Bacısı nışanı qaytardı, qardaşı isə otelin həyətində... – ŞOK TƏFƏRRÜAT
Kriminal
Oxunub: 431
14:50, Bu gün
Bacısı nışanı qaytardı, qardaşı isə otelin həyətində... – ŞOK TƏFƏRRÜAT
Bərdə rayonunda 2002-ci il təvəllüdlü Bilal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Təhməzə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Bilal 2022-ci il dekabrın 13-də bacısı Arzu ilə keçmiş nişanlısı Təhməz aralarındakı telefon əlaqəsi zamanı bacısının ünvanına nalayiq ifadələr işlətməsini öyrənib.
 
Bundan əsəbiləşən Bilal qisas almaq məqsədilə həmin ilin dekabrın 15-də, gecə saat 1 radələrində Təhməzin olduğu Bərdə şəhərində yerləşən otelin həyətinə gəlib. O, Təhməzi otel ərazisindən 10-15 metr məsafədə küçədə yerləşən qaranlıq yerə çağırıb və onunla bacısının ünvanına nalayiq ifadələr işlətməsininin səbəbini aydınlaşdırıb.
 
Bu zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qabaqcadan özü ilə gətirdiyi cib bıçağı ilə qəsdən Təhməzin döş qəfəsinə bir neçə zərbə vurub. Yaralıya ilkin tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
 
"Atam Təhməzi bağışladı"
 
İstintaq orqanı tərəfindən Bilalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bilal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yevlax şəhərində qeydiyyatda olmaqla orada ailəsi ilə birlikdə yaşayır, özündən başqa bir qardaşı, iki bacısı var, evin böyük övladıdır: "Zərərçəkmiş Təhməz qohumumdur. 2021-ci ilin fevralında Təhməz hərbi xidmətdə olarkən onun valideynləri yaşadığımız evə gəldi. Onlar bacım Arzu ilə Təhməz arasında el adəti ilə söz kəsdi, nişan qoydular. Arzu ilə Təhməz bir-biri ilə telefonla əlaqə saxladılar. Ara bir Təhməzin valideynləri bizə qonaq gəldi və aramızda heç bir ədavət, düşmənçilik olmadı. Təhməz hərbi xidməti bitirdikdən sonra yaşadığı evə qayıtdı və bacım Arzu ilə telefonla danışan zaman ona nalayiq ifadələr işlətdi. Buna görə əvvəllər atam Valeh Təhməz ilə münasibətlərə son qoymaq və bacım Arzu ilə aralarında olan nişanı pozmaq istədi. Lakin Təhməzin valideynləri Sadif və Fazilə bir daha belə hərəkət olmayacağnı bildirərək nişanın qaytarılmasına maneə törətdi. Atam da Təhməzi bağışladı".
 
"Cəzalandıracağıma söz verdim"
 
Bilalın sözlərinə görə, 2022-ci ildə dekabrın 13-də yaşadığı evdə bacısı Arzu Təhməz ilə aralarında olan nişanın qaytarılmasını istədiyini deyib: "Atam bacım Arzudan hansı səbəblərə görə nişanın qaytarılmasını istədiyini soruşdu. Arzu Təhməzin ona telefonda nalayiq ifadələr işlətdiyini dedi. Mən Təhməzin bacıma dediyi nalayiq ifadələri eşidəndə çox pis oldum. Təhməzi həmin söyüşlərə görə cəzalandıracağıma söz verdim. Həmin gün saat 23 radələrində Təhməzin valideynləri Sadif və Fazilə yaşadığımız evə gəldilər. Onlar nişanın qayıtmamasını istədiklərini desələr də, bacım nişanı qaytaracağını, Təhməzin düzəlmədiyini bildirdi. Bacım nişanda alınan xonçaları Təhməzin valideynlərinə qaytardı. Təhməzin bacımı söyməsi mənə pis təsir etdi".
 
"Buna görə də cavab verəcəksən!"
 
Bilal qeyd edib ki, dekabrın 15-də, gecəyarısı Yevlax rayonundan Bərdə rayonu istiqamətinə tərəf yolda dayanaraq Bərdə istiqamətində gedən yol maşınını saxlatdırıb və şəhərə gəlib: "Bərdə şəhərində hotelin qarşısında tanımadığım taksi avtomaşınından düşdüm və Təhməzin işlədiyi hotelə getdim. Otelin həyətinə daxil olaraq Təhməzi görüb çağırdım. Təhməz məni tanıdı və mənə tərəf gələrək görüşdük. Mən Təhməzə "burdan çıxaq, bayırda səninlə işim var" dedim. Biz birlikdə hotelin həyətindən çıxaraq qapdan sağ tərəfdə təxminən 10 metr məsafədə olan qaranlıq yerdə söhbət etdik. Həmin vaxt Təhmədə dedim ki, nəyə görə belə hərəkətlər edirsən, nişanlınla söyüşlə danışırsan, sən özünə necə hörmət edirsən ki, gələcək həyat yoldaşınla bu cür rəftar edirsən, Arzu mənim bacımdır, mənim qeyrətim, namusumdur. Bu sözləri deyərək onu danladım. Təhməz isə Arzuya nalayiq sözlər demədiyini bildirdi. Mən Təhməzə "onda mənim bacım səhv danışır, kim istəyər ki, gələcək həyatına son qoysun, sən nalayiq sözlər işlətmisən ki, bacım səninlə olan nişanı qaytarıb" dedim. Sonra sol əlim ilə Təhməzin sağ çiynindən tutdum və əvvəlcədən özüm ilə gətirdiyim bıçağı çıxardım. Təhməz əlimdəki bıçağı görərək səhv etdiyini, bir daha belə hərəkətlər etməyəcəyini desə də, ona "namusuma nalayiq ifadələr işlətmisən, buna görə də cavab verəcəksən!" dedim. Əlimdə açıq şəkildə tutduğum bıçaqla bir dəfə onun döş qəfəsinə zərbə vurdum. Bundan sonra Təhməz həmin vaxtı əl və ayaq nahiyyələri ilə məni özündən uzaqlaşdırmaq istədikdə əlimdəki bıçağı hərəkət etdirən zaman ona digər xəsarətlər yetirildi. Təhməz yerə yıxıldıqdan sonra həyəcanlı olduğum üçün oradan aralaşdım. Yolun kənarında duraraq Yevlax rayonu istiqamətinə tərəf gedən yol taksilərinə əyləşdim və yaşadığım Yevlax şəhərinə getdim. Gec olduğu üçün valideynlərim yatdığından hasarın üzərindən həyətə keçdim və heç kimə söz demədən hamama girdim. Əl-üzümü yudum. Səhər tezdən qapılarıma gələn polis əməkdaşları ilə birlikdə Bərdə Rayon Polis Şöbəsinə gəldim. Etdiyim cinayət əməlini səmimi etiraf etdim".
 
"Sizlə alınmır, nişanı geri qaytarırıq"
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Təhməzin sözlərinə görə, ailəsi ilə birlikdə Bərdə rayonunun kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, ailənin tək övladıdır: "Təqsirləndirilən Bilal ilə qohumuq. Bilalın anası atamın xalası qızıdır, Yevlax şəhərində yaşayırlar. 2021-ci ilin yanvarında hərbi xidmətə getmişəm. Hərbi xidmətdə olan zaman həmin il aprel ayında valideynlərim Sadif və Fazilə məni Arzu ilə nişanladılar. Hərbi xidmətdə olduğum müddətdə bir dəfə telefon vasitəsilə Arzu ilə danışdım. Xidmətdən qayıtdıqdan sonra valideynlərim ilə birlikdə Arzunun yaşadığı evə qonaq getdim. Sonrakı dövrdə onlara getmədim və Arzu ilə ancaq telefon vasitəsilə əlaqə saxlayaraq danışdım. Arzu telefonu gec açdığına və gec cavab verdiyinə görə bir neçə dəfə aramızda narazılıq olub, küsmüşük. Arzu və anası mənə ona gətirdiyimiz xonça və üzüyü gələrək aparmağı, nişanı qaytardıqlarını deyiblər. Mən də valideynlərimə bildirmişəm. Valideynlərim də onların yaşadığı Yevlax şəhərinə gediblər, nə baş verməsi ilə maraqlananda "sizlə alınmır, nişanı geri qaytarırıq" deyiblər. Bu hal bir neçə dəfə baş verdi. Lakin valideynlərim buna razı olmadı. Sonrakı dövrdə Arzu ilə münasibətimiz düzəldi və biz telefonla əlaqə yaratdıq".
 
"Bunu bacın və anan istəyir"
 
Təhməz qeyd edib ki, 2022-ci il dekabrın 14-də saat 23 radələrində Arzu ilə telefon vasitəsilə əlaqə yaradıb və onunla mehriban danışıb: "Arzu dekabrın 15-də gələrək onu qaçırmağımı dedi. Arzu ilə sağollaşdım, onunla əlaqə yaratmadım. Bərdə şəhərində yerləşən otelə getdim və dayım Mustafaya kömək etdim. Orada otelə daxil olan avtomaşınlara yer göstərərək gələn qonaqları qarşıladım. Oteldə rəsmi olaraq işləməsəm də, iki gün Mustafaya kömək etmişəm. Dekabrın 15-də, saat 1 radələrində otelin həyətində avtomaşının qarşısında dayanarkən kimsə məni çağırdı. Səs gələn tərəfə dönəndə Bilalı gördüm və yanına gedərək onunla görüşdüm. Bilal məni otelin həyətindən bayıra çıxararaq söz deyəcəyini bildirdi. Bilalla birlikdə otelin həyətindən çıxdıq və sağa tərəfə 10-15 metr gedərək qaranlıq yerdə dayandıq. Bilal mənə "niyə belə edirsən, bacım Arzu ilə olan nişanı qaytarırsan" dedi. Mən isə "nişan qaytarmaq fikrim yoxdur, bunu sənin bacın və anan istəyir" deyəndə Bilal sol əli ilə çiynimdən tutdu, sağ əlimdə açıq vəziyyətdə olan bıçaqla döş qəfəsimə vurdu. Bilala müqavimət göstərərək onu əl və ayaqlarımla özümdən uzaqlaşdırmaq istədim. Bilal əlində olan bıçaqla aramızdakı münaqişə zamanı mən tərəfə daha bir neçə bıçaq atdı. Həmin vaxt da qol və qarnımdan xəsarətlər aldım. Yerə yıxıldım, Bilal isə qaçaraq getdi. Atam Sadifə və dayım Mustafaya zəng edərək Bilal tərəfindən bıçaqlandığımı dedim. Bundan sonra təcili tibbi yardım maşını ilə məni Bərdə Rayon Xəstəxanasına apardılar".
 
"Aramızda olan münasibətə son qoymaq qərarını verdim"
 
İş üzrə şahid qismində ifadə verən Arzunun sözlərinə görə, Təhməzin atası və anası bir neçə dəfə onların yaşadıqları evə gəlib və onu oğulları Təhməzə istəyiblər: "Mənim 18 yaşım tamam olmadığı üçün valideynlərim gözləmələrini bildirsə də, 2021-ci ildə iyunun 13-də Təhməzin valideynləri yenidən yaşadığımız evə gələrək təkrar məni Təhməzə istədi. Atam və anamın razılığı ilə məni Təhməzə nişanladılar. Həmin vaxt Təhməz hərbi xidmətdə olub. Təhməz hərbi xidmətdən qayıtdıqdan sonra valideynləri ilə bizə qonaq gəldi. Daha sonra biz mobil telefon vasitəsilə əlaqə yaratdıq və danışdıq. Təhməz mənimlə telefonda bir neçə dəfə kobud danışdı. Aramızda bir neçə dəfə buna görə narazılıq oldu. Hətta mən Təhməz ilə nişanı qaytarmaq barədə danışdım. Buna görə də Təhməzin valideynləri bizə gəldi və məni nişanı qaytarmaq fikrindən daşındırdılar. Təhməz də söz verdi ki, bir daha belə sözlər deməyəcək. Təhməz ilə münasibətlərimiz düzəldi və yenidən telefon vasitəsilə danışdıq. Amma Təhməz yenə telefon əlaqəsi zamanı ünvanıma nalayiq ifadələr işlətdi. Artıq dözə bilmədiyim üçün Təhməz ilə aramızda olan münasibətə və nişana son qoymağa qərar verdim. Bu barədə Təhməzə dedim".
 
"Bıçaqla vurduğunu dedilər"
 
Arzunun ifadəsinə görə, dekabrın 13-də Təhməzin valideynləri yaşadığı evə gəlib: "Barmağımdakı nişan üzüyünü və nişanda gətirilən xonçaları onlara verdim, nişana son qoyduğumu dedim. Öz valideynlərim niyə belə etdiyini soruşanda isə Təhməzin kobud ifadələrindən bezdiyimi və mənə qarşı nalayiq ifadələr işlətdiyini dedim. Həmin vaxt valideynlərim mənə səbrli olmağı, hər şeyin düzələcəyini dedilər. Ata-anam ilə danışanda qardaşım Bilal da evdə olub və dediyim sözləri eşidib. Dekbabrın 15-də yaşadığım evdə olan zaman polis əməkdaşları bizə gəldi. Onlar Bilalın Təhməzi bıçaqla vurduğunu dedilər".
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bilal 1 il müddətinə azadlıqdan məhrum edilib. /Teleqraf.com/
Oxşar xəbərlər
17:14, Bu gün
Xalq artistinə xərçəng diaqnozu qoyuldu - FOTO
17:10, Bu gün
Güləşçilərimiz dünya çempionatında iştirak edəcəklər
17:07, Bu gün
"Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib" - Mübariz İbrahimovun əmisi - FOTO
17:04, Bu gün
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO
17:01, Bu gün
Pensiyalar neçə faiz artacaq? - Millət vəkili AÇIQLADI
16:57, Bu gün
Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş
16:54, Bu gün
Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr oldu
16:50, Bu gün
Kəmaləddin Heydərov general Rəfail Mehdiyevə vəzifə verdi
16:45, Bu gün
Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi
16:40, Bu gün
"Nədən ABŞ İsraildə cəsarətli, Ukraynada ehtiyatlıdır?" - "Politico"
16:34, Bu gün
Söz azadlığına dözümsüz Fransa: davam edən müstəmləkəçilik və despotizm - ŞƏRH + FOTO
16:29, Bu gün
Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
16:24, Bu gün
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək - FOTOLAR
16:18, Bu gün
Şuşada konfrans keçirildi - FOTOLAR
16:16, Bu gün
“Birinci mərhələdə Zəngəzur dəhlizinə ruslar nəzarət edəcək. Gələcək danışıqlar isə...”
16:12, Bu gün
Oğlunu təhqir edən tiktoker “Renka” CƏZALANDIRILDI - VİDEO
16:07, Bu gün
Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir - FOTO
16:03, Bu gün
Efirdə həmkarını BİABIR ETDİ: "Ruhi xəstə, vicdansız, ləçər, həyasız..." - VİDEO
15:59, Bu gün
Hadisə çəkildiyi serialın rejissoru ilə sevgilidir - FOTO
15:55, Bu gün
Talış ləhcəsi ilə danışan norveçlilər - Lənkərandakı VİDEO yenidən gündəm oldu
15:50, Bu gün
Anesteziya tətbiqindən öncə bu tədbirlər MÜTLƏQDİR
15:45, Bu gün
DSMF “Global Brands Magazine” təşkilatının təşkil etdiyi müsabiqənin qalibi olub
15:42, Bu gün
Ərdoğan Bərzanini qəbul etdi
15:40, Bu gün
Rusiya KXDR hərbçilərindən ibarət "Buryatiya taboru" yaradıb
15:36, Bu gün
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya təqdim edildi - FOTO
15:32, Bu gün
BDU tələbəsi Yaqub Əliyev ölkəmizi beynəlxalq yarışda təmsil edəcək - FOTO
15:28, Bu gün
Pensiya ilə bağlı mühüm xəbər - Niyə gecikir?
15:25, Bu gün
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
15:22, Bu gün
Elcan subay oğlanlara səsləndi - FOTO
15:19, Bu gün
İrana daxil olmağa çalışan əfqanlar atəşə tutuldular: 260 ölü - VİDEO
15:15, Bu gün
“Budyo Qlimt” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
15:11, Bu gün
Cahangir Əsgərovun həyat yoldaşının bankı müflis olur: Müştərilər kütləvi surətdə...
15:07, Bu gün
Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini PİSLƏDİ
15:05, Bu gün
Mübariz İbrahimovun atası DƏFN EDİLDİ - FOTO
15:03, Bu gün
"Burada mənim övladımın həyatıyla oynayırlar” - VİDEO
14:59, Bu gün
Xalq artisti: "Onu bağışlaya bilmirəm"
14:56, Bu gün
Günay Əfəndiyeva Macarıstanın ali ordeni ilə təltif olundu - FOTO
14:53, Bu gün
Kərimlə Röya bir toyda görün nə qədər qazanıblar: "Pulu sayıb qurtara bilmirdik" - VİDEO
14:50, Bu gün
Bacısı nışanı qaytardı, qardaşı isə otelin həyətində... – ŞOK TƏFƏRRÜAT
14:46, Bu gün
Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri bu qədər olacaq
14:43, Bu gün
“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - VİDEO
14:40, Bu gün
Bakı metrosu nə vaxt rahat "nəfəs alacaq?" - Yeraltı problemin yerüstü səbəbləri
14:35, Bu gün
Zelenski "sülh və qələbə" planını açıqladı
14:30, Bu gün
Messi Bakıya GƏLƏCƏK
14:26, Bu gün
Türkiyənin reytinqli serialında efirə getməyən qalmaqallı ögey ana səhnəsi - FOTO/VİDEO
14:21, Bu gün
İyirmi illik məxfi plan açıqlandı – "İran yerlə bir ediləcək"
14:16, Bu gün
"Qərb Ukraynadan yorulub" - Finlandiya XİN rəhbəri
14:11, Bu gün
Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilib - VİDEO
14:07, Bu gün
İngiltərə millisinin yeni baş məşqçisinin adı məlum oldu
14:03, Bu gün
Qohumlarının cəsədləri ilə birgə qayıqda qalıb 67 gün sonra sağ tapılan kişi ilk dəfə danışdı
13:59, Bu gün
Estetik əməliyyatdan sona özünə 8 yaş kiçik sevgili tapdı
13:57, Bu gün
Sərhədlərin dəyişdirilməsi, yeni SAVAŞ SSENARİSİ: Üçüncü Dünya Müharibəsini bu ölkələr BAŞLADACAQ
13:54, Bu gün
Həyət evlərinə mərkəzi istilik çəkilə bilər? - Rəsmi AÇIQLAMA
13:49, Bu gün
18 il yolunu gözlədiyi oğlu şəhid olan ana: "Təsəllimi ancaq məzarından alıram" - VİDEO
13:44, Bu gün
Nazir rəis əvəzini vəzifəsindən azad etdi, yeni müavin təyin olundu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
13:35, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR! Pensiya ilə təmin olunacaqlar
13:32, Bu gün
İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu
13:30, Bu gün
Azərbaycan təmsilçisi "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb
13:27, Bu gün
Astarada 11-ci sinif şagirdi istədiyi qıza görə özünü asıb - TƏFƏRRÜAT
13:24, Bu gün
Sabah qar yağacaq, dolu düşəcək - PROQNOZ
13:20, Bu gün
"Mənim sahibim var, mən yiyəsiz deyiləm"
13:16, Bu gün
Hər gün qoz yeməyin faydası
13:12, Bu gün
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
13:08, Bu gün
"Ukrayna müttəfiqləri tərəfindən "ikinci cəbhənin" açılmasını gözləməyəcək" - Podolyak 
13:04, Bu gün
Yaxın Şərq "düyünü": Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL
13:00, Bu gün
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edildi
12:55, Bu gün
Bakıda avtomobil piyadanı vurdu, sıxlıq yarandı
12:51, Bu gün
İranda güclü PARTLAYIŞ - VİDEO
12:47, Bu gün
Bakıda qadınları görüntüləri ilə şantaj edən bloqer HƏBS EDİLDİ - FOTO
12:43, Bu gün
Alen Simonyanın yuxusu, Ani Badalyanın ifşası və hind raketləri...
12:40, Bu gün
"Bütün dünyadan tələb edirik ki, səsimizə səs versinlər" - İtkin düşən tankçının qızı
12:36, Bu gün
Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum oldu
12:32, Bu gün
Fuad Hüseynov BMT-nin 75-ci sessiyasında iştirak edib - VİDEO
12:27, Bu gün
Məlahət Sultanovaya VƏZİFƏ VERİLDİ
12:23, Bu gün
Mübariz İbrahimovun atası vəfat etdi
12:22, Bu gün
Bölgənin yeni xəritəsi cızılır - “Türkiyəyə qonşu olacaqlar”
12:12, Bu gün
Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
12:07, Bu gün
Mübariz İbrahimovun atası VƏFAT ETDİ
12:06, Bu gün
FHN əhaliyə müraciət etdi
11:57, Bu gün
Keçmiş sevgilisindən qopa bilməyən bürclər - "Bu dəfə daha yaxşı olacaq"
11:51, Bu gün
“Qarabağ”ın futbolçusu Qurban Qurbanovla qohum olur
11:46, Bu gün
BDU tələbələri iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq edirlər - FOTO
11:39, Bu gün
Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir - Deputat
11:36, Bu gün
Qlobal istiləşmə və Azərbaycan
11:30, Bu gün
“Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi
11:24, Bu gün
Azərbaycana gətirilən narkotikin 95%-dən çoxu İrandan keçirilib - RƏSMİ
11:20, Bu gün
DYP sürücülərə müraciət etdi
11:16, Bu gün
Azərbaycanda 130 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
11:08, Bu gün
Nəbatat bağı belə görünəcək - FOTOLAR
10:58, Bu gün
"Türklərin mənşəyi" məqaləsini yazan yəhudi müəllimi erməni müstəntiq güllələtdi...
10:56, Bu gün
Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir
10:44, Bu gün
27 nəfərin ölümü ilə nəticələnən terror aktı törətmiş şəxs tutulub
10:38, Bu gün
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
10:33, Bu gün
Azərbaycana bir sıra balıq növlərinin idxalına gömrük rüsumu tətbiq ediləcək
10:27, Bu gün
Aqil Şirinov: Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır
10:26, Bu gün
Bakıda qazanxanada partlayış olub - Hadisə yerindən GÖRÜNTÜLƏR
10:14, Bu gün
Tovuzda kütləvi zəhərlənmə olub - ARAŞDIRMA BAŞLADI
10:13, Bu gün
BTQ tanınmış afrikalı fəal Kemi Sebanın Fransada həbs olunmasını pisləyib
10:09, Bu gün
Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməliyik?
GÜNLÜK
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
15 Oct 2024 | 19:43
Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI
15 Oct 2024 | 17:52
Dağıstan rəhbəri Kadırovun senator Kərimovun ünvanına təhdidlərinə cavab verdi
15 Oct 2024 | 17:45
Müstəqil Azərbaycanın YÜKSƏLİŞİ - PLANLAR, UĞURLAR, NAİLİYYƏTLƏR…
15 Oct 2024 | 19:28
Ermənistanın Baş Qərargah rəisi Vaşinqtonda, xarici işlər naziri isə İstanbula yola düşdü...
15 Oct 2024 | 21:23
Bu tip evlərə çıxarış verilməyəcək - QANUNLA QADAĞANDIR
15 Oct 2024 | 23:51
Bakıda avtobusda gərgin anlar: Sərnişinlər marşrutdan düşürüldülər
15 Oct 2024 | 18:13
Gədəbəydə qız qaçıran vəzifəli şəxsin FOTOSU
15 Oct 2024 | 17:53
Vahid Əhmədov professor Nizaməddin Şəmsizadəni ziyarət edib
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
15 Oct 2024 | 00:35
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
15 Oct 2024 | 19:43
Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI
15 Oct 2024 | 17:52
Dağıstan rəhbəri Kadırovun senator Kərimovun ünvanına təhdidlərinə cavab verdi
15 Oct 2024 | 17:45
Müstəqil Azərbaycanın YÜKSƏLİŞİ - PLANLAR, UĞURLAR, NAİLİYYƏTLƏR…
15 Oct 2024 | 19:28
Ermənistanın Baş Qərargah rəisi Vaşinqtonda, xarici işlər naziri isə İstanbula yola düşdü...
15 Oct 2024 | 21:23
Bu tip evlərə çıxarış verilməyəcək - QANUNLA QADAĞANDIR
15 Oct 2024 | 23:51
Bakıda avtobusda gərgin anlar: Sərnişinlər marşrutdan düşürüldülər
15 Oct 2024 | 18:13
Gədəbəydə qız qaçıran vəzifəli şəxsin FOTOSU
15 Oct 2024 | 17:53
Vahid Əhmədov professor Nizaməddin Şəmsizadəni ziyarət edib