Dilimizin yaraları...
Oxunub: 3144
13 Mar 2017 | 11:16
Dilimizin yaraları...

III yazı

Məşhur bir məsəlimiz var. Deyir “Allah sən məni dostumdan qoru, düşmənim ilə özüm bacararam”. İndi mən bu məsəli dilimizə aid edərək demək istəyirəm ki, Allah sən bizim dilimizi Rüstəm bəylərdən, Məhəmmədəlilərdən, Səməd Vahidlərdən qoru, farsla, rusla, ərəblə, ingilislə, italyanla, lap elə it yalıyanla biz özümüz gülbaharlarla, qurbanlarla birlikdə bacararıq. Bu yazdıqlarım sizə qəribə gəlməsin. Min illərdi xalqımız dilini necə qoruyubsa indi də eləcə qoruyar, əgər yuxarıda qeyd etdiyim bu qüvvələr dilimizin məhvində sürətləndirici (katalizator) rol oynamasa. Özünü dərk etməyən, yaxud qabığından çıxıb qabığını bəyənmiyən qöz misalı dilimizi kasıb görüb inkişafı başqa dillərdə görən oxumuşların sayı artdıqca, bu oxumuşlar dünyanı gəzib gördükcə, elm və texnikanın inkişafı hesabına dünya kiçildikcə dilimizin ölmə, yox olma təhlükəsi günü-gündən artır. İnanmırsızsa gəlin durumu birlikdə gözdən keçirək.  

1. Yuxarıda da qeyd etdiyim kimi dilimizdə cins kateqoriyası olmadığı halda bunu 1920-ci ildə Azərbaycan Xalq Cünhuriyyətini yıxan bolşevik hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində oxumuşların, Rusiyanın idarəetməni asanlaşdırmaq, assimliyasiyanı sürətləndirmək və milli tamlığımızı pozmaq üçün irəli çəkdiyi, vəzifə yaxud hakimiyyət verdiyi insanların, yaratdığı qurumların  əli ilə həyata keçirdi. Düzdü bu proses hələ çar Rusiyası dövründə başlamışdı. Belə ki, hələ çar Rusiyası onun təəbəliyini qəbul edənlərin soyadlarını və soyad sonluğunu dəyişməyə başlamışdı (bakıxanovlar, axundovlar, mehmandarovlar, şıxlınskilər, naxçıvanskilər, şəkinskilər, şuşinskilər və s.). Ancaq o dövrdə bu proses həm çox zəif getdi, həm də istənilən nəticəni vermədi. Azərbaycanda bolşevik-sovet hakimiyyəti qurulduqdan sonra isə bu proses məcburi xarakter aldı və cox ciddi nəticələr verdi. Amma nədənsə  bugünkü hakimiyyətin millətimizin özünüdərk prosesinə, bağımsızlığımıza və dövlətçiliyimizə çox ciddi zərər verən, maneələr yaradan bu halı aradan qaldırmaq istəyi hələki görünmür.
2. Dilimiz üçün ən acınacaqlı hal dilimizin əsas qanunu olan Ahəng qanununda istisnaların yaradılmasıdır. Mənim bildiyimə görə qanun istisnaları qəbul etməyən bir fəaliyyət halıdır. Bəs belə olduğu halda necə olur dilimizin əsas qanununda istisnalar yaradılır? Bu da yuxarıda qeyd etdiyim kimi, çar Rusiyası dövründə başladılan və bolşevik-sovet hakimiyyəti dövründə tam və qəti şəkildə həyata keçirilən dilimizi məhv və millətimizi asimlə etmə prosesinin əsas və həlledici həlqələrindən biridir. I hərfi və səsi ilə başlayan sözlərin dəyişdirilməsi təkcə dilimizin əsas qanunu olan Ahəng qanununun pozulması deyil, eyni zamanda dilimizin digər türk dillərindən fərqlənməsini təmin etmək üçün də həyata keçirilən bir proqramın tərkib hissəsi idi. Çox qəribədir ki, min illərlə dilimizdə işlədilən ılxı, ışıq, ırmaq, ılğım, ıspanaq, ıldırım, ıslaq (ıslan, ıslanmaq), ılıq, ısmarış, ışartı sözlərini ağına-bozuna baxmadan təhrif edərək dilimzdə istisnalar yaratdılar və biz də buna heç bir müqavimət göstərmədən qəbul etdik. Məsələnin ən acınacaqlı tərəfi odur ki, biz bu gün də bu yanlışı düzəltməyə can atmırıq. Hətta mən yazılarımda bu sözləri olduğu kimi, “ı” hərfi ilə yazdıqda bu mənim yanlışım kimi qəbul edilib düzəldilir.  
3. Dilimizdə eybəcərlik yaradan məsələlərdən biri də alınma sözlərin bəzilərinin dilimizdə dəyişdirilməsi, bəzilərinin isə olduğu kimi qəbul edilməsidir. Məsələn kurrikulum, tyutor, klub və s olduğu kimi saxlanılır, amma feysbuk, kompüter, avro, televizor və s. dəyişdirilir. Bəzi sözlərdə isə hələ də konkretlik yoxdur. Məsələn avroviziya, avrovijn, eurovijn. Bu dil tüccarlları və ya bazarlayıcıları bizi o dərəcədə rahat idarə edir ki, hətta Anadolu türkcəsində səslənən sözlərdə də istədiklərini edir. Baxmayaraq ki, Anadolu türkcəsində bəzi səslər olmadığından sözün tələffüzündə fərq yaradır bu sözləri dilimizə olduğu kimi qəbul edirlər, amma Anadolu türkcəsi ilə Azərbaycan türkcəsində səslənməsində heç bir fərq olmamalı sözləri isə Azərbaycan türkcəsində dəyişdirirlər. Məsələn Tarkan, Erbakan, Tansu, Eminönü sözləri olduğu kimi qəbul edilir. Belə ki, Anadolu türkcəsində x səsi olmadığından və ya q səsindən az istifadə edildiyindən Tarkan, Erbakan kimi səslənir. Amma nədənsə bizim dilimizdə k səsindən bəzi alınma sözlərdə istifadə  olunduğuna və Anadoluda k səsi ilə səslənən sözlərin böyük hissəsinin bizidə q və x səsi ilə tələffüz edilməsinə baxmayaraq (Oktay-Oqtay, tabak-tabaq, Korkut-Qorqud, aşk-eşq, çukur-çuxur, çakmak-çaxmaq və s.) bu sözləri Tarxan, Ərbaxan (Anadoluda Serkan adının bizdə Sərxan olduğunu yada salaq) kimi səsləndirməli olduğumuz halda olduğu kimi Tarkan və Ərbakan kimi səsləndiririk. İşin ən qəribəsi odur ki, Erbakan sözündə k səsini x səsi ilə əvəz etdməiyimiz halda e səsini ə səsi ilə əvəz edirik. Halbu ki, Eminönü sözundə e səsini ə səsi ilə əvəzləmirik. Yaxud bizim dan kimi işlətdiyimiz söz Anadoluda tan kimi işlənir. Məhz ona görə də Tansu, Tantekin deyilir. Biz burda da sözü dilimizdəki kimi yox olduğu kimi qəbul edirik. Halbu ki, Anadoluda çox doğru olaraq istənilən söz Anadolu türkcəsinə və yaxud Türkiyədəki deyim qaydalarına uyğunlaşdırılır. Məsələn Mehmet (Mehemmed yox) Emin Resulzade, Bahtiyar (Baktiyar yox) Vahabzade və s. İşin ən qəribəsi və üzücü olanı isə odur ki, Anadolu türkcəsində deyildiyi kimi qəbul etməli olduğumuz sözlər isə dilimizdə dəyişdirilir. Məsələn Iğdır, Isparta sözlərini olduğu kimi qəbul etməli olduğumuz halda dəyişib İğdır və İsparta deyirik. Burda da bir acınacaqlı hal var. Türkiyənin indiki Baş Nazirinin ad və soyadını olduğu kimi Binəli Yıldırım deyirik, amma məşhur Osmanlı sultanını isə İldırım Bəyazit kimi səsləndiririk. Düşünürəm ki, AMEA-nın Dilçilik İnstitutu ozünü də dilimizi də salınan bu abırsız vəziyyətdən qurtarmaq üçün yubanmadan ciddi işlər görməlidir. Yuxarıda deyiyim vəziyyət Erzurum, Diyarbakır, Kasımpaşa, Aksu və s. sözlərdə də eynidir. 
4. Dilimizi korlayan və dilimizin qayda-qanunlarını pozan digər əsas məsələ önşəkilçi məsələsidir. Belə ki, nə zamansa dilimziə ərəb-fars dillərindən keçən müəyyən sözlər var ki, dilçilərimiz onları dilimizə uyğunlaşdırmaq əvəzinə az qala dilimizi onlara tabe etdiriblər. Çox qəribədir ki, bu hal nə AMEA-nın Dilçilik İnstitutunu, nə Təhsil Nazirliyini, nə Terminalogiya komitəsini, nə də universitetlərimizdə çalışanları heç narahat etmir. Məsələn dediyim bu qurumlar və yaxud dilçi alimlərimiz tərəfindən niyə na ( na-kişi, təmiz, dürüst, xələf, nəcib, taraş, dinc, məhrəm və s.), bəd (bəd-niyyət, əməl, xah, bəxt, nəzər, əsil, nam və s.), bi (bi-abır, qeyrət, namus, şərəf, ixtiyar, vec, tab və s.), anti (anti-sovet, türk, azərbaycan, terror, semitizm, böhran və s.), mono (mono-loq, polya, ton,), pan (pan ”“türkist, islamist, Amerika və s.) kimi ön şəkilçilərdən imtina edilməsi və bu sözlərin dilimizin qaydalarına uyğun səslənməsi (tələffüzü) üçün ciddi işlər görülmür? Belə çıxır ki, ya bu qurumlar formaldı, işləmir, o zaman bu qurumları büdcəyə yük olmaqdan çıxarıb ləğv etmək lazımdı, ya bu qurumların rəhbərliyi dilimizin talehi ilə maraqlı deyi, o zaman bu qurumlara rəhbərlik edənlər yerində olmadığı üçün və Dövlət dilinə sayğısızlıqdan dolayı vəzifələrindən kənarlaşdırılmalıdır, ya da burda işləyənlərin savadı, bacarığı və ya dil sevgisi (eyni zamanda Dövlət dili olduğu üçün  dilə hörmət və ehtiramı) çatmır ki dilimizin qorunması və inkişafı üçün ciddi iş görsünlər, bu zaman isə yubanmadan dilimizə yararlı olacaq savadlı və bacarıqlı kadrların hazırlanmasını həyata keçirmək lazımdı.
5. Dilimiz üçün yabamçı və qüsurlu məsələlərdən biri də dilimizdə olmayan və yabamçı dillərdən keçən şəkilçilərlə sözlərin yaradılması, yaxud dilimizə daxil olan sözlərin şəkilçilərlə birlikdə qəbul edilməsidir. Məsələn ist (ist-monarx, kapital, avantür, maşın, terror, infeksion, pan-türk, pan- islam, metod, kommun), loq (loq-türko, mono, bio, geo, eko, polito, filo, uro, travmato və s.), izm (izm-kapitali, feodal, Lenin, Marks, pülüral, neolog, bolşev, demokrat və s.) şəkilçisi ilə düzələn sözlər. Repartiyor, mantiyor, sufliyor, dubliyor, partniyor sözləri də bu qəbildən olan sözlərdəndi.  Düşünürəm ki, bu zaman mütləq bəzi sözlərin qarşılığı tapılmalı (məsələn mantiyor-ışıqçı, sufliyor-deyici, dubluyor-əvəzçi, maşınist-sürücü ya sükançı), yuxud yeni sözlər yaradılmalı, bəzi sözlərin isə tələffüzü dilimizin qaydalarına uyğunlaşdırılmalıdı.     
6. Dilimizdə olan bir qrup sözün düzgün işlədilməməsi  dilimizin korlanmasında və qaydaların pozulmasında çox ciddi rol oynamaqla yanaşı yeni nəsillərin də bu sözləri yanlış tələffüz etməsinə səbəb olur. Məsələn xoşbəxt-lik sözünü xoşbəxt-çilik, bədbəxtlik (bu sözdə “bəd”  ön şəkilçisini yuxarıda demişəm) sözünü bədbəxt-çilik (bəxt-siz-lik), rahat-lıq söxünü rahat-çılıq (yaxud na-rahat-lıq sözünü na-rahat-çılıq, rahat-sız-lıq), sakit-lik sözünü sakit-çilik, nigaran-lıq sözünü nigaran-çılıq, baha-lıq sözünü baha-çılıq və s. kimi işlədilməsi, yaxud da müğənni və xanəndələrimizin oxuyarkən nədənsə bəzi sözləri yanlış tələffüz etməsi dilimizi korlayır. Məsələn müğənni və xanındələrin əksəri “olaydı” sözünü “oleydi” kimi tələffüz edir və ya 

Evləri var xanə-xanə,
Mən kül oldum, ay aman, yanə-yanə.
yaxud ünlü və mənim də çox sevdiyim bir xanındə oxuyur:
Sənə qurban olum, Təbrizin yoli.
Gedənlər boş gəlir, gələnlər doli.
Qız sinən üstə ey yasəmən koli,
Dərsəm öldürəllər, dərməsəm ölləm.

Bəziləri deyə bilər ki, əşi bunun nə dəxli var, yaxud işləri-gücləri qurtarıb indi də müğənnilərdə, xanəndələrdə səhv tutmağa başlayıblar. Bizi belə məsələlərdə günahlandıranlar çox ola bilər. Bu insanlara iki məsələni demək istiyirəm. 

a. Dil o dilə mənsub olan hər bir fərddən daha üstün və dəyərlidir. Yəni dili hansısa nüfuzlu müğənniyə, xanəndiyə, rəssama, şairə, nazirə və ya alimə qurban vermək olmaz, amma dilin qorunmsı və inkişafı üçün dili korlayan, hörmətdən salan, dilin qaydalarını pozan istənilən nüfuzlu insanı qınamaq da olar, ehtiyac yaranarsa o insandan  imtina etmək də. Çünki bu dilə mənsub millət, bu dilin daşıyıcıları arasından yenə elə nüfuzlu insanları yetirər, ancaq məhv olmuş, korlanmış, qaydaları pozulmuş dili yenidən bərpa etmək, sağlam milli təfəkkür yaradacaq səviyyəyə qaldırmaq çətin olur, necə ki, indi biz bu halı yaşayırıq. 

b. Bu insanların nəyinsə xatirinə sözləri yanlış tələffüz etməsi, yaxud təhrif etməsi dilimizin ahəng qanununu pozur ki, bu gün bu təhriflərin və yanlış tələffüzlərin acısını ”ı” hərfi ilə başlayan sözlərimizdə və bəzi sözlərin digər türk dillərində olan eyni sözlərdən deyiliş və yazılış fərqində yaşayırıq.

7. Artıq bir qrup sözlər var ki, onlar dilimizə yerləşmək və dilimizdə qarşılığı olan sözləri sıxışdırıb çıxarmaq üzrədir. Həşdat-səksən, bahəm-birlikdə (qarşılıqlı, səninlə), no-ancaq, uje-artıq, okey-oldu (baş üstə), yes-oldu (baş üstə), layk-bəyəni, status-fikir, somment-yorum, esse-hekayə, sumka-çanta, ruçka-qələm, yeşik-qutu, butulka-şüşə, meşok-kisə, qreçko-qarabaşaq, setka-tor, balkon-eyvan, lisenziya-icazə, papa-ata, mama-ana, petruşka-cəfəri, peç-soba, pesok-şəkər tozu, vosmoy-səkkizinci (mikrorayon və km bazarı), bravo-afərin (maşallah),ostonovka-dayanacaq sözlərini, bədənimizin bir çox  orqanları ilə bağlı yabançı sözlər dilimizdə qarşılığı olan sözləri tam sıradan çıxarmaq ərəfəsindədir.  Bu sözlər bilmirəm savadsızlıqdanmı, məsuliyyətsizlikdənmi demək olar ki, hökumət və parlament üzvlərindən tutmuş ədəbiyyat və mədəniyyət adamlarına qədər əhalinin bütün təbəqələrinin leksikonuna yerləşib. Nu, turnir, rozetka, perenoska, patron, sillabus, kurrikulum, tyutor , kollokvum, transfer, brend, marka, sertifikat, moderator, pasient, patron, mol, market, reket, piket, parket, planşet, maniken, alternativ, matç, penalti, kartric, tranzit, korrupsiya, monopolya, perespektiv, rakurs,  pritenziya, aranjeman, solist, ekskluziv, menecer, marketinq,treyninq və s. onlarla söz isə dilimizə tam yerləşmiş haldadır. 

Təkliflər
IV  yazı

Bünyamin Qəmbərli

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər