Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı
Kriminal
203
10:16, Bu gün

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat XidmətindənModerator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər