Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əleyhinə bəyanat səsləndirib. Baş nazir KTMT-ni Ermənistan üçün təhlükə adlandırıb. O, bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdiddir.
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Paşinyanın məlum açıqlamasını siyasi oyunbazlıq kimi xarakterizə edib:
“Paşinyanın KTMT əleyhinə bəyanatı siyasi oyunbazlıqdan başqa bir şey deyil. Paşinyan bu kimi bəyanatlarla öz tərəfdarlarının sayını artırmağa, eləcə də Qərbdən dəstək almağa çalışır. Əslində, bu kimi bəyanatların nəyə hesablandığı Qərbə də, Rusiyaya da məlumdur. Buna görə də məlum bəyanatlar Rusiyanı qıcıqlandırmır.
Rusiya bu gün də Ermənistanın həyatında mühüm rol oynayır. Aparılan araşdırmalar göstərir ki, Rusiyaya qarşı sanksiyaalr tətbiq ediləndən sonra Moskva ilə İrəvan arasında iqtisadi əlaqələr nəinki azalmayıb, əksinə daha da artıb. Bu faktın özü Rusiya ilə Ermənistan arasındakı münasibətlərin mahiyyətini əks etdirir”.
Seymur ƏLİYEV