Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı
Oxunub: 7928
11 May 2014 | 02:37
Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı

Demokratiya anlayışı bu gün dünyanın hər yerində bir zərurət olaraq rədd ediləbilməz istəyə çevrilmişdir. Demokratiya istəyi zamanın gedişi müddətində reallaşması vacib olan Universal şəkildə demokratikləşmə vacibliyini ortaya qoymuşdur.

 Siyasətçilər bu istəkdən faydalanaraq, bunu bir ideloji xət olaraq ozününküləşdirməyə və bundan butun siyasi işlərində istifadə etməyə çalışmışdılar.

 Elm adamları isə əksinə, naməlumluğunu səbəb göstərərək bu anlayışı xarakterizə etmədən istifadə etməkdə şübhə ilə yanaşırlar. Çünki demokratiya ya da demokratik siyasi sistem, ictimai qrupdan qrupa, mədəniyyətdən-mədəniyyətə fərqli bir formada qəbul edilməkdə və bir anlayış qarışıqlığı ya da ən azından naməlumluq ortaya çıxarır. (Şaylan, 1998)

 Buna görə də demokratiya, mədəni və tarixi bir gedişdir və hər cəmiyyətə ya da ictimai kollektivliyə uyğun xas şərtləri var. Bu əsasda toplum etibarlı demokratiya anlayışını qəbul etmək istəyir. İctimai və mədəni inkişaf, zənginləşmə yeni növ insani ehtiyac duyğuların ortaya çıxması mənasını verir. İnsan ehtiyacları demokratik bir siyasi nizamın işləkliyini təyin edən əhəmiyyətli dəyişmələrdən sayılır. Yaxşı ya da pis, biz müasir siyasi ifadənin şüarı olan demokratiya sözünə möhtacıq və söz, azadlığı və daha yaxşı bir həyat üçün mübarizə apararkən insanların qulaqlarında zingildəyən və dillərindən düşməyən bir sözdür.

 Karl Popperə görə demokratiya diktatorluqdan qaçınmağı mümkün edən rəhbərlik formasıdır. Ona görə məqbul bir demokratiya nəzəriyyəsinin təməl problemi belə ifadə edilə bilər: "Bir dövlət necə təşkilatlanmalıdır ki, pis idarəçilər qan tökülmədən və ya şiddət istifadə edilmədən rəhbərlikdən uzaqlaşdırıla bilsin" (Popper, 1999). Petr Berger demokratiyanın məqsədinin iqtidarların seçkilərlə işbaşından uzaqlaşdırılmalarını qaranti altına almaq olduğunu ifadə edir. (Perger, 1999 ). Bütün bunlar söykəndikləri köklü yanaşma səbəbindən demokratiyanın əsil funksiyasının nə olduğu mövzusunda bizə köklü bir məlumat vermək baxımından faydalı olmaqla birlikdə demokratiyanın bir "tərifi" anlayışına gəlməz.

 Demokratiya anlayışından bəhs edərkən yalnız, söz mənası xaricində bu anlayışın; insan-cəmiyyət əlaqələrinin təyin olunması, xalqın tamamı ilə iştirakı, azlıq haqqlarına hörmətli bir əksəriyyət rəhbərliyinin təmin edilməsi, insana aid haqq və azadlıqların qorunması və cəmiyyətin bütün üzvlərinə bərabərliyin təmin edilməsi kimi elementləri də əhatə etdiyini bilməmiz lazımdır (Çam, 1998).

 İdeal bir demokratik rəhbərliyində, bütün xalqın arzularına tam olaraq uyğun bir rəhbərlik heç bir zaman olmamışdır və bəlkə də heç olmayacaq. Amma bu demokratik rejimlərin çatmağı arzuladıqları bir ideal olaraq qala bilər (Arend, 1984)

 Demokratiya insanı yalnız yurddaş olmaqla sadələşdirməz; onu eyni zamanda iqtisadi və siyasi birliklərə bağlı azad bir fərd olaraq qəbul edilə bilər (Touraine, 1997).

 Demokratiya, bir həyat tərzi ya da ictimai və iqtisadi xüsusiyyətli bir nizam deyil; bir siyasi rəhbərlik formasından ibarətdir.

 Demokratiyalarda əsas xalqın rəhbərlikdə təsirli olması öz özünü idarə etməsidir. Bu səbəblə demokratiyalar ümumiyyətlə "xalqa söykənən rəhbərlik sistemləri" olaraq qiymətləndirilə bilər. Demokratiyanın təsis edilməsində diqqət edilməsi lazım olan şərtlər demokratiyanın təməllərini meydana gətirər.

 İşləyən bir demokratiyanın dörd ana qanunu və ya inşa bloku vardır. Bunlar, azad və ədalətli seçki, açıq və məsul hökumət, mədəni və vətəndaş haqları, demokratik və ya vətəndaş cəmiyyətidir (Beetham, 1998). Beetham və Boyla bu ünsürləri daha sistematik olaraq təyin etmək üçün diaqram olaraq "demokratiya piramidasını nümunə göstərir. Bu diaqramda hər bir ünsür hamı üçün lazımlıdır (1998). Bu ünsürlər demokratiyanın məqsədinə çatması üçün lazımlı olan köklü qanunlardır. Lakin Robert Dahl, ifadə edilən bu xüsusiyyətlərin yanında üç fərqli xüsusiyyət daha ifadə edir.

 Dəxlə görə demokratiya anlayışı mühakimə yüklüdür və bu çərçivədə bəlkə də heç bir zaman çatılmayacaq olan bir ideal ifadədir. Bu səbəblə Dəxl demokratiya olma iddiasında olan ya da demokratik sayılan siyasi rejimləri aradan qaldırmamaq üçün poliarşi anlayışını istifadə edir. Hər hansı bir siyasi rejimin poliarşi olaraq xarakterizə edilə bilməsi üçün Dahl yeddi xüsusiyyətdən danışır. (1998). Lakin Bu xüsusiyyətlərin ölkədən ölkəyə zaman içində fərqliliklər göstərəcəyi, bu fərqliliklərin tarixi, mədəni, konjonktürel şərtlərdən qaynaqlana biləcəyi məlumdur.

 Siyasi Təmsil imkanının bərabər və ədalətli olaraq qəbul edilmiş olması demokratiyanın reallaşmasının ən əhəmiyyətli şərtlərindən biridir. Çoxluqçu demokratiyalarda şəxslər və birliklər bir-birləri ilə və siyasi iqtidarla dialoqa girə bilər, bütün düşüncə və inanclarını aydın şəkildə ortaya qoya bilərlər. Çoxluqçu demokratiya içində iqtidarı tənqid etmə, müxalif fikirlər irəli sürmə və seçki yolu ilə iqtidarı əldə etmə oyunun qaydasıdır. Müasir demokratiyaların hamısı böyük ölçüdə təmsili demokratiyalardır. Yəni əsas siyasi qərarları birbaşa xalq deyil, onu təmsil etmək üzrə seçilən siyasi orqanlar alır.

 İctimai təmsilin ən əhəmiyyətli ehtiyaclarndan biri iqtidarın təyin olunmasından sonrakı mərhələdə xalqın rəhbərlikdə təsirli ola bilməsi üçün müxalifətin azad olması və məhdudlaşdırılaraq təzyiq altına saxlanıl-mamasıdır. Ayrıca siyasi sahənin sərbəst rəqabətə açıq olması lazımdır. Konstitusional haqq və azadlıqların zəmanət altına alınması demokratik sistemin əsas qanununu ortaya gətirər və ideal olaraq bu haqqlar konstitusiya ilə və ya konstitusional haqqlar əsasında xüsusi qorunmağa alınmalı, əksəriyyətin müdaxiləsinə qarşı azad hala gətirilməlidir. Bu azadlıqlar vətəndaş cəmiyyəti tərəfindən təşkilatlanması məqsədi ilə istifadə edilə biləcəyi kimi hökumətə təsir etmə məqsədi ilə də istifadə edilə bilər. Bu şəkildə demokratiyanın reallaşması və rəhbərliyə qatılması təmin edilmiş sayılar.

 Bərabərlik haqqı demokratiyalarda, qanunların hər kəsə bərabər şəkildə olması deməkdir. Bəzi insanların həyatlarının təbiətinə görə digərlərindən daha qiymətli olduğu şəklindəki aristokratik görüşə hücum edən İngilis hüquq teorisyeni Beethamın ifadə etdiyi kimi "hər kəs bir sayılmalıdır, kimsə birdən çox sayılmamalıdır" (1999). Bərabərlik prinsipi yalnız hökumət siyasətləri ilə insanların ehtiyaclarının qarşılanması deyil, eyni zamanda baxışlərının da bərabər sayılmasını tələb edir. Demokratiya ilə bərabərlik arasındakı əlaqə elə güclüdür ki, demokratiya bəzən siyasi bərabərlik vasitəsi ilə təyin olunar. Siyasi bərabərliyi demokratiyanın arzu edilən bir xüsusiyyəti olaraq görmək doğru olmaqla bərabər, əslində o demokratiyanın məntiqli və zəruri bir şərti olaraq xarakterizə edilə bilər. Lakin yenə də bunu, siyasi bərabərliyi təyin edici bir xüsusiyyət olaraq görməkdən ayırmaq faydalı olar.

 Açıq və məsul hökumət demokratiya üçün təməl ehtiyaclardandır. Çünki hökumətin fəaliyyətləri və siyasətlərinin nəticələri haqqında doğru və aktual məlumat mövcud olmadan cəmiyyət mövqeləri məsul tutula bilməyəcəyi kimi, seçicilər şüurlu Göstərilən ünsürləri köklü qanunların reallaşmasına və gerçək demokratiyanın tam mənası ilə həyata keçirilməsinə imkan verəcəklər.

 Hüquq dövləti və ya hüquqa bağlı rəhbərlik qısaca hüquqa söykənən və hüquq sayəsində var olan dövlət deməkdir. Hüquq dövlətindən məqsəd, yalnız qanunlarla idarə olunan bir dövlət deyil, bu qanunların müsbət hüquqi qaydaları ilə uyğunlaşma içində olduğu bir dövlətdir. Yalnız qanunların ümumi, mücərrəd və bərabər olması kifayət qədər qarantili olmadığı üçün, bu əsgiklik hüquq dövlətinin fərdi haqqlarını təmin edəcək şəkildə aydın olub tətbiq olunması ilə ortaya gələ bilər.

 Demokratik bir dövlətin bu şərti mütləq yerinə yetirməsi lazımdır.

 Azərbaycanda demokratikləşmə prosesin inkişafı:

 1991-ci idə müstəqilliyini qazanmış Azərbaycan, Rus əsarətindən çıxaraq demokratik¬ləşməyə başlamışdır. Lakin bu başlanğıc üçün ictimai şərtlər hazır olmamış və ölkə təbii olaraq avtoritar bir rejim istiqamətində inkişaf emişdir. Hal bu ki, bu inkişaf totalitar rejimlərdən demokratik rejimlərə, fərdlilik cəmiyyətdən çoxluqçu bir cəmiyyətə gedişi yolunda zəruri bir dayanacaq idi.

 Azərbaycanda yaşanan bu inkişaflar görünən fərqliliklərinə baxmayaraq, kökündə və ölkənin ümumi tarixi daxilində dəyişməz bir hal qazanmış olan yenilənmələr və bənzərliklərin bir panoramasını vermişdir. Bu yenilənmə və bənzərliklər birinci və ikinci Müstəqillik dövrlərində də eyni olmuşdur.

 Bu hadisələr siyasi partiyalarda, Azərbaycan cəmiyyətinin, siyasi həyata qarşı ümumi maraqsızlığı, siyasi həyata qatılma əskikliyi və öz siyasi məsuliyyətinindən qaçma (apolitik olma) kimi problemlərini də ortaya çıxarmışdır. Cəmiyyətin problemləri, ölkənin ümumi siyasi problemlərindən daha çox, öz problemləri və gündəlik qayğıları ilə hərəkət etmək kimi ümumi bir mövqey sərgiləməsi, ölkədə siyasi təşkilatlanma və inkişaf, bir neçə şəxslərin fəaliyyətləri ilə məhdudlaşdırılmışdır. Ənənəvi təşkilatlanma səbəbi ilə cəmiyyətdən müəyyən nöqtələrdə uzaq qalan bu dar çevrə xüsusiyyət və halı olaraq güclü və ya gücsüzlüyünə paralel olaraq formalanan siyasi təşkilatlanmada olduqca dar əhatəli olmuşdur.

 Bu yazıda, ölkənin daxili problemlərinin həlli xüsusiyyətləri və bunların siyasi həyata təsirləri, ictimai və siyasi təşkilatların quruluşlanmasına təsir edən faktorlar və tarixi zaman içərisində formalaşmış siyasi mədəniyyət və davranış kodlarının, müstəqillikdən sonra ortaya çıxan demokratikləşmə prosesinə təsirləri analiz zərurəti yaranmişdir.

 Azərbaycandakı Çox Partiyalı Sistemin əsas Problemləri

 Azərbaycanda siyasi partiyalara xas olan ən əhəmiyyətli xüsusiyyətlərdan biri onların böyük bir əksəriyyətinin heç də zamanın tələbləri və ictimai ehtiyaclarından ötrü qurulmamasıdır. Onların bir çoxu ayrı-ayrı şəxslərin, marağlı qruplarının hakimiyyətə gəlmə istəklərinin məqsədinin təmin edilməsinə xidmət etməsidir. Bu da ölkədə çox partiyalı sistemin daha dünya səviyyəsində olmadığını göstərir. həmdə ölkədəki siyasi bloklaşmaların böyük bir əksəriyyətinin müvəffəqiyyətsizliklə nəticələnməsinin də səbəbi olaraq görülə bilər.

 Azərbaycanda çox partiyalı siyasi sistemin ən əhəmiyyətli xüsusiyyəti bir partiyanın suveren olduğu çox partiyalı sistemin qurluşudur. Bu da Azərbaycanda daha güclü və çox sayda üzvə sahib siyasi təşkilat olması ilə əlaqədardır. Digər partiyaları isə hələ hansı ideologiyanı və ictimai qrupu təmsil etdiyini təyin edə bilməmişlər. Bu baxımdan haqqında danışılan partiyalar, ictimai düşüncəni dəyişdirməyə, geniş əhatəli seçici kütləsinə sahib olmaq gücündə olmadıqlarını göstərir. Azərbaycanda siyasi sistem üçün daha bir əhəmiyyətli fakt isə eyni cəbhədə olan müxalifət partiyalarının öz aralarında belə siyasi qütbləşmənin var olmasıdır.

 Bu günki Azərbaycan partiya sistemində mövcud olan partiyalar əsasən müəyyən bir lider ətrafında yaranan partiyalardır. Bu da partiyalar üçün partiya mənfəətləri, ideoloji prinsiplərin qabağına keçməsi ilə nəticələnir. Çünki, proqramında hər hansı ideoloji prinsiplərə üstünlük verən partiyalar deyil, lideri cəmiyyətdə böyük bir nüfuza sahib olan partiyaları güclü partiyalar olaraq qəbul edilir.

 Azərbaycandakı siyasi partiyaların daha bir mənfi xüsusiyyəti isə partiyaların ictimai qruplarla bağlarının zəif olmasıdır. Normal siyasi sistemlərdə hər bir partiya müəyyən bir ictimai təbəqəyə xitab etdiyi halda, Azərbaycanda siyasi partiyalarının böyük bir hissəsi eyni ictimai təbəqəyə və qruplara xitab etməsidir.

 Bu istiqamətdə Azərbaycandakı siyasi partiyaların demokratik ölkələrdəki kimi çox partiyalı siyasi sistemdə yığılan təcrübələrə sahib olmaması, siyasi sistemin də demokratikliyini böyük bir nisbətdə təsir etməkdədir.

 Siyasi partiyaların böyük bir qismi öz proqramlarında orta sinifin mənafeylərini dəstəklədiklərini bəyan etsələr də, əslində bu mənafeyləri reallaşdırmaq iqtidarında deyillər. Digər tərəfdən iqtidardakı müxalif partiyalar kimi öz hədəflərindən biri olaraq orda yer alirlar.

 Azərbaycandakı çox partiyalı sisteminə xas olan daha bir əsas isə, radikal sol və sağ partiyalar cəmiyyətə və dövlətə təsir etmək gücündə ola bilməməsidir. Bunun əsas səbəbi olaraq Sovet rəhbərliyini yaşamış olan Azərbaycanda sol düşüncəsinin artıq əhəmiyyətli olmamasıdır. Həddindən artıq sağ düşüncə isə müstəqilliyin ilk dövrlərində və Qarabağ döyüşləri zamanı Azərbaycanın qonşu İran, Rusiya kimi dövlətlərlə əlaqələrinə ciddi zərər verməsinə görə zəif qalmasıdır.

 Azərbaycandakı çox partiyalı siyasi sistemin ortaya gəlməsində əhəmiyyətli səbəblərdən biri də çox partiyalı sistemin meydana gəlməsində iqtidarın çox istəkli olmamasıdır. Çünki Heydər Əliyev iqtidara gəldikdən sonra Azərbaycanda çox partiyalılığın meydana gəlməsində, iqtidarın idarəsi artmağa başladı. İqtidarın gücünün zəif olduğu ilk dövrlərdə, iqtidarın müxalifətlə sıx əlaqələr içərisində olma istəyini tez-tez dilə gətirdiyinin şahidiyik. Məsələn, 1994-cü ilin oktyabr ayında Həydər Əliyev cəmiyyətdə birliyə çatmaq üçün müxalifət partiya başçıları ilə Prezident sarayında bir araya gəlmişdilər. Amma sonrakı dövrlərdə bu növdən olan görüşlərə heç rast gəlinmədı. İqtidarın gücləndiyi andan müxalifət partiyalarının fəaliyyətləri məhdudlaşdırıldı və onların mitinq və nümayiş keçirmələrinə davamlı maneələr yaradılmağa başlandı. Hətta, seçki nəticələrinin belə çox ciddi bir ölçüdə saxtalaşdırılmasını müxalifət partiyaları deyil, bir çox xarici müşahidəçilər belə bildirirdilər.

 Bu böyük problemlər tək Məclis xaricində deyil, həm də Məclis içərisində də eyni Şeyləri görmək olur. Azərbaycan Milli Məclisində siyasi partiyaların millət vəkili sayına baxdığımızda, iqtidarın hər zaman əzici üstünlüyə sahib olduğunu daha açıq görə bilərik. Məsələn 1995-ci ildəki Məclis seçkilərindən sonar 56 millət vəkilinə sahib olduğu halda, 2000-ci ildə 83, 2005-ci ildə isə 63 millət vəkilinə sahib olmuşdur. Göstərilən illərdə isə tərəfsizlər 56, 30 və 43 olmuşdur. 1995-ci il seçkiləri zamanı iqtidarda olan partiya yerini yaxşıca möhkəmləndirə bilmədiyindən çıxara bildiyi millət vəkili sayısıda az idi. Amma 2000-ci il seçkilərində artıq ölkədə ən güclü siyasi partiya olaraq müxalif rəqiblərindən dəfələrlə güclü olduğundan millət vəkili sayısı da yüksək nöqtəyə çatdı. 2005-ci il seçkilərindən sonra parlamentdə iqtidar millət vəkillərinin sayında azalma müşahidə olunsada, müstəqil millət vəkillərinin sayında isə artım oldu. Amma bu xüsus heç də ölkədə hər hansı bir demokratikləşmənin inkişafı demək deyil. Bunun ən əhəmiyyətli səbəbi beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyət quruluşlarının təzyiqləri nəticəsində demokratik inkişaf görüntüsünü yaratmaq istəyidir. Çünki sayıda əhəmiyyətli bir artım görünən müstəqil millət vəkillərinin böyük əksəriyyətinin siyasi mövqeyi iqtidarla yaxın insanların olduğunu məlum idi.

 Bunun yanında ölkədə bütün müxalif partiyalarının parlamentdə cəmi 10 millət vəkilindən çox olmaması da inkişafların olmadığını göstərir.

 Parlamentdə indiki vaxtda iqtidara yaxin partiyalardan bir neçə nəfər millət vəkillərindən başqa heç bir muxalif siyasi partiyalar parlamentdə yer almırlar. Görüldüyü kimi parlamentdə əzici üstünlüyə sahib olan iqtidar, istədiyi qərarları almaq üçün müxalifətin ciddi maneəsi ilə qarşılaşmadan qəbul etdirə bilir.

 Parlamentdə müxalifətin gücsüzlüyü isa artıq cəmiyyətdə demokratikləşmə ilə əlaqədar heç kimə inamı qalmaması ilə nəticələnmişdir.

 Bütün bu deyilənləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda fəaliyyətdə olan siyasi partiyalara xas olan problemlər əsasən strukturca və funksional problemlər olaraq özünü göstərir. Strukturca problemlər həmdə partiya quruluşundan, iqtisadi quruluşdan və ictimai quruluşdan qaynaqlanır. Partiya quruluşundan yaranan problemlər arasında bəzi partiyaların daxili quruluşunun lazım olan tələblərə uyğun gəlməməsini də ortaya çıxardır. Xüsusilə Azərbaycandakı siyasi partiyaların böyük bir hissəsi cəmiyyətdə nüfuzlu bir liderin ətrafında birləşərək, partiyanın daxili qurluşunun mükəmməlliyini arxa plana salmışdır. İqtisadi problemlər arasında isə partiyaların dövlət tərəfindən hər hansı bir maliyyə dəstəyi almamaları və bunun yanında digər təşkilat və şəxslərdən hədiyyə almalarının da qadağan edilməsi partiyaların ciddi maliyyə problemləri ilə qarşı qarşıya qoymuşdur.

 Strukturca problemlər çərçivəsində yuxarıda da dediyimiz kimi Azərbaycandakı siyasi partiyalar daha çox zamanın tələbi və ehtiyaclarından ötrü deyil hər hansı mənafelərin və ya ayrı-ayrı şəxslərin hakimiyyətinin istəkləri əsasinda qurulmuş olduğunu göstərə bilərik. İctimai quruluşdan yaranan problemlər isə Azərbaycanda demokratik siyasi düşüncənin ortaya gəlməsinə qədər partiyaların qarşılaşdığı ən fundamental problemlərdən olaraq qalacaqdır. Azərbaycanda Sovet dövründən miras qalmış olan tək partiyalı düçüncəsi və köklü demokratik fikirlərin cəmiyyətdə formalaşmaməsı bu istiqamətdə partiyaların qarşısına ciddi problemlər çıxaracaqdır.

 Azərbaycandakı çox partiyalı siyasi sistemin funksional problemləri isə əsasən iqtidar müxalifət əlaqələrində ortaya çıxır. Azərbaycanda iqtidar və müxalifət arasındakı siyasi mübarizədə müraciət edilən üsulların demokratik dəyərlərə uyğun gəlməməsi bu istiqamətdə ciddi çatışmamazlıqlar ortaya çıxarmışdır. Müxalifət partiyaları davamlı olaraq iqtidara qarşı çox sərt mövqey tutmuş və hər hansı bir dialoqlardan müxtəlif bəhanələrlə qaçmışdır. İqtidar partiyası isə iqtidarın da verdiyi səlahiyyətləri daha çox istifadə edərək müxalifət partiyalarının bir yerdə birləşmə səylərinə tez-tez maneələr törətmiş və müxalifətin nümayiş və mitinqlərinə sistemli olaraq maneələr yaratmışdır.

 Azərbaycanda siyasi partiyaların böyük əksəriyyətinin ictimai düşüncəsinin aydın olmaması, partiyaların ümum-milli çıxarlar üçün deyil də, hər hansı fərdi maraqlar üçün qurulması, partiya liderlərinin siyasi təcrübəsizliyi və cəmiyyətdə nüfuza sahib olmamaları, partiya fəaliyyətlərində ifrata yol vermələri halları partiyaların cəmiyyətdəki dəstəklərinin itirilməsinə səbəb olur.

 Bütün bu və ya bu kimi digər problemlər Azərbaycanda demokratik təməllərə söykənən çox partiyalı siyasi sistemin inkişafına və bunun da nəticəsində demokratik siyasi düşüncənin meydana gəlməsində faktor olaraq ortadadır.

Əxlaq və mənəviyyətımızın erroziyasının səbəbləri və onun aradan qaldırılması yolları mövzusunda keçirilən Dəyirmi Masada məruzəmdən bir hisse:

Uzun illər xalqımız heç bir əsaslı elmi və milli dəyərlərə söykənməyən marksizm deyilən bir nəzəriyyənin preysinqi altında olmuşdur, Bu psevda nəzəriyə heç də təsadüfü deyil ki, dünya xalqları bu nəzəriyyəni inkar edirlər. Yəni sinfi mübarizəni elan etməklə cəmiyyət və milləti parçalayıb qardaşı-qardaşa düşmən etmişdir. İstehsal vasitələri üzərində ictimai mülkiyyət hüququnu danıb onu içtimailəşdirməklə cəmiyyətdə yalançı sosial ədalət ortalığa qoyub fərdin rolunu inkar edib yəni zehni iti ilə zehni küt insan bərabərləşdirilir və pay bölgüsündə onların haqları pozulur. Milli mənada qarşıya Dünyəvi kosmopolit bir məxluqatın yetişdirilməsi olub, və heç şübhəsiz ki bu kimi psevda nəzəriyyələr xalqımızı çaşdırıb onu dostunun və düşmənin kim olduğunu unutdurub həmin boşluğu proletar beynəlmilərçilərliyi kimi fikirlərlə beyinlərini pudralamışdır. Allahı danıb, dini inkar edib bir ateizm adlı antidin nəzəriyyəsini ortaya qoymaqla xalqımızı və millətimizi kökündən qopartmaqla onu da kosmopolitləşdirmək siysəti güdülürdü.

 Bu gün də xalqımız artıq müstəqilliyimiz elan edildiyi müddətdən uzun illər keçdiyinə baxmayaraq hələ də sırf milli və insani dəyərlərə söykənən və idealogiya yarada bilməmişik. Elə bu səbəblərə görə də cəmiyyətimizdəki neqativ hallar baş alıb getməkdədir .

 Mənə elə gəlir ki biz bu məsələni dərindən dərk etmək və milli, islami, demokratik liberal dəyərlərə sbykənən yeni idealoji konsepsiyanın işlənməsi zorundayıq. Təməl baza kimi qutsal kitabımız Qurani-Kərim və kitabi Dədə Qorqud olmaqla yetişmək olar.

 İslami gözdən salmaq üçün onu mövhümatçı təməlçi, terrorçu, Səddam Hüseyn, Ben Ladençi, vahabi, yas mərasimlərini yola verən arxayıq kəm savad molla və bu kimi cəmiyyətdə olan naqislikləri şişirtməklə həqiqi islama zərrə qədər də onun mahiyyətinə xələl gətirə bilməmişdir.

 Təhsildə və təlimdə olan boşluqlar vardır. Gör nə qədər təhsilə biganədirlər ki, bu günə qədər təhsil haqqında qanun qəbul olunmayıbdır. Bu o deməkdir ki, Qərb və Beynəlxalq təşkilatlar islahat adıyla təhsili sınaq və eksperementlər labaratoriyasına çevrilmişdir.

 Misal; Yaponiya modelini nümunə gətirmək olar.

 2-ci cahan savaşında Yaponiya darmadağın edildi və BMT-nin qərarı ilə ordu yaratmaq hüququ qadağan edildi. Buna baxmayaraq Yapon təfəkkürü intelektual elmi biliyi, milli əxlaq və mədəniyyəti dərin zəkası hesabına qısa zamanda müharibənin, atom bombasının vurduğu zərbələr , dağıntılar və iqtisadi geriliyi aradan qaldırdılar. Eyni zamanda Məhəlli bələdiyyə polisi adı altında mükəmməl nizamlı ordu yaradıb xalqını depresiyadan çıxardaraq yüksək iqdisadi inkişaf əldə etdilər. Dünyaya bir yapon möcüzəsi nümayiş etdirdi və bütün bunların kökündə bunların da kökündə konfutsi nəzəriyyəsi əxlaqı və mənəviyyatı durur.

 Digər misal 1947-ci il Pakistanın Hindistandan ayrılaraq ingilis müstəmləkəçiliyindən azad olması.

 Biz bunları qeyd etməklə heç də tarixdə Azərbaycan xalqının rolunu bəsidləşdirib kiçildmək məqsədini güdmürük. Hamıya yaxşı məlumdur ki, Herodotun tarixindən qədim Azərbaycanlıların Massagetlər dövrundə pad şahı ölmüş Tomriz xanım dünyada görünməmiş bir qəhrəmanlıq nümayiş etdirmişdir. 29-il Tyan-Şan dağlarından Aralıq dənizinə qədər bir ərazidə hökmüranlıq etmiş İran Şahı Kuraşu necə məğlubiyyətə uğratmışdır. Bu kimi misalları göstərməkdə məqsəd orta və ali məktəblərdə oxuyan övladlarımıza tariximizi olduğu kimi doğru dürüst çatdırmaqla onun əxlaq və mədəniyyətini milli dəyərlərə söykənmiş şəkildə formalaşdırmaqdan ibarətdir. Qarabağa və Təbrizə gedən yollar məhz bu yollardan keçir.

 Haşiyə; İran Şahı Kuraşuya Azərbaycanı məğlub etmək üçün ona vəziri bir neçə işləri görməyi məsləhət verib.

1.Küllü milləti çalıb oynayan elə, elə eləki kifa aləti çalsınlar.

 2.Qadınlar və kişilər hündür daban ayaqqabı geyinsinlər.

 3.Millətin hamısını xırda alverlə məşğul et.

 Bu gün də həmin məsləhətlər həyata keçirilir.

Azərbaycan İslam Demokrat Partiyasının 2008-ci il prezident seçkisində iştirak edəcək namizədlərə MÜRACİƏTİ

Ölkəmizin ictimai-siyasi həyatında ən mühüm, ciddi və tarixi hadisə olan prezident seçkisi ərəfəsində yaşayırıq. Gələcək günlərimizin müqəddəsləşməsi üçün vətənimizin qarşısında şərəfli vəzifə borcumuzu yerinə yetirmək biz vətəndaşların ən yüksək amalı olmalıdır. Hesab edirik ki, prezident seçkisi tək bir nəfərin prezident seçilməsi deyil, həm də xalqın hansı təfəkkürə, əxlaqa, mənəviyyata malik olduğunu ortaya qoymaq üçün bir vasitədir. Xalqımızın əsas hissəsi müsəlmandır. İnanırıq ki, prezidentliyə namizədlər arasında dünyanın ən mütərəqqi dini olan İslamın qüdrətindən yararlanan namizədlər var. Bu isə o dəməkdir ki, milyonlarla potensial seçici islam dini baxışları və həyat tərzini əks etdirən siyasi proqramları olan namizədlərə səs verməyə hazırdır. Bu proqramlarda demokratiya prinsipləri dinlə ziddiyətlər yox vəhdət təşkil etməlidir. Bu mənada müsəlman xalqına rəhbər olmaq istəyən Islam dini haqqinda məlumatlı olmalidir. Dinin buyurduğu ayinlərin özünə rəhbər bilib və cəmiyyətə tətbiqi istiqamətində sistem qurulmalıdır. Həvayi-nəfslə, arzu və istəklə Azərbaycan prezidenti olmaq istəmək xalqa düşmənçilikdən başqa bir şey deyil. Cunki, indiki dövur olduqca qaranlıq, mürəkkəb siyasi və iqtisadi maraqlarlarla dolu oyunlar sistemidir. Seçiləcək prezidentin xalqın, eləcə də dövlətçiliyin indiki durumunda baş çıxara biləcək, onlarin arasında vəhdətlik yaradacaq, təzyiq və təqiblərə qarşı müqaviməti olacaq, davamlı və ağıllı siyasət yürüdə biləcək bir şəxs olması vacibdir. Əgər kimlərsə özlərində cəsarəət tapıb ortalığa iradə qoyursa biz bu şəxslərə hörmət və rəğbət bəsləməklə bərabər yardimci tövsiyyələr vermək niyyətindədiyk. Belə ki, ötən seçkilər ərəfəsində namizədlər arasında bir-birini aşağılamaq, təhqir etmək, qara PİAR təşkil etmək seçki kampaniyasının az qala tərkib hissəsinə çevrilmişdi və minlərlə seçicini seçkilərdə iştirak etməkdən çekindirmişdir.

 Biz AİDP olaraq bütün namizədlərə siyasi mübarizədə və seçki kompaniyası keçirən zaman etik normalardan kanara çıxmamaq, dini, mənəvi, tərbiyyəvi prinsipləri hörmətlə yanaşmağa dəvət edirik.

 Bu cür münasibət xalqda özünənifrət və passivləşmə prosesinə gətirib çıxarır, cəmiyyətdə ağır zədələr əmələ gətirir, xalqa və dövlətçiliyə ağır zərbə dəyir. Əxlaq və mənəviyyatda ciddi problemlər yaradır. İnsanlar ictimai problemlərin çözülməsinə, xəstəliklərin aradan götürülməsinə biganə, laqeyd olur. Ölkəmizin Qarabağ kimi problemi olduğu bir halda, Qarabağ problemi qədər əxlaq və mənəviyyat problemi yaradan namizədin bu seçkidə iştirakının nə mənası və nə də cəmiyyətə xeyri var. Prezident seçkisində hər namizəd həm də əxlaq-mənəviyyat sərgisi nümayiş etdirməlidir. Xalq isə bu sərgidən bəyəndyini seçəcəkdir. Bir sözlə siyasi rəqabətlə yanaşı, əxlaq-mənəviyyat rəqabəti də olmalıdır. Tək siyasətlə hakimiyyəti idarə etməkdə şan-şöhrət, ləzzət məqsədi güdülür. Burada çox şaxəli və cox istiqamətli mənəvi, əxlaqi hərəkətlər təzahür etməlidir.

 Hesab edirik ki, Prezident seçkisi daha çox mülayimlik, dözümlülük sifətlərini ortaya qoya biləcək namizədlərin mübarizə meydanına çevrilməlidir. Bu isə o deməkdir ki, oturduğunuz-durduğunuz yerlərdə əxlaq-mənəviyyatın qapısı bərk-bərk döyülməlidir. Hər şeyə və hər yerə vaxt tapa bilən namizədlərimiz Allahın qapısına gedib Allah sözlərindən də xəbərdar olmalıdırlar. Və bütün ixtilafların həllini Quranda tapmalıdırlar.

 Biz AİDP olaraq ümidvarıq ki, namizədlər seçki mübarizəsini məhz yuxarıda sadaladığımız keyfiyyətlər əsasında aparacaqlar. Və ölkəmiz, eləcə də xalqımız qarşısında boyunlarına missiya götürəcək, gələcək nəsillərə örnək olacaqlar. Bu isə cəmiyyətmizə gələ biləcək xəta və bəlalardan xilas olmağımıza gətirib çıxaracaq. Seçki ərəfəsində bu keyfiyyətləri əks etdirən namizədə səs verəcəyik.

Mətnuat açıqlamasindan: «Seçki yaxınlaşdıqca cəmiyyətin müxtəlif təbəqələrində, siyasi partiyalarda oyanış, mübarizə əhval-ruhiyyəsi, fəallıq əmələ gəlməli idi. Amma seçkiyə bir neçə ay qalmasına baxmayaraq bunun əksini - inamsızlıq, etimadsızlıq və pessimzmin şahidi oluruq. Xüsusilə də özünü cəmiyyətin aparıcı gücü hesab edən tanınmış müxalifət liderlərinin çıxışlarında, açıqlamalarında pessimizm, başqalarını günahlandırma meylləri özünu daha qabarıq biruzə verir».

 Bəzi partiya liderlərinin ölkədə dəyişikliyin baş verməməsində cəmiyyəti günahkar görməsinə münsibət bildirərkən deyib.

 Onun sözlərinə görə, bəzi liderlər açıqlamalarında, mətbuata verdikləri müsahibələrində hakimiyyət dəyişikliyinin baş verməməsini, ölkədə demokratik prinsiplərin intişar tapmamasının günahını cəmiyyətdə axtarmağa başlayıb: «Hətta elə liderlər var ki, seçki ilə bağlı verdikləri açıqlamalarında birbaşa cəmiyyəti günahkar çıxarmağa çalışırlar. Məsələn, bəzi liderlər deyir ki, ötən illər ərzində biz mücadilə verib həbsxanalara düşmüşük, amma vətəndaşlar passivlik nümayiş etdirib. Bu fikrin müəllifləri ölkədə dəyişiklik baş verməməsində Qərbi də ittiham edirlər. Özünü cəmiyyətin aparıcı qüvvəsi sayan, elektoratının çoxluğunu önə çəkən liderlərdən biri isə bəyan edir ki, cəmiyyət özü dəyişiklik istəmir. Düzdür, bu açıqlamalarda cəmiyyəti oyatmaq niyyəti də var, amma batildə tam həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu tipli açıqlamalar daha çox özünü tarix qarşısında sığortalamaq məqsədi güdür».

 İndiyə kimi görülən işlər missiya xarakteri daşımalı idi: «Elə etmək lazım idi ki, gələcək nəsillər hər şeyə yenidən başlamaq məcburiyyətində qalmasın, prosesləri görülən işlərin üzərində davam etdirə bilsinlər. Məsələn, vaxtilə bizim babalarımız, konkret olaraq Müsavatçılar ötən əsrin əvvəlində elə baza qoydular ki, aradan xeyli müddət ötsə də 90-cı illərdə həmin bazadan yararlanmaq mümkün oldu».

 Eslində bu açıqlamaların əvəzində etiraflar səsləndirilməli idi: «Hesab edirəm ki, bu fikirləri səsləndirənlər üzərlərinə missiya götürmə¬diklərini, ortaya sistemli bir mübarizə forması qoya bilmədik¬lərini etiraf etməli idilər. Bu mənada hesab edirəm ki, bu gün xalqın dörd yol ayrıcında sərgərdan qalması və hansı yolla getməyin lazım olduğunu bilməməsi elə bu fikirlərin mülliflərinin özlərinin «zəhmətinin» nəticəsidir. Xalqın indiki - dalana dirənmiş bir vəziyyətdə olmasını görəndə, ötən illərin küləyə sovrulmasından dəhşətə gəlirsən. Bu açıqlamalar xalqın enerjisini, istək və arzularını yandırıb külə çevrib sonra da küləyə sovurmaq mahiyyəti daşıyır. Zənnimcə liderlər öz addımları ilə cəmiyyəti heyrətləndirə bilmədiklərinə heyfslənsələr daha yaxşı olar».

 Hər sətir, fikir başı xalqı ittiham eləmək, öz fikir və ideyalarını, istək və arzularını həyata keçirməkdə onlara yardımçı olmamaqda suçlamaq özünü lider adlandıran, aparıcı qüvvə hesab edən şəxslərə xas xüsusiyyət deyil: «İstər, istəməz sual yaranır, görəsən, xalq liderlərdən, istifadə etməlidir, yoxsa liderlər xalqdan? Məncə bu fikri səsləndirənlər öncə tarixə nəzər salıb bu sualın cavabını tapmalıdırlar. Digər tərəfdən bir müəllimin şagirddən sorğu eləməsi üçün gərək əvvələcə ona təlim versin, nə isə öyrətsin. Bu olmadıqda fərdin və toplumun həyat və hərəkət nümunəsi olmalıdır ki, cəmiyyət ondan nə isə götürsün, öyrənsin. Digər tərəfdən yaxın və uzaq keçmişdə olan hadisələri ciddi araşdırıb düzgün qərar çıxarmaq lazımdır. Bu vaxt ortaya çıxan hər bir məsələlər düzgün təhlil olunmalıdır. Ötən əsrlərdə, eləcədə indi dünyada baş verən hadisələrin əsasında nə dururdu, niyə inqilablar oldu, nəyə görə varlıların var-dövləti əllərindən çıxdı, həbsaxanalara salındılar, niyə cəmiyyətin içində ayıqlıq, agahlıq, hərəkətlərə münasibət yoxdur və s. bu kimi sualları araşdırıb düzgün qərar vermək və hər hansı bir hərkata dirilik ruhiyyəsi gətirmək lazımdır».

 İndiyə kimi gedən proseslər kortəbii də olsa müəyyən iş görülüb, demkratik cəmiyyəti qurulması üçün cəhdlər edilib: «Bu yolda həbsxanalara düşmək, ölüm-itim də olub. Hər kim Allaha xatir demokratik cəmiyyətin qurulmasında iştirak edibsə, mükafatını da Allahdan istəsin. Çünki Allah verdiyini nə cəmiyyət, nə də dövlət verə bilməz. Amma cəmiyyətə xatir bu hərəkətlər həyata keçirilibsə, bu işi görənlər nəyə layiqdirlərsə cəmiyyət onların dəyərini verib və verəcək. Yox əgər özünə görədirsə, indiyə qədər nə alıbsa Allaha şükür eləsin. Kimsə bu yolda cəmiyyətin daim onun yanında olmasını istəyirsə səhv edir».

 Hesab edirəm ki, addımbaşı Qərbi ittiham etmək və qərb dövlətlərinə irad tutmaq, onlardan demokratiya ummaq Azərbaycan xalqına xas olan xüsusiyyət deyil: «Xalqımızın dünyaya və demokratiyaya özünəməxsus baxışları var. Görünən kəndə nə bələdçi. Qərb ötən əsrlər ərzində özündə demokratiya qurub, dünyaya isə demokratiyadan başqa hər şey ixrac edib.

 

İstifadə olunmuş ədəbiyyat

 1. Şaylan, G., (1998), Demokrasi ve Demokrasi Düşüncesinin İnkişafi, Ankara:

 2. Popper, K., (1999), “Açık Toplum ve Düşmənlarına Yenidən Baxış”, A.Yayla

 3. Berger, P.L., (1999), “Günümüz Dünyasında Demokrasi”, A.Yayla

 4. Çam, E., (1998), Siyaset Bilimine Giriş, İstanbul: Der Yayınları

 5. Arend, L., (1984), Çağdaş Demokrasiler, Çeviren: Ergun Özbudun, Ankara: Yetkin

 Yayınları

 6. Touraine, A., (1997), Demokrasi Nədir, Çeviren: Olcay Kunalp, İstanbul:YK

 Yayınları

 7. Beetham, D., (1998), Demokrasinin Təməlləri, Çeviren: Vahit Bıçak, Ankara:

 Liberte Yayınları

 8. Azerbaycan Respublikası 1991”“2001, Ed. Ramiz Mehdiyev, Bakü, 2001,

 9. Xatire Hacıyeva, “Azerbaycanın Çokpartiyalı Sistemi”, Dirçeliş XXI Dergisi, Sayı: 104”“105, Bakü,

 10. Aydın Mirzəzadə, “Heydər Aliyevin Müasir Siyasi Partiya Kuruculuğu Baxışları”, Dirçeliş XXI Dergisi, Sayı: 74”“75, Bakü, 2004,

 11. Goşqar Əliyev, Müasir Demokratik Proseslər: Sosyal-Fəlsəfi Təhlil, Bakü, 1998,

 12. Leyla Yunusova, “Çokpartiyalılığın Formalaşmasında İqtidarın Rolu”, Azərbaycanda Çokpartiyalı. Sistemin Formalaşma Prosesi: Problemlər və Perspektivlər”, “İnam” Plüralizm Merkezi, Bakü, 1997,

 13. Azerbaycan Gəzeti, 5 Oktyabr, 1994.

 14. Yeni Müsavat Gəzeti, 14 Mart, 2001

 15. Mirzezade, a.g.e.,

 

 

Tahir Abbaslı

 

Azərbaycan İslam Demokrat Pariyasının sədri

 


Oxşar xəbərlər
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”