Bu ay mənimçün çox ağır aydı. Çünki bu ayda sevdiyim 2 insandan ayrılmışam. Bu ayın 12 ”“ də anam haqqa qqovuşub, 22-də isə Əbülfəz Elçibəy. 1999-cu ildə anam dünyasını dəyişəndə Əbülfəz Elçibəy mənə başsağlığı verdi, 2000-ci ildə isə Əbülfəz Elçibəy dünyasını dəyişdiyi üçün mən uca Türk millətimə başsağlığı verdim. Anam rəhmətə gedəndə şəxsi həyatımda necə boşluq yaranmışdısa, Əbülfəz Elçibəy də haqqa qovuşanda ictimai siyasi həyatımda elə bir uçrum yarandı.
Anam haqqa qovuşandan sonra
bütün yaxınlarımın-qardaş-bacılarımın, qohumlarımın, dostlarımın və mübarizə
yoldaşlarımın, o cümlədən Əbülfəz bəyin hərtərəfli və daimi dəstəyi ilə
toparlanmağım aylar çəkdi. Amma Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra isə
demək olar ki, heç bir yerdən dəstək almadım, bütün sıxıntılara, dedi-qodulara,
parçalanmalara, xırdalıqlara, mənəm-mənəmliklərə, özündən müştəbehliklərə,
xəyanətlərə və ən nəhayət, təzyiqlərə baxmayaraq çox qısa müddətdə özümə gəlib
yüzlərlə mübarizə yoldaşımın toparlanması üçün dəstək verdim. Çünki mübarizə
yarımçıq qalmışdı. Çünki Əbülfəz Elçibəydən məcburən ayrılmışdıq, mübarizədən
isə ayrılmağa, qopmağa haqqımız yox idi. Əbülfəz Elçibəy dəfələrlə bizdən “sizə
Əbülfəz lazımdı ya Azərbaycan” deyə sormuş, hər dəfə bizim “Azərbaycan”
cavabımızdan sonra “əgər sizə Azərbaycan
lazımdırsa, onda lazım gələndə məndən də keçməlisiz!” deyə qətiyyətlə
vurğulamışdı. Bağımsızlıq və Bütövlük savaşı son nəticəyə qədər davam etməli
idi.
Anamın dünyasını
dəyişməsi məni, ailəmizi və yaxınlarımızı sarsıtdı, bizlərin həyatında bir
boşluq, sıxıntı yaratdı, Əbülfəz Elçibəyin dünyasını dəyişməsi isə on minlərlə
cəbhəçinin, milyonlarla elçibəysevərin və Bütöv Azərbaycan savaşı verənlərin
inamında, umudunda, savaşında və hətta həyatında bir uçurum, bir boşluq
yaratdı. Məncə, bu insanların böyük bir qismi zamanında toparlana bilmədikləri,
o uçrumdan adlaya bilmədikləri üçün siyasi mübarizə bu səviyyə düşdü, xalqımız
indi bu sıxıntıları yaşayır.
Amma mən son illər Azərbaycan
gəncliyinin ideoloji-siyasi yüksəlişini, bu gəncliyin vətən anlayışının 20%
torpaqları işğal olunmuş 86.000 kv.km-lik bir ərazini deyil, 700.000 kv.km-dən
böyük ərazisi olan - Dərbənddən-Kəngər körfəzinə, Kərkükdən-Borçalıya,
İrəvandan-Bakıya qədər böyük bir ərazini əhatə etdiyini və bu gəncliyin çox
böyük bir qisminin özünü Əbülfəz Elçibəyin əsgəri saydığını görüb, yaşlı
nəsildən fərqli olaraq gəncliyin Əbülfəz Elçibəy ideyalarına daha yaxın, daha çox
bağlı və bu ideyaları həyata keçirməyə daha iradəli və qətiyyətli olduğu
qənaətindəyəm. Buna görə də üzümü gənclərə tutub deyirəm.
EY
AZƏRBAYCAN GƏNCLİYİ, SƏNİN İLK VƏ ƏSAS VƏZİFƏN NƏYİN BAHASINA OLUR- OLSUN
VƏTƏNİMİZİN AZADLIÄžINI VƏ DÖVLƏTİMİZİN BAÄžIMSIZLIÄžINI QORUMAQ, İKİNCİ VƏZİFƏN
İSƏ, MİLLƏTİMİZİ BÜTÜN BU ÇƏTİNLİK VƏ SIXINTILARDAN QURTARMAQ ÜÇÜN BU
MÜSTƏQİLLİYİN 700 MİN KV.KM.-DƏN BÖYÜK VƏTƏN TORPAQLARINI ƏHATƏ ETMƏSİ İIƏ
BÜTÖV AZƏRBAYCAN DÖVLƏTİNİ QURMAQ VƏ BU DÖVLƏTİ DÜNYANİN ƏN İNKİŞAF ETMİŞ, GÜCLÜ
VƏ QÜDRƏTLİ DÖVLƏTLƏRİNDƏN BİRİNƏ
ÇEVİRMƏKDİR! Mən sənin bu vəzifənin
öhdəsindən şərəflə gələcəyinə inanır və səni Əbülfəz Elçibəyin Ulusumuza - Uca
Türk millətinə verdiyi gözaydınlığı ilə salamlayıram!
Qara qaplanların, qalxdı, çilədi,
Dədəm, gözün aydın, ay gözün
aydın!
Gözəllərin Təbriz dedi mələdi,
Dədəm, gözün aydın, ay gözün
aydın!
Araz axır, Kürə dəyir, durulur,
Dəli könül Ay-Ulduza vurulir.
Bugün-sabah Xudafərin qurulur,
Dədəm, gözün aydın, ay gözün
aydın!