Moderator.az xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı Bakıda təşkil olunan Beynəlxalq konfrnsda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının Baş bankiri İvana Fernandes Duarte BTK dəmir yolunun əhəmiyyətindən danışaraq bildirib ki, bu layihənin reallaşması nəinki regionun inkişafına, o cümlədən sabitliyinə xidmət edəcək:
“Bu layihə eyni zamanda regionun nəqliyyat sisteminin dayanaqlı inkişafına öz müsbət təsirini göstərəcək.”
Asiya İnkişaf Bankının baş direktorunun Mərkəzi və Qərnb Asiya üzrə təmsilçisi Hong Vanq isə hesab edir ki, bu nəinki regionlarrası iqtisadi səmərəliliyi, eyni zamanda rəqabət imkanlarının artmasına öz müsbət təsirini göstərəcək.
İslam İnkişaf Bankının Qazaxstandakı ofisinin rəhbəri Hisham Taleb Maaruf deyib ki, təmsil etdiyi bank Orta Asiya, Azərbaycan və türkiyədə dəmiryolu infrastrukturunun yenidən qurulması və inkişaf etdirlməsi istiqamətində yaxından işçtirak edir və bu məqsədlə adı çəkilən sahənin inkişafına 1,5 milyard dollar vəsait ayırıb. İslam bankının təmsilçisi onu da əlavə etdi ki, İslam Bankı Azərbaycanın dəmiryol infratstrukturunun inkişaf etdilməsi ilə bağlı bir neçə konkret layihəni maliyyələşdirib. O da BTK-nın regionlararası iqtisadi və ticari əlaqələrin inkişafında müstəsna rol oynayacağılnı vurğulayıb:
“Bu nəinki regionlararası iqtisadi, ticari əlaqələrin inkiaşfına təkan verəcək. eyni zamanda ölkələrin və xalqların bir-birnə yaxınlaşmasına müsbət rol oynayacaq”.
Dünya Bankının dəmiryolları üzrə mütəxəssisi Marta Laverens isə bildirdi ki, biz ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanın dəmir yollu infrastrukturunun inkişaf etdilməsi ilə əməkdaşlığa başladıq və bu istiqamətdə Dünya Bankı Azərbaycanda bu sahənin inkişafına 1,7 milyard dollar vəsait ayırdı:
“Dünya Bankı o zaman Azərbaycanın dəmiryol infrasturkturunun inkişaf etdirlməsini maliyələşdirirdisə çox qısa zamandan sonra isə Azərbaycan özü nəinki öz dəmiryol infrastrukturuna, eyni zamanda regional layihələrin maliyyələşdirilməsinə başladı. Bu çoxəlamətdar hadisədir. Qədim İpək yolunun bərpası nə qədər vacibdirsə, bunun dayanıqlılığının təmin edilməsi də o qədər önəmlidir və bu layihəni həyata keçirən ölkələr bunun daynaqlığını təmin etməyə çalışmalıdırlar.”