"Korrupsionerləri də, tolikləri, pərvinləri də başımıza mindirən elə özümüz - mediamızdır...”
Oxunub: 4591
09 Feb 2022 | 11:12
“Hələ 2001-ci ildə bir yazımda dələduzluğu, korrupsionerliyi, anti-milliliyi, əxlaqsızlığı və s. açıq-aşkar bəlli olanlara qarşı İNFORMASİYA BOYKOTU təklif etmişdim...”
 
“İnnən belə Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu kənarlaşdırmaqla, lap var-dövlətlərini də əllərindən alıb həbsə atmaqla  məmləkət düzələcəkmi?..”
 
Neçə vaxtdır, yenə ölkənin aparıcı sayılan əksər saytları və “You Tube” kanallarında müəyyən olunmuş hədəflərə kampaniyaçı hücumlar başlayıb... 
 
Doğrudan da neçə illərdir dediyimiz kimi, hər baxımdan çox gülünc durumdayıq... Dönə-dönə üzr istəyirəm, amma məcburam bir xalq misalını yenə deməyə...  Tumanı batırırıq, sonra başlayırıq tuman bağını boşaltmaya... Birini vəzifəyə qoyuruq, deputat seçdiririk, illərlə, on illərlə yeyib-dağıdır, günlərin bir günü qəflətən hay qaldırırıq ki, ay aman, yaxalayın bu dələduzu, korrupsioner imiş... 
 
Ramiz Mehdiyevlər də, Nəcməddin Sadıkovlar da, Əli Həsənovlar, Eldar Mahmudovlar da və s. 30 ildə öz işlərini gördülər,  ölkənin yeraltı-yerüstü sərvətləri, xalqın cibi hesabına külli miqdarda varidat topladılar. Bəs biz niyə bir ictimaiyyət, bir media olaraq bütün bunlardan sonra  “ayıldıq”? Xeyr, əksəriyyətimiz onların kim olduğunu o vaxtdan görürdük, bilirdik. Sadəcə, onların vəzifə başında olması karyera, məqam, kreslo, var-dövlət güdən bir paramızın işinə yarayırdı. Belələri onların əlinin altında işləməkdən, rüşvətlə başçı, deputat, nazir, elmlər doktoru, professor, zabit, general, korpus komandiri və yaxud qəzet, sayt redaktoru, telekanal rəhbəri və s. olmaqdan məmnun idi... Odur ki, susurdu...   Bir qismimiz isə laqeydliyimizdən və ya qorxumuzdan “mənə nə” prinsipi ilə səsimizi çıxarmırdıq.  Amma bu gün hansısa oliqarx qrupların toqquşması və bir güclü qrupun digərini əzməyə başlaması səbəbindən keçmiş və indiki bir neçə “bərkgedən”in “vurulması”na siqnal verilib. Odur ki,  əksəriyyət dilini və ya qələmini itiləyib cumub bunların üstünə...
Ramiz Mehdiyev və Nəcməddin Sadıkova qarşı kampaniya ilə bağlı meydana çıxan əsas suallar məlumdur: niyə 30 il sonra, niyə əsas vəzifələrinin başında işlərini görəndən sonra?.. Bunların vasitəsilə həm siyasi, həm elmi, həm hərbi meydanda sıxışdırılıb kənara atılan atıldı, fiziki, maddi və ya mənəvi-psixoloji baxımdan əzilənlər əzildi, həbs edilənlər edildi, qətlə yetirilənlər qətlə yetirildi və s. İkinci sual isə budur ki, guya innən belə Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu kənarlaşdırmaqla, lap var-dövlətlərini də əllərindən alıb həbsə atmaqla  məmləkət düzələcəkmi?..  Rüşvətə, “yeyib-dağıtmağa” yönəlmiş eyni “ümummilli”əqiqə, düşüncə, davranış, fəaliyyət sistemi dəyişəcəkmi?.. 
 
Biz 90-cı illərdə Ramiz Mehdiyevdən, Nəcməddin Sadıkovdan yazanda, onları yetişdirən “KQB”-QRU”-korrupsiya rejimini gah realist, gah satirik üslubla qamçılayanda bir yandan yazılarımızı rəsmi hərbi-siyasi senzura silir, digər yandan da bu gün onları söyməyə başlamış bəzi ictimai şəxslər, deputatlar, eləcə də jurnalist sayılanlar bizləri az qala vətən xaini elan edir, o zamankı mətbuat və ədliyyə nazirliklərinə şikayətlər yazırdılar...
 
Biznesmen-deputat, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Feyziyevə gəldikdə suallar bir az başqa yöndəndir. Birincisi, nədən məhz Cavanşir Feyziyev?  Biz bu şəxsin vəkili deyilik... Amma axı hamı bilir ki, ölkədə ondan da çox talançılıqla məşğul olan deputat, oliqarx, eləcə də keçmiş və indiki yüksək vəzifə sahibləri var?.. İkincisi, nədən məhz indi? Üçüncüsü, Məşədi İbad demiş, məgər belələrini vəzifəyə gətirəndə, deputat, AJB İdarə Heyətinin və ya AYB üzvü seçəndə kimliklərini görmürdük, bilmirdik ki, bunlar dolayı işlərlə məşğuldur? Öncə dediyim kimi, hamısını yaxşı bilirdik, hamısını yaxşı tanıyırdıq, sadəcə, işimizə yarayırdılar, çoxumuz nəfsimizə uymuşduq. O cümlədən media nümayəndələri...
*** ***
Səhv etmirəmsə, hələ 2001-ci ildə bir yazımda dələduzluğu, korrupsionerliyi, anti-milliliyi, əxlaqsızlığı və s. açıq-aşkar bəlli olan yerli və xarici tanınmışlara qarşı İNFORMASİYA BOYKOTU təklif etmişdim. Demişdim ki, gəlin, iş fəaıliyyətləri, həyat tərzləri, davranışları, geyimləri və s.  Azərbaycanın, türk və müsəlman dünyasının maraqlarına zidd olan məxluqları, eləcə də beynəlxalq qurumları mətbuatda, telekanallarda və s. təbliğ etməyək. Divin canı şüşədə olduğu kimi, onların da canı informasiyada, təbliğatdadır. Məsələn, açıq-aşkar görürsən ki, filan nazir, filan başçı, filan deputat rüşvətxordur, dələduzdur, belələrinə sərt suallardan başqa sual verməyək,  cəsarətimiz, imkanımız çatırsa, onları sərt tənqid edək, yox bunu edə bilmiriksə, heç olmasa,  günlərlə “filankəs müəllim, bəhmənkəs müəllim” deyə-deyə zəng etməyək, dallarınca sürünüb yalmanmaq, təbliğat xarakterli müsahibələr götürməyək. Çünki dələduzu, korrupsioneri təbliğ etmək, onun cinayətinə şərik olmaqdır... 
 
Eləcə də məsələn, o illərdə meydan sulayan ATƏT-in Minsk Qrupunun həmsədləri... Hamı, dağda çoban da açıq-aşkar görürdü ki, bunlar Qarabağ məsələsində Azərbaycanı erməniləri xeyrinə yola verirlər. Amma bu məxluqlar Bakıya gələn kimi aparıcı qəzet və telekanalların əməkdaşları üzərlərinə tökülüşüb gic-gic, mənasız-mənasız suallar verirdilər. Bu minvalla da onlar təbliğ olunur, ölkədə və dünyada guya iş gördükləri təəssüratı yaradırdı... Televiziya, qəzet və saytlarımız onlar haqqında informasiya verməsə idi, onları təbli etməsə idi. Kim onların varlığından xəbərdar olacaqdı?... 
 
*** ***
 
Ölkədə əksər media vasitələrinin korrupsionerlər, dələduz deputat və siyasilərlə yanaşı, şou-biznes nümayəndələrinə də qarşı münasibəti də o vaxt da, indi də eynidir.  Deyirdik ki, məsələn, Aygün Kazımovanın “ANS” telekanalında üzr istəyirəm, ingilislərin “Kondoms of benetton” prezervativ şirkətinin sponsorluğuyla  açıq-aşkar fahişəliyi təbliğ edir. Samir Bağırov kimilərə yeniyetmə və gənc oğlanlarımız baxdıqca ondan əxlaqsız geyim və davranış nümunələri götürürlər. Gəlin, bunları da təbliğ etməyək, uzaq duraq, onlardan... Fəqət, nə yazıqlar ki, İNFORMASİYA BOYKOTU təklifimə səs verən çox az oldu... Əksəriyyət, ümummilli maraqlarımızı da, əxlaqımızı da, namus-qeyrətimizi də pul, qazanc xatirinə tapdalayıb dələduz korrupsionerlərin, əxlaqsız şou-biznes əhlinin iyrənc anti-milli fəaliyyət və davranışlarına nəinki göz yumdu, üstəlik, onları geninə-boluna təbliğ etdi.... Odur ki, bu gün  aygünlər, röyala faiqlər, eldarlar artıq ölkənin ən “hörmətli” məxluqlarına çevrilərək cəmiyyətə “əxlaq” dərsi keçir və artıq onların on minlərlə sadiq şagirdləri yetişməkdədir... Ona görə toliklər, pərvinlər hərbçiləri, xalqın kasıb təbəqəsini istehza hədəfinə çevirərək meydan sulayırlar... Və media, xüsusən telekanallarımız onları sanki Azərbaycan xalqının ən “nümunəvi” və “nüfuzlu” nümayəndələri kimi bəh-bəhlə, fəxrlə təbliğinə,  doğum günlərinin keçirilməsinə davam edirlər...
 
Beləliklə, gəlin cavab verək, dələduz korrupsionerləri, əxlaqsız şou-biznes əhlini bu ölkənin başına çıxarılmasına şərait yaradan kimdir? Düzdü, belələrinin meydana çıxması üçün siyasi mühiti, “mədəni” şəraiti yaradan arxivləri bağlı qalan, gözümüz görə-görə kimliklərini sübut edə bilmədiyimiz “KQB”-“QRU”-korrupsiya şəbəkəsidir... Amma belələrinə nəfəs verən, onları təbliğ edən və sonda qudurub harınlayıb üzərimizə yerimələrinə, hürmələrinə şərait yaradan mediadır, özümüzük... Gəlin acı olsa da, bunu etiraf edək və heç olmasa, bundan sonra hər birimiz kimdən yazdığımıza, kimi təbliğ etdiyimizə, kimi təriflədiyimizə diqqət edək. Çalışaq ki, çörəyimiz dələduz korrupsionerləri, fahişə və maviləri təbliğ etməkdən çıxmasın... 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır