Peyğəmbərin qəbri kimin hədəfindədir: Vəhhabi zehniyyətinin, yoxsa beynəlxalq neft maraqlarının?
Köşə
Oxunub: 4330
06 Jul 2016 | 01:14
Peyğəmbərin qəbri kimin hədəfindədir:  Vəhhabi zehniyyətinin, yoxsa beynəlxalq neft maraqlarının?


 

Mescidi nevebi

Dünən Məscidi- Nəbəvi önündə törədilən terror hadisəsi barədə ilk rəsmi açıqlama verildi.

Strateq.az-ın bildirdiyinə görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi hücumda 4 təhlükəsizlik əməkdaşının öldürüldüyünü, 5-nin isə yaralandığını bildirib. Yaralıların səhhətinin ağır olduğu barədə təsdiqlənməmiş məlumatlar dolaşır.

Rəsmi açıqlamadakı itkilər barədə verilən rəqəmlər ilk baxışdan terrorçuların arzuladıqları nəticəni ala bilmədiklərindən xəbər verir. Belə ki, terrorun axşam azanından dərhal sonra törədilməsi böyük can itkisinə hesablandığını göstərir. Çünki Ramazanın son günləri məscid və digər ibadətgahların ən qələbəlik dövrünə təsadüf edir. Xüsusilə, axşam azanından sonra bir çox dindarların iftarlarını açıb namaz qılmaq üçün müqəddəs məkanlara axışdıqları sirr deyil. Peyğəmbər məscidi isə möminlərin ən çox tələsdikləri məkanların başında gəlir.

son hali

Əvvəla, ona görə ki, İslam peyğəmbərinin nübuvvət dövrünün böyük hissəsi Məscidi-Nəbəvidə keçib. Bu məscid sadəcə İslam tarixində şəxsən peyğəmbər tərəfindən inşa edilən ilk ibadət yeri də deyil, həm də Rəsuli-Əkrəmin həyatının Mədinə çağlarının keçirdiyi bütün məkanları özündə cəmləşdirir (Peyğəmbərin yaşadığı, gəzdiyi, vəfat etdiyi, dəfn olunduğu bütün məkanlar Məscidi-Nəvəbidə yerləşir). Bu baxımdan Məscidi-Nəbəvi bir məsciddən daha çox, İslamın ibtidai tarixinin yaşandığı məkanlar üzərində qurulan kompleksdir. İslami əqidədə sünnət böyük əhəmiyyət kəsb etdiyindən, özəlliklə müqəddəs günlərdə dindarların böyük əksəriyyəti peyğəmbər yaşantısını özündə əks etdirən, onun ayaq izlərini daşıyan məkanlara axışırlar.

İkincisi, ona görə ki,  Məhəmməd peyğəmbərin hədislərində ən çox öyülən müqəddəs məkanlardan biri də Məscidi-Nəbəvidir. Hədislərdə müsəlmanların ziyarət etmələri tövsiyə olunan ibadət yeri kimi 3 məscidin ”“ Məscidi-Haramın, Məscidi-Əqsanın və Məscidi-Nəbəvinin adı çəkilir və bu 3 müqəddəs məkandan başqa hər hansı məscidi ziyarət üçün səfərə çıxmaq anlamsız hesab olunur. Nədən ki, məscid məsciddir. Yaxındakı bir məscidi gözardı edib uzaqdakını ziyarət üçün səfərə çıxmaq eyni müqəddəsliyi ehtiva edən məkanlar arasında ayrıseçkilik salmaq anlamına gəldiyindən, bu hədislərin məntiqini anlamaq çətin deyil.

İslam əqidəsində hədislərdə keçən 3 məscidin yeri isə tamamilə başqadır. Məscidi-Haram və Məscidi-Əqsa müsəlmanların qibləsi, Məscidi-Nəbəvi isə İslamin ibtidai tarixiylə bağlı olduğu üçün bu ilahi imtiyazı qazanmış məkanlardır. Odur ki, müsəlmanların ziyarət üçün təşviq olunduqları bu 3 məkana müqəddəs günlərdə axın etməsi başadüşüləndir.

Terror aktının tam iftar saatında planlaşdırılması hadisənin zaman baxımından da təsadüfən seçilmədiyindən xəbər verir. Bu dərəcədə hərtərəfli düşünülmüş partlayış zamanı sayı 10-a belə çatmayan itkinin verilməsi əslində terrorun qarşısının gec də olsa alınması anlamına gəlir. Qurbanların əsasən təhlükəsizlik xidmətinin əməkdaşları olması da bu versiyanı qüvvətləndirir. Görünən budur ki, hadisəni törədən terrorçular təhlükəsizlik xidmətinin yaratdığı maneəylə qarşılaşmış və hədəfə tam çatmadan bombanın fitilini çəkmişlər. Nəticədə özləriylə yanaşı, ətraflarını saran təhlükəsizlik əməkdaşlarını da öldürmüşlər.

Törədilməsi planlaşdırılan partlayışın hədəfi də maraqlıdır. Məlumatların analizindən belə görünür ki, terrorçular Məscidi-Nəbəviyə Məhəmməd peyğəmbərin qəbri istiqamətindən yaxınlaşıblar. Hadisənin baş verdiyi məkanla bu müqəddəs məzar arasındakı məsafə sadəcə 500 metrmiş və arada heç bir divar yoxmuş. Başqa sözlə, terrorçular təhlükəsizlik əməkdaşlarını keçsəydilər, peyğəmbərin məzarını rahatlıqla partlada bilərdilər.

mescidi nevebi ilk

Bu şəkil Məscidi-Nəbəvinin ilk halının təsviridir

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Məscidi-Nəbəvi sadəcə peyğəmbərin inşa etdiyi məsciddən ibarət deyil, məscidin ilk yerləşdiyi məkandan 100 dəfə böyük ərazi üzərində inşa edilən kompleksdir.  Bu ibadətgahın indiki ərazisi peyğəmbərin yaşadığı dövrdəki Mədinənin tamamını əhatə edir. 

Tarixi faktlar da bu məlumatı təsdiqləyir. Məlumdur ki, peyğəmbər Aişənin evində dünyasını dəyişib və vəfat etdiyi yerdə torpağa verilib. Həmin ev isə ilk məsciddən xeyli aralıda ”“ hətta o dövrdəki Mədinədən kənarda yerləşirdi, indisə Məscidi-Nəbəvinin içərisində qalır. Deməli, Məscidi Nəbəvi həqiqətən də əvvəlki Mədinəni tam əhatə edəcək qədər genişləndirilib. Terrorçuların bu genişləndirilmiş məkana məhz peyğəmbərin qəbri istiqamətindən yaxınlaşması əsl hədəf barədə ipucu verir.

Sual oluna bilər: peyğəmbərin qəbri niyə hədəfdədir?

Əslində bu müqəddəs qəbir yeni hədəf də deyil. İslam peyğəmbərinin vəfatından sonra müsəlmanların onu xatırladan bir çox məkanları müqəddəsləşdirilməsi zaman-zaman ciddi mübahisələrə yol açıb. Hətta, səhv etmirəmsə, xəlifə Ömərin zamanında peyğəmbərin söykəndiyi bir ağac ziyarət yerinə çevrildiyindən kəsilmişdi. Həmin dövrdə qəbrə toxunulmamasının səbəbi bəlkə də onun Aişənin evində yerləşməsi olub. Daha sonra xəlifə Əbu-Bəkirin və Ömərin də peyğəmbərin yanında dəfn olunması və müsəlmanlar arasında ixtilaf yarada bilməsi ehtimalı, görünür, məzarın qorunmasında misilsiz rol oynayıb.

peygamber kabri

Şəkildə: Məscidi-Nəbəvidəki müqəddəs qəbir

 

Məzarlara qarşı əks mövqeyilə seçilən vəhhabi təriqətinin ortaya çıxmasından sonra isə peyğəmbərin məzarı daha çox dağıdılma təhlükəsiylə üz-üz qalıb. Qəbirləri ziyarəti Allaha şərik qoşmaq kimi qəbul edən vəhhabi düşüncəsinin ilk dəfə 1919-cı ildə peyğəmbərin məzarını hədəf seçdiyi bilinir. Mübahisə doğuran bir məlumata görə, ilk ciddi insidentin qarşısını Atatürk alıb. 1919-cı ildə məzarı sökmək istəyən Səudiyyə kralına Atatürkün belə bir teleqram vurduğu bildirilir:

Səudiyyə kralının diqqətinə!!

Tərəfimizə çatan xəbərlərə görə, Allahın sevimli və xüsusi qulu, elçisi, peyğəmbər əfəndimiz Hz. Məhəmməd Mustafanın qəbirini yıxıb yerini dəyişdirəcəksən. O məzarın tək daşına toxunsan,  Qurtuluş savaşını buraxar, ordularımla aşağı enərəm.

26 İyun 1919, MUSTAFA KAMAL ATATÜRK

(Prezident Administrasiyasi, Atatürk Xüsusi Arxivi)”.

Atatürkün həqiqətən belə bir teleqram vurub-vurmadığı barədə mübahisələr olsa da, 2 il bundan əvvəl Səudiyyə krallığının yenidən bu eşqə düşməsi dünya mətbuatında gündəmin əsas mövzusuna çevrilmişdi. İddianın qaynağı isə İngiltərənin ən məşhur mətbu orqanlarından olan “İndependent” idi. Qəzetin məlumatına görə, Səudiyyə krallığı Məscidi-Nəbəvini böyütmək adı altında peyğəmbərin məzarını dağıtmaq, sümüklərini Baqi qəbristanlığında heç kimin tapa bilməyəcəyi bir yerə dəfn etmək istəyirdi.

baqi

Şəkldə: Məscidi-Nəbəvinin arxasındakı Baqi qəbristanlığı

Maraqlıdır ki, 2014-cü ilin sentyabr ayında yayınlanan və bütün müsəlman dünyasında ciddi rezonans yaradan bu xəbərə Səudiyyə krallığı heç bir reaksiya vermədi. Üstəlik, xəbər yayılandan az sonra peyğəmbərin qəbri ətrafında buldozerlər görünməyə başladı və bu müqəddəs məzarın ətrafındakı tikililər dağıdıldı. Versiyalara görə, müsəlman xalqların ciddi təpkisindən çəkinən krallıq daha da irəliyə getmədi və başlanan işə təmir görüntüsü verildi.

Bununla belə, son terror hadisəsinin Səudiyyə krallığının arzusuyla həyata keçirildiyini demək də insafsızlıq olardı. Terrorun tam hədəfinə çatmadan Səudiyyə təhlükəsizlik xidməti tərəfindən önlənə bilməsi hadisənin arxasında rəsmi Riyadın dayanmadığından xəbər verir.

O halda digər bir sual ortaya çıxır: bəs, peyğəmbərin qəbrinə hücum kimin marağına uyğundur?

Bu suala qısaca belə cavab vermək olar ”“ islam dünyasında daha böyük məzhəb müharibələri çıxarmaq istəyənlərin!

Məscidi-Nəbəvidəki hadisədən bir neçə saat əvvəl krallığın ən çox şiələr yaşadığı ərazi sayılan Katib şəhərindəki məsciddə də terror hadisəsinin törədilməsi bu iddianı doğrulayır.

sii-sunni-vahdet

Baxmayaraq ki, peyğəmbərin məzarı, həm də sünnilər tərəfindən müqəddəs məkan hesab olunur, onun dağıdılmasına ən ciddi reaksiyanın şiələrdən gələcəyi təxmin olunur. Nədən ki, özlərini əhli-sünnət kimi təqdim edən vəhhabilər ərəb neftinin gətirdiyi sərvətlər hesabına düşüncələrini sünnü dünyasına həzm etdirə biliblər. Sünni dünyası müqəddəs məkanlara qarşı həyata keçirilən dağıdıcı aksiyalara qarşı olsalar da, son zamanlar yayılan məzhəbçi axımların təsiri altında qalaraq, belə məqamlarda susmağı daha məqsədəuyğun görürlər.

Əqidələrində müqəddəslərin qəbirlərini ziyarət ənənəsi olan şiələrin isə belə məsələlərə səbrlə yanaşması ehtimalı azdırSon zamanlar İran rəsmilərinin əsas hədəflərindən birinin müqəddəs qəbirləri qorumaq olduğunu bildirməsi də gələcəkdə gözlənilən məhzəb müharibələrinin daha geniş vüsət alacağının xəbərçisidir.

suudi putin

Sözügedən terror hadisəsinin konkret olaraq kim tərəfindən törədilməsini müəyyənləşdirmək isə asan deyil. Bu işdə ABŞ-ın da, Rusiyanın da barmağı ola bilər.

Zənnimizcə, bu hadisə Rusiyaya daha çox sərf edir. Nədən ki, bir neçə ay bundan əvvəl Rusiyanın neft hasilatını azaltması təklifinə OPEC müsbət cavab verməmişdi. Ən çox etiraz edən isə Səudiyyə Ərəbistanı olmuş və rəsmi Riyad nəinki hasilatı azaltmayacağını, əksinə 25% artıracağını bəyan etmişdi. Bu isə neft bazarında təklifin tələbi üstələməsi, dolayısyla qiymətlərin daha da ucuzlaşması mənasına gəlirdi. Bir neçə gün bundan əvvəl Kanadanın neft bölgəsində meşə yanğınını söndürə bilməsi qlobal bazara gündəlik 800 milyon məhsulun yenidən çıxarılması deməkdir ki, bu da qiymətlərə mənfi təsir göstərə bilər.

Belə bir şəraitdə Səudiyyə Ərəbistanının neft ehtiyatlarının 80%-dən artığının yerləşdiyi şiə bölgəsində məzhəb savaşına rəvac verilməsi rəsmi Riyadın istəyinin xilafına hasilatın azaldılmasının önünün açılması deməkdir. Hədəflər arasında Məscidi-Nəbəviylə yanaşı, krallığın neft və şiə bölgəsi hesab olunan Katib şəhərinin seçilməsi bu baxımdan təsadüfə oxşamır”¦


Oxşar xəbərlər
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
GÜNLÜK
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?