Ulusumuzun dil yarası...
Köşə
Oxunub: 3339
06 Mar 2017 | 10:48
Ulusumuzun  dil yarası...
I  yazı

Uca Yaradan sənə rəhmət eləsin Mirzə Cəlil. Sən nələr çəkmisən bu nadanlardan, bu diri ikən ölülərdən?! Sən bu ağrı-acıya, bu yükə necə dözmüsən? Sənin duyğularını yaşayıb sənin ağrılarını daşımaq necə ağır və çətinimiş? Bu ağrı-acını nə daşımaq olur, nə də atmaq. Mirzə, sən yüz il bundan qabaq necə görmüşdün, necə demişdinsə eləcə də var, bəlkə hələ biraz da pisləşib. Sən yüz il bundan qabaq görəndə, deyəndə dövlətimiz bağımsız, millətimiz azad, hakimiyyətimiz özümüzünkü deyildi, təhsilimiz də (maarifimiz), alimlərimiz də, elmimiz də yabançılara bağlı idi. Amma indi dövran dəyişib, millətlər ayda-ulduzda  soylarını yaşatmanın yollarını arayır, bizim də 26 ildiki dövlətimiz bağımsız, millətimiz azad, təhsilimiz, elmimiz, alimimiz və hakimiyyətimiz də özümüzdəndi. Özümüzdəndi dedim yadıma meşəni qıran dəmir parçası düşdü... Sapı özümüzdən olan balta... Bəli bu gün sapı özümüzdən olan baltalar-hakimiyyət, elm adamları, KİV (oxu çiv), təhsil-maarif (təhsildən, maarifdən, aydınlıqdan uzaq) sistemi, mədəniyyət və incəsənət ocaqları, yazarlar (yazdıqları ilə dilimizə qəbr və ya quyu qazanlar), biznes-bazar əhli dayanmadan dilimizi, mənəviyyatımızı və tariximizi budayır. Bəlkə indi çoxları, xüsusi ilə burda sadaladığım iş-güc sahibləri məni qınayır, qəzəbindən mənim gorda ölüm, yerdə dirim qalmır “ipə, sapa düzür”. Amma dərd burasınfdadır ki, bu adamlar  məni söysə də, döysə də dediklərim həqiqətdi. Bu sahələrdə çalışan adamların böyük bir qismi bilərəkdən ya bilməyərəkdən millətimizə, soyumuza, tariximizə və gələcəyimizə ermənidən də, farsdan da, rusdan da böyük zərər verir. Belə ki, erməninin, rusun, farsın elədiklərini görüb ona qarşı çıxa bilirik, amma sapı özümüzdən olanların elədikləri görünmür və görünmədiyindən qarşı da çıxa bilmirik. Mirzə, inanmırsan? İnanmırsansa indi mən deyim sən də, bütün inanmayanlar da bilsin ki, durumumuz necədi. 
Mirzə, hökumətimizin (nə yazıq ki, parlamentimiz hökumətdən də pis gündədi) elə üzvləri var ki, onlar hələdə dövlət dilində (ona görə ana dili demirəm ki, onların çoxu ana dili kimi azərbaycan türkcəsini yox, başqa dilləri ana dili qəbul edir) normal danışa bilmir, doğru-dürüst cümlə qurub fikirlərini çatdırmağa çətinlik çəkir, bir yabançının Azərbaycan türkcəsində danışdığından daha bərbad danışır, demək olar ki, bütün idarəetməni və fəaliyyətini rus dilində həyata keçirir. Azərbaycan türkcəsini bilənlər isə dilimizin qayda-qanunlarını bilmir (demək olar ki, hamısı iki inkar elementini birlikdə işlədir, məsələn  “nə gəlmədi”, “nə savadlı deyil”, “nə inkişaf etməyib”, “nə marağımıza uyğun deyil” və s.), danışıqlarında, çıxışlarında qarşılığı oldu-olmadı yabançı sözləri  və terminləri məsuliyyətsizcəsinə (bəlkə də savadsızlıqdan)  gen-bol işlədir (həşdat, analoq, kontrakt, nu və s.), danışdıqları dilə nə ana dili kimi, nə də dövlət dili kimi hörmət qoyur.  
KİV-lərin (oxu çivlərin), xüsusi ilə telekanalların və radioların ucbatından dilimiz həftəbecərə çevrilib. Bütün verilişlərin videoyazı olmasına baxmayaraq  telekanallar dəvət olunanların heç birinin  hakimiyyətin xoşuna gəlməyəcək bircə sözünü belə buraxmadığı, kəsib çıxardığı-montaj etdiyi halda onların  savadsız və səviyyəsizcəsinə işlətdikləri yad sözlərlə dolu və dilimizin bütün qaydalarını pozan çıxışlarını olduğu kimi efirə verməsi dilimizə də, mənəviyyatımıza da, dövlətçiliyimizə  də sayğısızlıq və təxribatdı. Məhz  bu KİV-lərin (dilimizə olan çiv-lərin)  hesabınadır ki, ən ucqar kəndimizdəki 80 yaşlı nənə-bablarımız da, 4-5 yaşındakı körpələrimiz də danışarkən mənasını bilmədikləri yabançı sözləri işlədir, gənclərimiz ədəbi dil bir yana, Azərbaycan türkcəsində normal danışmaqdan  çox uzaqlaşıb.  
Yazarlarımız (şairlər və qəzəlxanlar) dilimizi qoruyub inkişaf etdirmək, yeni sözlər tapmaq və yaratmaq əvəzinə bir qafiyə üçün, ya bir təşbeh, bir bənzətmə, ya da yazdıqlarının məna yükünü artırmaq adına dilimizi anlaşılmaz hala salıblar (baş ola-ola sər, dəri ola-ola tən, torpaq ola-ola xak, çörək ola-ola nan, gizli olan yerdə pünhan və ya nihan, ışıq olan yerdə nur, göz olan yerdə çeşm, qara olan yerdə siyah, qonaq olan yerdə mehman və s.). Bu yazarlarımız unudublar ki, dünyanın ən gözəl şeiri ya qəzəli bir sözümüz qədər dəyərli deyil. Bununla bağlı ölənlərə Yaradandan rəhmət diləyib yaşayanların baxışına (nəzərinə) Şah İsmayılın övladlarına vəsiyyətini çatdırmaq istəyirəm. Şah İsmayıl övladlarına deyib ki, “Yurdumuzun bir qarış torpağını bir ovuc qızıldan, dilimizin bir kiçik sözünü bir ölçü ləl-cəvahirdən üstün tutdum”. İndi siz baxın ki, böyük bir imperiyanın sahibi dilimizin  bir kiçik sözünü bir ölçü ləl-cəvahirdən üstün tutduğu halda yazarlarımız  özlərinin ya da yazdıqlarının xoşa gəlməsi üçün az qala bütün dilimizin üstündən xətt çəkməkdən çəkinməyiblər və çəkinmirlər. Biz çarəsizlər (biçarələr) də dilimizə hörmətsizlik edənlərə təpki göstərib bu abırsızlığa (biabırçılığa) dur demək, bunları dilimizə sayğılı olmağa yönəltmək və digərlərinin də bundan dərs almasını saxlamaq  yerinə bu bəxtsizlərin (bəxti bəd (bədbəxt) olanların) dilimizə verdiyi zərərə şərik çıxaraq onların yazdıqlarını qürur və sevgi ilə oxuyub (qiraət edib) onların xələflərini də dilimizə olan sayğısızlığın davamçısına çeviririk.
 Mədəniyyət və incəsənət adamlarının əksəriyyəti  damışarkən onların milli və ya vətəndaşlıq mənsubiyyətini müəyyən etmək çox çətindi. Yaxud nitqi və ya danışığı elə bərbad gündədir ki, onların mədəniyyət və incəsənət adamı olduğuna şübhə edirsən. Bu sahəyə mənsub insanların böyük bir hissəsi ya tam rusca danışır, ya da bunların dövlət dilində danışıqları arada tək-tük türk sözü işlətməklə bitir. Bir qisminin danışığı isə sadəcə abırsızlıqdı (biabırçılıqdı).
Dəqiq, tətbiqi elim sahələrində və ictimai elimlərlə məşğul olan alimlərimizin böyük əksəriyyəti bir zərrə də olsa dilimizə əhəmiyyət vermədiyi halda  filologiya üzrə olan alimlərimiz, xüsusi ilə dilçilərimizin üzəngi parıldatmaqdan başqa  ayrı işləri yoxdu. Zatən filoloq alimlərimizin, xüsusi ilə dilçilərimizin ciddi bir işi olsaydı dilimiz bu günə qalmazdı ki... 
Biznes-bazar əhlindən isə danışmağa dəyməz. Onlar üçün də hər şey pul qazanmağa xidmət edən bir vasitədir. Məhz buna görədir ki, şirkətlərinin də, tikdirdikləri şadlıq evlərinin, biznes mərkəzlərinin, qonaqqalaların (otellərin), yaşayış sahələrinin də adını özlərinin də tələffüz edə bilmədikləri və anlamından (mənasından) xəbərsiz olduqları yabançı sözlərlə adlandırırlar. 
Dindarlarımızdan yaxud ilahiyyat sahəsində çalışanların isə beyni çoxdan yuyulub. Nə Qafqaz Müsəlmanları İdarəsində, nə Bakı İslam Universitetində, nə də Dini işlər üzrə Dövlət Komitəsində bir şüurlu, yaradılanı yaradan üçün sevən millətsevər çıxıb demir ki, axı niyə mənim soydaşım Allahın göndərdiyi dini, elədiyi ibadəti və ya duanı dərindən bilməməlidir? Niyə axı biz dinimizin və ibadətimizin əksər söz və terminlərini ərəb ya fars dilində deməliyik? Niyə  fars dilində olan namaz, dəstəmaz, cənamaz, pişnamaz, sübh namazı, xiftən namazı, peyğəmbər, ərəb dilində olan sədəqə, qiblə, fəcr, zöhür, əsr, məğrib,işa, qusul, təyəmmüm, imam və s.  bu kimi söz və terminləri öz dilimizdə deməməliyik? Bəlkə Uca Yaradan fars və ya ərəb dilində deyəndə qəbul edir, türk dilində deyəndə qəbul etmir? 
Bax Mirzə halımız belədir. İndi bax gör sənin görüb eşitdiklərin daha acı idi ya bizim? Mirzə, sən yüz il bundan öncə  orda-burda oxumuş RüstÓ™m bÓ™yin, MirzÓ™ MÓ™hÓ™mmÓ™dÓ™linin, SÓ™mÓ™d Vahidin dərdini çəkirdin, indi öz yurdumuzda öz ana dilimizdə oxuyanlar  Rüstəm bəylərə, Məhəmmədəlilərə, Səməd Vahidlərə rəhmət oxutdurur. Bir də Mirzə, sən  yüz il bundan öncə yazırdın ki, ay və ulduzlar günəşdən qopduqları üçün hər zaman günəşin başına dolandıqları kimi mənim də balalarım analarının bir parçası olduqlarından gərək hər zaman onun başına dolanalar. Mirzə, məlumun olsun ki, indi sənin də balalrın (soydaşların) analarının  başına “dolanır”. Amma elə dolanırlar ki, bilmirəm bilərəkdən, ya bilməyərəkdən bəzən ananı təpikləyir, bəzən isə ananı ölümcül hala salacaq qədər ayaqlayıb əzirlər.   

Niyə belə olduq?
II yazı

Ardı var...

Bünyamin  Qəmbərli
Oxşar xəbərlər
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
GÜNLÜK
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO