- Xan sağ olsun, bizim qoşun sərkərdələrindən bir təəcüblü rica gəlib! - Deyərək qoca yaşlı vəzir əyilə əyilə xanın hüzuruna yaxınlaşdı. - İzn verin sizə ərz edim!
Vəzirin bu gözlənilməz
sözündən sonra taxtında sərmələnmiş vəziyyətdə hərəmləri ilə mazaxlaşan
xan bihuş gözlərini qıydı, qaşları ikiyə çatıldı.
- De görək bu fərsizlər
yenə nə istəyirlər! - deyərək xan hərəmlərə
əlinin hərəkəti ilə kənara durmağı əmr etdi.
- Xan sağ olsun, bizim sərkərdələr
uzun müddətdir suvarilərin miniyi üçün palan pulunun verilmədiyindən şikayət
edirlər! ”“ deyərək vəzir sanki böyük Hind ölkəsini kəşf edirmiş kimi ağıllı sifət
aldı.
- Nə palan ə? ”“ xan əsəblə
yerindən dikəldi. ”“ Palan nədir?
- Qibleyi-Aləm! ”“ bilmirəm
axı! ”“ vəzir günahkarcasına başını aşağa dikdi. ”“ sərkərdə Ədalət Kasıb oğlu
deyir ki,mənim suvarilərim palan almaqdan əsir yesir olublar. Daha öz pulları ilə palan almayacaqlarını deyir!
- Ay heyvan oğlu heyvan!
”“ Deyərək xan taxtından enib vəzirə yaxınlaşdı. ”“ Nə palan məsələsidir belə? ”“
Biz axı qərar verdik ki, palan pulları bütün ehtiyacı olanlara verilsin!
- Xan sağ olsun, verildi də...! - Vəzir bədbəxt sifət edərək gözlərini bərəltdi. ”“ Ehtiyacı
olanlar alıblar. Mən məsələn aldım. O biri vəzirlərdə aldılar. Böyük sərkərdələrimizin
hamısı alıblar. Bir qalıb sadə sərkərdələr, süvarilər və döyüşlərdə şikəst olanlar. Onlar da özləri alsınlardaa, - deyərək vəzir yazıq
yazıq bildirdi. ”“ hər ay sizdən bir gümüş alırlar. Bəyəm suvarilərin də imkanları yoxdur?
- Ay vəzir, sən nə
danışırsan belə?! ”“ Xan əsəblə soruşdu. ”“ Bu rəiyyətdən çıxanlar gah mal pəyəsində
yaşadıqlarından, gah palan pulundan...- Birdən san ki, xan yuxudan ayıldı.- Mal
pəyəsi demişkən, qoşun sərkərdələrinin
evlə təmin edilməsi məsələsi necə gedir?
- Xan sağ olsun, - vəzir
sevincək sözünə başladı ”“ biz artıq ehtiyacı olanların çoxunu mənzillə təmin
etdik. Məsələn sərkərdə Rəşadət Dövlət oqlu artıq qız nəvəsi üçün mənzil oldu.
Bu bir böyük nailliyyətdir. Bu vaxtacan qoşunumuzda belə bir güclü təminat olmamışdır!
- Mənim adımdan Dövlət
oğlunu təbrik edin. ”“ Deyərək xan ciddi görkəm aldı. ”“ O bu ölkəyə divan
qanununa əsasən iyirmi il olmasa da,
ancaq bir xeyli müddət xidmət edib. Onun haqqıdır qız nəvəsi üçün xəzinədən ənam alsın.
Səni də təbrik edirəm vəzir! ”“ Xan taxtına tərəf addımlayaraq dedi. ”“ Sən
də diyəsən kötücən üçün xəzinədən ev aldın? ”“ xan üzünü qoca vəzirinə çevirərək
soruşdu? - İnşallah yaxın on on beş il ərzində
bizim digər sərəkərdələrimiz üçün də mal pəyəsindən çıxmaq qismət olacaq!
- İnşallah! - deyərək vəzir
hər iki əlini göyə qaldırdı.
Tərlan Qurbanov