Amerika Birləşmiş Ştatları (ABŞ) 6
Ermənistan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
APA-nın
məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat
yerləşdirilib.
Məlumata
görə, ABŞ-ın hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən axtarılan ermənilər
- 66 yaşlı Lioudovik Gevorkian sui-qəsd və dələduzluq, 27 yaşlı Sarkis
Ambartsumyan odlu silahla qəsdən adam öldürmə, 41 yaşlı Anahit Gogaryan
soyğunçuluq, 41 yaşlı Artaşes Kalantaryan insan alveri və qaçaqmalçılıq, 34
yaşlı Artur Azaytan fırıldaqçılıq, 55 yaşlı Yervand Xaçataryan isə çirkli
pulların yuyulması maddələri ilə ittiham olunurlar.
ABŞ
hüquq-mühafizə orqanları adıçəkilən ermənilərin tutularaq istintaqa cəlb
edilməsi üçün İnterpola müraciət edib.