Demokratikləşmə və islami dəyərlər
Oxunub: 6450
23 Apr 2014 | 18:18
Demokratikləşmə və islami dəyərlər

Demokratiya, cəmiyyəti idarə etmək üsuludur. Əksəriyyətin fikiri, mədəni və fərdi azadlıqlara hörmət göstərmək və s... mövzular demokratiyanın ən çox diqqət çəkən xüsusiyyətlərindəndir.

 Əksəriyyətlə həqiqət arasında lazımlı bir bağ olmasa da, əksəriyyət təsirli bir rola sahib ola bilər və ya qəbul etməni edilməsinə şərait yaradaraq bir hökumətin meydana gəlməsini təmin edə bilər. İslama görə; xalq və əksəriyyət bir hökuməti qəbul etmədiyi təqdirdə praktikada hökumətin meydana gəlməsi mümkün deyil.

 İslama görə; insanlar öz qədərlərini təyin etmək haqqına sahibdirlər və İslam hökuməti damı altında fərdi və ictimai azadlıqlarına sahib ola bilərlər.

 Əlbəttə ki İslam, qərblilərin anlayışına söykənən demokratiyanı qəbul etmir. İslamda əksəriyyətin fikiri insani dəyərlərlə zidd düşdüyü təqdirdə bir qanuniliyi yoxdur. Amma demokratiyanın digər bəzi xüsusiyyətləri daha yaxşı bir şəkildə İslamda vardır. Başqa bir ifadə ilə, demokratiya nə tamamilə rədd edilir və nə də tamamilə qəbul edilir. Əslidə İslamın qəbul etdiyi dini demokratiyadır.

 İslamiyyətlə demokratiya arasında heç bir uyğunsuzluq yoxdur və yaxşı bir Müsəlman çox yaxşı bir demokrat ola bilər. Hətta bir addım daha irəli gedərək, yaxşı bir Müsəlmanın, yaxşı bir demokrat olması lazımdır.

 Allahın Elçisinin (s) siyasi və ictimai mövzularda insanlarla məşvərət edərək onların fikirlərindən faydalanması digər tərəfdən inanc və bəyan azadlığı haqqında nazil olan ayələr bu mövzunu təsdiq edir.

 Ali-I İmran surəsi, 159-cu ayə: "O vaxt Allahdan bir rəhmət ilə onlara yumşaq davrandın! Əgər sən kobud, daş ürəkli olsaydın, heç şübhəsiz, ətrafından dağılıb gedərdilər. Bu halda onları bağışla; bağışlanmaları üçün dua et; iş haqqında onlara danış”¦"

 Äžaşiyə surəsi 21 və 22-ci ayələr; Zümər surəsi, 17 və 18-ci ayələr.

 Nəhcul-Bəlağə, 207-ci xütbə.

 Digər tərəfdən, qanunilik əksəriyyət tərəfindən verilməsə də qəbul etmə əksəriyyətə bağlıdır.

 Demokratiya, əksəriyyəti müsəlman olan bir cəmiyyətdə şəriət və dini meyarlara görə ortaya qoyulur. Onlar öz istək və iradələri ilə İslamı qəbul etmişlər. İslamın əhkamı və şəriətinin tətbiqə keçməsini əxlaqi və dini dəyərlərin cəmiyyətdə yayılmasını da qəbul etmişlər.

 Demokratiya sözü köhnə Yunan sözündən gəldiyi və "demos" (xalq), "kratos" (rəhbərlik) sözlərinin birləşməsindən yaranan bir söz olduğu və "xalqın rəhbərliyi" mənasına gəldiyi məlumdur. Bu səbəbdən Yunanıstan, "demokratiyanın beşiyi", olaraq qiymətləndirilər. Amma bu qiymətləndirmə şişirdilmiş bir qiymətləndirmədir. Çünki Yunan saytlarında yalnız "vətəndaşların" siyasi haqqları vardı. Cəmiyyətin yüzdə 95 %-ini təşkil edən "kölələr" və yalnız ticarət haqqı olan "mətək"lərin (metoik) heç bir siyasi haqqları yox idi. Qaldı ki, vətəndaşların qatıla bildikləri demokratik müddət də "seçkiyə" deyil “qurraya” (püşk) söykənirdi.

 Bu günkü demokratiya, siyasi terminlərdə ideal istəkli milli qüdrətin üstünlüyü və hökumətin millət tərəfindən idarə edilməsi mənasına gəlir. Təbii ki, demokratiya, xüsusi ilə praktik bir sistem olma baxımından siyasi alimlər tərəfindən təsdiqlənmir.

 Xalqın iradəsi olaraq ifadə edilən xalqın xalq tərəfindən idarə olunması aşağıdakı xüsusiyyətlərə malikdir:

 a) Təməl azadlıqlara, xüsusi ilə əqidə azadlığına, mətbuat azadlığı və ictimai azadlığa hörmət göstərmək.

 b) Xalq dəstəyinə sahib olmaq və tənzimləmələr üçün təziq və ya güc işlətməmək.

 Demokratiya, bütün lazımlı dəyişiklikləri inqilaba və dəyişiklərə, güc (zor) tətbiq etmədən cəmiyyət quruluşlandırma üsullarından biridir. Başqa bir deyişlə, demokratiya, cəmiyyətin idarəsi üçün inqilabların ictimai islahatlara çevrilməsini təmin edən bir üsuldur.

 c) təzyiqi, maneəni və zorakılıq problemini həll etmək üçün bir vəsilə və üsuldur.

 Bu açıqlanan demokratiyanın xüsusiyyətləri, siyasi və ictimai mövzularda zahirdə İslam ilə ziddiyyət təşkil etməyən ağıla uyğun və istənilən xüsusiyyətlərdir.

 d) İndiki vaxtda qərb ölkələrində qəbul edilən və insan haqqları olaraq təyin olunan demokratiyanın bir başqa xüsusiyyəti də qeydsiz və şərtsiz bir şəkildə xalqın istəklərini qəbul etməkdir. Hətta bu istəklər insani dəyər və kəramətlərlə zidd olsa belə. Məsələn eşcinsel evliliyin rəsmi olaraq qəbul etmək və s. Əslində demokratiyanın bu xüsusiyyətini İslam qəti şəkildə qəbul etmir. Əslində elçilərin göndərilmə fəlsəfəsi, insanların bu şəkildə olan istəkləri ilə mübarizə etmək və onları insani kəramət və dəyərlərə istiqamətləndirməkdir.

 Qurani Kərimdə verilən əksəriyyət bu istəklərə sahib olan əksəriyyətdir. Elçilərin səadətə, hidayətə və kamala etdiyi dəvəti, öz istəklərinə zidd görən və düşünmədən müxalif çıxan işdə bu əksəriyyətdir.

 İslam dininin əqidəsi ilə azadlıqçı demokratiyanın təməl prinsipləri arasında çox yaxşı uyğunlaşma təmin edən paralelliklər görmək mümkündür. Çünki demokratiyanın təməl prinsipi olan "azadlıq" İslam əqidəsinin də təməl şərtidir. Çünki bütün İslami mükəlləfiyyətlər ağılı yetkin olan azad Müsəlmanlar üçündür. İman isə cüzi iradənin sarfıyla əlaqədardır. Azadlıqsız cüzi iradə söz mövzusu ola bilməyəcəyinə görə azadlıq imanın da əsasıdır. İman və cüzi iradə əlaqəsini bütün təfsirçilərin və kəlam alimlərinin əsərlərində görə bilərik. imanın qüvvəti nisbətində azadlıq yaşayacaq. Çünki, cüzi iradəsini sərf edərək imanı əldə edən insan artıq kainatın sultanına bağlanmışdır. Başqasına boyun əyməz və başqasının istibdadını qəbul etməz. İmanın bir ehtiyacı olan hətta başqasının azadlıq və haqqlarına təcavüz etməsinə maneə olar. Demək iman bünyəsində saxladığı azadlıq xüsusiyyəti sayəsində möminin istibdada boyun əyməməsini və haqq və azadlıqlara da təcavüz etməməsini tələb edir. Hər kəs istədiyi kimi düşünə bilər və ictimai əsayişə toxunmamaq şərti ilə bu düşüncələrini açıqlaya bilər. Hətta fikir azadlığı olmadan bu zamanda bir dövlətin üzərinə düşən vəzifələrə əməl etməsi qeyri-mümkündür. Çünki, "azadlığı əfkar mədəniyyətin qılıncı və qüvvəti"dir.

 Din və vicdan azadlığı: İnsan haqqlarının ana xətlərindən din və vicdan azadlığı onsuz da İslamiyyətin özündə mövcud olan bir azadlıqdır. Müxtəlif dinlərin mənsubları İslam hökuməti içində sərbəstliklə dinlərinin gərəyini yerinə yetiriblər. Bədiüzzaman bu hökuməti İslamiyə içində hər vaxt başqa dinlərin mənsublarının da olduğunu nəzərə alir, ona görə, "asayişə və təhlükəsizliyə toxunmamaq şərti ilə hər kəs vicdanı ila, ürəyi ilə qəbul etdiyi bir metodu, bir fikiri ilə məsul ola bilməz. "

 İnsan haqqları hüquqda bərabərliyi əsas olan İslamiyyətdə "şah və gəda birdir". Qarışqaya bilərək ayaq basmamağı əmr edən Şəriət, insan haqqlarına onsuz da laqeyd qalmiyacaq. İmamı Əlinin sıravi bir Yəhudi ilə mühakiməsi bu tətbiqə ən gözəl nümunədir. İnsan haqqlarından olan can, mal və ismət təhlükəsizliyini təmin edən İslamiyyət, yoxsulluqdan xilas olmaq üçün fürsət bərabərliyi qanununu da qoymuş və yaşatmışdır. qeyri müsəlmanlar də daxil olmaqla bütün vətəndaşlar təyinatla rəhbərlikdə yer almaq, ticarət və sənətlə məşğul olmaq kimi hər cür işdə işləmək imkanında bərabərdilər. Bütün vətəndaşların sahib olduğu seçmə və seçilmə haqqına qeyri müsəlmanlar də malikdir. Parlamentdə iştirak edib rəylərini verə bilərlər. Fikir azadlığı isə İslam hökuməti içində yaşayan digər dinlər və məzhəblərin varlığı ilə açıq şəkildə ortadadır.

 Bu hədəfi bu günki şərtlərə tətbiq edəsi olsaq, İslamiyyət, demokratik rəhbərliklərin tətbiq edildiyi mühitdə ən yüksək mövqedə yerini ala bilər və onun ucalığı hər kəs tərəfindən qəbul ediləcək. Mükəmməl mənadakı demokratiya da İslamiyyətin yaşandğı mühitdə reallaşa bilər.

 Yazinin davamında İslam bir sıra dovlət başçılarına, demokratik dini partiyalarına həmçinin dünya içtimaiiətinə və mediya mənsublarina ünvanladığım məktublardan istinadlar:

Ərəb ölkələrində baş verən inqilabi prosesləri şərhindən: Gec də olsa müsəlman dünyası demokratik dəyərləri öz ictimai və siyasi həyatlarında görmək və tədbiq etmək uğrunda mübarizəyə start veriblər: «İndiyə kimi, müsəlman ödkələrindəki hakimiyyətlər İslamı olduğu kimi, yəni demokratk dəyərlərlə zəngin bir din kimi deyil, məhəllə təfəkkürlü və yırtıcı din kimi təqdim edərək öz hakimiyyətlərini qorumaqla işlərini bitmiş hesab ediblər. Məhz bu məqamı müşahidə edərək biz islamçı demokratlar hələ bir neçə il öncə müsəlman ölkələrində dəyişikliklərin olacağını proqnozlaşdırmışdıq. Xisusilə də diktatura hökm sürən ölkələrdə arzuolunmaz hadisələrin baş verəcəyini vurğulamışdıq».

 Görünən odur ki, müsəlmən dünyası demokratik rejimlərin hakimiyyəti altında yaşmaq istəklərini ortaya qoyublar».

 Misirdən və Tunisdən fərqli olaraq Liviyada inqlibi proseslər uzandı. Bunun da səbəbi Liviyanın ictimai durumunda ciddi problemlərin olması, xalqın qəbilə şəkilində yaşamasından irəli gəlir: «Qəddafinin gücü də məhz bundan irəli gəlir».

 Qəddafinin hərəkətləri ilə İran hakimiyyətində təmsil olunanların arasında paralellər aparan, Qəddafinin “mən bu inqilabın rəhbəriyəm”, “etiraz edənlər münafiqdilər” və s. sözlərini İranın rəhbəri Xamneyinin sözləri ilə eyniləşdirmək olar. Digər ərəb ölkələrində də oxşar proseslərin getdiyini davam edəcək. artıq ərəblər xalqın hakimiyyətini qurmaq barədə fikirləşməlidirlər: «Proseslər göstərir ki, indi diktatorların «evini» dağıtmaq ölkədə demokratiyanı hakim etməkdən çətindir. İkinci proses hövsələ tələb edir».

İran prezidenti Əhmədinejada yazılan məktubdan: “Biz Azərbaycanda yaşayan müsəlmanlar olaraq İslam ölkələrinin Qərb dövlətləri tərəfindən işğal edilməsini, ya da hücumlara məruz qalmalarını heç vaxt arzu etmirik. Ancaq nə yazıq ki, İslam ölkələrindəki despotizm Qərb güclərinin müdaxilələri üçün şərait yaratmaqdadır. İnsanların haqlarını vermək və vətəndaşları dinləmək yerinə, onların səsini boğmaq və zindanlarda ömürlərini çürütmək qətiyyən doğru əməl deyildir və dünyanın azad vicdanlı insanlarının etirazlarını doğurmaqdadır. Dünyada demokratikləşmə havasının əsdiyi bir vəziyyətdə soydaşlarımızın yaşadığı İran İslam Respublikasının da dəyişməsi və demokratikləşməsi həm İranın gələcəyi üçün, həm də dünya sülhü üçün çox faydalı ola bilər. İnsan haqlarına sayqılı olmaq və müqəddəs dinimizi siyasətin əlində oyuncaq etməmək ən böyük savab işdir. Çünkü İslam məsələsi bir tək ölkəyə məxsus olan hadisə deyildir və bütün müsəlmanları maraqlandırmalıdır. Müsəlman soydalarımızın ölkənizdə təqiblərə məruz qalmaları, Allahın verdiyi milli haqlarının danılması biz müsəlmanları da dərindən narahat edir. Qardaşlıq və sülhün carçısı olan müqəddəs dinimizin tarix boyu qoruyucusu olan azərbaycanlılar yenə də dinimizlə bağlı məsuliyyət duyğuları daşımaqdadırlar. Azərbaycan Respublikasında yaşayan biz müsəlmanlar İranda dindaş soydaşlarımızın milli və dini haqlarının əzilməsindən dolayı çox narahatlıq hissi keçirməkdəyik. Xarici güclərin təcavüzünə məruz qalmadan soydaşlarımızın yaşadığı İran ölkəsinin dərhal demokratiyaya keçməsini arzu edirik”.

Mətbuat açıqlamasından: Hazırda bir neçə ölkə var ki, bütünlükdə türk dünyası ilə əlaqələrin gərginləşməsində maraqlıdır. Bu sırada ilk yerlərdə duran dövlətlər İranla Ermənistandır. Bu dövlətlər bir-birlərinə xüsusi qayğı göstərir. Ermənistanı Azərbaycanla Türkiyəyə qarşı bir silah kimi yaradıblar və bundan məharətlə istifadə edirlər.

 İndiki İranda olan dini hakimiyyəti biz ideal islam quruluşu kimi qəbul etmək fikrindən çox uzağıq. Onlar dünyadakı müsəlmanlar arasında yaranmış ziddiyyətləri aradan qaldırmaqda maraqlı olmadılar. Hətta bir sıra müsəlman dövlətlərinə qarşı qərəzli siyasət yürütməyə başladılar.

 İranda gerçəkləşdirilən islamçılığın təməlində bütövlükdə Fars millətçiliyi durur və əsil İslam dinini əks etdirmir. İslamın İran modelində daha çox insanların dinlə yüklənməsi ilə onların köləyə çevrilməsi marağı durur. İranda daha çox cəhd edilir ki, insanlar öz haqlarını tələb edə bilməsinlər. İran həm də Güney və Quzey Azərbaycan məsələsində də ciddi problemlər yaratmağa cəhd göstərir.

 Amma Türkiyə modelində müasirlik çox güclüdür. Bu model əslində Azərbaycanın milli ideologiyasıdır. Çünki bizim milli ideologiyamız çox dəyərlidir. Bunları deyərkən ötən əsrin əvvəlində irəli sürülmüş “Türkçülük, İslamçılıq və müasirlik” şüarını nəzərdə tuturam. Bu üç həqiqətin bir yerdə olması Türklərə Avropanın çənəsinin altında, kifayət qədər problemləri olduğu bir dövrdə sərbəst və müstəqil siyasət yürüdə bilirlər.

 Buna görə də biz öz milli ideologiyamızı dəyərləndirməli, ona gerçəkdən sahib çıxmalı və həyata keçirtməliyik.

Almaniya-nın Kansleri Angela Merkelə yazilan məktubdan:

 “Ötən əsrin sonu və indi, dünya xalqları fikir və düşüncədə gələcəyi yeni baxışla yaşamaq, görmək arzusundadı. Sivilizasiyalar arasında dialoq, mədəniyyətlərin danışması, dünya dinlərinin bir-biri ilə bağlantısı, dini-siyasi cöğrafiyanin genişlənməsi, elmi, siyasi, fəlsəfi, iqtisadi əlaqələrin dəyərləndirilməsi, insanların fitrətində olan insanlıq və sevgi amili və s. qardaşlıq üçün əsas səbəblərdəndir. Səlib yuruşləri təcrubə baxımından bizə sülh və barışın nə olduğunu anladır. Dini döyüşlər tarixə öyrətdi ki, dinlər qılıncla inkişaf edə bilməz, yalnız dialoq və danışıqla özünü göstərər. Əks halda dünya hələ çox diktatorların peyda olmasına və ziyanlı fəaliyyətinə şahidlik edə bilər.

 Demokratıya ilə birləşən din dünyanı diktatorasız istəyir. Təəssüflər olsun ki, əsrlər boyu diktatorlar dini vasitə edib zülmün xidmətinə alıblar. Amma artıq dini islahata ciddi yanaşmalıyıq. Dinləri yanlış təfsir edənlərə demokratiyanın nə olduğunu dünya atlasında öyrətməliyik. İnsanlara dinlərin nemət olduğunu göstərməliyik.

 Partiyanızın siysi-mənəvi dəyərlərini nəzərə alırıq, islam- xiristian dünyalarını vəhdətə çağırır, Sizi mədəniyyətlərin dostluğuna doğru irəliləməyə dəvət edirik».

 Â«Azərbaycan İslam Demokrat Partiyası olaraq Xristian Demokrat Partiyası ilə fikir, düşüncə, ideya və təcrubələrimizi paylaşmaq niyyətindəyik. Biz vahid dini idealogiyanın tərəfdarı deyilik. Dinlər arası vəhdətin dərinləşməsi istiqamətində çalışırıq. Bütün dinlər Allah təala tərəfindən insana təklif olunub. Bütün dinlərin özəllikləri var. Yəni insanı həqiqətə tərəf yönəldən özəlliklər dinlərin iştirak nöqtəsidir. Hesab edirik ki, Şərq və islam filosofu İqbali Lahurinin axtardığı vəhdət artıq gündəmə gətirilməlidir. İqbali İslam ölkələrinin vəhdətindən əlavə dinlərin vəhdətindən də söz açmışdı. Təbii ki, dini islahatlar öncə Qərbdə başlayıb. Biz İslam Demokrat Partıyası olaraq dini islahatı önəmli sayıb, bu sahədə ciddi addımlar atırıq. Hesab edirik ki, dini doqmatizmlikdən qutarmalıyıq. Din vasitə deyil. Dini vasitə edən insanların əleyhinəyik. Dini simvolları, dəyərləri, qəhrəmanları öz inhisarlarına alan şəxslərin əleyhinəyik. İslam dinində çeşidli düşüncələrin döyüşməsini istəmirik. Bu düşüncələrin vəhdətinə çalışırıq. Vəhdət, Həzrəti İsanın (ə) ülvi nəfəsindən və Həzrəti Muhəmmədin (s) mələkuti səsindən başlanir. Vəhdət və sülh 21-ci əsrin itmiş gövhəridir. Bu itmiş neməti tapıb insanlara qaytarmalıyıq. Vəhdət zəmanəmizin zərurətidir.

 Dini kimliyin ən uca zirvəsi vəhy və ilham qaynağı olan haqq Təaladır. Firansisko Asizi demişkən, “yetər ki, insan vahid tanrıya inansın”. Bəli, insan gərək başqa dinləri təhqir və təhrif etməyib onlarla bağlantı qursun.

 Dinlərə təhqir və tərəddüdlə yanaşan insanlara dini demokratiyanın yollarını göstərmək vəzifə borcumuzdur. Bu səbəblərə rəğmən İslam Demokrat Partıyası xristian ölkələrində fəaliyyət göstərən partıyalarla, təşkilatlarla vəhdətə aparan dialoq açmaq niyyətindədir”.

Müsahibədən: Artıq bir neçə ildir ki, ABŞ və Qərb dünyasının Yaxın və Uzaq Şərqdə apardığı hərbi əməliyyatlar çərçivəsində İslamın beynəlxalq terrorizmə yol açan bir din kimi hədəf alınması, dünya mətbuatının anti-İslam kampaniyasına start verməsi müşahidə edilməkdədir ki, bu da müsəlman dünyasının tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətində də ciddi narahatlıq doğurmaqdadır. Sevgi, mərhəmət və paklıq dini olan İslamın siyasi oyunlara alət edilməsi, insanlara əslində olduğundan tamam fərqli şəkildə təqdim olunması demokratiya libasına bürünən bəzi dünya güclərinin hələ də öz çirkin məqsədlərinə çatmaq üçün ali dəyərləri belə ləkələməkdən çəkinmədiyini göstərir.

 Azərbaycanın özündə də dindarların müxtəlif adlarla təqib olunması, QMRİ-nin fəaliyyətsizliyi və s. kimi problemlər mövcuddur ki, bunlar da ölkə vətəndaşlarını düşündürən başlıca məsələlərdən biridir.

 Doğrudan da, bu gün İslamla bağlı Qərb dünyasında bir narahatlıq hökm sürür. Ola bilsin ki, Qərbin İslamla bağlı aydın təsəvvürü yoxdur. Və ya ola bilsin ki, Qərb belə bir təsəvvürə malik olduğu halda İslam dəyərlərinin bəşəriyyətə çatdırılmasında maraqlı deyil. Siyasət insanların maddi yaşamına rahatlıq və güvən gətirmək istəyir. Dini güvənlik sosial güvənlik deyil, fərdi vicdan güvənliyidir. Sosial güvənliyi din vasitəsi ilə yaratmaq indiki islam ölkələrini doğurmuşdur. Amma onlar ölkələrində güclü dayanaqlı güvənlik yarada bilmədilər. Hazırda İslam ölkələrində bir problem varsa, bu da istibdad və despotizmdir. Elə İslam ölkələri var ki, orada hakimiyyətdə olan şəxslər 40-50 ildir prezident postunda qərarlaşıb. Dinimizin terrorizmlə əlaqəsinə gəlincə, qeyd edim ki, Islam özü bir düşüncə, fikir, baxış, etiqad sistemi və bir əqidədir. Insanlar İslama ehtiyacları olduqları üçün ona müraciət edirlər. Bu baxımdan İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur. Indiki din alimlərinin də bir problemi var ki, bu da onların mədrəsə təhsili səviyyəsindən yuxarı qalxmamasıdır. Bizim düşüncəmizcə, indiki dövrdə Quran təfsirləri və şəriət hökmləri dəyişməlidir. Cihad məsələsi çox tez-tez gündəmə gətirilir. Halbuki, cihad peyğəmbərin dövründə olub. Onu ancaq peyğəmbər (s) edə bilər. Bu gün cihadı əlində bayraq edənlər yalnız öz siyasi maraqlarının keşiyində dayanıb. Məhz bu səbəbdən də İslamla bağlı fərqli fikirlər meydana gəlir. Daha doğrüsu İslam dünyası fikir və düşüncələrdə daha dərinə getməlidi ki, dünyanı və özlərini bəlalardan, xətalardan, xəstəliklərdən xilas etsinlər. İslam dövlətinin rəhbərləri demokratiyaya meyilli olmalı, İslam demokratiyasını ortaya qoymalıdır. Nə qədər ki, belə bir demokratiya yoxdur, Qərb bundan İslam dininə qarşı istifadə etməkdə davam edəcəkdir.

 Gerçək Islam təfəkkürünə malik insanların heç biri heç bir sahədə Qərb insanından geri qalmır. Islam elmə və tərəqqiyə çox önəm verir. Hətta Peyğəmbər (s) elm Çində də olsa öyrənmək üçün getməyi tövsiyə edib. Dünya İslamı sıxıntı içərisində, qəfəsdə saxladığından İslam üçün fəza yoxdur. Daha doğrusu, onun kamal sifətlərinin açılmasına qoymurlar. Və bu düşüncə sisteminin insanlara faydalı olmağını yetərincə çatdıra bilmir. Baxın, elm inkişaf edib və təyyarə meydana gəlib. Bu təyyarəni isə yenə də insan idarə edir. Onu idarə edən imanlıdırsa, təyyarədə insanlara xidmət, aclara çörək, xəstələrə dərman daşıyacaq. İmansızdırsa, bomba, ölüm daşıyacaq. Odur ki, elmi-texniki tərəqqi heç də hər şey deyil. Son söz düşüncəyə məxsusdur. Bazara üç şeylə gedirsən ağıl, can və pul. Bunlardan biri olmasa bazarlıq olmaz. Bu mənada dünya da bir insan kimidir. Onun ağılı, bütün əzaları sağlam və yerində olarsa, bəşər hədəfə çatar. Dünyanın da düşünən beyni, görən gözü, vuran əli, ürəyi, cibi (kapital) var. Bunların hamısı bir arada var olduğu təqdirdə gözəldir. İslam insanın ruh, nəfs, ölüm, ölümdən sonrakı həyat, ruh, mələklər, şeytan, qiyamət günü, Allahı tanımaq haqqındakı suallarına cavab verir və onu bu fikirlərdən azad edir, mənən rahatladır. Qərbin isə bu suallara veriləsi kamil və dolğun cavabı yoxdur. Qərb yalnız maddi-texniki tərəqqi baxımından İslam ölkələrini üstələyir ki, İslam dövlətlərinin bu gerilikdən azad olması vacibdir. Lakin maddi rifahla mənəvi rahatlığın bir arada olmasına imkan verməyən qüvvələr, min illiklər boyu daşlaşan fikirlər var. Bu qüvvələr bu fikirlərə istinadən öz biznes, düşüncə, hakimiyyət sistemini qurublar. Qurani-Kərimdə buyurulub ki, bəzi qəlblər daşdan möhkəmdir. Daşdan su çıxar, o qəlblərdən yox. Mövcud problemin aradan qaldırılması üçün daşlaşmış qəlblərin parçalanması lazımdır.

Mətbuat açiqlamasından: İslam demokrat ideyası din, dövlətçilik və millilik arasında ortaq dəyərlərin tapılması, qorunması istiqamətdə mühüm rol oynaya bilər. Əks təqdirdə “baharlar”ın təhlükəsindən xali deyilik. Biz hesab edirik ki, İslamiyəti çağdaş dəyərlərin ehtiyaclarına görə açıqlamaq lazımdır. İslam əxlaq sistemidir. İnsanlara sayqı və tanrıya sevgi əxlaqı İslamiyyətin əsas hədəfidir. Ona görə də İslam mətnlərini günümüzün ehtiyaclarına görə açıqlamalıyıq. Belə olmasa, bizim dini duyğularımız İrandakı bir ovuc şəhvət və para düşkünü olan ayətullahların əlində vasitəyə çevriləcək.

 Avropa, burada sözügedən istiqamət üzrə 500 illik təcrübəsi var. Ümumilikdə isə Avropada xristian-demokratlar din dövləti qurmaq istəmirlər. Bizim dindən yana olan partiyalar da din dövləti qurmaq istəmədiklərini açıqlamalıdırlar. Çünkü hələ 14-cü əsrdə böyük İslam mütəfəkkiri İbn-Xəldun yazırdı: “Tanrı dövləti qurmaq, yalnız peyqəmbərin işidir”. Dini əsaslarla idarə ediləcək dövlətin İranda necə fəlakətlər törətdiyini görürürk. İran xalqını bütün dünyaya düşmən edib. Ona görə də məncə Azərbaycanda bu məsələ modern bir şəkildə öz həlli yolunu tapacaq. Milli dövlətimizin qurucuları olan dədələrimiz bayrağımızda məsələnin həlli formulunu ortaya qoyublar. Dinimizi milli kimliyimizə dayanaraq və çağdaş elmi imkanlardan yola çıxaraq anlamalıyıq. Dini İranda olduğu kimi geri qalmış qaranlıq düşüncələrlə anlamaq olmaz.

 

Tahir Abbaslı

Azərbaycan İslam Demokrat Pariyasının sədri


Oxşar xəbərlər
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:19, Bu gün
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib