Azərbaycanda benzin bu tarixdə UCUZLAŞACAQ
İqtisadiyyat
Oxunub: 399
11:25, Bu gün
Azərbaycanda benzin bu tarixdə UCUZLAŞACAQ
Milli Məclisin son plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olundu. Qeyd edək ki, bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı. Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azad olması nəzərdə tutulur.
 
Bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov bildirib.
 
Onun sözlərinə görə, yeni dəyişikliyin elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir: “Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidəolunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər”.
 
Azərbaycanda elektromobillərin artaraq benzinlə işləyən avtomobilləri bazardan sıxışdırması, eyni zamanda elektrik enerji doldurucularının çoxalması benzinin qiymətinə nə zamansa təsir edə, onu ucuzlaşdıra bilərmi?
 
Yeri gəlmişkən, İlon Mask növbəti inqilabi bir elektromobilini təqdim edib. “Tesla Cybercab” elektromobilinin sükanı və pedalları yoxdur. İki nəfərlik tam avtonom idarəetmə ilə şəhər nəqliyyatının ən təhlükəsiz vasitələrindən biri sayılır. Üstəlik qiyməti də 20 000 – 30 000 dollar arası olacaq. İstehsalına isə 2027-ci ildə başlanacağı bildirilir.
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, istər hibrid, istərsə də elektrikli avtomobillərə dair güzəştlərin olması gözlənilən idi: “Düşünürəm ki, qarşıdakı bu qəbildən olan güzəştlərin, yəni ekoloji baxımdan əlverişli avtomobillərin təşviqi prosesi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da davamlı xarakter daşıyacaq. Azərbaycanda COP 29-a sahiblik edən ölkə kimi növbəti ildə də yeniliklərin şahidi ola biləcəyik. Təbii ki, bu dinamika Azərbaycanda istifadə olunan avtomobillərin içərisində elektrikli avtomobillərin sayının artmasına imkan verəcək. Lakin birmənalı olaraq qeyd edim ki, yaxın və orta müddətdə biz benzinlə işləyən avtomobillərin elektriklə kütləvi əvəzlənməsini görə bilməyəcəyik. Bunun üçün bir sıra obyektiv səbəblər var. Bu təkcə mövcud infrastrukturla bağlı deyil. Bunlardan biri elektrik avtomobillərinin kifayət qədər bahalı olmasıdır. Bu bütün dünyada  elektrik avtomobillərinin yayılmasına mane olan başlıca səbəbdir. Digər səbəbi isə bu avtomobillərin benzinlə işləyən avtomobillər kimi yüksək keyfiyyətlərə sahib olmamasıdır. Yüksək keyfiyyətlər dedikdə burada texniki göstəricilərdən söhbət gedir. Artıqdəfələrlə belə avtomobillərin müxtəlif səbəblərdən nasazlıqlarının peyda olmasından irəli gəlir. Hətta bu tip avtomobillərə mərkəzləşdirilmiş qaydada başqa ölkələrdən belə nəzarət mexanizminin mümkün olması faktları mövcuddur. Hətta bir neçə gün əvvəl yayılmış məlumatların birində qeyd edilib ki, ABŞ-də elektriklə işləyən istənilən nəqliyyat vasitəsini artıq polis bir kilometr radiusda müəyyən edərək onu tamamilə işləksiz vəziyyətə gətirə bilir. Yəni elektrik avtomobillərini idarə edənlərin sükan əslində öz əlində olmayacaq. Bu gələcəyin çağırışıdır. Bu faktdır. Məhz benzinlə işləyən avtomobillərin heç bir zaman ”trend”dən kənarda qalmasına imkan verməyəcək. Bu gün peycerlər, telefonlar partladılırsa, təbii ki, bu tip avtomobillər də kənardan idarə edilmək imkanına malikdir”.
 
İqtisadçı Natiq Cəfərli öz sosial media hesabında elektrik avtomobilləri ilə bağlı fərqli fikirlər bildirib: “İnsanların əksəriyyəti düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin ”möcüzəsidir”, amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu “elektokar” olub. Neft emalı genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb. 1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən “elektrokar” mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.
 
Son 15-20 ildə yenidən populyarlaşan “elektrokar” mövzusu öz “renesansını” baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə “duz, istiot” qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, “eloktrokar” mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.
 
Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdırMəsələn, bir Tesla avtobolində 5375 dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 m2 yer səthi qazılaraq 11 adda faydalı qazıntılar çıxarılmalıdır – bir daha, bu cəmi 1 “elektrokar” üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 m2 yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yararlı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm – 1 “elektrokar” üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. Hə, onu da deyim ki, 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə  artmalıdır ki, ehtiyaclar ödənilsin.
 
Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır, amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar”.
 
Qeyd edək ki, 2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.
Oxşar xəbərlər
14:01, Bu gün
Putin niyə nüvə silahından istifadə etməyəcək: politoloq üç səbəbi sadaladı...
14:00, Bu gün
Erməni hərbçilər Azərbaycanla sərhədə göndərilir - Video
13:55, Bu gün
“Aktyor-aktrisalar qışqırırlar, bunlar niyə adam kimi danışmırlar?”-xalq artistindən ETİRAZ
13:37, Bu gün
Məhəmməd peyğəmbər ermənilərə məktub yazıb? - Foto
13:28, Bu gün
100-ə qədər yaşamağın 8 qızıl açarı: Bu vərdişlər ömrü uzadır...
13:15, Bu gün
"Rusiya ordusu cəbhədə Ukraynaya nisbətən iki dəfə çox itkilərə məruz qalır" - "The New York Times"
13:12, Bu gün
"Barselona" hələ də Messiyə pul ödəyir
13:10, Bu gün
İcma Ermənistan prezidentinə cavab verdi
13:09, Bu gün
Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir
12:57, Bu gün
Bakıda bir sıra küçələrdə hərəkət istiqaməti DƏYİŞDİRİLƏCƏK 
12:56, Bu gün
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı
12:49, Bu gün
Ermənistanda hansı ərazilərin Azərbaycana qaytarılmasına hazırlıq gedir? - Tezliklə...
12:38, Bu gün
Yatağınızdakı matraslar təhlükəlidir - Xəbərdarlıq
12:31, Bu gün
İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar
12:25, Bu gün
Xaricdə işləməyin yolları - Özümüzü necə hazırlayaq?
12:19, Bu gün
COP29 zamanı Bakıda maşın sürmək qadağan ediləcək?
12:17, Bu gün
Millət vəkili Salyanda seçiciləri ilə görüşdü
12:10, Bu gün
İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı MÜHÜM XƏBƏR
11:56, Bu gün
"OBA Market" tullantılar haqqında qanunvericiliyi pozdu - Məhkəmə bu tarixdə olacaq
11:50, Bu gün
Müğənni Zaurun həyatını XİLAS EDİB - Aparıcı ağır vəziyyətdə Türkiyəyə çatdırılıb - VİDEO
11:41, Bu gün
Azərbaycanda toy karvanında faciə yaşandı
11:31, Bu gün
Şöhrət Məmmədovun toyu olacaq
11:25, Bu gün
Azərbaycanda benzin bu tarixdə UCUZLAŞACAQ
11:17, Bu gün
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi YOLA DÜŞDÜ- FOTOLAR 
11:09, Bu gün
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
10:55, Bu gün
30 il sonra gələn ETİRAF - "ÖLMƏZDƏN ƏVVƏL SƏNİNLƏ..." 
10:47, Bu gün
Dəfn mərasimi zamanı tabutundan SƏS GƏLDİ- İÇİNDƏN...
10:39, Bu gün
Simpsons prodüseri gələcəyi necə proqnozlaşdırdıqlarını AÇIQLADI 
10:33, Bu gün
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
10:31, Bu gün
Rusiya və İran bu ölkəyə kömək etməlidir - Ərdoğan
10:22, Bu gün
Marsda həyatın sona çatmasına nə səbəb oldu?- ALİMLƏR AÇIQLADI 
10:16, Bu gün
Moskva və Piterdə səfərbərlik başlasa... - General
10:09, Bu gün
Tədqiqatlar digər xərçəng xəstələrinin sağalmaq şanslarını artıra bilərmi? - ARAŞDIRMA
09:59, Bu gün
İnsanlar niyə hər zaman səhv olmadıqlarını düşünürlər? – YENİ ARAŞDIRMA
09:47, Bu gün
Ev sahibi və kirayədə qalanlar CƏRİMƏLƏNƏ BİLƏR
09:38, Bu gün
Dünya savaşı başlayır: Daha bir ordu Ukraynaya girir - Dikiy
09:20, Bu gün
3 bürcə ŞAD XƏBƏR: Payızın sonuna qədər varlanacaqsınız
09:18, Bu gün
Hörümçək adamın hekayəsi REALLAŞDI - FOTO
09:12, Bu gün
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
09:04, Bu gün
Təhsildə qadın sahibkarların həmkarlar təşkilatı yaradılmalıdır - Araz Paşayev (FOTO)
08:56, Bu gün
“Nəfəs” gizlicə evləndi - FOTOLAR
08:41, Bu gün
Canan Karatay sağlam xəmir reseptini AÇIQLADI- XƏMİRDƏN İMTİNA ETMƏYİN!
08:29, Bu gün
Hacıqabulda yaşanan sel fəlakətinin sirri TƏFƏRRÜATLAR 
08:18, Bu gün
Putinlə Kadırovun münasibəti pisləşdi - Rusiyada panika
08:11, Bu gün
"YouTube"dan yeni qərar: Qısa videolar artıq 3 dəqiqəyə qədər uzanacaq
07:54, Bu gün
Bu gün qar yağacaq - PROQNOZ
00:14, Bu gün
Keçmiş nazir hoteldə öldü - infarkt səbəbi...
12 Oct 2024 | 23:20
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
12 Oct 2024 | 23:02
"Netanyahu və bandasının arzuları kabusa çevriləcək, Fələstin isə azadlığa qovuşacaq" - Ərdoğan
12 Oct 2024 | 22:55
“35 ildir teatrımız yaşayır, bina problemimiz də öz həllini tapsa…”
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
12 Oct 2024 | 22:35
Ölkədə bahalaşan məhsullar
12 Oct 2024 | 22:30
İsrail ordusu "Hizbullah"ın 200 hədəfini vurdu, çox sayda döyüşçü məhv edildi
12 Oct 2024 | 22:25
Toyda bədbəxt hadisə: Qadın şadlıq sarayında öldü
12 Oct 2024 | 22:18
Çaya zəncəfil və nanə əlavə etmək məsləhət görülür
12 Oct 2024 | 22:10
Hindistan Çindən sonra ikinci ölkə OLDU - Qadağan olunmuş texnologiyalar...
12 Oct 2024 | 22:03
Yanacaqdoldurma məntəqəsində təhlükəli anlar - VİDEO
12 Oct 2024 | 21:55
İsrail ordusu Suriyaya daxil oldu - Təcili
12 Oct 2024 | 21:44
"Mossad"a qarşı quruma İsrail agenti rəhbərlik edirmiş: Yaxın Şərqdə nələr gözlənir?
12 Oct 2024 | 21:36
“Səfirdən Baydenin varisinə üsyan kimi mesaj” – ŞOK TƏFƏRRÜAT
12 Oct 2024 | 21:28
İsrail İranda bu hədəfləri vuracaq: hücum bu gün ola bilər
12 Oct 2024 | 21:20
“Nəfəs” gizlicə evləndi - FOTOLAR
12 Oct 2024 | 21:15
Turşsuya nə vaxt qayıdış olacaq? - Rəsmi
12 Oct 2024 | 21:05
Şəkər səviyyəsinin qalxmasının əsas “günahkarları” açıqlanıb
12 Oct 2024 | 21:00
F-16 Rusiya Su-34-nü vurdu və...
12 Oct 2024 | 20:50
İranda havanın çirklənməsinə görə 30 min nəfər ölüb
12 Oct 2024 | 20:45
Bosforda hərəkət dayandı: İsraildən gələn gəmi...
12 Oct 2024 | 20:40
Azərbaycan millisi darmadağın oldu
12 Oct 2024 | 20:30
Zəlzələ bu dəfə Ermənistanı SİLKƏLƏDİ
12 Oct 2024 | 20:23
Hərbçilərimiz Türkiyədə təlimdə - FOTOLAR
12 Oct 2024 | 20:16
Türkiyə millisində bir ilk!
12 Oct 2024 | 20:08
Məşhur reper Akon Bakıya gəldi - VİDEO
12 Oct 2024 | 20:07
"NATO 25 ildən çox müddətdən sonra Rusiya ilə münasibətlərə yenidən baxa bilər" - "Politico"
12 Oct 2024 | 20:03
İran təyyarələrə minişdə bu QADAĞALARI QOYDU
12 Oct 2024 | 20:02
"Rusiyalılar qışadək Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaq istəyir" - ISW
12 Oct 2024 | 19:58
Cüdoçumuz qızıl medal qazandı
12 Oct 2024 | 19:50
Ağsuda yeniyetməni ilan sancdı
12 Oct 2024 | 19:38
"Mənim Ukraynanın bundan sonra da maliyyələşdirilməsinə iştaham yoxdur" - Mayk Conson
12 Oct 2024 | 19:35
"Rusiyanı müharibənin başa çatdırılması üzrə danışıqlara necə məcbur etməli?" - Podolyak
12 Oct 2024 | 19:31
"Mən İsrailə səslənirəm: günahsız insanları öldürməyə son verin" - Məsud Pezeşkian
12 Oct 2024 | 19:28
İran kosmosa 2 peyk buraxır
12 Oct 2024 | 19:18
İranlı ekspertdən sensasiyalı iddia: "Hizbullah" peycerləri İran şirkəti vasitəsilə alıb"
12 Oct 2024 | 18:40
Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib - FOTO
12 Oct 2024 | 18:36
Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb
12 Oct 2024 | 17:34
Çeçenistanın paytaxtında güclü partlayış baş verdi
12 Oct 2024 | 17:30
Robert Köçəryan keşiş Baqratın rəhbərlik etdiyi hərəkata maliyyə dəstəyi veribmi?..
12 Oct 2024 | 16:55
Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA
12 Oct 2024 | 16:52
Azərbaycana qar yağdı
12 Oct 2024 | 16:48
Toya gedən müğənni qəzaya düşdü: Özü və prodüseri yaralandı
12 Oct 2024 | 14:37
“Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti Azərbaycanın maraqlarına uyğundur”
12 Oct 2024 | 14:32
Azərbaycanın basketbol klubları hazırlıq oyununda üz-üzə gəliblər
12 Oct 2024 | 14:24
Bakının bu yollarında təmir gedir
12 Oct 2024 | 14:15
Etdiyiniz bu səhvlər dişlərinizi saraldır! - DİQQƏT
12 Oct 2024 | 14:06
Bakıda qadın iynədən şoka düşərək ölüb
12 Oct 2024 | 13:57
Bakıda gənc qız özünü öldürmək üçün "Koroğlu"dakı körpüyə çıxdı
12 Oct 2024 | 13:48
Rusiyalı qadınla evlənən azərbaycanlı kişi məhkəməlik oldu
12 Oct 2024 | 13:39
Heç vaxt xoşbəxt olmayacaq insanlar BU İFADƏNİ DEYİR
12 Oct 2024 | 13:30
Ən zərərli makaron növünü
12 Oct 2024 | 13:24
Sumqayıtda motosiklet məscidə çırpıldı, sürücü öldü
12 Oct 2024 | 13:21
Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb
GÜNLÜK
12 Oct 2024 | 14:37
“Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti Azərbaycanın maraqlarına uyğundur”
12 Oct 2024 | 16:48
Toya gedən müğənni qəzaya düşdü: Özü və prodüseri yaralandı
12 Oct 2024 | 14:24
Bakının bu yollarında təmir gedir
12 Oct 2024 | 14:15
Etdiyiniz bu səhvlər dişlərinizi saraldır! - DİQQƏT
12 Oct 2024 | 14:32
Azərbaycanın basketbol klubları hazırlıq oyununda üz-üzə gəliblər
12 Oct 2024 | 17:30
Robert Köçəryan keşiş Baqratın rəhbərlik etdiyi hərəkata maliyyə dəstəyi veribmi?..
12 Oct 2024 | 18:40
Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib - FOTO
12 Oct 2024 | 16:55
Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA
12 Oct 2024 | 17:34
Çeçenistanın paytaxtında güclü partlayış baş verdi
12 Oct 2024 | 19:31
"Mən İsrailə səslənirəm: günahsız insanları öldürməyə son verin" - Məsud Pezeşkian
HƏFTƏLİK
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
AYLIQ
12 Oct 2024 | 14:37
“Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti Azərbaycanın maraqlarına uyğundur”
12 Oct 2024 | 16:48
Toya gedən müğənni qəzaya düşdü: Özü və prodüseri yaralandı
12 Oct 2024 | 14:24
Bakının bu yollarında təmir gedir
12 Oct 2024 | 14:15
Etdiyiniz bu səhvlər dişlərinizi saraldır! - DİQQƏT
12 Oct 2024 | 14:32
Azərbaycanın basketbol klubları hazırlıq oyununda üz-üzə gəliblər
12 Oct 2024 | 17:30
Robert Köçəryan keşiş Baqratın rəhbərlik etdiyi hərəkata maliyyə dəstəyi veribmi?..
12 Oct 2024 | 18:40
Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib - FOTO
12 Oct 2024 | 16:55
Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA
12 Oct 2024 | 17:34
Çeçenistanın paytaxtında güclü partlayış baş verdi
12 Oct 2024 | 19:31
"Mən İsrailə səslənirəm: günahsız insanları öldürməyə son verin" - Məsud Pezeşkian