"Bu eqoizm imkan verməzdi ki, erməni milliyyətçiliyi sağlam düşüncənin üzərində köklənsin"
Köşə
Oxunub: 3972
03 Feb 2018 | 15:27
Milliyyətçilik, bir millətin muxtar olmasını, birlikdə yaşamasını, var olmasını sübut etməsi üçün o millətin ideoloji bir hərəkətidir. Şəxsiyyət azadlığı qazanmasına və bunları davam etdirməsinə istiqamətli bu anlayışların hər biri XVII və XVIII əsrlərdə Avropada ortaya çıxan yeni, fəlsəfi, tarixi və antropolojik qavramlı ifadələrdən törəmişdir. Məsələn, "şəxsiyyət" anlayışı müstəqim bir şəkildə "eynilik" (identification) olaraq başa düşülmə anlamına gəlir. Bu zaman eyni qrupa aid olanlar, qrup mənsubları bir-birinə bənzər geyinər, yeriyərlər, eyni dili danışarlar, eyni ənənələri qoruyarlar; bütün bu baxımlardan özlərinə mənsub olmayan fərdlərdən fərqlilik göstərərlər. Bu bənzərlik – həm də bənzəməzlik görüntüsü, milli "şəxsiyyətin" kəsb etdiyi mənalarından biridir. Burada insanların bir boydan, bir etnik kökdən gəlib gəlməməsi əhəmiyyətli deyil. Məsələn, bir zamanlar Monqolustanda etnik baxımdan monqol olub - olmama əhəmiyyətli deyildi, əhəmiyyətli olan monqol qanununu qəbul etmək idi və mongollar kimi yaşamaqdı. Osmanlı dövləti də ərazisində yaşayan xalqlara fərqlilik nümayiş etdirməmişdi ki, uzun müddət ayaqda qala bildi. Bu dövlətin içində yaşayanlar özlərini heç zaman qərib hiss etməmişlər. Bu bir çox ölkələr üçün də uzun zaman yaşama və fəaliyyət göstərmənin özünəxas prinsipi olmuşdur. Ermənilər üçün bu prinsip keçərli sayıla bilməz, çünki onların heç zaman dövləti olmamış və içərilərində etnik baxımdan onlara yaxın olan millətlər olmamışdır.

Bu mənada erməni milliyətçiliyinin çatışmayan cəhətləri özünü qabarıq göstərir. Millətə "modernist" yöndən baxılsa milli şəxsiyyəti yaradan da elə milliyətçiliktir. Bunda zərərli bir şey yoxdur əslində. Erməni milliyətçiliyi əvvəla, heç zaman modernist olmamışdır, ikincisi isə özü bir şey ifadə etməsə də onun millliyətçiliyi isə başqa xalqlara “yuxarıdan aşağı” baxmaq kimi eqoist yönü ilə seçilmişdir. Bu eqoist yanaşma imkan verməzdi ki, erməni milliyyətçiliyi sağlam düşüncənin üzərində köklənsin. Milliyyətçilik haqqında bir çox fikirlər mövcuddur. Bunlardan ən maraqlısı Ernest Gellnerə aiddir, o deyir ki, "milliyyətçilik millətlərin öz mənlikləri mənasında oyanmış olmaları deyil; milliyyətçilik boş yerdə millətlər icad edər". Erməni dediyimiz toplumun qədimdə olan Armeniyaya heç bir dəxli olmasa da bu gün dünyanı inandıra bilmişdir ki, onlar bunların sələfləridir. Əslində milliyyətçilik eyni dili danışan, eyni bioloji xüsusiyyətlərə və eyni mədəniyyətə sahib, ortaq bir mənşədən gələn, cəmiyyəti təşkil edən fərdlərin şüuruyla, üzvü olduğu cəmiyyəti müqəddəs fikirlərlə digər cəmiyyətlərə görə daha çox sevən, aid olduğu cəmiyyəti qoruma və təbliğ etməyə çalışan, aid olduğu cəmiyyəti hər istiqamətdə daha yaxşı bir yerlərə çatdırmağa çalışan fərdlərin düşüncə formasıdır. Ermənilərin nə dili, nə mədəni varlıq bənzərliyi, nə adət- ənənələri bu dövlətlə eyniyyət təşkil etmir. Amma panarmenizmin illər boyu təbliğatı öz işini görmüşdür. “Hay” “erməni”yə cevrilmiş və haqqı olmayan tarixi gerçəklərə iddia etməyə başlamışdır. Beləcə yalançı panermənist tarix də ortaya çıxmışdır. Bu ondan olmuşdur ki, qədim Armeniyaya iddiaçı ortada yoxdur. Yoxdur deyə ona sahiblənməkmi lazımdır? Bu gün çox qədim dövlətlərin “sahibi”, yəni varisləri yoxdur. Bunu erməni panarmenistlər çox yaxşı bildiklərindən bu dövlətin də, digər qonşuların da tarixi varlığına sahib çıxmışlar. Albaniyanın da sahibi yoxdur. Qafqaz Albaniyasınadan söhbət gedir. Baxın, bu xalqa aid olan hər şey - maddi - mədəniyyət abidələri, kilsələr, məbədlər, kitabələr, yazılı və şifahi bütün ədəbiyyat ermənilərinki kimi qələmə verilir. Bu gün, məsələn, bir avropalıya sən sübut edə bilməzsən ki, Dağlıq Qarabağdakı Qanzasar Monastırı ermənilərə aid deyil, alban abidəsidir.

Panarmenizmdə də bütün milliyətçilik qavramalarında olduğu kimi ictimai mənsubluk bilinci gəlir. Belə halda mənsub olduğu cəmiyyəti şüurlu olaraq sevmə və cəmiyyətin inkişafı üçün səy göstərmə özünü qabarıq göstərir. Başqa cəmiyyətlərə qarşı hər hansı bir düşməncə rəftar qəbuledilməz sayılır. Ermənilərdə bunlar başqa anlamda təzahür etdiyindən biz onların bəzi cəhətlərini açmağa çalışacağıq. Erməni milliyətçiliyinin antibəşəri xarakterini açmaq üçün biz öncə milliyətçilik anlayışının erməni toplumunda necə qavranıldığına diqqət etməliyik. Ermənicə millət –ազգ (azq) sanki yalnız onlara aid olan bir qavramdır, digər xalqlar ազգ(millət) ola bilməzlər. Ermənilərin bu anlayışı fərqli anlamaları onların millətçilik xəstəliyinə tutulmaları ilə bağlıdır. Millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, varolmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Qərbdə millətçilik öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düşüncəsi ilə sıx bağlı bir konsepsiya kimi götürülmüşdür. Müasir millətçiliyin Avropada əsasını fransızlar qoymuşlar. Bu sadəcə olaraq bir siyasi və ideoloji layihə olaraq ortaya çıxmışdır. Millətçiliyin klassik növü İngiltərədə bərqərar olmuşdur. Buna isə siyasətdən və ideologiyadan kənarda baxılmamışdır. Bu modellər, yəni “Qərb modeli” qorunub saxlanmışdırmı? XVIII əsrdən üzü bu yana ona yön verən isə Almanlar olmuşdur. Fransada yaranan millətçilik sosial və siyasi proekt idi, bu digər ölkə və xalqlarda da özünü məhz bu formada səciyyələndirirdi. Fransız milli ideologiyası alman mifləri ilə əvəzlənərkən özündə süni çalarları əks etdirməyə başladı.

Millətçiliyin “Şərq modeli” isə daha fərqli formada özünü göstərirdi. Biz bu mənada “millətçilik layihələrinə” erməni millətçiliyi nümunələrində təhlil etməyə çalışsaq həmin fərqi aşkar görərik. Adam Smit tərəfindən əsaslandırılan modeli çox asanlıqla Erməni nasionalizminə aid etmək olar. Burada ümumi əcdad-Hayka bağlılıq var, burada Erməni “qızıl əsrinə” həsrət özünü göstərir ( guya ki, 1,5 min illik enmədən sonra yüksəliş gələcək), Vətənin itirilməsinə yanğı ilə acıma var. Bu “millətçi mif” XIX əsrin sonlarında ,XX əsrin əvvəllərində bir qrup ziyalının ortaya çıxmasını şərtləndirmişdi. Onların arasında yazıçılar, publisistər, din adamları və s. vardı. Raffi, Leo, Mıkrtiç,Xrimyan... Bu ideologiyanı yayan mətbuat orqanlarına da malik idilər. “Mşak” qəzeti, “Hnçak”, “Droşaq” jurnalı. Onların içərisinə Erməni kökənli Rusiya vətəndaşları daxil olmuş və Rus xalqçıları kimi onlar da xalqın içərilərinə kəndlərə üz tuturdular. Erməni millətçiliyini yaymaq çətin deyildi,bunun üçün daha öncələrdə mxitaristlərin təsiri ilə silahlanmış qüvvələr ayaqda idilər. Tarixi “Qəhrəmanlıq mifləri”də köməyə gəldi.

Erməni tarixini şişirdilmiş formada təqdim edən Leo, xalqın yadellilərə-xüsusən də müsəlmanlara (türklərə!) mübarizəsindən bəhs edən romanlar müəllifi Raffi... Hamısının da içərisində mərkəzi rolda Erməni separatizmi. Başqalarının torpaqlarına iddialar...

Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən Erməni bayramında axtarmağın daha məntiqli olduğunu iddia edənlər də var. Bu tip ideoloqlar keçmiş Ermənistana dönməklə milli öyünüdərki möhkənləndirmək istəyirlər. Amma bunun mümkün olacağı çətin ehtimaldır. Qədim və ya keçmiş adlandırılan Ermənistan xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən iddiadan başqa bir şey deyildir, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə suni baxış olacaqdır. 301-ci ildə Xristianlığı qəbul etdikləri iddia olunan Ermənilər buna qədərki bütün məbədləri yıxıb dağıtmışlar, onun yerinə isə heç bir şey yarada bilməmişlər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün,yaşadıqları məkanlar bu dinə sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişlər. Başqa sözlə, xristianlıq bir millət olaraq Ermənilərə fərqli görünüm verməmişdir. Milli ideolojiləri də Xristian dini ilə sıx bağlı olmuşdur. Indi İrəvan yaxınlığında təxminən onun 32-ci kilometrliyində yerləşən Qarni məbədinə toplaşarkən bir neçə min Erməni Vardavar bayramını kutlayarkən demək istəyirlər ki, əsil Ermənilər onlardır və dinləri də Xristianlıq deyil, bax bu dindir. Çox qəribədir ki, bu bayramı Xristian Təqvimlərinə də daxil etmişlər. Burada qəribə bir məntiqsizlik yaranır. Amma bu təriqət sahibləri özləri üçün müqəddəs kitab da yaratmışlar. “ Biz Ermənilər bilmirik ki əsil dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər. Vardavar bayramında aktiv iştirak edənlərdən biri- “Erməni –Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan Erməniləri Xristianlıqdan imtina etməyə səslədiyinə görə 2005-ci ildə 3 il həbsə atılmışdır. O həm də xalqı yəhudiləri məhv etməyə səsləmişdi. Avetisyan və onun silahdaşları əyinlərinə Erməni irqçi ideoloq Garesin Njdeni rəsmi çəkilmiş qara köynəklə gəzirlər. Xatırladaq ki, Garegin Njde 1886-1955 illərdə yaşamış Erməni şovinist ideoloqu olmuşdur. O əldə silah Türklərə və hətta bolşeviklərə qarşı vuruşmuş və Erməni milliyyətçiliyinin əsaslarından bəhs edən əsərlərin müəllifi olmuşdur. Bu şəxsin ideyaları əsasında Erməni İnqilabçı Federasiyası-Daşnaksütyun və o cümlədən Ermənistan Respublikaçılar Partiyası da daxil olmaqla bir çox siyasi təşkilatların platforması müəyyənləşdirilmişdir. “Erməni Arilər Ordeni” adlı örgütdən başqa Erməni milli bayramında – Vardavarda adını çəkdiyimiz siyasi təşkilatların rəhbərliyində olan şəxslər də iştirak etmişlər. Erməni nasionalizminin kökünün xristianlıqdan daha öncələrə dayatmaq həm də siyasi məqsəd güdür. Erməni ideolojisində mərkəzi yerdə duran məsələlərdən biri ermənilərin özləri ilə bağlı gerçəklərin bilinməməsidir. Ermənilər qəsdən özlərinin tarixi keçmişini qarışdıraraq dünya ermənişünaslarını da çaşbaş salıblar.Bir coğrafi ad olaraq Arminiya və ya Armaniya adına ən erkən Köhnə Fars (Fars) imperatoru I. Daranın e.ə.510-ci il tarixli Bisutun Abidəsində rast gəlinir. E.ə 399-ci ildə bölgəni gəzərək buraları ətraflı təsvir edən yunan tarixçisi Ksenofonun əsərində ölkə adı Armenia olaraq keçir. Strabon “Coğrafya”sında (b. e. 1-ci əsr) və Roma İmperatorluğunun inzibati ərazisi bölgüsündə Armenia sərhədləri belə təyin olunur: Qərbdə Fırat çayı, cənubda Cənub-Şərqi Toros sıra dağları, cənub-şərqdə Hakkari dağları və Urmiyə gölü, şimal- şərqdə Göyçə gölü və Qarabağ, Şimalda Çıldır gölü və Şərqdə Qara dəniz dağları. Orta əsrlər Ərəb qaynaqlarında eyni bölgənin adı Armaniyya və ya Ermeniyye (Ar: أرمنية) olaraq keçir. Eski Türkçə mətnlərdə Ermeniyye adına 15-ci əsrə qədər rast gəlinir. Əsrlərcə yalnız tarixi bir ad olaraq xatırlanan "Armenia / Ermənistan" adı, 19-cu əsrin milliyyətçi siyasəti dövründə təkrar aktual məna qazanmışdır. Ermənilər özlərinə Hay və ölkələrinə Hayastan və ya Hayk adını verirlər. Xarici xalqların erməni ölkəsi üçün istifadə etdikləri bir termin olan Armina və ya Arminiya ilk dəfə e.ə. 510-ci il tarixli eski farsca (persçə) Bisutun yazıtında yazılmışdır. Bu isə dediyimiz kimi, indiki anlamda Hayastan ( Հայաստան) demək deyildir.Qədim Fars İmperiyasının Arminiya əyaləti (satraplığı) Van Gölü hövzəsi mərkəz olmaq üzrə Ağrı Dağı bölgəsi və Araz və Arpaçay vadiləri ilə ən Qərbdə Elazığ və Erzincan bölgəsi də daxil olmaqla Yuxarı Fərat hövzəsini əhatə etməkdədir. Eyni bölgə qədim dövr boyunca qədim yunan və latın qaynaqlarında Armenia, İslam dövrünə aid Ərəb qaynaqlarında isə Armaniyya / Ermeniyye olaraq adlandırılar. Erkən dövr Azərbaycan mətnlərdə coğrafi bölgə adı olaraq Ermeniyye termininə 15-ci əsrin əvvəllərinə qədər rast gəlinir. Bölgədə eramızdan əvvəl 1-ci minillikdə, daha doğrusu həmin minilliyin ilk yarısında Urartu Krallığı hökm sürmüşdür. Urartu sivilizasiyasının e.ə. 7-ci əsrdən etibarən zəifləyib çökməsiylə, eyni bölgədə bir-birindən müstəqil hərəkət edən müxtəlif bəyliklərinin və Urartu dili ilə birbaşa heç bir əlaqəsi olmayan erməni (hay) topluluğunun varlığı bilinməkdədir Erməni ünsürünün bölgədə həmişə Urartu suverenliyi altında mövcud olan bir ünsürmü, yoxsa Urartu nizamının zəiflədiyi dövrdə bölgəyə kənardan gələn işğalçılarla birgə gələn toplummu olduğu tarixçilər arasında həmişə mübahisə predmeti olmuşdur, erməni tarixçilər arasında da bununla bağlı fikir birliyi yoxdur. Urartu, Hind-Avropalı olmayan (N.İ.Marrın deyimiylə, "yafetik") bir mədəniyyətdir; bu qarşılıq erməni mədəniyyətinə ciddi təsiri olmuşdur və onun üçün zənginlik qaynağı təşkill etmişdir. Bu anlamda, digər toplumların, xalqların istifadə etdiyi "Erməni, Armenian, Armenien" sözünün də Farsların Urartu bölgəsinə verdiyi ad olan "Arminia" ilə əlaqəsini olduğu təkzibedilməz dəlildir. Bunu erməni ideoloqlar qəbul etmirlər ona görə ki, bu ad altında mənimsədikləri mədəniyyətlərin onlara aid olmadığı üzə çıxa bilər. Yenə ermənilərin özlərini adlandırdıqları "hay" sözünün də bəzi Frig qəbilələrinin bunlara verdiyi ad olan "Hayk"la heç əlaqəsi yoxdur. Bir millətə öncə özü ad verər. Özünü başqasının verdiyi adla adlandırmaz. Buradan belə çıxır ki, erməni dediyimiz toplumun hay ismi də doğru deyildir. Ermənistana sonralar gəlmiş axbar deyilən İran və Şərqi ermənistanerməniləri özlərinə “franq” deyirdilər. Bizcə, bu frigdir. İndi adına erməni dediyimiz toplumun demək, belə nəticəyə gəlmək olar ki, ermənilərin :

-"Erməni, Armenian, Armenien" adlarına iddiaları cəfəngiyyatdır;
- Tarixi Armaniyya və ya Ermeniyye erməni xalqının ölkəsi demək deyildir;
- Urartulara heç bir dəxli yoxdur;
 -Haykla da heç əlaqəsi yoxdur.

Bəs müasir hay-erməni dili necə yaranmışdır? Axı dilin yaranması ilə xalqın yaranması eyni bir prosesdir. Akademik N.Y.Marr qeyd edir: Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir. Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir. “Erməni dili hibrid dildir. O biri yandan erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”. Müasir erməni-hay dilinin İran dillərinə aid edilməsinin düzgün olmadığını göstərən M.Abeğyan yazır: “Hay dilinin təxminən 800-dək kökü İran mənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri sami mənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır. Hraçya Acaryan da 1926 Bakı Türkuloji Qurultayda ermənicəyə 4000-dən çox Türkçə kəlmənin keçdiyini bildirmişdir. Artıq bütün dünya bilir ki, hayların Armeniyanın qədim əhalisi urartulularla heç bir genetik əlaqəsi olmamışdır. Ermənilər özləri bu iddiaların mənasızlığını görüb ondan imtina etməyə başlayıblar. Hayların yaranması haqqında bir nəzəriyyəyə görə onlar “inşaatçı xalq” kimi təqdim olunurlar. Doğrudan da hayların mənşəyi sıx şəkildə tikinti işləri ilə bağlıdır. Urartu ilə Assuriyaya arasında uzun sürən çəkişmələr zamanı çoxlu qul qənimət kimi bir əldən o biri ələ keçirilirdi və onlardan əsasən ağır tikinti işlərində istifadə edirdilər. Ermənilərin bu gün daha çox bənna olaraq bilinməsi də bundandır, ənənəvi peşələri inşaatçı olmuşdur. Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirir. Bu adam-işçi ələ keçirtmək siyasəti Urartu cəmiyyətində şah Argistidən sonra da davam etmişdir. Bu qullar həm ev işlərində, həm də tikinti işlərində istifadə olunurdu. Assuriyadan qənimət kimi gətirilən qullar yalnız assuriyalılardan ibarət olmayıb, habelə müxtəlif millətlərdən olan hərbi əsirlər və müxtəlif zümrələrdən ibarət olan adamlar idilər. Bu qulllar ermənilər-haylar idi. Haylar Assuriyada ağır katorqalarda məcburi işlədilirdilər. Assuriyalıların özləri Urartuya qalib gələndə öz qullarını bu əraziyə gətirib və ağır tikinti materiallları əldə etmək üçün daş karxanalarında işlədirdilər. Nəticədə Assuriya qulları dağlıq ərazilərdə məskunlaşıb çoxalırdılar. Urartunun öz əhalisini isə assuriyalılar imperiyanın başqa yerinə aparırdılar. Hayların dağlarda məskunlaşmasına həm Urartu, həm də Assuriya kömək edirdi. İ.M.Dyakonov yazır: “Protoerməni dilinin yayılmasına urartulular, tutduqları ərazidən əhalini köçürmək siyasəti ilə çox kömək etdilər”. Azərbaycanlı tədqiqatçı Beytulla Şahsoylu (Haykanlar (erməni) Qafqazda və panermənilik) QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 8-ci elmi-əməli konfransının materiallarıı- 2010) da qeyd edir ki, ermənilər tarixlərini saxtalaşdıraraq qonşuların mədəniyyətini mənimsəmək yolu tutmuşlar. Bunların hamısı erməni milliyyətçiliyinin nəticələri sayılmalıdır. Demək, erməni nasionalizminin total nasionalizmə dönüşündə yenə də ideolji faktorlar önəmli rol oynayır. Bilik və inanclar sistemi kimi Panrmenizm də ideoloji ilə yüklüdür və özünü təsdiq etmək üçün tarixi saxtalaşdırmaq yolu tutmuşdur. Bu ideologiyanın erməni millətinin dövlət anlayışı ruhunda formalaşmaq meyli onu irqçilyə yaxınlaşdırır. Və bu harada yaşamasından asılı olmayaraq bütün xalqı, bütün hayları əhatə edir və getdikcə total xarakter alır…

Qafar Çaxmaqlı, 
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, 
ermənişünas alim, professor 
Oxşar xəbərlər
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:19, Bu gün
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında