Taksi sürücüsü məktəbli qızla cinsi əlaqədə oldu: Atası izlədi, sonda... – Şok təfərrüat
Kriminal
Oxunub: 375
15:18, Bu gün
Taksi sürücüsü məktəbli qızla cinsi əlaqədə oldu: Atası izlədi, sonda... – Şok təfərrüat
Bakının Nizami rayonunda 1985-ci il təvəllüdlü Eşqin qısqanclıq zəminində yaranan mübahisə zamanı 1991-ci il təvəllüdlü Aqili (adlar şərti verilib – red.) öldürüb.
 
Qətl hadisəsi bu il yanvarın 24-də Nizami rayonu, "Koroğlu" metrostansiyasının qarşısındakı mağazalardan birində baş verib.
 
Eşqin arvadı ilə birlikdə 2007-ci il təvəllüdlü övladı Floranın təhsil aldığı məktəbdə tədris edilən hərbi hazırlıq dərsində iştirak etməməsinin səbəbini aydınlaşdırmaq istəyiblər. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan Aqilin Flora ilə görüşməsi və intim əlaqədə olması barədə məlumat əldə ediblər.
 
Bunu eşidən Eşqin qisas almaq niyyəti və Aqili öldürmək məqsədilə əvvəlcədən “Sədərək” ticarət mərkəzindən aldığı ov bıçağı ilə onu izləyib, gündəlik hərəkət marşrutunu müəyyən edib.
 
Yanvarın 24-də saat 10 radələrində Aqilin taksi kimi idarə etdiyi avtomobillə Binə qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqamətinə sərnişin daşıdığını bilib. O, Aqili “Koroğlu” yaxınlığında, üzü Mərdəkan-Şüvəlan qəsəbələri istiqamətində, yolun sağ kənarında gözləyib. Saat 10:30-da Aqil “Opel” markalı avtomobillə sərnişinləri “Koroğlu” metrostansiyasının yaxınlığına gətirdikdən sonra avtomobildən düşüb və orada yerləşən “Piramida Market” adlı ticarət köşkünə girib.
 
Eşqin Aqilin arxasınca həmin köşkə daxil olub, bıçaqla ona çoxsaylı zərbələr vurub. Aqil aldığı zərbələrdən vəfat edib.
 
Daha sonra polis idarəsinə gələn Eşqin növbətçi hissədə törətdiyi əməli etiraf edib. Cinayətdə istifadə etdiyi bıçağı polisə təhvil verib.
 
“Qızım ibadət edib”
 
İstintaq orqanı tərəfindən Eşqinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eşqin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, baş vermiş hadisəyədək ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayıb, qızı Flora orta məktəbdə 11-ci sinifdə təhsil alıb:
 
“Qızım ibadətlə məşğul olub, müsəlman dininin adət-ənənələrinə uyğun olaraq başını örtüb, namaz qılıb. Mən heç bir dövlət orqanında və ya özəl təşkilatda vəzifə tutmamışam, müxtəlif şirkətlərdə fəhlə kimi çalışmışam, ailəmi dolandırmışam. Uşaqlarımı fəhləçiliklə, öz halal zəhmətim və əziyyətimlə böyütmüşəm”.
 
“Müxtəlif bəhanələr gətirdi”
 
Eşqinin sözlərinə görə, 18 yanvar 2024-cü ildə evdə olarkən arvadı Sahibə işdən zəng edib, Floranın məktəbdə hərbi hazırlıq dərsində iştirak etməsiyini bildirib:
 
“Buna görə narahat olduğum üçün dərhal evdən çıxıb məktəbə getdim. Məktəbdə Floradan nəyə görə dərsə girmədiyini soruşdum, o mənə heç nə demədi. Floranın sinif rəhbəri onun idman müəlliminin arvadım Sahibə ilə danışmaq istədiyini dedi. Həmin gün evdə olarkən arvadımla birlikdə Floradan yenə də hansı səbəbdən dərsə girmədiyini, harada olmasını soruşduq. Flora müxtəlif bəhanələr gətirdi.
 
Mən arvadıma idman müəllimi ilə danışmağı tapşırdım. Arvadım qızımın telefonunda həmin müəllimin mobil telefon nömrəsini axtardı. Məlum oldu ki, Floranın telefonunda idman müəlliminə məxsus mobil telefon nömrəsi “istənməyən şəxslər” siyahısına (blok) əlavə olunub. Bunun səbəbini soruşduqda Flora bir söz demədiyindən evdən çıxaraq dostumla görüşmək üçün getdim, amma onunla görüşmədim. Sahibə yenidən zəng edərək təcili evə gəlməyimi istədi.
 
Evə qayıtdıqda Sahibə idman müəlliminin mobil telefon nömrəsini Floranın qəsdən "istənməyən şəxslər"in siyahısına əlavə etdiyini dedi. Bildirdi ki, idman müəllimi Floranı taksi işlədən Aqilin avtomobilinə əyləşdiyini görüb, müəllimin bunu deməməsindən ötrü onun nömrəsini bloka atıb. Bunu Flora da təsdiq etdi.
 
Aqili heç vaxt görüb tanımasam da, qızım və oğlumdan əvvəllər eşidərək öyrənmişdim ki, uşaqlarım bir neçə vaxtdır “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən İngilis dili fənni üzrə repetitor müəllimin yanına hazırlığa Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına qədər Aqil adlı taksi sürücüsü ilə gedib. Hətta Aqil qızım Floradan hicablı olduğu üçün ödəniş də almayıb”.
 
“Deyilən kimi dindar və yaxşı insan deyil”
 
Eşqin qeyd edib ki, Aqil barədə qızından və oğlundan soruşub, uşaqlar Aqilin dindar insan olmasını bildirdikləri üçün ondan hər hansı pislik gələ bilməcəyini ehtimal edib: “Çünki Aqilin uşaqları da qızım Floranın təhsil aldığı məktəbdə oxuyurdu. Floranın Aqilin avtomobilinə hazırlıq vaxtından kənar, özü də məktəb qarşısında oturmaq istəməsi mənə pis təsir etdi.
 
Arvadım Sahibə mənə dedi ki, dostumla görüşmək üçün evdən çıxdıqda Aqilin mobil telefonuna zəng edib. Ona Floranı avtomobilinə otuzdurmaq istəməsinə görə irad bildirib, bu barədə polisə müraciət edəcəyini deyib. Aqil isə arvadımın səhv başa düşdüyünü bildirib.
 
Arvadımın mobil telefonuna Aqildən gələn zəngi açdım, ona görüşməyi təklif etdim. Danışığından gördük ki, o, deyilən kimi dindar və yaxşı insan deyil. Mən Aqilə dəfələrlə görüş təklif etsəm də, o, görüşərək məsələni aydınlaşdırmaqdan yayındı. Danışıq əsnasında dedi ki, “bu, elə məsələdir, dərinliyinə getsək, sənin də başın aşağı əyilər, mənim də”.
 
Bu sözləri eşidəndə başa düşdüm ki, Aqil yaxşı söhbət eləmir. Aqillə danışarkən ailəvi dostumuz Kamal da bizə gəldi. Yaranmış situasiyaya görə özümü narahat hiss etdiyim üçün Kamalı evə özüm dəvət etmişdim. Bərk əsəbləşdiyimdən əsəbdən danışa bilmirdim. Ona görə telefonu Kamala verdim. O da Aqillə görüşərək məsələni aydınlaşdırmağı təklif etdi.
 
Aqil gəlməmək üçün bəhanə gətirdi ki, polis qohumu yanındadı, guya həmin polis əməkdaşının bizə qarşı nəisə pislik etməsindən ehtiyatlanır. Ona görə görüşmək istəmirədiyini dedi”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Aqil ona “telefonu söndür, zəng etmə, sabah özüm səninlə əlaqə saxlayacam” məzmunda mesaj yazıb: "Bununla demək istəyirdi ki, guya yanında olan polis əməkdaşı birdən nömrələri yoxlayaraq yerimizi tapar və guya bizim qeydimizə qaldığı üçün telefonlarımızı söndürməyi məsləhət bilir. Əslində niyyəti söhbətdən yayınmaq idi.
 
Artıq gec olduğu üçün həmin gün söhbəti davam etdirmədik. Həmin gün mənim Aqili öldürmək fikrim yox idi. Çünki onun qızıma nəsə etdiyini ehtimal eləmirdim. Qızım azyaşlıdır”.
 
“Qızımla intim əlaqədə olub”
 
Eşqin bildirib ki, səhərisi gün Flora ilə söhbət edib və Aqilin ona toxunub-toxunmamasını soruşub:
 
“Flora Aqillə cinsi əlaqədə olduğunu boynuna aldı. Həmin vaxt başqa yolum olmadığını düşünərək Aqili öldürəcəyimi tam qərarlaşdırdım. Qızımla aramızda pərdə olduğu üçün onunla başqa söhbət etmədən arvadım Sahibəyə dedim ki, Flora ilə söhbət etsin, hər şeyi olduğu kimi öyrənsin.
 
Sahibə Flora ilə danışdı. Məlum oldu ki, Aqil müxtəlif vaxtlarda Floranın izinə düşərək onunla məktəbdən çıxanda görüşüb, bir neçə dəfə tanımadığı evə apararaq intim əlaqədə olub. Bunları eşitdikdə Aqili öldürəcəyimi bir daha tam dəqiqləşdirdim.
 
Evdən çıxıb “Sədərək” Ticarət Mərkəzinə getdim, yerini xatırlamadığım mağazalardan birindən bıçaq aldım. Daha sonra Aqilin izinə düşməyə başladım. Onun barəsində Binə qəsəbəsində maraqlandım, amma normal məlumat əldə edə bilmədim. Floranın oxuduğu məktəbin qarşısına gedərək Aqili təxmini müəyyən etdim. “Getcontac” proqramı vasitəsilə Aqilin mobil telefon nömrəsindən şəklini götürdüm”.
 
“Məktəbin qarşısında vurmaq istəmədim”
 
Eşqin qeyd edib ki, səhər saatlarında övladlarımın təhsil aldığı məktəbin qarşısına gedib və orada Aqilin gəldiyini görüb: “Aqili avtomobilində vurmaq istəsəm də, dəqiqləşdirmək üçün məktəbdən oğlumu çağırdım. Ona Aqili təsvir etdikdə həmin şəxs olduğunu təsdiqlədi.
 
Aqil məktəbə “Opel” markalı avtomobillə gəlirdi. Qızımdan əldə etdiyim məlumata görə avtomobil onun özünün deyildi, icarəyə götürmüşdü.
 
Aqili məktəbin qarşısında vurmaq istəmədim. Onu tanımaq, izinə düşmək üçün məktəbə gəldim. Məktəb qarşısında bunu edəcəyim halda uşaqların görüb qorxacağını düşündüm, onu ancaq ikilikdə qalacağımız bir yerdə tutmağı qərarlaşdırdım. Ən əlverişli yer Aqilin avtomobili idi. Çünki taksi sürücüsü olduğu üçün bütün gün avtomobillə hərəkət edirdi”.
 
“Dəqiq xatırlamadığım sayda zərbələr vurdum”
 
Eşqinin sözlərinə görə, növbəti gün səhər saatlarında yenindən övladlarının təhsil aldığı orta məktəbin qarşısına gəlib: “Aqil məktəbin qarşısında deyildi. Hər gün Binə qəsəbəsinin mərkəzindən “Koroğlu” metrostansiyasına 1 manata sərnişin apardığını bildiyim üçün qəsəbəsinin mərkəzinə getdim. Düşündüm ki, Aqil yenə də avtomobillə gələrək oradan adam götürə bilər. Elə də oldu, Aqilin gəldiyini gördüm. Avtomobilinə oturmaq, mümkün olduqda onu öldürmək istədim. Lakin Aqilin avtomobilinə 4 nəfər oturduğu üçün mən kənarda qaldım.
 
Bu səbəbdən təxminən saat 10 radələrində “Koroğlu” metrostansiyasının çıxışına gəldim, Aqilin Binə qəsəbəsinə sərnişin toplamaq məqsədilə gəlməsini gözlədim.
 
Aqil avtomobili metrostansiyanın çıxışından bir qədər kənarda, körpünün altında saxladı, maşından düşərək ticarət köşkünə tərəf getdi. Onun arxasınca düşdüm. Namus məsələsi olduğu üçün başqa kimisə narahat etmək istəmirdim. Aqil köşkə daxil olduqdan bir qədər sonra mən də ora girdim. Köşkdə əvvəlcə satıcını görmədim.
 
Mən içəriyə girəndə Aqil köşkün ortasında, girişdən sol tərəfə doğru əyilmiş vəziyyətdə idi. Məni görüb-görmədiyini və ya ümumiyyətlə məni tanıyıb-tanımadığını dəqiq bilmirəm. Ondan heç bir söz soruşmadım. İçəriyə keçən kimi dərhal cibimdən çıxardığım bıçaqla sol tərəfdən Aqilin ürəyindən, boğazından zərbələr vurmağa başladım.
 
İlk zərbələrdə mənə müqavimət göstərdikdə, ticarət köşkündə olan vitrinlərin arxasından çıxan satıcını gördüm. Başa düşdüm ki, Aqil içəriyə keçdikdən sonra nəisə istəyib, satıcı istədiyi malı vermək üçün əyilərək axtarış apardığı üçün ilk girişdə satıcını görməmişəm.
 
Aqilə artıq sayını dəqiq xatırlamadığım sayda zərbə vurduğum üçün yıxılmışdı. Satıcı ilə heç nə danışmadan dərhal bıçağı cibimə qoyub köşkdən çıxdım. Üzü metrostansiyasının girişinə doğru sürətlə qaçmağa başladım.
 
Yolun əks tərəfinə keçib 1 manat müqabilində Mərdəkana gedən taksilərdən birinə oturdum, yaşayış yeri üzrə Xəzər Rayon Polis İdarəsinə təslim oldum. Aqili öldürdüyüm bıçağı polis əməkdaşlarına təhvil verdim”.
 
“Hadisə vaxtı ayıq vəziyyətdə olmuşam”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, heç vaxt narkotik vasitə istifadə etməyib:
 
“Hadisə zamanı da narkotik vasitədən və ya spirtli içkidən istifadə etməmişəm, ayıq vəziyyətdə olmuşam. Hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişəm. Aqili yalnız qiyabi şəkildə qızımı və oğlumu 1 manat müqabilində Binə qəsəbəsi və "Koroğlu" metrostansiyasına aparıb-gətirən taksi sürürücüsü kimi tanımışam, heç vaxt onu görməmişəm. Yalnız qızımla əlaqəsini öyrəndikdə onunla mobil telefonda danışmışam.
 
Baş vermiş hadisə zamanı hər hansı şəxsə, o cümlədən qeyd edilən ticarət köşkünün içərisində olan satıcıya hər hansı xəsarət yetirməmişəm. Əksinə çalışmışam ki, Aqili vuranda bunu heç kəs görməsin”.
 
“Bu hərəkəti mənə xoş gəldi”
 
İş üzrə şahid qismində ifadə verən Floranın sözlərinə görə, Aqili 2023-cü ilin noyabr ayının sonlarında tanıyıb:
 
“2023-cü ilin noyabr ayının sonlarında qardaşımla birlikdə Binə qəsəbəsindən “İçərişəhər” metrostansiyası yaxınlığında dərs hazırlığında iştirak etmək üçün gedərkən Binədən “Koroğlu” metrostansiyasına qədər bizi 1 manata sərnişin daşıyan taksiçi Aqil aparırdı. “Koroğlu”ya çatdıqda Aqil məndən hicablı olduğum üçün ödəniş qəbul etmədiyini dedi. Onun bu hərəkəti mənə xoş gəldi.
 
Sonradan bir neçə dəfə “Koroğlu” metrostansiyası çıxışından Binə qəsəbəsinə və əks-istiqamətə Aqilin avtomobilinə əyləşmişik. Artıq tanıdığım üçün həmişə onun avtomobilinə əyləşməyə üstünlük verirdik. Ona simpatiyam yaranmışdı. Sonralar bir neçə dəfə bizi metronun çıxışından götürərkən çay və digər şirniyyatlar alaraq vermişdi”.
 
“Qorxduğum üçün bəzi şeyləri yalan demişəm”
 
Flora qeyd edib ki, istintaqa ilkin ifadəsində Aqilin onunla münasibətdə olduğu dövrdə bir neçə dəfə zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını qeyd etsə də, əslində Aqil onunla zorla cinsi əlaqədə olmayıb: “Mən öz istəyimlə Aqillə cinsi əlaqədə olmuşam. Onun mənimlə zorla cinsi əlaqədə olması barədə birinci ifadəmdə qeyd etməyimin səbəbi anamın və ailə üzvlərimin bunu bilmələrini istəməməyim olub.
 
Aqillə ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Daha sonra iki dəfə Əhmədli və ya dəqiq xatırlamasam da, ola bilsin, Günəşli qəsəbəsində yerini bilmədiyi evdə, Binə qəsəbəsində yenə də yerini bilmədiyim ünvanda təbii yolla cinsi əlaqədə olmuşam.
 
Mən qorxduğum üçün atam və anama bəzi şeyləri yalan demişəm. Aqillə münasibətim əslində könüllü olub.
 
Amma Aqil məni aldadıb, mənimlə evlənəcəyinə söz verib. Onun həqiqətən mənimlə evlənəcəyinə inanmışam. Buna görə də aldanaraq onunla cinsi əlaqədə olmuşam. Aqil mənə hədə-qorxu gəlməyib. Mən öz qızıl və brasletimi Aqilə yazığım gəldiyi üçün vermişəm. O mənə yüksək vəzifəyə işə düzəlməli olduğunu bildimişdi. Bu səbəbdən məndən köməklik göstərməyimi istəmişdi.
 
Evdə anama və mənə məxsus bir ədəd təkqaş qızıl sepi, iki ədəd qızıl qolbaq, bir cüt qızıl sırğanı Aqilə könüllü olaraq vermişəm.
 
Sonradan aldandığımı başa düşdüm. Aqil məni nə zamansa vurmayıb, mənə hər hansı xəsarət yetirməyib. Sadəcə bir neçə dəfə qısqanclıq edərək məni itələyib, qollarımdan tutaraq silkələyib. Aqildən başqa hər hansı digər şəxslə münasibətim olmayıb”.
 
“Bir dəfə evdə cinsi əlaqədə olduq”
 
Floranın ifadəsinə görə, yanvarın 18-də təhsil aldığı orta məktəbdə idman dərsinə girmədən məktəbdən çıxıb, Aqillə görüşüb: “Həmin gün Aqillə Binə qəsəbəsində onun tanıdığı evə gedərək cinsi əlaqədə olduq. Bu barədə məktəbdən evə deyildikdə məsələyə atam və anam qarışdı. Ona görə hər şeyin üstü açıldı. Mənim ata-anama olanları danışmaqdan başqa yolum olmadı.
 
Əslində Aqil heç zaman mənə qarşı ilk əvvəllərdə hər hansı zor tətbiq etməyib. Həqiqətən o məni və qardaşımı Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına aparıb-gətirib. Tədricən Aqilin geyim tərzi, danışığı və digər hərəkətləri diqqətimi çəkməyə başladı. Mənimlə bəzən dini söhbətlər etdi, başımı örtməyimdən də istifadə edərək özünü dindar kimi göstərdi. Mən də Aqili özümə yaxın buraxdım. Çünki Aqil mənim xoşuma gəldi.
 
Daha sonra da Aqillə bir neçə dəfə evə getdim, yaxınlığımıız oldu. Bir dəfə avtomobildə, daha sonra getdiyimiz evlərdə Aqillə cinsi əlaqədə oldum. Sonradan Aqilin kobud birisi olduğunu öyrənsəm də, ondan ayrıla bilmədim. Mən ayrılmaq istəsəm də, Aqil ayrılmaq istəmədi”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eşqin 9 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Oxşar xəbərlər
19:19, Bu gün
Messinin bu halı pərəstişkarlarını şoka saldı - FOTO
19:08, Bu gün
Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI
19:00, Bu gün
Ermənistan Rusiya ilə qarşıdurmanın yeni raunduna start verdi
18:58, Bu gün
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
18:50, Bu gün
Bürclər və meyvələr - Sevimli meyvələrinizin şəxsiyyətinizlə uyğunluğu
18:42, Bu gün
Bir tozsoranın xarab olmasıyla başlayan ixtiranın əzablı tarixçəsi - " Dayson"un HEKAYƏSİ
18:34, Bu gün
Ərdoğan: Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır...
18:32, Bu gün
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
18:26, Bu gün
“WhatsApp”da daha bir YENİLİK: bu da asanlaşdı
18:20, Bu gün
ADU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
18:20, Bu gün
Hamiləlikdə bu qidaları yemək uşağın autizm riskini azalda bilər
18:14, Bu gün
BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir
18:13, Bu gün
Lukaşenko Qərbi hədələdi: Bu, üçüncü dünya müharibəsi deməkdir
18:08, Bu gün
Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..
18:06, Bu gün
"Mədəniyyət Nazirliyi beynəlxalq konsert və layihələrə öz adamlarını göndərir" - İDDİA
18:05, Bu gün
Mühasirəni yarıb düşməni darmadağın edən Vətən Müharibəsi Qəhrəmanı
18:00, Bu gün
Azərbaycanlı aktyora AĞIR İTKİ - FOTO
17:55, Bu gün
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq
17:50, Bu gün
Binəqədidə əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlandı - VİDEO
17:44, Bu gün
Ramiz Novruzun arxiv görüntülərini paylaşdı - VİDEO
17:38, Bu gün
Ermənistan konstitusiyası: Regionda sülhə, sabitliyə, təhlükəsizliyə başlıca maneə - TƏHLİL
17:32, Bu gün
Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə ÇAĞIRIŞ
17:26, Bu gün
"Bu, bütün dünya üçün rüsvayçılıqdır" - Məşhur ukraynalı boksçu Polşada saxlanılıb
17:20, Bu gün
“Tarqovı”da yanğın oldu - VİDEO
17:14, Bu gün
Samir MTV-dən getdi - FOTO
17:08, Bu gün
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu - FOTO
17:02, Bu gün
Ayaqlarınıza soda tökün və gözləyin - Hamıya tövsiyə edəcəksiniz!
16:56, Bu gün
Allahşükür Paşazadə Rusiyaya gedir
16:50, Bu gün
Panik atakla ürək tutmasının fərqi – Qorxanlar oxusun
16:44, Bu gün
Ceyhun Bayramov Coşua Hakla görüşdü - FOTO
16:38, Bu gün
Milli Musiqi Gününün növbəti tədbiri Konservatoriyada keçirildi - FOTO
16:32, Bu gün
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTO
16:26, Bu gün
Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub
16:20, Bu gün
"Ukraynanın azadlığı uğrunda mübarizəmi sonadək davam etdirəcəyəm" - Boris Conson 
16:14, Bu gün
Ermənistanın sanksiyalardan qazancı: Qərb malları Rusiyaya bu yolla daşınır - ŞOK FAKTLAR
16:08, Bu gün
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - FOTO
16:04, Bu gün
"Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"
16:00, Bu gün
Müğənni Ayan ehtiraslı geyimi ilə GÜNDƏM OLDU: Sinəsi göründü - VİDEO
15:54, Bu gün
“Qarabağ”la matç Qriqorçuk üçün “Neftçi”də sonuncu olacaq?
15:48, Bu gün
Tanınmış iş adamına məxsus şirkətdə atışma: Yaralılar VAR
15:42, Bu gün
Tanınmış aparıcıya AĞIR İTKİ - FOTO
15:36, Bu gün
İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
15:30, Bu gün
“Uşaqpulu” yenidən gündəmdə - Hansı azyaşlılara müavinət verilir? 
15:24, Bu gün
Xumar Qədimovanın səhnədə ona yaxınlaşan kişiyə REAKSİYASI - VİDEO
15:18, Bu gün
Taksi sürücüsü məktəbli qızla cinsi əlaqədə oldu: Atası izlədi, sonda... – Şok təfərrüat
15:12, Bu gün
İşdən çıxarılan müəllimlə bağlı maraqlı fakt - FOTO
15:07, Bu gün
Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri məktəblilərin ifasında təqdim olunub
15:00, Bu gün
"Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb" - Milli Təhlükəsizlik Xidməti
14:55, Bu gün
Xarici diplomatlara azad edilmiş ərazilərdəki ən böyük SES göstərilib - FOTO
14:50, Bu gün
"COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir" - Prezidentin köməkçisi
14:44, Bu gün
Fəxri Xiyabandakı məşhur cütlük - Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi...
14:38, Bu gün
Toy diskinə baxan yeni evli cütlük şok yaşadı - Gəlinə yaxınlaşıb... - FOTO/VİDEO
14:32, Bu gün
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO
14:26, Bu gün
Vüqar əsəbləşib efiri tərk etdi - VİDEO
14:20, Bu gün
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
14:14, Bu gün
"Makron, rədd ol, çıx get!": Fransa Milli Assambleyası impiçment prosedurunun başlamasına qərar verib
14:10, Bu gün
Kişi spermalarında plastiklər aşkar olundu!
14:06, Bu gün
Müəllim şagirdləri yerdə əyləşdirirdi - Əmək müqaviləsinə xitam verildi
14:01, Bu gün
ATV-nin qalmaqallı iştirakçısı hicabını açdı, mini ətəkdə Tiktok çəkməyə başladı - FOTO
13:57, Bu gün
Toyda 15 milyon pul yığıldı - Çamadanlarla daşındı - VİDEO
13:53, Bu gün
Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı - VİDEO
13:48, Bu gün
“KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil”
13:43, Bu gün
Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
13:37, Bu gün
Bakıda məşhur avtosalonun sahibi həbs edildi
13:32, Bu gün
Xoşqədəm itkin meymunu tapdı - VİDEO
13:26, Bu gün
Tatarıstanda qadın terrorçular saxlanılıb - cihadçılara seks xidməti göstərəcəkmişlər - VİDEO
13:19, Bu gün
TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib
13:13, Bu gün
Rusiyaya sanksiyalar dəlinir – Qərbin susmasının səbəbi…
13:08, Bu gün
BDU-nun “SABAH” qruplarında 916 tələbə təhsil alır
13:02, Bu gün
Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
12:59, Bu gün
Gələn ilin dövlət büdcəsində neftin qiymətinin az götürülməsinin RİSKLƏRİ 
12:56, Bu gün
Hərbçilərimiz Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
12:50, Bu gün
"Mənəvi mühit korlanmağa doğru getdiyindən uşaqların sayı azalır" - Tahir Kərimli
12:44, Bu gün
Rusiya miqrantlarsız yaşamaq istəyir – Amma qarı, zibili kim təmizləyəcək, inəkləri kim sağacaq?
12:38, Bu gün
Paşinyan BRICS-in Kazan sammitində iştirak edəcək
12:32, Bu gün
Qərbin Azərbaycanda itirdiyi “5-ci kolon” - Bakıya qəzəbin səbəbi
12:27, Bu gün
Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub
12:22, Bu gün
"Rusiya Əfqanıstan və Çeçenistanda olduğu kimi Ukraynada da rüsvaycasına məğlub olacaq" - Nevzorov
12:16, Bu gün
Sosial ödənişlər artırılır: Dövlət büdcəsindən vəsait ayrılır
12:11, Bu gün
FHN bu obyektin fəaliyyətini dayandırdı - VİDEO
12:10, Bu gün
Ermənistan COP29-da iştirak edəcək? - Paşinyan özü açıqladı
12:06, Bu gün
Prezidentin köməkçisi: Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır
12:04, Bu gün
Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı MÜHÜM SƏRƏNCAM
12:01, Bu gün
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
11:57, Bu gün
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - FOTO/VİDEO
11:54, Bu gün
Leysan yağacaq, dolu düşəcək - PROQNOZ
11:50, Bu gün
Lökbatanda vulkan püskürüb
11:48, Bu gün
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
11:43, Bu gün
Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
11:36, Bu gün
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTOLAR
11:31, Bu gün
Özbəkistandan Almaniyaya 800 tibb bacısı gedəcək – azı 2200 avro maaş alacaqlar
11:22, Bu gün
Ay tutulması sentyabrın 18-dən marta qədər davam edəcək - XƏBƏRDARLIQ
11:16, Bu gün
Elza Seyidcahan AYB-yə çağırılacaq - Rəşad Məciddən açıqlama
11:09, Bu gün
Şöbə müdiri işdən çıxarıldı, yenisi təyin edildi
11:04, Bu gün
“Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, nüvə arsenalı da o gündədir...”
10:49, Bu gün
“AFB Bank”ın nağd vəsaitlərində 16 milyon manatdan çox azalma
10:45, Bu gün
Fantastik qiymətə avtomobil nömrələri satılır
10:39, Bu gün
Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb - RƏQƏMLƏR
10:38, Bu gün
Azərbaycana 21 min tondan çox quş əti və onun əlavələri gətirilib
10:31, Bu gün
Qarabağ Universitetində təyinat
GÜNLÜK
17 Sep 2024 | 23:00
Bu cür sarımsağı heç vaxt yeməyin
00:17, Bu gün
Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib
17 Sep 2024 | 20:31
Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
17 Sep 2024 | 22:22
Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
17 Sep 2024 | 19:40
"Ferrari"nin rəhbəri: “Bakıdakı yarışda qələbə məhz o vaxt əldən çıxdı”
17 Sep 2024 | 21:20
Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
17 Sep 2024 | 19:26
Çörək əlavəsi nədir və nə qədər təhlükəlidir?
08:35, Bu gün
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 22:50
"İsrail "Hizbullah"a nə zaman hücum edəcək?" - "The Jerusalem Post"
17 Sep 2024 | 19:33
Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
AYLIQ
17 Sep 2024 | 23:00
Bu cür sarımsağı heç vaxt yeməyin
00:17, Bu gün
Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib
17 Sep 2024 | 20:31
Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
17 Sep 2024 | 22:22
Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
17 Sep 2024 | 19:40
"Ferrari"nin rəhbəri: “Bakıdakı yarışda qələbə məhz o vaxt əldən çıxdı”
17 Sep 2024 | 21:20
Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
17 Sep 2024 | 19:26
Çörək əlavəsi nədir və nə qədər təhlükəlidir?
08:35, Bu gün
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 22:50
"İsrail "Hizbullah"a nə zaman hücum edəcək?" - "The Jerusalem Post"
17 Sep 2024 | 19:33
Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?