görə bilmədik. Məsələn, İohann Ştraussun Praterstrabe 54 ünvanındakı ev muzeyinə gedərdim həvəslə. Onun “Mavi Dunay” valsını elə Dunayın sahilində dinləsəydım ömür boyu sağa-sola xərclədiyim milyon-milyon anın ən qiymətlilərindən birini yaşamış olardım. Bu böyük bəstəkarın Rusiyadakı sevgisindən bəhs edən “Peterbuqla vidalaşma” adlı sovet filmini görən mənim kimi sovetdənqalma hər bir adam ora getməyə can atar, mənə belə gəlir.

Subertin ev muzeyi

Yaxud Nubdorfer Strabe küçəsi, 54 saylı ünvanda yerləşən Frans Şubertin ev muzeyinə gedərdim. Cəmi 31 il yaşamış bu dahi o balaca ömrünə nələri sığdıra bilibmiş! 600 musiqi əsəri, 9 simfoniya. Musiqidə romantizmin əsasını qoyan Şubert elə təkcə pianoda dördəllə çalınan “Fantaziya”sı ilə əbədi şöhrətini saxlayardı, fikrimcə. İnanmırsınızsa, yutubdan bölüşdüyüm bu misiqini dinləyin, dəlisiyəm bunun: //www.youtube.com/watch?v=aO5fLLHj55k

Stefan_Zweig

Sevgi novellalarının bənzərsiz ustası Stefan Sveyqin Kochgasse 8 ünvanında yerləşən balaca mənzil-muzeyinə də baş çəkər Sveyqə aşiq olan kəs, hələ desən, onun Salzburq şəhərindəki muzey-mərkəzinə də gedər, baxmaz 300 kilometrlik yola.

Sveyq yaradıcılığı ilə tanışlığım “Naməlum qadından məktub” novellası ilə başlayıb, sevgi romanları oxuyan vaxtlarım idi onda.

vyana opera teatrı

Bu şəhərə yolunuz düşsə, bir də mütləq onun operasına gedin, ya bir tamaşa olsun, ya konsert, fərq etməz, biletin bahalığına fikir verməyin, alıb baxın, dinləyin. Həyat adama bir dəfə verilir, Vyanaya da hər gün gələsi deyilik ki! Dünya musiqisinin beşiyində də konsertə getməyib harda gedəcəyik? Şansınızı qaçırmayın! Amma küçələrdə addımbaşı sizi konsertə dəvət edənlərin felinə uymayın, əsl musiqi onlar çalan deyil.

vyana opera teatrı 2

 

***

”¦Beləcə, bu füsunkar şəhərdən ayrılıb marşurutumuzdakı başqa Avropa şəhərlərinə yol aldıq. Uşaqlar bir də gələcəklərini dedilər. Vyananı mən də sevdim, həm də ona görə ki, mənə Qarabağlı günlərimi epizod-epizod yaşatdı!

hacibeyovun vyanada heykeli

”¦Şuşanın havasını alan kimi oldum!

Şuşada da Vyananı xatırlamaq arzusuyla,

Vahid Qazi

İyun 2016

Oxşar xəbərlər
12:27, Bu gün
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür