Zakir Həsənov azad edilmiş ərazilərdə yeni hərbi obyektlərlə tanış oldu - FOTO
1306
17 Apr 2026 | 12:30

Zakir Həsənov azad edilmiş ərazilərdə yeni hərbi obyektlərlə tanış oldu - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
 
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər