Şah İsmayıl Xətai, sən kimsən?!
Köşə
Oxunub: 8430
01 Jul 2014 | 21:01
Şah İsmayıl Xətai, sən kimsən?!

Bu günlərdə Rəsul Quliyevin Şah İsmayil Xətai ilə bagli fikirləri Azərbaycan mətbuatında geniş sensasiya yaradıb. Jurnalistlər R.Quliyevlə uzun müddət əməkdaşlıq etməyimi bəhanə gətirərək onun fikirlərinə şəhr verməyi xahiş edirlər. Bir neçə dəfə bu məsələ ilə bağlı fikir bildirsəm də, yenidən eyni suallarla jurnalistlərin mənə müraciət etməsini nəzərə alıb bu polemikada iştirakımı bu məqalə ilə bitirmək istəyirəm.

Hər şeydən əvvəl Şah İsmayil Xətai və ondan sonrakı həmin xanədən mənsublarının dilimizin, mədəniyyətimizin və siyasi kimliyimizin-yəni dövlətçiliyimizin tarixində müstəsna rol oynamalarına, Azərbaycan tarixində Şah Abbas, Şah Təhmasib, Nadir şah, Qacar kimi həm fateh, həm hökmdar, həm yaradıcı şəxsiyyətlər olmasına baxmayaraq düzgün təbliğ olunmadıqlarına görə İranda bu tarixi şəxsiyyətlərin unudulmasına, Azərbaycanda isə onların ətrafında şübhə pərdəsi yaratmağa cəhd edirlər. Bu gün iqtidarın dövlətçilik ideologiyasının özündə də bu qüsur qabarıq şəkildə görünməkdədir.

Müasir Azərbaycan dövlətinin tarixi xələfləri hansı dövlət və imperiyalar olmuşdur?  Əgər dövlətçiliyimizin  tarixi kökləri olmamışdırsa, onda bizim qədim və köklü xalq olduğumuzu, dünya sivilizasiyasına töhfə verdiyimizi və bu gün də dünyada etiraf edilməmizi tələb etməyimizin heç bir əsası yoxdur.

Bir il bundan qabaq Ramiz Mehdiyev Şah İsmayil Xətaiyə hücüm edən “öz alimlərimizlə” baglı kəskin polemik bir məqalə yazdı. Düşünmək olardı ki, bundan sonra hakimiyyət bu məqalədəki motivi Azərbaycan dövlətçiliyinin ideoloji platformasına keçirəcək və nəhayət Azərbaycan türkü öz siyasi kimliyinə qovuşacaq. Təəssüf ki, bu baş vermədi, nəticədə Şah İsmayıl və digər Azərbaycan böyüklərinə qarşı "səlib yürüşü" gah xaricdən, gah daxildən davam etməkdədir.

Şah İsmayıla qarşı irəli sürülən əsas ittiham onun şiə təriqətini dövlət ideologiyası səviyyəsinə qaldırması, bununla türk dünyasını parçalaması və Osmanlılarla konfliktlə girməsidir. Haşiyə çıxım ki, Səfəvi xanədanı Osmanlı və Teymuri türklərinin ərazisindən bir qarış da olsun torpaq götürmədən yaradılıb, ona görə də guya türkləri parçalamasi ilə bağlı iddia yanlışdır. Əslində Şah İsmayıl da Babur kimi boş yerdə nəhəng bir imperiya yaratmaqla Moğolların Hindistanda oldugu kimi, özü Yaxın Şərqdə türk kimliyini göylərə qaldırmışdır. Heç təsadüfi deyil ki, moğollar uzun illər səvəfilərin və onun sələflərinin himayəsindən istifadə etmişlər.

Fəxrlə qeyd etmək istəyirəm ki, Şah İsmayıla bizdən fərqli olaraq, daha obyektiv qiymət verən və bizim coğrafiyanın xalqlarından olmayan kifayət qədər nəhəng insanlar olmuşdur. Məsələn,  Karl Marks  Şah İsmayılı tarixin  ən böyük qüdrətli hökmdarı kimi müqayisədə  dəyərləndirmiş, onu Makedoniyalı İsgəndər və Çingiz xanla müqayisə etmiş, üstünlüyü Şah İsmayıla vermişdir. Nədənsə Marksın nəhəngliyini gördüyü və dəyərləndirdiyi Şah İsmayıl öz millətimizin nümayəndələrinə cox yad, qüsurlu və kiçik görünür.

Burada Şah İsmayıla qarşı irəli sürülən bir ittihama - onun şiəliyi  dövlət ideologiyası səviyyəsinə qaldırması səbəblərinə aydınlıq gətirmək istərdim.

Bunun üçün Şah İsmayılın əsasını  qoydugu türk imperiyasının Teymurilər və osmanlılardan fərqliliyin ayırd etmək lazımdır. Şah İsmayıl hakimiyyətə gəldiyi dövrdə Qərbdə möhtəşəm Osmanlı imperiyası, şərqdə türk-monqolların imperiyası öz çiçəklənmə dövrünü yaşayırdı. Üçüncü, bir türk imperiyasını yaratmaq bu iki şərti nəzərə almağı tələb edirdi. Yəni Şah İsmayıl elə bir yol seçməli idi ki, nə Osmanlı, nə Teymuri türklərinin dövlətcilik prinsiplərini təkrarlamasın. Əks halda  öz ideyalarını dəstəkləmək üçün ideoloji bazadan məhrum olduğundan heç bir iş görə bilməzdi.

Həm Şərq, həm Qərb türk hakimiyyətləri sünnilik təriqətləri əsasında dövlətçiliyi həyata keçirdiklərindən Şah İsmayıl mütləq bu təriqətdən fərqli bir təriqətə əsaslanmalı idi ki, üçüncü alternativi-üçüncü türk sülaləsini tarixin səhnəsinə çıxara bilsin.

İkinci, fərq həm osmanlıların, həm teymurilərin imperiyalarının müxtəlif mədəniyyətlər üzərində hökmranlıq etməsi idi. Məhz buna görə din bu iki imperiyada aparıcı yer tutmurdu və dövlət ideologiyasi səviyyəsinə qaldırılmırdı. Şah İsmayılın qurmaq istədiyi imperiya isə yalnız islam xalqlarının məskunlaşdğı coğrafiyada yaradılacağından dinin ideologiyalaşdırılması olduqca əlverişli və düzgün idi.

Bu zaman sual meydana cıxır? Şiəlik təriqətini seçməkdə Şah İsmayıl düzmü etmişdi? Hansi təriqəti seçmək daha effektli olardı? Sünni təriqətindən başqa İslamda coxlu başqa təriqətlər də vardı və şiəlik Şah İsmayıla qədər ən çox təqib olunan, yarım gizli və ən zəif, azlıq təşkil edən təriqətlərdən biri idi.

Onda nə üçün Şah İsmayıl bu təriqəti seçmişdir?

Bunun iki başlıca səbəbi var idi. Birincisi şiəliyin mistifikasiyaya meyl etməsi idi. Məlumdur ki, islam təriqətləri içərisində yeganə təriqət şiəlikdir ki, dini idealları (imamları) mistifikasiyaya-ilahiləşdirməyə, bu təriqətin başçılarını, alimlərini  mifikləşdirməyə meyl edir. Bu da şiəliyin öz dövründə ən sərt təqib olunması ilə bağlı idi. Əks halda insanları  belə təhlükə altında şiəliyə dəvət etmək çətin olardı.

Həzrət Əli, İmam Hüseyn və On ikinci İmamla bagli şiə təsəvvürləri məhz belə mistifikasiyanin bariz nümunəsidir. Şah İsmayıl yoxdan bir imperiya yaratmaq istəyirdisə, mütləq özünün şəxsiyyətini mistifikasiya etməyə məcbur idi. Yalnız bu halda müsəlmanları yeni bir imperiya yaratmaq ətrafında birləşdirə bilərdi. Bunun üçün Şah İsmayıl hətta bütün yaradıcılığını şiə motivi üzərində qurmuşdur. Beləliklə, o özünə kimi mistifikasiya olunmuş insanları göylərə qaldırdıqca özü də göylərə qalxırdı. Necə ki, Peyğəmbərlər Allahı təbliğ  edə-edə özləri də ilahi qüvvələr kimi qəbul edilirdi. Bu çox sadə, amma çox effektli bir priyomdur, hansı ki, istənilən şəxs bu priyomla adi mövqeden fövqəlbəşər səviyyəsinə qalxa bilər. Bu gün əleyhinə geniş cəbhə boyu hücüm  edilən nurçuların ideya rəhbəri Səid Nursi məhz bu priyomla özünə milyonlarla tərəfdar toplamışdır. Eləcə də, Lenin aristokrat ola- ola, fəhlələrin maraqlarını elə qabarıq müdafiə etmişdir ki, həmin fəhlələr bir qrup aristokratın rəhbərliyi altinda rus aristokratiyasına qarşı inqilab etmişdir. Belə misalları çox çəkmək olar.

Hər bir insanın  bu priyomla mistifikasiya olunması mümkün deyil. Burada ikinci mühüm bir şərt mistifikasiya olunanla mistifikasiya edənin uyğunluğu, zahiri oxşarlığı olmalıdır.

Leninin cox mütəvazi həyat keçirməsi ilə bağlı yayılan miflər onun iflas etmiş aristokratiyanı təmsil etməsi, aristokratlığını elə pərdələmişdir ki, fəhlələr onu mənşəcə özlərindən biri  kimi qəbul edirdilər. Eləcə də Səid Nürsi nurçuluğu elan edənədək elə bir həyat yaşamışdır ki, (Rusiyada əsirlik, Avropadaki məşəqqətlər,Türkiyədə həbslər və təhdidlər) onun həyatını mistifikasiya üçün yaxşi material verirdi. Bəzən bir şəxsin taleyində mistifikasiya edilməyə imkan verən şərtlər olmadıqda onun bioqrafiyasina yalan məlumatlar daxil edilir ki, mistifakasiya mümkün olsun . Belə hallar sosial kodlaşdırmada idealların yaradılmasında istifadə olunmuşdur. Məsələn, Koroğlu tarixi bir şəxsiyyət olub, o, Səfəvilərə qarşı üsyan edən hülakulərdən cəlarilər tayfasından olub və müstəsna qəhrəmanlıqları olmayıb. Bu şəxsin mistifikasiya edilməsi onu uydurma mili qəhrəmana çevirməyə imkan verdiyindən SSRİ dönəmində Misri qilinc, Qırat və Koroğlunun əbədi həyat suyundan içməsi ilə bağlı üç epizod Koroğlunun həyatına implikasiya edilib və indi tanıdığımız yalançı xalq qəhrəmanı meydana gəlib.

Şah İsmayil Xətainin həyatı bu baxımdan şiələrin onu mistifikasiya etməsinə imkan verirdi. Atası Şeyx Cüneyd döyüşdə öldürülmüşdü (Həzrət Əli məsciddə terror edilmişdi) onun övladlari Həsən və Hüseyn  müxtəlif üsullarla məhv edilmişdi, Şah İsmaylın qardaşları Sultanəli və İbrahim Şah İsmayıldan qabaq əleyhdarları tərəfindən müxtəlif üsullarla öldürülmüşdü. Şiələrin sonuncu imamı kiçik qeybdə olmuşdu-sağlığında insanlara görünməsi yasaq edilmişdi. Şah İsmayıl da  4 yaşından şahlığa gələnə kimi gizli həyat yaşamışdı. İmam Cəfər elm fədaisi olmuşdu. Şah İsmayılın böyük şairlik məharəti olmuşdur. Əgər şiə imamlarının hər birinin taleyi ilə Şah İsmayılın şəxsi bioqrafiyasını tutuşdursaq görərik ki, bu adam sanki bütün imamların tərcümeyi-halını tək bir öz tərcümeyi halında əks etdirmişdir. Ona görə də Xətainin Həzrət Əlidən tutmuş on ikinci imamadək oxşatmaq və bunun əsasında mistifikasiya etmək mümkün idi və Şah İsmayil və onun strateqləri bu fürsəti düzgün yaxalamış, bundan düzgün istifadə edərək “on dörd ilik hakimiyyəti dövründə on dörd dövləti öz imperiyasına biləşdirmiş” bir mistik hökmdar obrazı yaratmışlar.  Marksın təbirincə desək, bəşər tarixinda eyni dövrdə eyni inteqrasiyanı həyata keçirən ikinci bir şəxs olmamışdır. Buradan aydın görünür ki, Şah İsmayıl şiəliyə yox, şiəlik Şah İsmayıla xidmət etmişdir.

Şah İsmayıl seçimdə  səhv etmişdimi? Burada hər şey nəticə ilə ölçülməlidir. Təqib olunan, hər an ölüm təhlükəsi ilə üzə- üz qalan, siyasi səhnəyə gələrkən nəhəng imperiyaların mövcudluğu şərtində Şah İsmayıl Azərbaycan türklərinin beş əsrdən artıq ayaq üstə duran nəhəng imperiyasını yaratmış, bu coğrafiyada bir- birini əvəz edən mədəniyyət laylari yaratmış, Azərbaycan türkcəsini böyük bir məkanda siyasi dilə çevirmişdir. Bu gün İranda milliyyətcə Azəri türklərinin yüksək dövlət postları tutmasının səbəbi də Şah İsmayılın strategiyasının düz olduğunu, onun yüz illər qabağı görmək imkanı olduğunu göstərir.

Şah İsmayılın milli mənsubiyyətinə də əl atanlar az deyil. Şah İsmayılın xalis türk olduğu və bu bölgədə xalis türk imperiyasi yaratmasını sübut edən əsas fakt Osmanlıların  Səfəvilərə münasibəti olmuşdur. Beş yüz illik qonşuluq şəraitində bəzi məzhəb münaqişləri üzündən baş verən toqquşmalar istisna olmaqla, bu iki imperiyanın yan- yana mövcud olması hər iki imperyanın türk imperiyası olmasının qeyd- şərtsiz sübutudur. Hətta Sultan Səlimin Şah İsmayıla yazdığı məktublar da göstərir ki, onlar ikisinin də eyni bir millət olduğunu əsas gətirərək vuruşmaqdan çəkinməyə çalışmışlar. Buna görə “sən Şərqi, mən Qərbi idarə edim” kimi mesaj göndərilmişdir. Ola bilsin ki, kimsə bu arqumenti əsassız hesab etsin və bu imperiyaların məhz eyni millətə məxsus olmasının bu faktla izah etməyi düzgün hesab etməsin. Belələrinə sübut kimi  Əmir Teymurla İldırım Bəyazidin toqquşmasını nümunə kimi göstərə bilərəm, hansı ki, İldırım Bəyazidi məğlub edən Teymur Bəyazidi cəzalandırsa da Osmanlı imperiyasının bir qarış torpağına belə göz dikməmişdi. Çünkü həm osmanlı, həm teymurilər, həm səfəvilər eyni bir törəyə əməl edirdilər. Bu törənin mahiyyəti “özününkünə dəymə, düşmənə aman vermə” prinsipi idi. Sultan Səlim Təbrizi tutarkən Şah İsmayıl Təbrizdə qalmışdır. Sultan Səlim Şah İsmayıla qarşı heç bir zorakılıq etməmiş, səfəvilərə aid bir qarış torpağı öz hakimiyyəti altına almamışdır. Sadəcə məzhəb münaqişələri olan ərazilərdə mövqe üstünlüyü təmin edən bəzi qalaları öz tabeçiliyə keçirməklə kifayətlənmişdir. Bu qısa yazıda tariximizə ədalətli yanaşmağın vacibliyini, özümüz özümüzlə vuruşmağımızın  çox  da ağıllı iş olmadığını  çatdırmaq istərdim.

Nəhayət, keçmişdə öz millətinin tarixində rol almış və bu gün dünyada olmayanlar haqqında danışan və yazanlara ən azından məşhur bir müdrikin sözlərini xatırlamaq istəyirəm: ”Ã–lülər haqqinda yaxşı danış, ya sus”!!

 

Sərdar Cəlaloğlu


Oxşar xəbərlər
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
GÜNLÜK
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq