“Laçın keçidinə nəzarət əlimizə keçsə, Xankəndindəki qurdlar quzuya dönəcək...”
Oxunub: 7481
27 Jan 2021 | 11:04
“Laçın keçidinə nəzarət əlimizə keçsə,  Xankəndindəki qurdlar quzuya dönəcək...”
Allah Qarabağ uğrundakı bütün müharibələrdə, o cümlədən son 44 günlük müzəffər savaşımızda şəhid olmuş hərbi və mülki vətəndaşlarımıza rəhmət eləsin!.. Qazilərimizə şəfa, cansağlığı versin!.. 
***

30 ilə yaxın işğalda qalan bölgələrimizin, xüsusən Qarabağın ürəyi - Şuşa şəhərinin işğaldan azad edilməsi böyük uğurdur... Allah Ali Baş Komandanımızı, dövlətimizi, ordumuzu qorusun!..

***

Kimlərsə gördüyümüz, bildiyimiz və xalqımızın, dövlətimizin, Vətənimizin gələcəyi üçün təhlükə törədə biləcək gerçəklikləri açıqladığımız  bu cür yazılarımızı Azərbaycan dövləti və ordusunun Qarabağdakı son uğurlarına kölgə salmaq kimi anlayırsa, özləri bilər.  Biz əminik ki, mövcud durumda qalibiyyətimizə gerçək kölgə salanlarla yanaşı, Yuxarı Qarabağ, xüsusən Laçın “dəhlizi” ətrafında gedən olay və proseslərdə görünən və görünməyən çat və boşluqları malalayanlar da təhlükəlidir... Bəlkə də ikincilər daha təhlükəlidir... Çünki onların malaladıqları çat və boşluqlarda düşmənlərimizin bir müddət sonra partladılacaq “mina”ları gizlədilə bilər... Necə ki, kürsülərinə sadiq kommunistlərimizin 1986-cı ildə Bakıda avtobusun partladılmasından, 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasından başlanan malalama siyasəti 1990-cı illərin əvvəllərində “demokrat”ların aşkarladığı “mina”larla üzə çıxıb torpaqlarımızın 25 faizinin işğalına səbəb oldu...

***

Hələ 1995-ci ildən başlayaraq o dövr üçün həm Qarabağın azadlığı, həm də haqq-ədalət uğrunda mübarizə mövzusundakı  yazılarıyla cəmiyyətdə tanınan dəyərli həmkarım Nizami Süleymanoğlunun ideyası ilə birgə cilaladığımız bir cümləni bir neçə il ardıcıl Laçının qara “yubileyi” günlərində çalışdığımız “Təzadlar” qəzetinin manşetinə çıxarardıq: 
“Laçın “dəhliz”i ermənilərə açıq qaldıqca Azərbaycan taleyi bağlı qalacaq...”

Mahiyyətini anlayanlardan ötrü o dövr üçün bu doğrudan da belə idi...

***  

Əslində 44 günlük müzəffər savaşımızdakı Laçın rayon mərkəzini azad etmək cəhdi ikinci cəhd oldu.  Çünki... 1992-ci ilin mayındakı işğalından təxminən bir ay sonra  Laçının azadlığı üçün həm Kəlbəcər, həm də Qubadlı istiqamətlərindən hazırlıqlara start verildi.  Şimal istiqamətindəki kəndlərin böyük əksəriyyəti iki ay müddətində azad olundu.  Sentyabrın sonu - oktyabrın əvvəllərində  isə bilavasitə Laçın rayon mərkəzinin azadlığı üçün əməliyyatlara başlandı. Təəssüf ki, ilk günlər uğurlu keçən əməliyyat  qələbənin və ya Laçın rayonunun – Laçın “dəhlizi”nin iki addımlığındaykən xeyli xəyanət, hakimiyyət davası, bir az da milli(!) hərbi komandanlığın təcrübəsizliyi ucbatından dayandırıldı. Və sözsüz ki,  xəyanətləri də, hakimiyyət davalarını da koordinasiya edən bu gün də hələ kökü tam kəsilməmiş “QRU”-“KQB” şəbəkəsi oldu...

***

Və o da maraqlıdır ki, 1992-ci il oktyabrın əvvəllərində Azərbaycan ordusunun həm şimal, həm cənub istiqamətindən durdurulduğu məntəqələr bu gün Rusiya sülhməramlılarının nəzarət etdiyi “dəhliz”lə təxminən eyni koordinatlardadır. Qubadlı istiqamətindən rəhmətlik Əliyar Əliyev Fətəlipəyə-Ağanus ərazisində - Laçın şəhərindən hava xətti ilə 2-3 km məsafədə müəmmalı şəkildə qətlə yetirildikdən sonra hücumumuz dayandı ki, hazırda elə həmin yerin yaxınlığında Rusiya hərbçilərinin postları qurulub... Kəlbəcər tərəfdən isə  Laçın alayı, Laçın polis taboru Milli Ordunun digər hissələri ilə birlikdə yenə də Laçından hava ilə 2-3 km məsafədə yerləşən Qarıkaha və Sus kəndləri istiqamətinədək  gəldikdən sonra “yuxarı”dan komanda gəldi ki, Laçına girmək olmaz, geri çəkilin... Hazırda şimal istiqamətindən Rusiya ordusunun postları məhz həmin ərazidədir...  

***

“Laçın “dəhlizi” ermənilərə açıq  qaldıqca Azərbaycanın taleyi bağlı qalacaq” narahatlığımızdan 25 il ötdü və Allaha min şükür, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun gözlənilməz müzəffər bir yürüşü sayəsində Şuşa və  keçmiş Dağlıq Qarabağ ətrafındakı digər bölgələr kimi, Laçın rayonu da işğaldan azad edildi. Fəqət, Laçın rayonunun cəmi 3 kəndi döyüş yoluyla azad olundu. Qalan 123 kənd, bir qəsəbə və Laçın şəhəri isə Rusiyanın vasitəçiliyi ilə məlum 10 Noyabr bəyanat-razılaşmasına əsasən dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycanın nəzarətinə verilməli idi. Amma bir şərtlə. Gorus-Laçın-Şuşa-Xankəndi yolu boyu “Laçın dəhlizi” deyilən ərazidə Rusiya sülhməramlı kontingenti yerləşməli oldu.  Amma bu o demək deyildi ki, Laçında və eni 5 km-lik “dəhliz”ə daxil olan kəndlərimizdə qanunsuz məskunlaşmış erməni əhali, hətta silahlı kişi və qadınlar qalsın. Təəssüf ki,  Rusiyanın Azərbaycana sanki “Laçını, Kəlbəcəri, Ağdamı bizim sayəmizdə sülh yoluyla aldınız” minnəti ilə  Laçın rayon mərkəzində də, “dəhliz” boyu yerləşən Zabux, Sus kəndlərində də ermənilər hələ də yaşamaqdadır. Və hazırda Azərbaycan dövləti və xalqı üçün problem yaradan əsas məsələ “Laçın dəhlizi”nin, eləcə də onun Ermənistanla sərhəddə Zabux kəndi yaxınlığında yerləşən sərhəd keçid məntəqəsinin də Rusiya ordusunun nəzarətində qalmasıdır.  Bu azmış kimi, erməni mediasının yazdığına görə, “dəhliz” boyu və sərhəd-keçid məntəqəsində Xankəndindəki qondarma separatçı-terrorçu xuntanın qanunsuz “polisi”nin formasında olan ermənilər də görünür...

*** 

Bir məqam da diqqətə layiqdir ki, 10 Noyabr bəyanat-razılaşmasında dəqiq açıqlanmadı ki, söhbət Laçın “dəhliz”inin  hava xətti ilə  5 km enindən gedir, yoxsa quru ilə... Məsafə quru xətti ilə olsa idi, Rusiya hərbçiləri indiki mövqelərdən Laçın şəhərinə bir neçə dəfə yaxın ərazidə durmalı idilər ki, bu da Milli Ordumuzun Gorus-Laçın-Şuşa yoluna xeyli nəzarətinə şərait yaradardı... 

***

Xülasə, bu minvalla artıq  2 ay yarımdır ki, “Laçın dəhlizi” ndən keçid Rusiya hərbçilərinin nəzarətindədir. Və ən mənfi hal da odur ki, bu müddət ərzində Ermənistanla dövlət sərhədimizdəki 30 ilə yaxın müddətdə  guya separatçı-terrorçu erməni xuntasının qurduğu nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə və əksinə keçən canlılar və texnika və s. haqda dürüst məlumatımız yoxdur.  Rusiya Müdafiə Nazirliyinin rəsmən yaydığı məlumata görə, artıq “müharibə zamanı Qarabağdan qaçqın düşmüş”  ermənilərdən  51 mindən çoxu Ermənistandan Xankəndinə qaytarılıb. Deyək ki, bu rəqəm qəsdən Rusiya və Ermənistan tərəfindən şişirdilib. Yəni, ən azı, 30 min məxluq keçib gəlibmi Azərbaycan ərazisinə. Həmin bir ordu boyda erməninin şəxsiyyəti Azərbaycanın müvafiq qurumları tərəfindən identifikasiya olunub, tanınıbmı? Bəlkə heç gələn savaş zamanı Qarabağdan köçmüş adi ermənilər yox,  mülki paltar geyinmiş Ermənistan xüsusi təyinatlısı, yaxud Suriya və ya Livandan gələn terrorçudur?.. Buna kim zəmanət verir?..

***

Deyilənlərin hələlik gözə görünən gerçək nəticələrindən mediadan xəbər tuturuq. Bir gün sonra eşidirik ki, Fransanın deputatları, yaxud Ermənistanın filan nazirləri Xankəndinə gəlib iclas keçirdi.  Ali Baş Komandan, Prezident özü də hələ yanvarın 6-dakı video-iclasda buna  və Rusiya sülhməramlılarının bəzi digər missiyadan kənar davranışlarına yumşaq etirazlarını bildirdi, üstəlik, Ermənistana bir daha rəsmilərinin Azərbaycan torpağına gəlməməsi haqda sərt xəbərdar etdi.  Lakin iranlılar demiş, çifayda...  Artıq 20 gün keçib  və işğalçı ölkədən separatçı-terrorçu xuntanın tör-töküntüləriylə görüşə  Ermənistandan müxtəlif rəsmilər, o cümlədən nazirlər gəlməkdə davam edir... 

***

Bəziləri deyir ki, yox, biz bilmirik, Laçındakı keçid məntəqəsinə Azərbaycan qurumları da nəzarət edir, ancaq erməniləri çox qıcıqlandırmamaq üçün bunu rəsmən açıqlamırlar. Və ya Şuşada da Xankəndinə gedənlərin Azərbaycan hərbçiləri tərəfindən yoxlanıldığını və bu günədək ermənilərin Qarabağa bir patron da keçirə bilməməsini söyləyənlər də var. Bəs elə isə,nədən  Ali Baş Komandanın xəbərdarlığına rəğmən Ermənistan nazirləri, komitə sədrləri, eləcə də Qarabağ münaqişəsiniin  Azərbaycandakı qırğınların əsas baiskarlarından olan terrorçu “Daşnaksütyun” partiyasının liderləri torpağımıza Xankəndinə, Əsgərana, Ağdərəyə gəlirlər?..   

***

Deyirlər ki, dinməyin, yazmayın,  xalqın emosiyalarını qızışdırmayın, ermənilər də bunu istəyir ki, Azərbaycanda hakimiyyətə qarşı etirazlar baş qaldırsın, hər şey zamanla yoluna qoyulacaq.

Biz də deyirik ki, ilan görən ala çatıdan qorxar. Bu xalq əsrlərdir  Qarabağ xanına xəyanət edən Rustam Mədətovları,  Bakıdakı kommunist rəhbərliyin bizlərə “susun, emosiyalara qapılmayın, səbirli olun” dediyi vaxtda Qarabağın faktiki  Ermənistana birləşməsinin təməllərini qoyan Moskva nümayəndələri Volskiləri çox görüb.  Odur ki, bu gün də xalq “sülhməramlı” Rustam Muradovdan, iki cümlə Azərbaycanın xeyrinə desə də, bir cümlə də Ermənistana “pas” atan Putin və Lavrovlardan ehtiyat edir...

*** 

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki mandatı və statusu konkret hüquqi sənədlərlə müəyyənləşməsə də, külli-aləmə bəllidir ki, keçmiş Dağlıq Qarabağın rus hərbçilər və ermənilərin nəzarətində qalan hissəsi, eləcə  də Laçın rayonunun mərkəzi də daxil olmaqla “dəhliz” adlanan hissəsi de-yure Azərbaycan ərazisidir. Bu halda Rusiya qoşunları hansı hüquqla Laçın “dəhlizi”inin Ermənistanla sərhəd hissəsinin Azərbaycan tərəfindəki sərhəd-keçid məntəqəsinə də  nəzarət etməli və bunda təkid göstərməlidir? Axı bura başqa ölkənin dövlət sərhədidir? Sülhməramlıların funksiyası yalnız həm ermənilərin, həm də azərbaycanlıların dəhliz boyu təhlükəsiz hərəkətini təmin etmək, atəşkəsin pozulmamasına nəzarətdir. Azərbaycanın dövlət sərhəddindən kimlərin keçib-keçməməsini onlar müəyyən edə bilməzlər. Azərbaycan Laçındakı sərhəd məntəqəsinə nəzarəti bərpa etməyə cəhd göstərirsə, amma Rusiya tərəfi bundan imtina edirsə, deməli, Kreml açıq-aşkar Laçın dəhlizi də daxil olmaqla keçmiş Dağlıq Qarabağın xeyli hissəsini faktiki işğal etdiyini etiraf edir... 

***
Laçın “dəhlizi”ndən 28 illik işğal dövründə olduğu kimi, ermənilər istədikləri kimi Azərbaycana gedib-gələcəklərsə, daha Kəlbəcərdən Zəngilana- İranadək dövlət sərhədlərimizi bərkitməyin  hansı əhəmiyyəti olacaq?...

***  

Beləliklə, söylədiklərimizdən çıxan məntiqi nəticələr əsasında Laçın “dəhlizi” haqqındakı 25 il öncəki cümləmizi bu günə belə transformasiya etməli oluruq:  “Laçın dəhlizi nəzarətsiz qaldıqca Azərbaycanın taleyi də müəmmalı qalacaq...”

*** 

Gözümüzün önünə 1988-1991-ci illəri gətirək... 1989-cu ilin iyulunda  Qarabağ, o cümlədən Laçın ərazisində yerləşən sovet-rus ordusu indiki “dəhliz” vasitəsilə ermənilərin tikinti materilları adıyla Xankəndinə silah-sursat keçirməsini təmin etməyə cəhd göstərdi. Lakin Laçın camaatının ciddi müqaviməti sayəsində bu baş tutmadı. Amma hərbçilərin açdığı atəş nəticəsində 10-a yaxın soydaşımız yaralandı... Bundan sonra ermənilər Laçın dəhlizi üzərindən uçan vertolyot və kiçik yük təyyarələri vasitəsilə Qarabağa terrorçular və silah-sursat  daşımağa başladı. Rus hərbçilərdən erməni vertolyotlarını vurmağı tələb etdikdə isə cavab verirdilər ki, Moskvadan bu haqda bizə yazılı əmr yoxdur...  Nəticə göz qabağındadır. Xankəndinə, Şuşa və Xocalı ətrafına, Ağdərəyə kifayət qədər qüvvə yığan ermənilər torpaqlarımızın işğalına nail oldu... 

***

Yəqin, hazırkı sülhməramlılar(?) da dövlət sərhəddimizi qanunsuz keçən Ermənistan rəsmiləri və terrorçu daşnakları buraxmamaq üçün Putindən yazılı əmr gözləyirlər... Amma o əmr gəlincə gec ola bilər...

***

Düzdü, Naxçıvana Meğri dəhlizinin açılıb fəaliyyətə başlamasına nail olmaq üçün də rəsmi Bakı da, Moskva da, Ankara da erməniləri mümkün qədər az qıcıqlandırmalıdır... Lakin bu, ermənilərin Yuxarı Qarabağa  maneəsiz axını hesabına baş verməməlidir... Bu halda artıq fəaliyyətə başladığı elan edilən  Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də Qarabağda atəşkəsə nəzarət etməsinin Azərbaycan və Türkiyə üçün gerçək əhəmiyyəti tamamilə azalacaq. Çünki Ermənistandan Qarabağa gələn əsas yol – Laçın “dəhlizi” Rusiya və Ermənistanın nəzarətində olacaq... 

*** 

Bütün hallarda çatları, boşluqları göstərməklə yanaşı,  səbirli və təmkinli olaq. Onu da bilək ki, hazırda Azərbaycan cəmiyyətində ermənilərə, eləcə də rus hərbçilərə hədsiz nifrət  yağmuru yaratmaq da gerçək hədəflərə çatmağımız yolunda maneə ola bilər... 

***

Ümid edək ki, inşallah, “nəyi və nə vaxt etmək lazım olduğunu yaxşı bilən” dövlətimiz nəql etdiyimiz problemlərin də tezliklə həllinə nail olacaq... Və Laçın “dəhlizi”ndəki sərhəd-keçid məntəqəsinə nəzarət də əlimizə keçəcək. O halda Xankəndindəki separatçı-terrorçu xunta tör-töküntüsü də qınına çəkilib quzuya dönəcək və bir azdan əfv üçün yalvarmağa başlayacaq...

Sultan Laçın

Oxşar xəbərlər
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:53, Bu gün
Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO