Mərkəzi Bankdan manatla bağlı KRİTİK QƏRAR - Bu gün....
İqtisadiyyat
Oxunub: 832
08:06, Bu gün
Mərkəzi Bankdan manatla bağlı KRİTİK QƏRAR - Bu gün....
Faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir, amma...
 
Bu gün Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti faiz dərəcələri ilə bağlı növbəti qərarını ictimaiyyətə açıqlayacaq. Mərkəzi Bankın 31 iyul 2024-cü il tarixində açıqlanmış sonuncu qərarına görə, uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar 1 avqust 2024-cü il tarixindən qüvvəyə minib.
 
Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
 
Mərkəzi Bank qeyd etmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Maydan başlayaraq Azərbaycanda illik inflyasiya sürətlənsə də, Mərkəzi Bankın hədəfi (2 faiz -6 faiz aralığı) daxilindədir. Bu səbəbdən növbəti iclasda da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz yüksəlib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb. İyul ayında illik inflyasiyanın 2,7 faiz olduğunu nəzərə alsaq, avqustda qiymət artımının sürətləndiyini söyləmək olar.
 
Bundan əlavə, Azərbaycanın əsas ixrac məhsulu olan neft bazarında proseslər narahatlıq doğurmaqdadır. Belə ki, neft qiymətləri son bir neçə həftədə kəskin ucuzlaşaraq sentyabrın 11-də hətta 70 dollardan aşağı düşüb. Sonradan bir qədər yüksəlsə də, Brent nefti hazırda 72-73 dollara ticarət olunur. Bu azalmaya səbəb Çin iqtisadiyyatında artım prosesinin zəifləməsi, istehlak tələbinin azalmasıdır. Açıqlanan rəsmi məlumatlara əsasən avqustda Çində pərakəndə satışlar gözləntilərin altında olan artım nümayiş etdirib. Belə ki, bu göstərici illik müqayisədə 2,1 faiz artaraq 3,87 trilyon yuana (545,9 milyard dollar) çatıb. Ekspertlər orta hesabla 2,5 faiz artım gözləyirdilər. “Goldman Sachs və Citigroup” kimi nüfuzlu analitik mərkəzlər 2024-cü ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıblar. İndi onlar ÜDM-in 4,7 faiz artacağını gözləyirlər, “Goldman” əvvəllər bunu 4,9 faiz, Citi isə 4,8 faiz səviyyəsində qiymətləndirirdi. Bu, son vaxtlar dərc edilən zəif statistik məlumatlarla bağlıdır. Belə ki, Çində sənaye istehsalı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artıb ki, bu da beş ayda minimum artım tempidir.
 
Analitiklər qeyd edir ki, zəif iqtisadi fəaliyyət diqqəti Çinin yavaş iqtisadi bərpasına yönəldib və tələbi dəstəkləmək üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var.
 
"Goldman" ekspertlərinin fikrincə, “Çin hökumətin illik ÜDM-in təxminən 5 faiz artım hədəfini qaçırması riski artır”. Bununla yanaşı, bank 2025-ci ildə iqtisadi canlanma təxminini 4,3 faiz səviyyəsində saxlayıb. "Citi" analitikləri isə daxili tələbi artırmaq üçün əhəmiyyətli katalizatorların olmaması səbəbindən gələn il üçün proqnozlarını 4,5 faizdən 4,2 faizə endiriblər.
 
Çin iqtisadiyyatına dair bədbinlik əksər analitik mərkəzlərin neft qiyməti proqnozlarını endirməsinə səbəb olub. Beynəlxalq Enerji Agentliyi, ABŞ Energetika Nazirliyinin ardınca, "Citi Research" analitikləri də neft qiyməti gözləntilərinə dəyişiklik ediblər. Onlara görə, 2025-ci ildə Brent markalı neftin qiyməti 60 dollara qədər azalacaq və buna  bazarda təklifin tələbdən artıq olması gətirib çıxaracaq. Ekspertlərin fikrincə, OPEC+ hasilat məhdudiyyətlərini indiki səviyyədə saxlasa belə, 2025-ci ildə neft bazarı sutkada təxminən 1 milyon barel artıq təkliflə üzləşəcək.
 
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində OPEC+ oktyabrda planlaşdırılan hasilat məhdudiyyətlərinin qismən qaldırılmasını dekabr ayına qədər təxirə salıb. "Citi" analitiklərinin fikrincə, gələn il gündəlik 900 min bareldən az olacağı proqnozlaşdırılan neftə tələbat artımı OPEC-ə daxil olmayan ölkələrdən gözlənilən hasilat artımı ilə asanlıqla örtüləcək. OPEC+ hasilat məhdudiyyətlərini qaldırmağa başlasa, bazarda daha çox neft təklifi olacaq.
 
Qeyd olunanlar Azərbaycanda makroiqtisadi sabitlik üçün əsas amil olan neft ixracından əldə olunan gəlirlərin azalması riskini artırır. Qeyd edək ki, neft-qaz qiymətlərindəki ucuzlaşma, həmçinin Azərbaycanda neft hasilatının azalması cari ildə ölkənin ixrac gəlirlərinin ciddi şəkildə düşməsini şərtləndirib. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ilin ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12.7 faiz azalaraq 30 milyard 995.42 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 25.1 faiz azalaraq 18 milyard 231.54 milyon ABŞ dolları, idxal isə 14.5 faiz artaraq 12 milyard 763.88 milyon ABŞ dolları təşkil edib.
 
Beləliklə, xarici ticarət dövriyyəsində 5 milyard 467.66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalma deməkdir.
 
Valyuta axınının azalması fonunda ona olan tələbat böyük sürətlə artır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində satış olub. Mərkəzi Bankın məlumatına əsasən bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
 
Təkcə avqust ayında isə valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 43,6 faiz çoxdur.
 
Yeri gəlmişkən, Dövlət Neft Fondunun avqust ayına dair statistikasında qeyd olunur ki, fond tərəfindən ötən ay ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
 
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, neft qiymətlərinin aşağı düşməsinin əsas səbəbi Çindən gələn bədbin xəbərlər deyil: “Neft bazarında qiymətlərin dəyişməsinin səbəbi Çində deyil, ABŞ-dadır. Daha doğrusu, bir dəfə də qeyd etdiyim kimi, neft qiymətləri ilə prezidentliyə namizəd Donald Trampın reytinqi arasında bir tərs-mütənasiblik yaranıb. Trampın reytinqi yüksələndə neft qiymətləri düşür, azalanda isə artır. Bunun da əsas səbəbi onun hakimiyyətə gəldiyi təqdirdə neft qiymətlərini aşağı salmaq üçün zəruri addımlar atacağını vəd etməsidir. O, yaşlı Baydenlə rəqib olarkən bu fikirləri səsləndirdikdən sonra bazarda qiymətlər düşdü. Çünki investorlar qiymət azalması ehtimalını nəzərə alaraq alışları azaltdılar. Sonra Trampa sui-qəsd oldu, reytinqi yüksəldi. Lakin Baydenin seçki prosesindən çəkilməsi, ardınca Kamala Harrisin nüfuzunun artması, nəhayət, onunla Tramp arasındakı debatdan qalib ayrılması neft bazarında qiymətləri yenidən artırdı. İki gün əvvəl isə yenidən Trampa sui-qəsd cəhdi qeydə alındı, onun reytinqi artdı, qiymətlər yenidən azalmağa doğru getdi. Göründüyü kimi, bu proses idarə edilən xaos şəklini alıb. Düşünürəm ki, noyabrın 5-dən sonra neft qiymətləri yenidən yüksəlməyə davam edəcək və ölkənin maliyyə məsələlərilə bağlı riskləri sığortalayacaq”.
 
Ekspert qeyd edir ki, Azərbaycanda Mərkəzi Bankın faiz dərəcəsi klassik anlamda funksional deyil: “Yəni faiz dərəcəsi ölkədə iqtisadi aktivliyin, inflyasiyanın dinamikasına o qədər də təsir göstərmir. Çünki bilavasitə beynəlxalq təcrübədə olan valyuta-kredit münasibətləri, ölkələrin mərkəz bankları və kommersiya bankları arasında olan transmissiya kanallarının Azərbaycanda özünəməxsus xüsusiyyətləri var. Buna görə də Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı verdiyi qərarlar nə depozit, nə kredit faizlərinə əsaslı təsir göstərir, nə də inflyasiyaya. Bu qərarlar əsasən banklararası və qiymətli kağızlar bazarların idarə olunmasında rol oynayır. Bu iki bazarın isə Azərbaycan iqtisadiyyatında rolu elə böyük deyil”.
 
Onu da bildirək ki, ötən həftə Avropa Mərkəzi Bankı əsas ipoteka kreditləri üzrə faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 3,5 faiz müəyyən edib. Bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Komitəsinin (FOMC) də faiz dərəcəsinə həsr olunmuş iclası keçiriləcək. Dünya neft bazarında qiymətlərə təsir göstərən əsas amillərdən biri - dolların məzənnəsi qəbul ediləcək qərardan asılıdır. Bazar iştirakçılarının 100 faizi uçot dərəcəsinin azaldılmasını gözləyir. Məzənnə proqnozu monitorinq alətinə görə, 50 faiz bəndi azalma ehtimalı(ikiqat azalma) 59 faiz, 25 faiz bəndi azalma ehtimalı isə (bir dəfə azalma) - 31faiz təşkil edir.
 
Son bir həftə ərzində FED-in ikiqat faiz endirimi ehtimalı sentyabrın 9-da 30 faizə qarşı 59-a, demək olar ki, iki dəfə artıb. Bu, kriptovalyutaların və ənənəvi maliyyə aktivlərinin qiymətləri arasında artan korrelyasiya fonunda baş verir. Bitcoin qiyməti ilə ABŞ-ın geniş bazar indeksi S&P 500 arasında 30 günlük korrelyasiya 2022-ci ilin oktyabrından bəri görünməmiş ən yüksək səviyyəyə yüksəlib.
 
Yeni Musavat
Oxşar xəbərlər
19:08, Bu gün
Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI
19:00, Bu gün
Ermənistan Rusiya ilə qarşıdurmanın yeni raunduna start verdi
18:58, Bu gün
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
18:50, Bu gün
Bürclər və meyvələr - Sevimli meyvələrinizin şəxsiyyətinizlə uyğunluğu
18:42, Bu gün
Bir tozsoranın xarab olmasıyla başlayan ixtiranın əzablı tarixçəsi - " Dayson"un HEKAYƏSİ
18:34, Bu gün
Ərdoğan: Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır...
18:32, Bu gün
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
18:26, Bu gün
“WhatsApp”da daha bir YENİLİK: bu da asanlaşdı
18:20, Bu gün
ADU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
18:20, Bu gün
Hamiləlikdə bu qidaları yemək uşağın autizm riskini azalda bilər
18:14, Bu gün
BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir
18:13, Bu gün
Lukaşenko Qərbi hədələdi: Bu, üçüncü dünya müharibəsi deməkdir
18:08, Bu gün
Laçından yoxsul bir ailənin üzvü olan IV kurs tələbəsi niyə günahsız yerə həbs edildi?..
18:06, Bu gün
"Mədəniyyət Nazirliyi beynəlxalq konsert və layihələrə öz adamlarını göndərir" - İDDİA
18:05, Bu gün
Mühasirəni yarıb düşməni darmadağın edən Vətən Müharibəsi Qəhrəmanı
18:00, Bu gün
Azərbaycanlı aktyora AĞIR İTKİ - FOTO
17:55, Bu gün
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq
17:50, Bu gün
Binəqədidə əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlandı - VİDEO
17:44, Bu gün
Ramiz Novruzun arxiv görüntülərini paylaşdı - VİDEO
17:38, Bu gün
Ermənistan konstitusiyası: Regionda sülhə, sabitliyə, təhlükəsizliyə başlıca maneə - TƏHLİL
17:32, Bu gün
Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə ÇAĞIRIŞ
17:26, Bu gün
"Bu, bütün dünya üçün rüsvayçılıqdır" - Məşhur ukraynalı boksçu Polşada saxlanılıb
17:20, Bu gün
“Tarqovı”da yanğın oldu - VİDEO
17:14, Bu gün
Samir MTV-dən getdi - FOTO
17:08, Bu gün
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu - FOTO
17:02, Bu gün
Ayaqlarınıza soda tökün və gözləyin - Hamıya tövsiyə edəcəksiniz!
16:56, Bu gün
Allahşükür Paşazadə Rusiyaya gedir
16:50, Bu gün
Panik atakla ürək tutmasının fərqi – Qorxanlar oxusun
16:44, Bu gün
Ceyhun Bayramov Coşua Hakla görüşdü - FOTO
16:38, Bu gün
Milli Musiqi Gününün növbəti tədbiri Konservatoriyada keçirildi - FOTO
16:32, Bu gün
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTO
16:26, Bu gün
Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub
16:20, Bu gün
"Ukraynanın azadlığı uğrunda mübarizəmi sonadək davam etdirəcəyəm" - Boris Conson 
16:14, Bu gün
Ermənistanın sanksiyalardan qazancı: Qərb malları Rusiyaya bu yolla daşınır - ŞOK FAKTLAR
16:08, Bu gün
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - FOTO
16:04, Bu gün
"Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"
16:00, Bu gün
Müğənni Ayan ehtiraslı geyimi ilə GÜNDƏM OLDU: Sinəsi göründü - VİDEO
15:54, Bu gün
“Qarabağ”la matç Qriqorçuk üçün “Neftçi”də sonuncu olacaq?
15:48, Bu gün
Tanınmış iş adamına məxsus şirkətdə atışma: Yaralılar VAR
15:42, Bu gün
Tanınmış aparıcıya AĞIR İTKİ - FOTO
15:36, Bu gün
İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
15:30, Bu gün
“Uşaqpulu” yenidən gündəmdə - Hansı azyaşlılara müavinət verilir? 
15:24, Bu gün
Xumar Qədimovanın səhnədə ona yaxınlaşan kişiyə REAKSİYASI - VİDEO
15:18, Bu gün
Taksi sürücüsü məktəbli qızla cinsi əlaqədə oldu: Atası izlədi, sonda... – Şok təfərrüat
15:12, Bu gün
İşdən çıxarılan müəllimlə bağlı maraqlı fakt - FOTO
15:07, Bu gün
Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri məktəblilərin ifasında təqdim olunub
15:00, Bu gün
"Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb" - Milli Təhlükəsizlik Xidməti
14:55, Bu gün
Xarici diplomatlara azad edilmiş ərazilərdəki ən böyük SES göstərilib - FOTO
14:50, Bu gün
"COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir" - Prezidentin köməkçisi
14:44, Bu gün
Fəxri Xiyabandakı məşhur cütlük - Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi...
14:38, Bu gün
Toy diskinə baxan yeni evli cütlük şok yaşadı - Gəlinə yaxınlaşıb... - FOTO/VİDEO
14:32, Bu gün
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO
14:26, Bu gün
Vüqar əsəbləşib efiri tərk etdi - VİDEO
14:20, Bu gün
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
14:14, Bu gün
"Makron, rədd ol, çıx get!": Fransa Milli Assambleyası impiçment prosedurunun başlamasına qərar verib
14:10, Bu gün
Kişi spermalarında plastiklər aşkar olundu!
14:06, Bu gün
Müəllim şagirdləri yerdə əyləşdirirdi - Əmək müqaviləsinə xitam verildi
14:01, Bu gün
ATV-nin qalmaqallı iştirakçısı hicabını açdı, mini ətəkdə Tiktok çəkməyə başladı - FOTO
13:57, Bu gün
Toyda 15 milyon pul yığıldı - Çamadanlarla daşındı - VİDEO
13:53, Bu gün
Afiyəddin Cəlilovun nəvəsi Türkiyəni də qarışdırdı - VİDEO
13:48, Bu gün
“KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil”
13:43, Bu gün
Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
13:37, Bu gün
Bakıda məşhur avtosalonun sahibi həbs edildi
13:32, Bu gün
Xoşqədəm itkin meymunu tapdı - VİDEO
13:26, Bu gün
Tatarıstanda qadın terrorçular saxlanılıb - cihadçılara seks xidməti göstərəcəkmişlər - VİDEO
13:19, Bu gün
TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib
13:13, Bu gün
Rusiyaya sanksiyalar dəlinir – Qərbin susmasının səbəbi…
13:08, Bu gün
BDU-nun “SABAH” qruplarında 916 tələbə təhsil alır
13:02, Bu gün
Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
12:59, Bu gün
Gələn ilin dövlət büdcəsində neftin qiymətinin az götürülməsinin RİSKLƏRİ 
12:56, Bu gün
Hərbçilərimiz Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
12:50, Bu gün
"Mənəvi mühit korlanmağa doğru getdiyindən uşaqların sayı azalır" - Tahir Kərimli
12:44, Bu gün
Rusiya miqrantlarsız yaşamaq istəyir – Amma qarı, zibili kim təmizləyəcək, inəkləri kim sağacaq?
12:38, Bu gün
Paşinyan BRICS-in Kazan sammitində iştirak edəcək
12:32, Bu gün
Qərbin Azərbaycanda itirdiyi “5-ci kolon” - Bakıya qəzəbin səbəbi
12:27, Bu gün
Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub
12:22, Bu gün
"Rusiya Əfqanıstan və Çeçenistanda olduğu kimi Ukraynada da rüsvaycasına məğlub olacaq" - Nevzorov
12:16, Bu gün
Sosial ödənişlər artırılır: Dövlət büdcəsindən vəsait ayrılır
12:11, Bu gün
FHN bu obyektin fəaliyyətini dayandırdı - VİDEO
12:10, Bu gün
Ermənistan COP29-da iştirak edəcək? - Paşinyan özü açıqladı
12:06, Bu gün
Prezidentin köməkçisi: Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır
12:04, Bu gün
Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı MÜHÜM SƏRƏNCAM
12:01, Bu gün
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
11:57, Bu gün
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - FOTO/VİDEO
11:54, Bu gün
Leysan yağacaq, dolu düşəcək - PROQNOZ
11:50, Bu gün
Lökbatanda vulkan püskürüb
11:48, Bu gün
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
11:43, Bu gün
Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
11:36, Bu gün
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTOLAR
11:31, Bu gün
Özbəkistandan Almaniyaya 800 tibb bacısı gedəcək – azı 2200 avro maaş alacaqlar
11:22, Bu gün
Ay tutulması sentyabrın 18-dən marta qədər davam edəcək - XƏBƏRDARLIQ
11:16, Bu gün
Elza Seyidcahan AYB-yə çağırılacaq - Rəşad Məciddən açıqlama
11:09, Bu gün
Şöbə müdiri işdən çıxarıldı, yenisi təyin edildi
11:04, Bu gün
“Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, nüvə arsenalı da o gündədir...”
10:49, Bu gün
“AFB Bank”ın nağd vəsaitlərində 16 milyon manatdan çox azalma
10:45, Bu gün
Fantastik qiymətə avtomobil nömrələri satılır
10:39, Bu gün
Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb - RƏQƏMLƏR
10:38, Bu gün
Azərbaycana 21 min tondan çox quş əti və onun əlavələri gətirilib
10:31, Bu gün
Qarabağ Universitetində təyinat
10:25, Bu gün
Ətin qiyməti son bir ildə niyə kəskin artıb? - VİDEO
GÜNLÜK
17 Sep 2024 | 23:00
Bu cür sarımsağı heç vaxt yeməyin
00:17, Bu gün
Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib
17 Sep 2024 | 20:31
Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
17 Sep 2024 | 22:22
Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
17 Sep 2024 | 19:40
"Ferrari"nin rəhbəri: “Bakıdakı yarışda qələbə məhz o vaxt əldən çıxdı”
17 Sep 2024 | 21:20
Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
17 Sep 2024 | 19:26
Çörək əlavəsi nədir və nə qədər təhlükəlidir?
17 Sep 2024 | 22:50
"İsrail "Hizbullah"a nə zaman hücum edəcək?" - "The Jerusalem Post"
17 Sep 2024 | 19:33
Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?
08:35, Bu gün
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
AYLIQ
17 Sep 2024 | 23:00
Bu cür sarımsağı heç vaxt yeməyin
00:17, Bu gün
Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib
17 Sep 2024 | 20:31
Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
17 Sep 2024 | 22:22
Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
17 Sep 2024 | 19:40
"Ferrari"nin rəhbəri: “Bakıdakı yarışda qələbə məhz o vaxt əldən çıxdı”
17 Sep 2024 | 21:20
Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
17 Sep 2024 | 19:26
Çörək əlavəsi nədir və nə qədər təhlükəlidir?
17 Sep 2024 | 22:50
"İsrail "Hizbullah"a nə zaman hücum edəcək?" - "The Jerusalem Post"
17 Sep 2024 | 19:33
Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?
08:35, Bu gün
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...